Məhkəmə qərarları › İş №e-2(007)-2835/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2835/2022

27.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2835/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunması, Cavabdeh 4550,11 manat borc və 60 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASCnin Qubadlı filialı arasında xx.xx.2019-cu il tarixdə GTGK1547612A126 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 27,84% olmaqla, 48 aya 12800 manat məbləğində pul ayrılmışdır. Qeyd olunan tarixdə GTGK1547612A126 saylı kredit müqaviləsinin təmin üsulu olaraq onunla "xxxx" ASC-nin Qubadlı filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixdə GTGK1547612A126 saylı zaminlik müqaviləsinin 3-cü bəndinə əsasən o, zamin olaraq borcalanla, yəni iş üzrə cavabdehlə bank qarşısında öhdəliklər üzrə birgə məsuliyyət daşımağa başlamışlar. Nəzərə çatdırır ki, o, hal-hazırda Daxili İşlər Nazirliyinin əməkdaşıdır və əmək haqqı hesabı "xxxx" ASC-dədir. Cavabdeh bank qarşısında öhdəliklərini lazımı qaydada icra etmədiyinə görə yuxarıda qeyd olunan zaminlik müqaviləsinin şərtlərinə əsasən birgə məsuliyyət daşıdığı üçün xx.xx.2022-ci il tarixdən başlayaraq "xxxx" ASC tərəfindən əmək haqqı hesabından aksepsiz qaydada tutulmalar edilməyə başlanılmışdır. xx.xx.2019-cu il tarixdə GTGK1547612A126 saylı zaminlik müqaviləsinin 9-cu bəndinə əsasən Kredit müqaviləsi üzrə əsas və faiz borcları habelə dəbbə pulu ilə bağlı borclar Zaminin sərəncamı olmadan aksepsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından tutula bilər. Əmək haqqı hesabından 2022-ci il fevral- avqust aylarında edilən tutulmalar aşağıdakı qaydada aparılmış və əmək haqqı hesabından çıxarışda öz əksini tapmışdır: 1. xx.xx.2022-ci il tarix–1150,53 manat; 2. xx.xx.2022-ci il tarix–1111,53 manat; 3. xx.xx.2022-ci il tarix–29,03 manat; 4. 18.04.202-ci il tarix–29,03 manat; 5. xx.xx.2022-ci il tarix–882.69 manat; 6. xx.xx.2022-ci il tarix–29,90 manat; 7. xx.xx.2022-ci il tarix–420,82 manat; 8. xx.xx.2022-ci il tarix–179,16 manat; 9. xx.xx.2022-ci il tarix–717,42 manat,cəmi 4550,11 manat. Nəzərə çatdırır ki, yuxarıda qeyd olunan tutulmalar barədə qanunvericiliyin tələbi üzrə xx.xx.2022-ci il tarixdə ona olan borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq məktubu göndərmişdir. Ancaq cavabdeh məlumatlı olmasına baxmayaraq öhdəliyini icra etməmişdir. xx.xx.2019-cu il tarixdə GTGK1547612A126 saylı zaminlik müqaviləsinin 6-cı bəndinə əsasən Zamin borcalanın Bank qarşısında öhdəliklərini icraetdikdəborcalana qarşı reqress qaydada tələb irəli sürmək hüququ vardır. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmənin hazırlıq prosesi dövründə, yəni xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən iddiaçının əmək haqqısından cavabdehin xeyrinə aksepsiz qaydada əlavə olaraq 1209,93 manat pul tutulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin olunması, Cavabdeh 5760,04 manat borc və 60 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlava olaraq bildirdi ki, cavabdeh iddiaçıdan tutulmuş pulu qaytaracağını bildirsə də, hazırkı vaxtadək pulu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçının hesabından pulun tutulmasından məlumatı var. Ödənişləri edəcək, borcundan yayınmır. Lakin ödənişlərə gələn ilin yanvar ayından başlayacaqdır və borcun yarısını ödəyə biləcəkdir. Qeyd olunanları nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" ASC və zamin İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Z- GTGK1547612A126 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixli GTGK1547612A126 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh ilə eyni şərtlər daxilində məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. - İddiaçı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən borcalan Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcundan ümumilikdə 4000 manat ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh 10 gün ərzində borcunu ödəmədiyi təqdirdə barəsində Məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - "xxxx" ASC tərəfindən təqdim edilmiş İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, bank tərəfindən İddiaçı məxsus kartdan GTGK1547612A126 kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 1150,53 manat, xx.xx.2022-ci il tarixdə 1111,53 manat, xx.xx.2022-ci il tarixdə 29,03 manat, xx.xx.2022-ci il tarixdə 29,03 manat, xx.xx.2022-ci il tarixdə 882,69 manat, xx.xx.2022-ci il tarixdə 29,90 manat, xx.xx.2022-ci il tarixdə 420,82 manat, xx.xx.2022-ci il tarixdə 179,16 manat, xx.xx.2019-cu il tarixdə 717,42 manat və xx.xx.2022-ci il tarixdə 1209,93 manat silinmişdir. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 1640 saylı arayışından görünür ki, İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-də GTGK1547612A126 müqavilə nömrəsi ilə 12800 AZN (on iki min səkkiz yüz manat) məbləğində kredit müqaviləsinə zamin durmuşdur. - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 60 manat dövlət rüsumu ödənilmişdir; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən zamin İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixli GTGK1547612A126 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh ilə eyni şərtlər daxilində məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə, onun "xxxx" ASC-yə borcu yaranmışdır. Cavabdeh əsas borclu olaraq Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün İddiaçı kartından zamin olaraq silinmələr edilmişdir. Hazırda iddiaçı kredit müqaviləsi üzrə onun tərəfindən zamin qismində "xxxx" ASC-nin hesabına köçürülmüş ümumilikdə 5760,04 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər; 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur; 475.3-ci maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda göstərilən müddəalarının tələblərinə istinadən qeyd edir ki, iddiaçı (zamin) İddiaçı hesabından (borclu) Cavabdeh borcu üzrə 5760,04 manat məbləğində pul tutulmuşdir. Hazırda iddiaçının həmin məbləği Cavabdeh tələb etmək hüququ yaranmışdır. Belə olan halda, məhkəmə iddianı əsaslı hesab edir və onun təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinə mübasibətdə 77,6 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, əlavə olaraq 17,6 manat dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5760,04 manat manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, məhkəmə xərcləri Cavabdeh aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iş üzrə əlavə olaraq ödənilməli olan 17,6 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət bücəsinə keçirilməlidir. Qeyd olanlara əsasən və MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5760,04 manat manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, сavabdeh Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun, iş üzrə əlavə olaraq ödənilməli olan 17,6 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət bücəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar