Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2943/2022 02.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3, X2, Cavabdeh1 nümayəndəsi X8 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər X5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı “fərdi yaşayış evlərinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər X9, X3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı “fərdi yaşayış evlərinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, X17 1-ci keçid ünvanında yerləşən fərdi yaşayış evini, X7 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini, Cavabdeh3 ünvan 7da yerləşən fərdi yaşayış evini, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, D.Aslan küçəsində yerləşən fərdi yaşayış evini, Cavabdeh5 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini boşaldaraq "xxxx" QSC-yə təhvil vermələri, 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami rayonu, Davud Aslan küçəsi "xxxx" QSC-nin (ADY) Keşlə stansiyasının 2-ci blok postundan Böyük Şor stansiyasına qədər uzunluğu 1 km və 2-ci blok post Yeni Bakı Neftayırma zavoduna gedən uzunluğu 0,835 km olan dəmir yolu xəttinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində cavabdeh X11 (Birinci tərəf) ilə ADY (İkinci tərəf) arasında xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən “Birinci tərəf” uzun müddət istifadəsində olan, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydəalma nömrəsi 1089 olan xx.xx.2018-ci il tarixli arayışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində aldığı kompensasiyaya görə “İkinci” tərəfin xeyrinə imtina etmişdir. Bundan başqa, yuxarıda qeyd edilən layihə çərçivəsində Cavabdeh3 ilə ADY arasında xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən “Birinci tərəf” uzun müddət istifadəsində olan, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 854 olan xx.xx.2018-ci il tarixli arayışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində aldığı kompensasiyaya görə “İkinci” tərəfin xeyrinə imtina etmişdir. Bundan başqa, yuxarıda qeyd edilən layihə çərçivəsində Cavabdeh4 ilə ADY arasında xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən “Birinci tərəf” uzun müddət istifadəsində olan, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi ******* olan xx.xx.2018-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi ünvanında yerləşən fərdi yaşayış evindən dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində aldığı kompensasiyaya görə “İkinci” tərəfin xeyrinə imtina etmişdir. Yuxarıda qeyd edilən layihə çərçivəsində Cavabdeh5 ilə ADY arasında xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən “Birinci tərəf” uzun müddət istifadəsində olan, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 70 olan xx.xx.2018-ci il tarixli arayışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində aldığı kompensasiyaya görə “İkinci” tərəfin xeyrinə imtina etmişdir. Bundan əlavə, yuxarıda qeyd edilən layihə çərçivəsində Cavabdeh2 ilə ADY arasında xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən“Birinci tərəf” uzun müddət istifadəsində olan, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 65 olan xx.xx.2018-ci il tarixli arayışa əsasən ünvan 9da yerləşən fərdi yaşayış evindən dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində aldığı kompensasiyaya görə “İkinci” tərəfin xeyrinə imtina etmişdir. Bundan başqa, Nizami rayonu, Davud Aslan küçəsi, Keşlə 1-ci keçid ünvanında ADY Keşlə 2-ci blok/post arasında dəmir yolu xəttinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində Cavabdeh1 ilə ADY arasında xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən “Birinci tərəf” uzun müddət istifadəsində olan, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 89 olan xx.xx.2019-cu il tarixli arayışa əsasən Bakı şəhəri, Nizami rayonu, X17 1ci keçid ünvanında yerləşən yaşayış evindən dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində aldığı kompensasiyaya görə "İkinci" tərəfin xeyrinə imtina etmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə bağlanan və notarial qaydada təsdiqlənən bu müqavilələr üzrə ADY öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş kompensasiya məbləğini cavabdehlərə ödəməsinə baxmayaraq, cavabdehlər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Belə ki, müqavilənin 8-ci bəndinə əsasən “Birinci tərəf” yəni, cavabdeh yaşayış sahəsini müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan ən geci 5 (beş) gün müddətində “İkinci tərəfin” yəni, ADY-nin xeyrinə imtina etməyi öhdəsinə götürür. Müqavilənin 9-cu bəndinə əsasən "Birinci tərəf" müqavilə notariat qaydasında təsdiq olunduğu tarixindən 5 (beş) gün müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu Müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. Lakin cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəliklərin icrasından imtina etmiş və yaşayış sahələrini müqavilə bağlandıqdan bugünədək tərk etməmişlər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X11 iddianı qəbul etmədiyini, mübahisəli evdən çıxdığını, pulunu aldığını və evin də söküldüyünü bildirmiş, iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək cavabdeh X11 üzərinə düşən öhdəliyi icra etdiyi üçün cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 məhkəməyə yazılı qaydada müraciət edərək iddia tələbi ona qarşı əsassız və qanunsuz olduğundan iddianın ona münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişidir. Müraciət onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin Departament rəisi Fizuli Quliyevin xx.xx.2019-cu il tarixli İD-724/1 saylı Pretenziya (xəbərdarlıq) məktubu ilə ona müraciət edilərək 10 (on) gün ərzində icra edilməyəcəyi təqdirdə müqavilə üzrə ödənilmiş 146760 manat kompensasiya məbləğinin geri qaytarılması, eyni zamanda qanunsuz tikilinin sökülərək ərazidən çıxarılması və AR CM-nin 222-2-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə cinayət işinin başlanması üçün aidiyyəti üzrə məhkəmə və prokurorluq orqanlarına müraciət olunacağını bildirmişlər. O da öz növbəsində xx.xx.2019cu il tarixdə Pretenziya (xəbərdarlıq) məktubuna cavab olaraq bildirmişdir ki, məhkəmə qərarına əsasən istifadəsində olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə "xxxx" QSC ilə aramda bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq tərəfindən xx.xx.2018-ci il tarixdə boşaldılmışdır. Bundan başqa qeyd edilən məktubda onun tərəfindən müqavilə şərtlərinə tam əməl edildiyindən həmin sahə boşaldıldığından həmin sahəni alan orqan olaraq maneəsiz şəkildə sökə biləcəkləri və alan orqan tərəfindən dəyəri ödənilmiş və tərəfimdən boşaldılmış ünvan 6 ünvanında olan yaşayış sahəsinə sökülməsinə dair hər-hansı bir iddia və etirazının olmadığını bildirmişdir. Bundan sonra 3 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı qeyd edilən sahəni sökməmiş və dolayısı ilə hər hansı bir tədbir görmədiyi halda onu yenidən məhkəməyə verərək həmin sahənin boşaldılması və əlavə olaraq ondan ödədiyi dövlət rüsumunun müştərək qaydada tutulmasını tələb edir. bütün bunlar əsasında cavabdehlər sırasından çıxarılmalı və onun barəsində irəli sürülmüş iddia tələbinə xitam verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, həmçinin bildirdi ki, həmin ərazilər "xxxx" QSC-nin ərazisi olmuşdur. Oradakı tikililər özbaşına tikilidir və sənədlər etibarsızdır. X12 razılaşmış və pulu almışdır, lakin evdən çıxmır ki, sökülsün. Həmçinin, Cavabdeh3 64000 manat ödəniş olunsa da o, hələ də həm evdə yaşayır. "xxxx" QSC-nin rəhbərliyi azad olunmuş torpaqlarda olduğu üçün bəzi sakinlərlə bağlı bəzi məsələləri dəqiqləşdirmək mümkün olmamışdır. QSC tərəfindən pul Rima xanıma verilmiş və evi boşaldılması ilə bağlı öhdəliyi Rima xanım götürmüşdür. Rima xanımın qayınatası və digər şəxslər əvvəldən orada Rima xanımla birlikdə yaşamışlar. Ona görə də iddia ona qarşı qaldırılmışdır. Məhkəmə iclasında Cavabdeh3 o evdən çıxmış və ona verilən pula ev almaq istədiyi zaman aldanmışdır. O, fəhlə işləyir, evin təmirini qurtara bilmir ki, evə köçsün. Ona "xxxx" QSC tərəfindən 64000 manat pul verilmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qəbul etmədiklərini bildirdi və əlavə olaraq qeyd etdi ki, onlar mənzildən çıxmamışlar. Onlar şəhərin mərkəzində yaşamış, indi gedib Məştağada kənddə 3 otaqlı ev tikmişlər və ev yarımçıq qalmışdır. Hazırda evin tamamlanması üçün 14-15 min manat vəsait lazımdır və onlar iddiaçı ilə müəyyən məğləğə razılaşa bilərlər. İddiaçının nümayəndələri tərəfindən gəlib evə baxsınlar, çatışmayan nə varsa versinlər, evin üstünü bağlasalar da evin içi təmirsizdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X13 iddia tələbini qəbul etmədiklərini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli 36 kv.metrlik ev qardaşının evidir, Bələdiyyənin sənədi ilə, o, orada 36 kv.metrə zibil pulu vermişdir. Sonradan onlara dövlət ehtiyacları üçün evlərin sökülməli olduğu deyilmişdir. Hörmətli Prezdent demişdir ki, kimin evinin damı, qazı, suyu varsa heç kəs o evi sökə bilməz. Bundan başqa heç kəs özbəşına ev tikə bilməz o, iddiaçıya pul da vermişdir. O, özü evin hər tərəfinin söküldüyünü, evin hər yanını siçovul basdığını, ona özünə ev tikməsi üçün 35000 manat pul vermələrini demiş, ona evin 23 kvadratının pulu olaraq 23000 manat pul hesablanmış, o, da Cavid Qurbanova müraciət etmiş orada Fizuli adlı şəxs büdcədə pul olmadığını demişdir. Onlar da ona verəcəklərini demiş, o da gedib torpaq almış, daş tökmüş, bankdan pul götürüb qardaşı ilə ev tikməyə başlamışdır. O, bankdan 10000 manta pul götürmüş və 13000 manat ödəniş etmişdir, hansı ki, bununla bağlı sənədləri var. Onlar sonradan onu şantaj etmişdirlər ki, belə bir şey mümkün deyil. Hazırda ona 13000 manat versələr razıdır. O, hələ də orada qalır, oradan çıxmır, ona pul versinlər ki, evi tamamlayıb oradan çıxsın. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh4 iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki,o, mənzildən pulunu alıb çıxmışdır, "xxxx" QSC tərəfindən hal-hazırda orada yaşayanlar çıxarılmalıdır. Qayınatası olduğu üçün o, onun orada yaşamasına icazə vermiş, qayınatası rəhmətə gedəndən sonra onun gətirdiyi, rəsmi nikaha daxil olduğu qadın suyu, qazı saxta yolla öz adına keçirmişdir. Hazırda da həmin qadın öz qohumları ilə orada yaşayır. "xxxx" QSC tərəfindən onun evi o çıxandan sonra sökülsəydi indi orada heç kəs olmazdı. Məhkəmə işdə iştirak edən şəxsin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, X17 1-ci keçid ünvanında, Cavabdeh3 ünvan 7da, Cavabdeh4 ünvan 8 ünvanında, Cavabdeh2 ünvan 9da, Cavabdeh5 ünvan 5 ünvanında dəmir yolunun mühafizə zonasında qanunsuz tikili inşa etməklə orada yaşayırlar. Yaşayış sahəsinin qanunsuz olmasına baxmayaraq, “Azərbaycan Dəmir Yolları" QSC cavabdehlərin mənzilə olan ehtiyacını nəzərə alaraq, həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Cavabdeh3 ilə ADY arasında xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən “Birinci tərəf” uzun müddət istifadəsində olan, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 854 olan xx.xx.2018-ci il tarixli arayışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində aldığı kompensasiyaya görə “İkinci” tərəfin xeyrinə imtina etmişdir. Bundan başqa, yuxarıda qeyd edilən layihə çərçivəsində Cavabdeh4 ilə ADY arasında xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən “Birinci tərəf” uzun müddət istifadəsində olan, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi ******* olan xx.xx.2018-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi ünvanında yerləşən fərdi yaşayış evindən dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində aldığı kompensasiyaya görə “İkinci” tərəfin xeyrinə imtina etmişdir. Yuxarıda qeyd edilən layihə çərçivəsində Cavabdeh5 ilə ADY arasında xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən “Birinci tərəf” uzun müddət istifadəsində olan, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 70 olan xx.xx.2018-ci il tarixli arayışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində aldığı kompensasiyaya görə “İkinci” tərəfin xeyrinə imtina etmişdir. Bundan əlavə, yuxarıda qeyd edilən layihə çərçivəsində Cavabdeh2 ilə ADY arasında xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən “Birinci tərəf” uzun müddət istifadəsində olan, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 65 olan xx.xx.2018-ci il tarixli arayışa əsasən ünvan 9da yerləşən fərdi yaşayış evindən dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində aldığı kompensasiyaya görə “İkinci” tərəfin xeyrinə imtina etmişdir. Bundan başqa, ünvan 10 ünvanında ADY Keşlə 2-ci blok/post arasında dəmir yolu xəttinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində Cavabdeh1 ilə ADY arasında xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən “Birinci tərəf” uzun müddət istifadəsində olan, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 89 olan xx.xx.2019-cu il tarixli arayışa əsasən Bakı şəhəri, Nizami rayonu, X17 1-ci keçid ünvanında yerləşən yaşayış evindən dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində aldığı kompensasiyaya görə "İkinci" tərəfin xeyrinə imtina etmişdir. Lakin cavabdehlər tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Hazırda "xxxx" QSC fərdi yaşayış evlərinin boşaldılaraq onlara verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunan normaların məzmunundan görünür ki, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş hər hansı daşınmaz əmlak özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilər. Yəni, qeyd edilən qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması, bu tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə də məhz bu aspektdən yanaşılmalıdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, mübahisəli mənzillər cavabdehlərin istifadəsindədir. Lakin həmin yaşayış sahəsi dəmir yolunun mühafizə zonasında inşa edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Nizami rayonu, D.Aslan küçəsində dəmir yolunun mühafizə zolağında inşa edilmiş tikililər boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə Cavabdeh4 müraciətinə münasibətdə bildirir ki, hazırki halda mübahisəli mənzil ilə bağlı müqaviləni cavabdeh bağladığından, həmin müqavilə üzrə öhdəliyi Cavabdeh4 götürdüyündən, kompensasiya məbləği ona ödənildiyindən, mənzil onun adına olduğundan, orada yaşayan digər şəxslərin hər hansı bir öhdəliyi olmadığından iddia tələbinin ona əsasən qaldırılması əsaslı sayılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, X17 1ci keçid ünvanında yerləşən fərdi yaşayış evini, Cavabdeh3 ünvan 7da yerləşən fərdi yaşayış evini, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, D.Aslan küçəsində yerləşən fərdi yaşayış evini, Cavabdeh5 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini boşaldaraq "xxxx" QSC-yə təhvil verməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, X17 1-ci keçid ünvanında yerləşən fərdi yaşayış evini, Cavabdeh3 ünvan 7da yerləşən fərdi yaşayış evini, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, D.Aslan küçəsində yerləşən fərdi yaşayış evini, Cavabdeh5 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini boşaldaraq "xxxx" QSC-yə təhvil versinlər. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2943/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2943/2022
02.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver