Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2959/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçınnı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MTK-nə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" MTK-nə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı 20 aprel 2004-cü il tarixində "xxxx"MMC tərəfindən Bakı şəhri Nizami rayonu Ə.Vəliyev küçəsi,2433-cü məhəllədə inşa edilmiş 1 nömrəli yaşayış binasının 7-ci mərtəbəsində iki otaqlı 80.0 kv.m sahəsi olan 85 nömrəli mənzili “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi”055 saylı müqavilə əsasında almışdır.Dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı da verilmişdir.Mənzilə dair 15 may 2007-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin 189 saylı sərəncamı ilə 019668 saylı order verilmiş və orderdə ailə tərkibi kimi iddiaçı və onun qızı göstərilmişdir.İddiaçıya mənzilə dair order verilərkən artıq MMC-nin adı dəyişdirilmiş "xxxx"MTK olmuşdur.Mənzil təhvil veriləndən sonra mənzildə təmir işləri başlanılmış və təxminən bir-neçə aydan sonra bitmişdir.Sonra iddiaçı qonşulardan məlumat almışdır ki,artıq binadakı mənzillərə çıxarış verilib.Ona görə də reyestr xidmətinə müraciət etmişdir.Orada ona bildirmişlər ki, mənzilin alqı-satqısına dair müqavilə,maliyyə arayışı və MTK-nın payçılar barədə çıxarış tqdim olunmalıdır.Bundan sonra iddiaçı cavabdeh təşkilatın ofisinə müraciət etmiş orada ona bildirmişlər ki,kommunal xidmətlərə görə borcu olduğu üçün protokolu təqdim edlə bilməzlər.Məhz bu səbəbdən bu günə qədər iddiaçı öz mənzilinə çıxarış ala bilmir.Qeyd olunanlara əsasən Bakı şəhri Nizami rayonu Ə.Vəliyev küçəsi 9A saylı binadakı 85 nömrəli mənzilə mülkiyyət sənədlərinin alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması(payçılar barədə protokoldan çıxarışın İddiaçı təqdim olunması) barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da öz nümayəndəsinii məhkəməyə göndərməmişdir.Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki,məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən verilmiş 16 noyabr 2021-ci il tarixli cavabda qeyd olunur ki, “İdarədə olan reyestrə əsasən 28.12.1998-ci ildə 597 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx"Mənzil Tikinti Kooperativi(VÖEN-**********)"xxxx"MMC-nin hüquqi varisidir,ünvanı isə ünvan 1ndan məzmunundan aydın olunur ki,iddia əsl olmayan,yəni iddiaya cavab verməli olmayan tərəfə qaldırılmışdır.İddiaçının nümayəndəsinə əsl olmayan tərəfin əsl olan tərəflə əvəz olunması təklif olunsa da o,bununla razılaşmamış və işdə olan sənədlərə əsasən işə baxılıb yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki,iddiaçı öz tələblərin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MTK-nə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2959/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2959/2021
09.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver