Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3007/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bank "xxxx" ASC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “hərrac təşkilatının hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bank "xxxx" ASC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “hərrac təşkilatının hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli 99750/2022-xx-xx/1273 saylı və xx.xx.2022-ci il tarixli, xx/xx-99770/34-10253 saylı sifarişi əsasında "xxxx" MMC-nin İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 15 iyul 2022-ci il tarixli 220/22 saylı və 237/22 saylı protokollarının etibarsız hesab edilməsi, BTB Bank ASC-ninünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi və İnşaatçılar prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququna dair qeydlərin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Elektron məhkəmə informasiya sisteminin Vergi ödəyicilərinin məlumatları səhifəsindən götürülmüş çıxarışdan (VÖEN **********) görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin hüquqi ünvanı “AZ1122, ünvan 3 halda, hazırkı tələbə ərazi aidiyyətinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.3-cü maddələrinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bank "xxxx" ASC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “hərrac təşkilatının hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan dövlət rüsumunu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hesabına ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bank "xxxx" ASC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “hərrac təşkilatının hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-3007/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3007/2022
13.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver