Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3096/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “01-64/23 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “01-64/23 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 01-64/23 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin məzmunundan və tələbin mahiyyətindən aydın olur ki, iddiaçının tələbinin əsasını "xxxx" MMC-nin 01-64/23 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin etibarsız hesab edilməsi təşkil edir, qeyd olunan tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, iddia ərizəsindən görünür ki, “Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 4435/2017, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən X3 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində hüquqlarını həyata keçirmək üçün X4 tərəfindən yaradılan maneələrə son qoyulmalı, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə X3 məxsus olan 0.57 ha torpaq sahəsi X1 qanunsuz istifadəsindən alınaraq X3 verilməlidir. Göstərilən məhkəmə qərarı qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra prosesi zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz ərazi idarəsindən daxil olmuş məktubda qeyd edilmişdir ki, tələb olunan torpaq sahəsinin yerləşdiyi yerin coğrafi mövqeyi, kordinatları, bölgü sxemi göstərilmədiyi üçün mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə icra sənədinin icrası mümkün deyil. Göstərilənlərə əsasən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası qanununun 70.4-cü maddəsinə əsasən icrası mümkün olmayan sənəd kimi bir neçə dəfə məhkəməyə geri qaytarılmışdır. Sonradan tələbkar "xxxx" MMCə müraciət edərək mütəxəssis rəyi istəmişdir. "xxxx" MMC belə nəticəyə gəlmişdir ki, X2 mülkiyyətində olan Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0.57 ha torpaq sahəsi Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsinə əsasən Rəşid Daşdəmirov və onun yetkinlik yaşına çatmamış uşağı X6 adına birgə paylı mülkiyyət hüququ ilə verilmiş 1.16 ha torpaq sahəsinin bir hissəsi olan, hazırda isə yuxarıda qeyd olunan alqı-satqı müqavilələrinə əsasən əvvəllər X6 mülkiyyətində olan və hazırda X5 mülkiyyətində olan torpaq sahəsinə birləşik olmaqla yanında yerləşir. Tədqiqatın nəticəsinə əsasən Torpağa Mülkiyyət hüququna dair JN 158, Kod 30204028 saylı Dövlət aktına əsasən X2 mülkiyyətində olan Xaçmaz rayonu, Gödəkli kəındində yerləşən 0.57 ha torpaq sahəsinin yerləşmə mövqeyi, koordinatları və ölçüləri müəyyən edilərək naturada ayrılmasına dair bölgü planı və yerləşmə cizgisi tərtib edilmişdir” . Göründüyü kimi sözügedən mütəxəssis rəyi könüllü qaydada tələbkarın tələbi əsasında verilmişdir. Belə ki, nə məhkəmə gedişatı zamanı, nə də icra mərhələsində icra məmuru tərəfindən qiymətləndirmə təyin edilməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 4435/2017, xx.xx.2017-ci il tarixli qətnaməsi icra olunmadan geri qaytarılmışdır. Sonradan tələbkarın müraciəti əsasında qiymətləndirmə keçirilmiş və 01-64/23 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi verilmişdir. Odur ki, 01-64/23 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin heç bir hüquqi qüvvəsi yoxdur. Bu səbəbdən qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli, 26900 nömrəli qəbzdən görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 287654268, terminal nömrəsi: K0100984, büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 10:47) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “01-64/23 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Beləliklə, belə qənaətə gəlirəm ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “01-64/23 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 287654268, terminal nömrəsi: K0100984, büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 10:47) məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-3096/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3096/2023
04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver