Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3107/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 16 saylı Mediasiya təşkilatında, mediasiya prosesində bağlanmış barışıq sazişinin 2, 3 və 4-cü bəndlər üzrə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Maraqlı şəxs ilə 17 oktyabr 2013cü il tarixində rəsmi nikaha daxil olmuşlar. Buna dair Bakı şəhəri, Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən yuxarıda göstərilən tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2083 № ilə qeyd aparılmış və AZ-İİ № 905048 saylı “Nikah haqqında şəhadətnamə” verilmişdir. Birgə nikahdan 18 iyul 2014-cü il tarixində X5 və 24 oktyabr 2018-ci il tarixində X4 adlı övladları dünyaya gəlmişdir. Tərəflər arasında uzun zamandan bəri yaranmış anlaşılmazlıqlar səbəbindən ailənin mövcudluğunu saxlamaq artıq mümkün olmayan vəziyyətə gəlmişdir. Artıq tərəflər uzun müddətdir ki, ayrı yaşayırlar və iddiaçı hesab edir ki, bundan sonra ailəni davam etdirmək mümkün deyildir. Hazırda ərizəçi nikahın pozulması tələbinə dair Bakı səhəri Nizami Ravon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Birgə nikahdan doğulmuş uşaqlar - X5 və X4 hazırda iddiaçının himayəsindədir və iddiaçı tək qadın olaraq uşaqların bütün məsrəflərini, maddi tələbatlarını cavabdehdən dəstək almadan özü qarşılayır. Həmçinin uşaqlar da artıq bir müddətdir ki, anaları ilə yaşadıqlarından analarına daha çox bağlıdırlar. Qanunvericiliyin tələbinə uyğun olaraq, iddiaçı tərəfindən ilk öncə mediasiyaya müraciət edilmiş və xx.xx.2023-cü il tarixində Bakı şəhəri 16 saylı Mediasiya təşkilatında cavabdeh Maraqlı şəxs və iddiaçının adından onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə vasitəsilə, mediatorun iştirakı ilə “Barışıq sazişi” imzalanmışdır. “Barışıq sazişi”nin şərtlərinə görə: 1) Tərəflər xx.xx.2013-cü il tarixində Nizami rayon qeydiyyat şöbəsi AZ-İİ № 905048 saylı nikah akt qeydinin pozulmasına razıdırlar və birinci tərəfin bu tələb üzrə məhkəməyə müraciət etməsi barədə razılığa gəldilər; 2) 2-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından doğulmuş X1 və X3, ananın yəni, İddiaçı yanında qalmasına etiraz etmir; 3) Tərəflərin birgə nikahından doğulmuş 24 oktyabr 2018-ci il təvəllüdlü X1 və 18 iyul 2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1ci tərəfə (İddiaçı) hər ay 450 (dörd yüz əlli) manat alimentin ödənilməsini öz öhdəsinə götürür. 4) Alimentin ödənilməsi 2023-cü ilin may ayından başlayaraq, hər ayın 25-dən 30na kimi 1-ci tərəfin (İddiaçı) kart hesabına ödəniləcəkdir. Yuxarıda sözügedən Barışıq sazişinin imzalanmasından 5 (beş) ay keçməsinə baxmayaraq, Maraqlı şəxs sazişlə öhdəsinə götürdüyü aliment öhdəliyini könüllü olaraq icra etmir. Hazırda nikahın pozulmasına dair iddia ərizəsi məhkəmənin icraatında olduğu üçün, hesab edir ki, barışıq sazişinin uşaqların ananın yanında qalması və onların aliment təminatı ilə bağlı hissədə (2, 3 və 4-cü bəndlər) məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 18 iyul 2014-cü il təvəllüdlü X5 və 24 oktyabr 2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Hazırda İddiaçı ilə Maraqlı şəxs aralarında mediasiya prosesi nəticəsində 27 aprel 2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında müəyyən edilmişdir ki: 1) Tərəflər xx.xx.2013-cü il tarixində Nizami rayon qeydiyyat şöbəsi AZ-İİ № 905048 saylı nikah akt qeydinin pozulmasına razıdırlar və birinci tərəfin bu tələb üzrə məhkəməyə müraciət etməsi barədə razılığa gəldilər; 2) 2-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından doğulmuş X1 və X3, ananın yəni, İddiaçı yanında qalmasına etiraz etmir; 3) Tərəflərin birgə nikahından doğulmuş 24 oktyabr 2018-ci il təvəllüdlü X1 və 18 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə (İddiaçı) hər ay 450 (dörd yüz əlli) manat alimentin ödənilməsini öz öhdəsinə götürür. 4) Alimentin ödənilməsi 2023-cü ilin may ayından başlayaraq, hər ayın 25-dən 30-na kimi 1-ci tərəfin (İddiaçı) kart hesabına ödəniləcəkdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 27 aprel 2023-cü il tarixli, MŞB/16- 00808 saylı barışıq sazişinin 2, 3 və 4-cü bəndlər üzrə təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 27 aprel 2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 16 saylı Mediasiya təşkilatında, mediasiya prosesində bağlanmış barışıq sazişinin 2, 3 və 4-cü bəndlər üzrə təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 27 aprel 2023-cü il tarixli, MŞB/16-00808 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. 2-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından doğulmuş X1 və X3, ananın yəni, İddiaçı yanında qalmasına etiraz etmir;
2. Tərəflərin birgə nikahından doğulmuş 24 oktyabr 2018-ci il təvəllüdlü X1 və 18 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə (İddiaçı) hər ay 450 (dörd yüz əlli) manat alimentin ödənilməsini öz öhdəsinə götürür.
3. Alimentin ödənilməsi 2023-cü ilin may ayından başlayaraq, hər ayın 25-dən 30-na kimi 1-ci tərəfin (İddiaçı) kart hesabına ödəniləcəkdir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov