Məhkəmə qərarları › İş №e-2(007)-3119/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3119/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3119/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 25 dekabr 2017-ci il tarixli, PSS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən sığortalanmış “VAZ 2107” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 30 iyun 2018-ci il tarixində Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində dönmə manevri edərkən X6 tərəfindən idarə olunan “VAZ 2107” minik markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və həmin avtomobilə zərər vurmuşdur. Xaçmaz RPŞ tərəfindən təqdim edilmiş 05 iyul 2018-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa və 01 iyul 2018-ci il tarixli, AP ******* nömrəli protokola əsasən, “VAZ 2107” minik markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.2, 332.1, 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “VAZ 2107” minik markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsində iştirakının təmini ilə bağlı Cavabdeh2 məktub göndərilmişdir. "xxxx" MMC-nin verdiyi qüsur aktına əsasən hadisə zamanı avtomobilə dəymiş ziyan ümumilikdə 540 (beş yüz qırx) manat məbləğində qiymətləndirilmişdir. Həmin 540 (beş yüz qırx) manat məbləğində zərərə uyğun olaraq sığorta ödənişi "xxxx" ASC tərəfindən 23 iyul 2018-ci il tarixli, 1-276/18 nömrəli sığorta ödənişinə dair akt və 30 iyul 2018-ci il tarixli, **********4 nömrəli ödəniş tapşırığı əsasında “VAZ 2107” minik markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 məxsus sığortalanmış “VAZ 2107” minik markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyinə görə "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişini zərərvuran qismində sürücü Cavabdeh2 subroqasiya hüququ qaydasında geri tələb etmək hüququ yaranmışdır. Baş vermiş sığorta hadisəsinə aid materiallardan görünür ki, Cavabdeh2 “VAZ 2107” minik markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün Cavabdeh1 tərəfindən etibarnamə verilməmişdir. Bu səbəbdən də, cəmiyyətin “VAZ 2107” minik markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 qarşı da subroqasiya hüququ yaranmış və sonuncu ödənilmiş 540 (beş yüz qırx) manat məbləğində sığorta ödənişi digər cavabdehlə birgə geri qaytarmalıdır. Cavabdehlərlə dəfələrlə şifahi danışıqlar aparılsa da, eyni zamanda onlara 540 (beş yüz qırx) manat məbləğində sığorta ödənişinin ödənilməsi üçün tələblərini və bank rekvizitlərini özündə əks etdirən 17 yanvar 2020-ci il tarixli, 20/020 nömrəli pretenziya məktubu göndərilsə də, bu günədək ASC-yə onlar tərəfindən heç bir ödəniş olunmamışdır. "xxxx" ASC tərəfindən X4 ödənilmiş 540 (beş yüz qırx) manat məbləğində sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 570 (beş yüz yetmiş) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini bildirərək, 20 sentyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 faktiki olduğu yer məlum olmadığından, məhkəmə bildirişi cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 34 saylı MKİS-nə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən tərtib edilmiş 01 iyul 2018-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “VAZ 2107” markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edən Cavabdeh2 30 iyun 2018-ci il tarixdə saat 12:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozmaqla, qarşıdan gələn “VAZ 21074” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 14 avqust 2018-ci il tarixli qərarla törədilmiş inzibati xətaya görə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələri ilə 400 manat məbləğində cərimə edilmişdir; -Elektron sənəd formasında bağlanmış avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, ** CN *** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 25 dekabr 2017-ci il saat 14:21-dən 25 dekabr 2018-ci il saat 14:21-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur; -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin İ-276/18 nömrəli sığorta aktından görünür ki, ** CN *** dövlət qeydiyyat nişanlı “VAZ 2107 minik” markalı avtomobili hüququ olmadan idarə edən Cavabdeh2 30 iyun 2018-ci il tarixdə “VAZ 21074” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Əmlaka dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 540 manat müəyyən edilmişdir; -"xxxx" MMC-nin 03 iyul 2018-ci il tarixli qüsur aktından görünür ki, “VAZ 21074” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 540 manat təşkil edir; -30 iyul 2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İ-276/18 nömrəli sığorta aktına əsasən 540 manat sığorta ödənişi mülkiyyətçi X2 20 iyun 2018-ci il tarixli etibarnaməsi əsasında nəqliyyat vasitəsini idarə edən X1 hesabına köçürülmüşdür; -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 ünvanlanmış 17 yanvar 2020-ci il tarixli bildirişdən görünür ki, o, həyata keçirilən 540 manat sığorta ödənişini ödəməli olması, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşdur; -AA seriyalı 722827 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** CN *** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı minik avtomobilinin sahibi Cavabdeh1dır; -AC seriyalı 090896 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** LM *** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı minik avtomobilinin sahibi X5r; - ƏN-Vİ seriyalı, 338554 saylı etibarnamənin surətindən görünür ki, ** LM *** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı minik avtomobili X8 tərəfindən 20 iyun 2018-ci il tarixdən 18 yanvar 2019-cu il tarixədək idarə etmək üçün X3 verilmişdir; - 25 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. - Cavabdeh2 Xaçmaz RPŞ-də verdiyi 01 iyul 2018-ci il tarixli izahatından görünür ki, o, nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnaməsi olmadan “VAZ 2107” markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edərkən, 30 iyun 2018-ci il tarixdə saat 12:00 radələrində Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla, geriyə dönmək istəyərkən qarşıdan gələn “VAZ 21074” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu etiraf etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “VAZ 2107” markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobill mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 25 dekabr 2017-ci il saat 14:21-dən 25 dekabr 2018-ci il saat 14:21dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur. Cavabdeh2 30 iyun 2018-ci il tarixdə saat 12:00 radələrində həmin avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla düzünə hərəkətdə olan “VAZ 21074” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Onun barəsində 01 iyul 2018-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, 14 avqust 2021-ci il tarixli qərarla Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələri ilə 400 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC-nin 03 iyul 2018-ci il tarixli qüsur aktına əsasən “VAZ 21074” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 540 manat məbləğində hesablanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İ-276/18 nömrəli sığorta aktına əsasən sığortalı ** CN *** dövlət qeydiyyat nişanlı “VAZ 2107 minik” markalı avtomobili hüququ olmadan idarə edən Cavabdeh2 30 iyun 2018-ci il tarixdə toqquşduğu “VAZ 21074” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 540 manat müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən zərərçəkən şəxsə ödənilmiş, iddiaçının həmin pulu cavabdehlərdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdehlər pulu ödəmədiklərindən, iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qeyd olunanlarla müəyyən olundu ki, Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan, mülkiyyətçinin avtomobilə dair onun adına etibarnaməsi olmadan idarə etdiyi və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icbari sığorta müqaviləsinə əsasən sığortalanmış ** CN *** dövlət qeydiyyat nişanlı “VAZ 2107 minik” markalı avtomobillə 30 iyun 2018-ci il tarixdə “VAZ 21074” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə maddi ziyan vurulmuşdur. Hansı ki, hadisə sığortanın qüvvədə olduğu müddətdə baş vermiş, qüsur aktına əsasən maddi ziyanın və ödəniləcək sığorta məbləğinin həcmi 540 manat həddində müəyyən edilmiş, iddiaçı tərəfindən bu məbləğ zərərçəkənin hesabına ödənilmişdir. Bununla da, iddiaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrində nəzərdə tutulan qaydada cavabdehlərdən həmin məbləği tələb etmək hüququ yaranmışdır. Cavabdehlər isə sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini onlardan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifələrini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşlar. Göründüyü kimi, iddia tələbi əsaslıdır, ona görə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi 540 (beş yüz qırx) manat sığorta ödənişinin və 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi 540 (beş yüz qırx) manat sığorta ödənişinin və 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar