Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3244/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 noyabr 2024-cü il tarixli 141 nömrəli podrat müqaviləsinin ləğv olunması, vurulan maddi zərərin əvəzi kimi 11600 (on bir min altı yüz) manat məbləğində pul vəsaiti, 124,80 (yüz iyirimi dörd manat 80 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi, hüquqi yardımın göstərilməsi üçün vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 800 (səkkiz yüz) manatın əvəzi və vəkilə verilmiş etibarnaməyə görə ödənilmiş 17,25 (on yeddi manat iyirimi beş qəpik) notariat haqqının əvəzi cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək vurulan maddi zərərin əvəzi kimi 11600 (on bir min altı yüz) manat məbləğində pul vəsaiti, 124,80 (yüz iyirimi dörd manat 80 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi, hüquqi yardımın göstərilməsi üçün vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 800 (səkkiz yüz) manatın əvəzi və vəkilə verilmiş etibarnaməyə görə ödənilmiş 17,25 (on yeddi manat iyirimi beş qəpik) notariat haqqının əvəzi cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-32442025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yeganə təsisçisi-direktoru Cavabdeh1 şəxsində 07 noyabr 2024-cü il tarixdə 141 nömrəli podrat müqaviləsi bağlamışdılar. Həmin müqavilənin 1.1-ci bəndinə görə müqavilənin qüvvədə olduğu müddət ərzində “Podratçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Sifarişçiyə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, şəxsi torpaq sahəsində “Sifarişçinin” göstərdiyi yerdə, çöl divardan-çöl divara ümumi sahəsi 12,8x5,8 olan hovuzun tikintisini həyata keçirilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçı cavabdehə 23000 (iyirmi üç min manat) ödəniş etməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci maddəsinə görə müqavilə imzalandığı tarixdən və ilkin ödəniş alındığı vaxtdan qüvvəyə minir və 1 (bir) il müddətində etibarlıdır.
Cavabdeh müqavilə şərtlərinə əməl etməyə başlayandan bir-iki ay sonra onunla şifahi əqd olaraq qaraj və terras tikintisinə dair razılaşdılar və bu razılaşmaya görə də ona smeta göndərdi, smetaya əsasən 38500 (otuz səkkiz min beş yüz) manat terras tikintisinə görə və 5460 (beş min dörd yüz altmış) manat qaraj tikintisinə görə. Lakin cavabdeh nə podrat müqaviləsi, nə də şifahi əqdə görə ona ödədiyi vəsait qarşılığında razılaşdıqları işləri lazımi qaydada başa çatdırmadı, mal materialların alınmasında əskikliklər müəyyən olundu və bunun nəticəsində aralarında narazılıqlar başlandı. Cavabdeh onun suallarından və hətta zənglərinə cavab verməkdən yayındı. Nəticə etibarı ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə şikayət etdi. Bakı Şəhəri Səbail RPİ 41-ci PB tərəfindən aparılmış ilkin araşdırma nəticəsində müəyyən olundu və etiraf edildi ki, cavabdehin ona müştərək qaydada 11600 (on bir min altı yüz) manat borcu qalır. Hesab edir ki, 11600 (on bir min altı yüz) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəqiqləşdirilmiş məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, tərəflər arasında ilk öncə hovuzun tikintisi üçün 07 noyabr 2024-cü il tarixli 141 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 23000 manat ödəniş etməli idi, cavabdeh isə hovuzu keyfiyyətli və tam tikib təhvil verməli idi. Lakin hovuz yarımçıq və keyfiyyətsiz tikilib. İşin gedişatı zamanı tərəflər qarajın tikintisi üçün 5460 manat və terrasın tikintisi üçün isə 38500 manat ödəniş edilməklə tikilməsinə razılaşıblar. Lakin hər üç tikili (hovuz, qaraj və terras) yarımçıq tikilib, bu səbəbdən iddiaçı başqa ustalar dəvət edib tikintiləri sona çatdırıb. Sonra hesablayıblar, cavabdehin iddiaçıya 11600 manat borcu qalıb və o, bunu Polis Bölməsində verdiyi izahatında etiraf edib. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə məhkəmə baxış iclasının vaxtı və yeri barədə (“Azemis” EMİS və sms vasitəsilə) rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
9. 25.08.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 126 manat dövlət rüsumu ödəmişdir.
10. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yeganə təsisçisi-direktoru Cavabdeh1 şəxsində bağlanmış 07 noyabr 2024-cü il tarixdə 141 nömrəli podrat müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə görə müqavilənin qüvvədə olduğu müddət ərzində “Podraçı” "xxxx"
Məhdud Məsuliyyətli Cəmiyyəti “Sifarişçiyə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, şəxsi torpaq sahəsində “Sifarişçinin” göstərdiyi yerdə, çöl divardan-çöl divara ümumi sahəsi 12,8x5,8 olan hovuzun tikintisini həyata keçirilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçı cavabdehə 23000 (iyirmi üç min manat) ödəniş etməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci maddəsinə görə müqavilə imzalandığı tarixdən və ilkin ödəniş alındığı vaxtdan qüvvəyə minir və 1 (bir) il müddətində etibarlıdır.
11. 14 noyabr 2024-cü il tarixli qiymət təklifindən görünür ki, istifadə olunacaq materialların dəyəri 5460.60 manat müəyyən edilmişdir.
12. 11.07.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 17,25 manat notariat rüsumu ödəmişdir.
13. 25.08.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 12 saylı Vəkil Bürosuna 800 manat ödəniş etmişdir.
14. “Whatsap” yazışmalarından görünür ki, yekunda beton dəyişməklə görüləcək işlərin qiyməti 38500 manatdır.
15. Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 29 aprel 2025ci il tarixli məktubunun surətindən görünür ki, qaldırılan məsələnin həlli Daxili İşlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 7.10-cu maddəsinə əsasən müraciətiniz üzrə araşdırma dayandırılmışdır. Qeyd olunan məsələ mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz məqsədə müvafiqdir.
16. Cavabdeh1 Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində verdiyi izahatdan görünür ki, o, İddiaçı mülkiyyətində olan evində 2024-cü ildən təmir-tikinti işlərinə başlamışdır. Gördüyü işdən əlavə 11600 manat pul almışdır. Borcunu xx.xx.2025ci il tarixə kimi ödəyəcəkdir.
İşin faktki halları:
17. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yeganə təsisçisi-direktoru Cavabdeh1 arasında bağlanmış 07 noyabr 2024cü il tarixdə 141 nömrəli podrat müqaviləsinin 1.1-ci bəndinə görə müqavilənin qüvvədə olduğu müddət ərzində “Podraçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Sifarişçiyə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, şəxsi torpaq sahəsində “Sifarişçinin” göstərdiyi yerdə, çöl divardan-çöl divara ümumi sahəsi 12,8x5,8 olan hovuzun tikintisini həyata keçirməli idi. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçı cavabdehə 23000 (iyirmi üç min manat) ödəniş etməyi öhdəsinə götürür. Müqavilənin 7.1ci maddəsinə görə müqavilə imzalandığı tarixdən və ilkin ödəniş alındığı vaxtdan qüvvəyə minir və 1 (bir) il müddətində etibarlıdır. Lakin müqavilənin predmeti olan hovuz yarımçıq və keyfiyyətsiz tikilib. Həmçinin işin gedişatı zamanı tərəflər qarajın tikintisi üçün 5460 manat və terrasın tikintisi üçün isə 38500 manat ödəniş edilməklə tikilməsinə razılaşıblar. Lakin hər üç tikili (hovuz, qaraj və terras) yarımçıq tikilib, bu səbəbdən iddiaçı başqa ustalar dəvət edib tikintiləri sona çatdırıb. Sonra hesablayıblar, cavabdehin iddiaçıya 11600 manat borcu qalıb və o, bunu Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində izahat verərək iddiaçıya 11600 manat borcu olduğunu etiraf etmişdir. Hazırda iddiaçı, vurulan maddi zərərin əvəzi kimi 11600 (on bir min altı yüz) manat məbləğində pul vəsaiti, 124,80 (yüz iyirimi dörd manat 80 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi, hüquqi yardımın göstərilməsi üçün vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 800 (səkkiz yüz) manatın əvəzi və vəkilə verilmiş etibarnaməyə görə ödənilmiş 17,25 (on yeddi manat iyirimi beş qəpik) notariat haqqının əvəzi cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Şirinzadə
Uğur Namiq oğlundan müştərək qaydada alınaraq İddiaçı ödənilməsini tələb edir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
21. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi və iddiaçının qiyabi craat qaydasında baxılmasına etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır.
22. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yeganə təsisçisi-direktoru Cavabdeh1 arasında bağlanmış 07 noyabr 2024-cü il tarixli 141 nömrəli podrat müqaviləsinin 1.1-ci bəndinə görə müqavilənin qüvvədə olduğu müddət ərzində “Podraçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Sifarişçiyə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, şəxsi torpaq sahəsində “Sifarişçinin” göstərdiyi yerdə, çöl divardan-çöl divara ümumi sahəsi 12,8x5,8 olan hovuzun tikintisini həyata keçirməli idi. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçı cavabdehə 23000 (iyirmi üç min manat) ödəniş etməlidir. Müqavilənin 7.1-ci maddəsinə görə müqavilə imzalandığı tarixdən və ilkin ödəniş alındığı vaxtdan qüvvəyə minir və 1 (bir) il müddətində etibarlıdır. Bundan başqa işin gedişatı zamanı tərəflər arasında şifahi razılaşma olmuşdur. Razılaşmaya əsasən tərəflər qarajın tikintisi üçün 5460 manat və terrasın tikintisi üçün isə 38500 manat ödəniş edilməklə tikilməsinə razılaşıblar. Cavabdeh1 Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində izahat verərək iddiaçıya 11600 manat borcu olduğunu etiraf etmişdir. Borcunu xx.xx.2025ci il tarixə kimi ödəyəcəyini bildirmişdir.
23. İddiaçının vəkili və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, tərəflər arasında həm yazılı, həm də şifahi razılaşma olub. Hovuzun tikilməsi 07 noyabr 2024-cü il tarixli 141 nömrəli podrat müqaviləsi əsasında razılaşdırılmış şərtlərlə, qaraj və terrasın tikilisi isə şifahi razılaşma əsasında olmuşdur. Lakin hər üç tikili (hovuz, qaraj və terras) yarımçıq tikilib, bu səbəbdən iddiaçı başqa ustalar dəvət edib tikintiləri sona çatdırıb. Tərəflər öz aralarında görülmüş işlə verilmiş pulu hesablayıblar, cavabdehin iddiaçıya 11600 manat borcu qaldığını müəyyən ediblər. Bu halı cavabdeh polis bölməsində iddiaçıya olan borcunu etiraf etməklə təsdiqləmiş, lakin hələ borcunu qaytarmamışdır.
24. Cavabdeh1 "xxxx" MMC-nin yeganə təsisçisi və rəhbəri olduğundan məhkəmə hesab edir ki, 11600 manat pul cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir.
Məhkəmə baxışının hədləri:
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
25. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan 124,80 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Həmçinin hüquqi yardım üçün ödənilmiş 800 manat və etibarnamə üçün ödənilmiş 17,25 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
27. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 11600 manat məbləğində pul, 124,80 manat ödənilmiş dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 800 manat və etibarnamə üçün ödənilmiş 17,25 manat tutularaq İddiaçı ödənilməlidir.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 11600 manat məbləğində pul, 124,80 manat ödənilmiş dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 800 manat və etibarnamə üçün ödənilmiş 17,25 manat tutularaq İddiaçı ödənilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova