Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3254/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X6 Qurbanovun katibliyi, Ərizəçi İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Ərizəçi İddiaçı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə1 ərizəni onunla əsaslandırdı ki, ərizəçi İddiaçı ilə X7 23 oktyabr 2007-ci ildə, Bakı şəhəri, Nizami rayonu VVADQ şöbəsində rəsmi nikah bağlayaraq evləniblər.Həmin nikahdan onların övladları xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X8 doğulub.Ailənin faktiki yaşayış yeri ərizəçinin rəsmi qeydiyyat yeri olan ünvan 1 ünvanı olub.X4 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi zəruridir.Belə ki, ərizəçinin əri X7 xx.xx.2014-cü il tarixdə yaşayış yerini tərk edib və həmin tarixdən onunla hər hansı əlaqə olmayıb. Onun olduğu yer məlum deyil və son səkkiz ildən artıq müddət ərzində o, yaşayış yerində görünməyib. Azərbaycan Respulikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə görə, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Beləliklə, X1 dəfə xx.xx.2014-cü il tarixdə ölkəni tərk etməsi müəyyən edilib.Məhkəməyə dəvət etdiyikləri şahidlər Şahid3, Şahid2 və Vəliyeva X2 Vüsal Məhəmməd oğlunun olduğu yerin məlum olmaması və son səkkiz ildən artıq müddət ərzində onun yaşayış yerində görünməməsi faktını təsdiq edib bu barədə məlumat verəcəklər. Ərizəçi səkkiz ildən artıq vaxt ərzində övladlarını təkbaşına böyüdür. Həmin müddətdə onun və övladlarının hüquqlarının tam şəkildə həyata keçirilməsində müəyyən maneələr yaranıb. Məsələn, o, övladları ilə ölkə xaricinə səyahət edə bilmir. Nəticədə övladlarının Azərbaycan Respulikası Konstitusiyasının 28-ci maddəsinin 1-ci, 3-cü və 4-cü hissələrində nəzərdə tutulan azadlıq hüququ pozulur.X3 orta məktəbin 10-cu sinfində oxuyur və onun Almaniyada ali təhsil almasını planlaşdırırlar. Övladlarının xaricdə müalicə və ya təhsil alması zərurəti yaranacağı təqdirdə, onlar bu hüquqları reallaşdıra bilməyəcəklər. Ona görə ki, müvafq qaydalara görə ölkə sərhəddini keçmək üçün uşaqların atasının rəsmi razılığı tələb olunur.X4 xx.xx.2014-cü ildən bəri olduğu yerin məlum olmaması ərizəçi və övladları üçün qeyri-müəyyənlik yaratmaqla, həm də onlar üçün mənəvi zərbədir. Ərizəçi bu məsələyə məhkəmə qaydasında hüquqi müəyyənlik gətirilməsində israrlıdır. Qeyd olunanlara əsasən X4 xəbərsiz itkin düşmaş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi İddiaçı da eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan: Doğum haqqında şəhadətnamnin surətindən görünür ki,Həmzəyev Həmzə xx.xx.2009-cu il tarixdə doğulmuşdur.X18,anası İddiaçıdir. Doğum haqqında şəhadətnamnin surətindən görünür ki,Həmzəli Muhamməd xx.xx.2007-ci il tarixdə doğulmuşdur.X18,anası İddiaçıdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X9 arasında nikah 23 oktyabr 2007-ci il tarixdə Nizami Rayon Qeydiyyat şöbəsində bağlanmış və 823 saylı nikah qeydi ilə rəsmiləşdirilmişdir.Nikah bağlanarkən Hüseynova İddiaçı soyadını qəbul etmişdir Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətindən məhkəməyə ünvanlanmış 17 may 2019-cu il tarixli məktubda qeyd olunur ki, “Azərbaycan Respublikasının vətəndaşı-1983-cü il təvəllüdlü X4 xx.xx.1014-cü il tarixdə ölkə ərazisini tərk edərək Türkiyə ərazisindən keçməklə Suriya-İraq ərazilərində “cihad”da iştirak etməsi məlum olsa da,onun ölümünə dair ünvanımıza rəsmi məlumatlar daxil olmamışdır.Hazırda tərəfimizdən Vüsal Həmzəyev barəsində araşdırma aparılmır” Azərbaycan Respublikası DİN Bakı Şəhəri Nizami Polis İdarəsinin 24-cü polis bölməsindən X5 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur ki, “xx.xx.1983cü il də ünvan 3 ünvanda qeydiyyatda olan X7xx.xx.1014-cü il tarixdə ölkə ərazisini tərk edərək Ukrayna Respublikasına getməsi müəyyən olunmuşdur” Azərbaycan Respublikası Dövlət Sərhədd Xidmətinin Sərhəd Nəzarətindən məhkəməyə ünvanlanmış 17 may 2019-cu il tarixli məktubda qeyd olunur ki, X1 dəfə dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır:xx.xx.1014-cü il-çıxış. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məhkəməyə ünvanlanmış 17 may 2019-cu il tarixli məktubda qeyd olunur ki, “X7 radikal dini ekstremizmə meyilli şəxs kimi Baş İdarədə qeydiyyatdadır. Sonuncu dəfə oğluxx.xx.1014-cü il tarixdə ölkə ərazisini tərk edərək Ukrayna Respublikasına getməsi müəyyən olunmuşdur. X7 radikal dini ekstremizmdə iştirak etdiyinə görə Azərbaycan Raespublikası vətəndaşlığına xitam verilmiş və bu səbəbdən xx.xx.2018-ci il tarixdə şəxsiyyət vəsiqsi və pasportu fəaliyyətsizləşdirilmişdir” Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məhkəməyə ünvanlanmış 05.08. 2019-cu il tarixli məktubda da həmin faktlar öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, ərizəçi Həmzəyevanın əri Vüsal onun bacısı oğludur. Səkkiz il bundan əvvəl eşitdi ki, Vüsal çıxıb getmək istəyir, lakin anası və atası buna razılıq vermirdilər.Buna baxmayaraq o, çıxıb getdi və bu günə kimi onun hər hansı bir xəbəri gəlməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, 1992-ci ildən ərizəçi İddiaçı ilə qonşuluqda yaşayır. Onun ailə qurduğu Vüsalı da yaxşı tanıyırdı. Mədəni-mərifətli oğlan idi. Təxminən 2014-cü ildən Vüsal çıxıb gedib və bu günə qədər onun barəsində hər hansı bir məlumat daxil olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki ərizəçi İddiaçı ilə qonşuluqda yaşayır, bir blok arası məsafədə qalır. Onun əri Vüsal burda olan zaman ailəsinə baxırdı, hətta özünün avtomobili də, var idi. Lakin 2014-cü ildən çıxıb gedib və geri dönməyib.O, düşünür ki, o, vəfat edib, çünki həyatda olsaydı qəlib uşaqlarıailəsi ilə maraqlanardı. Hər bir insan valideyindir, övladları ilə maraqlanmasa yaşaya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 40.5. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 312.Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313.Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. 315.2. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. 316.Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə işdə iştirak edən şəxsləri,şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, xx.xx.1983-cü il də ünvan 4 ünvanda qeydiyyatda olan X4xx.xx.1014-cü il tarixdən itkin düşməsi işdə olan sübutlarla öz təsdiqini tapır.Məhkəmə araşdırması zamanı onun hal-hazırda harada olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1983-cü il də ünvan 4 ünvanda qeydiyyatda olan X7 xx.xx.1014-cü il tarixdən itkin düşmüş hesab olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1983-cü ildə Azərbaycan Respublikasının ünvan 5 ünvanda qeydiyyatda olan X7 xx.xx.1014-cü il tarixdən itkin düşmüş hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-3254/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3254/2022
28.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver