Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-334/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində ona məxsus "Toyota RAV-4" markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin "Mersedes Benz C220 CDİ" markalı **-UM- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması zamanı baş verən madi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər BPİ DYPİ-nin YNH üzrə şöbəsində aparılan araşdırma materiallarının təstiq edilən surəti xx.xx.2022-ci il tarixdə ona çatdırılıb.Araşdırma materiallarından görünür ki, X4 barəsində "Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydasının pozulması"na görə xx.xx.2022-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərar verilib. Qeyd edilən inzibati xəta nəticəsində ona məxsus "Toyota RAV-4" markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zaiyan dəyib. Dəyən maddi ziyan qimətləndirilib və ərizəyə əlavə edilir.Qeyd edilənləri nəzərə alaraq X1 onun xeyrinə dəymiş maddi ziyana görə 550,0 manat pulun və məhkəmə xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: İnzibati tənbehvermə haqqında Bakı şəhəri DYPİ-nin polis kapitanı X2 ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından və ona əlavə olunmuş sənədlərdən görünür ki, X4 Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində idarə etdiyi "Toyota RAV-4" markalı **-TX- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq İddiaçı məxsus "Mersedes Benz C220 CDİ" markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə ilə əlaqədar X4 Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsi ilə təqsirli bilinmiş və 30 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 aprel 2023-cü tarixli li 9/865 saylı rəyindən görünür ki, "Mersedes Benz C220 CDİ" markalı **- UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 800.0 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, X4 Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində idarə etdiyi "Toyota RAV-4" markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq İddiaçı məxsus "Mersedes Benz C220 CDİ" markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə ilə əlaqədar X4 Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsi ilə təqsirli bilinmiş və 30 manat cərimə olunmuşdur. Həmin hadisə nəticəsində "Mersedes Benz C220 CDİ" markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Ekspert rəyi ilə həmin avtomobilin təmir-bərpa xərci təqribən 800 manat təşkil edir. İddiaçı dəymiş ziyana görə cavabdehdən 550,0 manat tələb edir. Məhkəmə hesab edir ki iddia əsaslıdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı X1 onun xeyrinə dəymiş maddi ziyana görə 550,0 manat pulun və məhkəmə xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. X1 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 550.0 manat , ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. X1 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 550.0 manat ,ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-334/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-334/2023
02.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver