Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-353/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, X1, Ərizəçi İddiaçı, Maraqlı şəxs2, Maraqlı şəxs1 oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi İddiaçı “atalığın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Maraqlı şəxs1 oğlu cavabdeh Maraqlı şəxs2 qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında əsl olmayan tərəf-iddiaçı Maraqlı şəxs1 Məhəmməd oğlu (vəkili və nümayəndəsi vasitəsi ilə) əsl olan tərəflə-İddiaçı ilə əvəzlənmiş və işə xüsusi icraat qaydasında baxılması qərara alınmışdır. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, anası X11 ilə atası Maraqlı şəxs1 oğlu xx.xx.1999-cu il tarixdən 2004-cü ilin iyun ayınadək nikahda olublar və onların nigahlarının pozulması qarşılıqlı razılıq əsasında Bakı şəhəri Nizami rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə qeydə alınıb. Nikahları pozulandan 5 ay sonra, xx.xx.2004-cü il tarixdə o, doğulmuşdur.Bu barədə 21 dekabr 2004-cü il tarixdə Bakı şəhəri Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən 1966 №-li doğum haqqında akt qeydi tərtib olunub, anası X11 atası Maraqlı şəxs1 oğlunun onun atası olması barədə məlumatı gizlədib, onun ərizəsi əsasında,nikahda olmaması əsas götürülərək atası kimi Olqanın atası,yəni babası X4 göstərilib. Anası X8 hamiləliyi atası Maraqlı şəxs1 oğlu ilə birgə yaşadıqları və rəsmi nigahları dövründə başlayıb, atasının Maraqlı şəxs1 oğlu olmasını anası da, inkar etmir. Lakin atası Maraqlı şəxs1 oğlu daimi yaşayış üçün ölkədən çıxıb getdiyindən atası olması barədə Qeydiyyat Şöbəsinə müraciət etməyib.Sonradan anası ilə atası yenidən rəsmi nikaha daxil olublar və atasının daimi olaraq ölkədən kənarda yaşaması, məzunuyyətdən məzuniyyətə Bakıya gəlməsində narazılıq olduğu üçün onlar xx.xx.2014-cü il tarixdə 2-ci dəfə boşanıblar.Bundan sonra, xx.xx.2014-ci il tarixdə anası Maraqlı şəxs3 ilə nikaha daxil olaraq ərinin soyadını qəbul edib və Elçinin onun atası kimi qeydə alınmasına razılıq verib. Maraqlı şəxs3 da mənim atam kimi qeydə alınmasına razı olub.X7 o, mənim atam hesab olunaraq bu barədə “Atalığın müəyən edilməsinə dair şəhadətnamə” verilib, ikinci dəfə artıq İddiaçı kimi qeydə alınmaqla ona xx.xx.2015-ci il tarixdə yeni “Doğum haqqında Şəhadətnamə” verilib.Onun doğma atasının Maraqlı şəxs1 oğlu olduğunu bilir və onunla daima ünsiyyət saxlayır.Hazrda doğum haqda şəhadətnaməyə əsasən Maraqlı şəxs3 şəhadətnamədə onun atası kimi göstərildiyindən, Maraqlı şəxs1 oğlunun onun atası olması məhkəmə qaydasında müəyyən edilməlidir.Qeyd olunanlara əsasən xx.xx.1966-cı il tarixində İran İslam Respublikasında anadan olmuş, X5 vətəndaşı olan Maraqlı şəxs1 oğlunun atası olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs X10 izahat verərək göstərdi ki, Maraqlı şəxs1 oğlu ilə xx.xx.1999-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bizim birgə nikahlarından 17 noyabr 2014-cü il tarixdə Danila adlı bir övladları dünyaya gəlib. Maraqlı şəxs1 oğlunun işi xaricdə olduğu üçün aralarında narazılıqlar baş vermiş,bu səbəbdən nikahları pozulmuşdur. Birgə nikahlarından doğulmuş Danila anadan olan vaxt artıq onlar boşanmış olduqlarından o,Danilanın ata qrafasında öz atasının məlumatlarını qeyd etdirmişdir. Bundan bir müddət sonra o, Elçin Mövsumovla ailə həyatı qurmuşdur.Elçin oğlu Danilaya öz soyadını verərək atalığın müəyyən olunması ilə bağlı şəhadətnamə almışlar.Onun oğlu Danilanın atası Maraqlı şəxs1 oğludur və hal-hazırda oğlu Danilanın qaldırdığı iddanı qəbul edir, xahiş edirəm ərizə təmin olunsun. Maraqlı şəxs1 oğlunun nümayəndəsi-vəkili Vəkil izahat verərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi Negahban X2 Olqa Nikolayevna ilə xx.xx.1999-cu il tarixdən 2004-cü ilin iyun ayınadək nikahda olublar və nikahlarının pozulması qarşılıqlı razılıq əsasında Bakı şəhəri Nizami rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə qeydə alınıb. Nikahları pozulandan 5 ay sonra, xx.xx.2004-cü il tarixdə Danila adlı övladları doğulub, bu barədə 21 dekabr 2004-cü il tarixdə Bakı şəhəri Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən 1966 №-li doğum haqqında akt qeydi tərtib olunub, X11 hüquqlarını müdafiə etdiyim şəxsin Danilanın atası olması barədə məlumatı gizlədib, onun ərizəsi əsasında,nikahda olmaması əsas götürülərək uşağın atası kimi Olqanın atası X4 göstərilib. X8 hamiləliyi onların birgə yaşadıqları və rəsmi nikahları dövründə başlayıb və hüquqlarını müdafiə etdyi şəxsin Danilanın atası olmasını o, inkar etmir. Lakin hüquqlarını müdafiə etdiyi şəxs daimi yaşayış üçün ölkədən çıxıb getdiyindən Danilanın atası olması barədə Qeydiyyat Şöbəsinə müraciət etməyib.Sonradan X11 ilə yenidən rəsmi nikaha daxil olublar və daimi olaraq ölkədən kənarda yaşaması, məzunuyyətdən məzuniyyətə Bakıya gəlməsindən narazı olduğu üçün Olqa ilə xx.xx.2014-cü il tarixdə 2-ci dəfə nikahları pozulub.Bundan sonra, xx.xx.2014-ci il tarixdə X11 Maraqlı şəxs3 ilə nikaha daxil olaraq ərinin soyadını qəbul edib və Elçin onun Danilanın atası kimı qeydə alınmasına razılıq verib. X7 o, Danılanın atası hesab olunaraq bu barədə “Atalığın müəyən edilməsinə dair şəhadətnamə” verilib, hüquqlarını müdafiə etdiyi şəxsin oğlu ikinci dəfə artıq İddiaçı kimi qeydə alınaraq ona xx.xx.2015-ci il tarixdə yeni “Doğum haqqında Şəhadətnamə” verilib.Danila özü də Maraqlı şəxs1 oğlunun onun doğma atası olduğunu bilir və onunla ünsiyyət saxlayır.Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki, ərizə təmin olunsun. Maraqlı şəxs3 məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəməyə göndərdiyi notarial qaydada təsdiq edilmiş ərizədə göstərmişdir ki, “Bildirirəm ki,arvadı X8 keçmiş nikahından xx xxxxxx 2004-cü il tarixdə doğulmuş Danilanın atası kimi mənim qeyd olunmağıma razılıq vermişəm və bu barədə xx.xx.2015ci il tarixdə Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən aparılan reyestr nömrəsi 64 olmaqla “Atalığın müəyyən olunması barədə şəhadətnamə verilmişdir.Hal hazırda xx.xx.2015-ci il tarixdə Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən aparılan reyestr nömrəsi 64 olan qeydin ləğv olunmasına və xx xxxxxx 2004-cü il tarixdə doğulmuş Danilanın atasının Maraqlı şəxs1 oğlu olması barədə yeni qeydin aparılmasına etiraz etmirəm” Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-cı maddəsinin müddəalarını rəhbər tutaraq, Maraqlı şəxs3 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki,ərizə təmin edilməlidir. İş materiallarında olan: Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki,Maraqlı şəxs1 oğlu ilə X11 arasında nikah 21 noyabr 1999-cu il tarixdə Səadət Sarayında (Bakı Nikah Evində) bağlanmış 1778 saylı nikah Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə pozulmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 ilə X11 arasında nikah 29 oktyabr 2014-cü ildə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış və 1509 saylı nikah qeydi ilə rəsmiləşdirilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.Atası Maraqlı şəxs3, anası Maraqlı şəxs2dır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasımla müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənılən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə. uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə maraqlı şəxslərin tələbi qəbul etdiklərini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki,ərizə təmin olunmalı və xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı atası xx.xx.1966-cı il tarixində İran İslam Respublikasında anadan olmuş,X5 vətəndaşı olan Maraqlı şəxs1 oğlu müəyyən olunmalı,ərizəçinin doğum haqqında akt qeydində dəyişiklik edilməklə ona yeni doğum haqqında şəhadətnamə verilməli,doğum haqqında şəhadətnamənin ata qrafasında “Maraqlı şəxs1 oğlu”, ana qrafasında “Maraqlı şəxs2”, soyadı, adı, atasının adı qrafasında X6, doğum tarixi “xx xxxxxx 2004-cü il”,doğulduğu yer “Bakı şəhəri”ı” göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı atasının xx.xx.1966cı il tarixdə İran İslam Respublikasında anadan olmuş, X5 vətəndaşı olan Maraqlı şəxs1 oğlu olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. İddiaçı doğum haqqında akt qeydində dəyişiklik edilməklə ona yeni doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında “Maraqlı şəxs1 oğlu”, ana qrafasında “Maraqlı şəxs2”, soyadı, adı, atasının adı qrafasında X6, doğum tarixi “xx xxxxxx 2004-cü il”, doğulduğu yer “Bakı şəhəri”, göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-353/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-353/2023
12.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver