Məhkəmə qərarları › İş №e-2(007)-358/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-358/2024

19.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-358/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı MMC və X11 Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək qaydada) 150000 manat vurulmuş maddi zərərin, ödənilmiş 30 manat əvvəlki, 440 manat hazırki dövlət rüsumunun tutularaq İddiaçı MMCyə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək qaydada) 150000 manat vurulmuş maddi zərərin, ödənilmiş 30 manat əvvəlki, 441 manat hazırki dövlət rüsumunun tutularaq İddiaçı MMCyə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 233/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətə zadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin hökm üzrə zərərçəkmiş şəxslər İddiaçı MMC-nin prezidenti X12 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış və həmin zərərçəkmiş şəxsə, o cümlədən iş üzrə digər zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüquqları izah edilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 1(101)-233/2021 saylı hökmündən Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 tərəfindən verilmiş apellyasiya protestinə və müdafiəçi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 1(103)-201/2022 saylı qərarı ilə Cavabdeh2 müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 1(101)-233/2021 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 1(101)-233/2021 saylı hökmü Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 05 il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 06 il müddətinə artırılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: X5 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə baxılmış, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli, 1(103)-201/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-87/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 03 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökm ilə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmündən müdafiəçi X8 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1303/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 1(101)-87/2022 saylı hökmü, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Qəbul edilən məhkəmə hökm və qərarlarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və bununla da direktoru (prezidenti) X12 olan İddiaçı MMC-yə 150000 manat maddi zərər vurulmuşdur. İddiaçı MMC-nin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X9 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 yazılı şəkildə ərizə göndərərək bildirmişdir ki, iddia ərizəsinə vəkili olmadığı üçün münasibət bildirməkdən imtina etmiş və növbəti məhkəmə iclaslarında vəkilinin iştirakının təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 yazılı şəkildə ərizə göndərərək bildirmişdir ki, iddia ərizəsinə vəkili olmadığı üçün münasibət bildirməkdən imtina etmiş və növbəti məhkəmə iclaslarında vəkilinin iştirakının təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir, cavabdehlər vəkillərinin iştirakını təmin edəcəklərini bildirsələr də vəkilləri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, o, səhhətini, ailəsinin maddi vəziyyətini, himayəsində 3 övladının olmasını, 4 il müddətində cəza çəkdiyini nəzərə alaraq ona qarşı olan iddianı geri çəkmələrini və vaxtından əvvəl azad olmasına etiraz etməmələri barədə barışıq ərizəsi vermələrini xahiş etmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-1866/222 nömrəli qərarından görünür ki, “Cavabdeh2 təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Cavabdeh1 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Cavabdeh1 öz qulluq mövqeyindən istifadə etməklə tanışı İddiaçı MMC-nin nümayəndəsi X4 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" MMC-nə həvalə edildiyini yalandan bildirməklə 150000 manat ödəyəcəyi təqdirdə həmin “Otel Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasını onlara verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 31 yanvar 2018-ci tarixli formal konsaltinq müqaviləsi bağlamış və 05 fevral 2018-ci tarixdə Cavabdeh1 və Cavabdeh2 sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə İddiaçı MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabına köçürülmüş 150000 manat pulu Bakı şəhəri ərazisində ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı MMC-yə külli miqdarda 150000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.” - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-233/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətə zadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-201/2022 saylı qərarı ilə Cavabdeh2 müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 1(101)-233/2021 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 1(101)- 233/2021 saylı hökmü Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 05 il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 06 il müddətinə artırılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-87/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 03 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1303/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “Cavabdeh1 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Cavabdeh2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Cavabdeh1 öz qulluq mövqeyindən istifadə etməklə tanışı İddiaçı MMC-nin nümayəndəsi X4 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" MMC-nə həvalə edildiyini yalandan bildirməklə 150000 manat ödəyəcəyi təqdirdə həmin “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasını onlara verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 31 yanvar 2018-ci tarixli formal konsaltinq müqaviləsi bağlamış və 05 fevral 2018-ci tarixdə Cavabdeh1 və Cavabdeh2 sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə İddiaçı MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabına köçürülmüş 150000 manat pulu Bakı şəhəri ərazisində ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı MMC-yə külli miqdarda 150000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir”. - xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC-nin nümayəndəsi X9 məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. - “AZEMİS”-dən çıxarışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi X9 məhkəməyə müraciət etmək üçün 440 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə İddiaçı MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabına köçürülmüş 150000 manat pulu ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı MMC-yə külli miqdarda 150000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişlər. Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə baxılan zaman iddiaçı mülki iddiaçı kimi tanınsa da mülki iddia baxılmamış saxlanılmışdır və mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırda iddiaçı ona dəymiş maddi ziyanın cavabdehlərdən tutulmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1303/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Cavabdeh1 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Cavabdeh1 öz qulluq mövqeyindən istifadə etməklə tanışı İddiaçı nümayəndəsi X4 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 150000 manat ödəyəcəyi təqdirdə həmin “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasını onlara verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 31 yanvar 2018-ci tarixli formal konsaltinq müqaviləsi bağlamış və 05 fevral 2018-ci tarixdə Cavabdeh1 və Cavabdeh2 sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə İddiaçı MMCnin "xxxx" ASC-də olan rəsmi hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabına köçürülmüş 150000 manat pulu Bakı şəhəri ərazisində ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı MMC-yə külli miqdarda 150000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qanunvericiliyin tələbinə görə zərərin mövcud olması, həmin zərərin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulması, vurulmuş maddi zərərlə törətdiyi cinayət arasında səbəbli əlaqənin olması, cavabdehlərin təqsiri və işin halları qanuni qüvvəsini almış 05 oktyabr 2022-ci il və 13 dekabr 2022-ci il tarixli məhkəmə qərarları ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il Qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, 05 oktyabr 2022-ci il və 13 dekabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmışdır. Cavabdehlərin ona qarşı dələduzluq etməsi təsdiq olunmuşdur. Ona dəymiş ziyan hökmdə və yuxarı instansiya məhkəmələrinin qərarlarında öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə müştərək qaydada 150000 manat məbləğində pul vəsaiti və 471 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə müştərək qaydada 150000 manat məbləğində pul vəsaiti və 471 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar