Məhkəmə qərarları › İş №e-2(007)-373/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-373/2024

07.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-373/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər https://emlak.gov.az/azCavabdeh1nə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdehlər https://emlak.gov.az/azCavabdeh1nə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərində 19 sentyabr 2017-ci il tarixdə keçirilən hərracın (19 sentyabr 2017-ci il tarixli 01 saylı hərrac protokolu) etibarsızlığı və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-373/2024 saylı qərardadına əsasən, İddiaçı MMC-nin cavabdehlər https://emlak.gov.az/azCavabdeh1nə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair e-2(007)-373/2024 saylı mülki işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd olunan xx.xx.2024-cü il tarixli qərardadında mülki işin aidiyyəti üzrə göndərilməsi barədə qənaətə ona görə gəlmişdir ki, “...İddia tələbindən göründüyü kimi, iddiaçının tələbi Sumqayıt şəhəri, Nəsimi parkı, Şərq hissəsində (Sumqayıt şəhəri, 5-ci mikrorayon, Səməd Vurğun küçəsində) yerləşən İddiaçı MMC-yə məxsus 133 saylı yanacaqdoldurma məntəqəsinin özəlləşdirilməsi ilə bağlı yaranmış hüquq münasibətlərindən irəli gəlir. Torpaq sahəsinin (yanacaqdoldurma məntəqəsinin) Sumqayıt şəhəri ərazisində yerləşdiyindən məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə, iddia tələbinin mahiyyəti baxımından qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh2 cavabdeh qismində cəlb edilməsi hazırkı işə ümumi məhkəmədə baxılması üçün əsas ola bilməz, belə ki, sonuncu iddiaçı tərəfindən cavabdeh qismində deyil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməli idi...”. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(007)-373/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-373/2024 saylı qərardadı ilə, məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(007)-373/2024 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(102)- 2023/2024 saylı qərardadı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 373/2024 saylı iş üzrə 5 aprel 2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 may 2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş məhkəmə baxışından çıxarılmış, İddiaçı MMC-nin şikayəti qeyri-mümkün hesab edilmiş və prosessual qanunvericiliyin müəyyən etdiyi qaydada baxılması üçün iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd olunan qərardadda qeyd etmişdir ki, “...Prosessual qanunvericiliyin tələblərinə və yuxarıda ifadə edilmiş hüquqi mövqeyə əsasən mülki işə və ya kommersiya mübahisəsinə baxılması zamanı işin aidiyyəti üzrə inzibati məhkəmədə baxılması qərarına gəlinərsə bu halda icraata qəbul olunmuş iş üzrə işin müvafiq inzibati məhkəməyə göndərilməsi ilə bağlı deyil, başlanmış işin icraatına xitam verilməsinə dair qərar qəbul olunmalıdır. Həmin qərardaddan şikayət verildiyi halda isə MPM-in 269.3-cü maddəsində nəzərdə tutulan qaydada şikayətə baxılaraq təmin edilmədiyi halda, şikayət işlə birlikdə yenidən baxılması üçün müvafiq yurisdiksiya üzrə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Təsadüfü deyil ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə edilən dəyişikliyə əsasən işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması halında icraata xitam verilməsi qaydası müəyyən edilmişdir. Bu zaman məhkəmə işin inzibati icraat qaydasında baxılmasını müəyyən etdikdən sonra işin icraatına xitam verməli və MPM-in 262.3-cü maddəsinə əsasən qərardadda ərizəçinin hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını göstərməlidir. Qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi işin inzibati məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmiş və həmin qərardaddan verilmiş şikayəti təmin etməyərək MPM-in 32.5-ci maddəsinə istinad etməklə şikayəti baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin qaydada verilən şikayətə Ali məhkəmədə baxılması yol verilən deyildir. Çünki aidiyyət məsələləri ilə bağlı fikir ayrılıqları mülki və ya kommerasiya məhkəmələri arasında yarandıqda MPM-nin 32.5 və 269.3-cü maddələrinə əsasən qəbul olunmuş qərardadlardan verilən şikayətlərə göstərilən xüsusi qaydada baxılması yolveriləndir...”. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, o, hesab edir ki, işə ümumi məhkəmədə baxılmalıdır. İşin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Cavabdeh qismində cəlb edilmiş https://emlak.gov.az/azCavabdeh1nə və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, o cümlədən nümayəndələri vasitəsilə təmsil edilməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia tələbindən göründüyü kimi, iddiaçının tələbi Sumqayıt şəhəri, Nəsimi parkı, Şərq hissəsində (Sumqayıt şəhəri, 5-ci mikrorayon, Səməd Vurğun küçəsində) yerləşən İddiaçı MMC-yə məxsus 133 saylı yanacaqdoldurma məntəqəsinin özəlləşdirilməsi ilə bağlı yaranmış hüquq münasibətlərindən irəli gəlir. Torpaq sahəsinin (yanacaqdoldurma məntəqəsinin) Sumqayıt şəhəri ərazisində yerləşdiyindən məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır, buna görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, iddia tələbinin mahiyyəti baxımından da qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh2 cavabdeh qismində cəlb edilməsi hazırkı işə ümumi məhkəmədə baxılması üçün əsas ola bilməz, belə ki, sonuncu iddiaçı tərəfindən cavabdeh qismində deyil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, qeyd olunan Məcəllənin 8.1.1-ci maddəsi həm daşınmaz əmlakla bağlı olan hüquq münasibətlərini, həm də daşınmaz əmlakla bağlı yaranmış hüquq münasibətlərini özündə əks etdirir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər https://emlak.gov.az/azCavabdeh1nə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata, işə ümumi məhkəmədə baxılmalı olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, işin icraatına xitam verildiyindən, qərardad iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər https://emlak.gov.az/azCavabdeh1nə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, xitam verilsin və iddiaçıya Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməli olması izah edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat (qəbz nömrəsi: **********, tarix: xx.xx.2023-cü il, saat: 12:40:45, FİN:xxxxxxx, "xxxx" ASC; VÖEN: **********; Büdcə təsnifat kodu-142213, xəzinə hesabı- AZ17CTRE**********0********) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar