Məhkəmə qərarları › İş №e-2(007)-3798/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3798/2024

20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3798/2024 20.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı ilə, İddiaçı Cavabdeh Məhəmmədli oğluna qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, əldən çıxmış faydanın, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Məhəmədəli oğlundan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* saylı, 05 mart 2018-ci il tarixli Çıxarışına əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.10137 ha torpaq sahəsində olan ümumi sahəsi 871,7 kv.m qeyri-yaşayış sahəsinin boşaldılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 05 mart 2018-ci il tarixdən boşaldıldığı tarixədək hər ay üçün əldən çıxmış fayda olaraq 5000 manat məbləğində pul, maddi ziyana görə 10000 manat pul, mənəviziyana görə 10000 manat pul, dövlət rüsumunun əvəzi olaraq 500 manat məbləğində pulcavabdehdən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.10. bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə; 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.4-cü iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında dövlət rüsumu ödənilir. Hazırkı halda müəyyən edildi ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 449,32 (450 manat-0,68 manat xidmət haqqı) manat dövlət rüsumu ödənilmişdir. Belə ki, iddiaçı tərəfindən hazırda qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə (xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay üçün 5000 manat olmaqla, cəmi 402500 manat- iddia verilən tarixədək, 10000 manat maddi, 10000 manat mənəvi ziyan olmaqla, cəmi 422500 manata münasibətdə 712,5 manat) dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilməmiş, iş materiallarında dövlət rüsumunun göstərilən məbləğdə ödənilməsini təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Bundan başqa, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh Məhəmmədli oğlu (VÖEN: **********) fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Bu səbəbdən iddiaçı tərəfindən məhkəməyə hazırkı iddia ilə yenidən müraciət edildiyi təqdirdə, tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər olub-olmaması ilə bağlı müvafiq məlumatların (sübutların) məhkəməyə təqdim edilməli olması iddiaçının nəzərinə çatdırılır. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan nöqsanlara görə iddia ərizəsi iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Məhəmmədli oğluna qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, əldən çıxmış faydanın, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçınə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar