Məhkəmə qərarları › İş №e-2(007)-3969/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3969/2025

12.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3969/2025 12.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesaba ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyinə qarşı “əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının ödənilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı “əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının ödənilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 133 saylı MKİS-də işlədiyi müddət ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının tam şəkildə İddiaçı fərdi şəxsi hesabına məcburi köçürülməsi öhdəliyinin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2 İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2019cu il tarixədək Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 133 saylı MKİS-də dalandar vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixli 2 saylı əmrlə cavabdehlə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü əsasında) xitam verilmişdir. İşlədiyi dövrdə iddiaçının əmək haqqından hər ay vergilər və digər icbari ödənişlər qanunvericiliklə müəyyən edilmiş qaydada tutulmuşdur. Lakin, sığortaolunan (iddiaçı) İddiaçı fərdi şəxsi hesabından çıxarışdan görünür ki, işlədiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövrdə cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən “Sosial sığorta haqqında” AR Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial haqları Dövlət Sosial Müfadiə Fonduna köçürülməmişdir. Hesab edirik ki, aşağıda göstərilən əsaslar baxımından İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 133 saylı MKİS-də işlədiyi müddət ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının tam şəkildə İddiaçı fərdi şəxsi hesabına məcburi köçürülməsi öhdəliyi Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 133 saylı MKİS tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli, 3-52-13- 13/3-6/2025 saylı arayışla müəyyən olunmuşdur ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövrdə iddiaçının qeyd edilən təşkilatda işlədiyi müddət ərzində ümumi əmək haqqısı 15.683 manat təşkil etmiş, əmək haqqısından 3 faiz, yəni 470,49 manat sosial sığorta haqqı tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(112)-1560/2025 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh orqan məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etiraz verərək İddiaçı ümumi iş stajının 22 il, 7 ay, 20 gün (xx.xx.2006-cı il tarixədək 15 il 4 ay 20 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1994cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1999-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 7 il 3 ay), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının isə 20.591,07 manat təşkil etdiyini, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün həmin tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq 40.320,00 manat məbləğində hesablandığını, İddiaçı ümumi stajının tələb olunan 25 il sosial sığorta stajından az olması və güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini, odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, “...Cavabdeh tərəfindən təqdim edilmiş sorğuya cavab məktubundan görünür ki, “İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20.591,07 manat təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün həmin tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320,00 manat məbləğində hesablanmışdır. Sığortaolunan İddiaçı hesabından çıxarışdan görünür ki, 2011-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək işlədiyi Mənzil Kommunal Təsərrüfat Birliyində sığorta ödənişləri aparılmamışdır. İşin faktiki hallarından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Məhkəmənin iddiaçının pensiya hüququnun yaranmaması və bunun nəticəsində iddianı rədd etməsi arqumentlərindən biri də iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmaması, iddiaçının əmək kitabçasındakı qeydlərə istinad edərək 32 il sığorta stajının olmasını iddia etsə də, cavabdeh iddiaçının xx.xx.2011-xx.xx.2019-cu illərdə 133 saylı MKİS-də dalandar vəzifəsində işlədiyi həmin müddət üzrə məcburi sosial sığorta haqlarının ödənilməməsini qeyd etməsi olmuşdur. Göründüyü kimi cavabdehin qanunsuz hərəkəti, yəni onun sosial sığorta haqlarının ödəməməsi nəticədə iddiaçının pensiya hüququnun pozulmasına səbəb olmuşdur.

İş materialları :

3. ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci ildən xx.xx.2019-cu il tarixədək 133 saylı MKİS-də dalandar vəzifəsində işləmişdir.

4. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli, 3-52-13-13/3-6/2025 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2011-ci il tarixdən xx.xx.20219-cu il tarixədək 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 133 saylı MKİS-də dalandar vəzifəsində işləmişdir. 2011-ci ilin iyul ayından -dekabr ayına qədər əmək haqqı 519 manat, sosial sığorta haqqı 3% 15.57 manat, 2012-ci ilin yanvar ayından-dekabr ayına qədər əmək haqqı 1244 manat, sosial sığorta haqqı 3% 37.32 manat, 2013-cü ilin yanvar ayından-dekabr ayına qədər əmək haqqı 1776 manat, sosial sığorta haqqı 3% 53.28 manat, 2014-cü ilin yanvar ayından-dekabr ayına qədər əmək haqqı 1968 manat, sosial sığorta haqqı 3% 59.04 manat, 2015-ci ilin yanvar ayından-dekabr ayına qədər əmək haqqı 1968 manat, sosial sığorta haqqı 3% 59.04 manat, 2016-cı ilin yanvar ayından-dekabr ayına qədər əmək haqqı 2064 manat, sosial sığorta haqqı 3% 61.92 manat, 2017-ci ilin yanvar ayındandekabr ayına qədər əmək haqqı 2160 manat, sosial sığorta haqqı 3% 64.80 manat, 2018ci ilin yanvar ayından-dekabr ayına qədər əmək haqqı 2196 manat, sosial sığorta haqqı 3% 65.88 manat, 2019-cu ilin yanvar ayından-avqust ayına qədər əmək haqqı 1788 manat, sosial sığorta haqqı 3% 53.64 manat, cəmi əmək haqqı 15683 (on beş min altı yüz səksən üç) manat təşkil edib, 3% sosial sığorta haqqı 470.49 (dörd yüz yetmiş manat 49 qəpik) əmək haqqından tutulmuşdur.

5. Mediasiya Şurası Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-01181 nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etsə də, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi iştirak etməmişdir. İddiaçı nümayəndəsi Vəkil tərəfindən 50 manat mediasiya, 10 manat kargüzarlıq xərci ödənilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək oensiyasının təyin edilməsi”nə dair iddia tələbi təmin edilməmişdir.

7. İş materiallarına İddiaçı fərdi şəxsi hesba məlumatları əlavə edilmişdir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkil və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı 2011-ci il tarixdən 2019cü il tarixədək 133 saylı MKİS-də işləmiş, lakin maliyyə çatışmazlığına görə sosial sığorta haqlarını ödəməmişlər.

10. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

11. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 133 saylı MKİS-də dalandar vəzifəsində işləmişdir. İddiaçı ilə cavabdeh arasında yaranmış əmək münasibətlərinə işəgötürənin xx.xx.2019-cu il tarixli əmri ilə, ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

12. İddiaçının cavabdeh müəssisədə işlədiyi dövrdə əmək haqqından sosial sığorta haqları tutulmasına baxmayaraq iddiaçının fərdi şəxsi hesabına köçürülməmişdir.

13. Cavabdeh tərəfindən sosial sığorta haqları iddiaçının fərdi şəxsi hesabına köçürülmədiyindən, iddiaçının cavabdeh müəssisədə işlədiyi 2011-2019-cu illər onun sığorta stajına daxil edilməmişdir.

Məhkəmə Baxışının Hədləri :

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar; 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr.

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi

12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: j) işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək; 304.1. 1. Sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 304.2. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunubolunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. 306.1. İşçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir. 306.2. İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu:

1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqlarıödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

19. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu:

2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

9. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir:özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;

10. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək;

11. Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

Məhkəmənin mövqeyi :

20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

21. İddiaçı cavabdeh 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı “əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının ödənilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini cavabdeh müəssisədə işlədiyi xx.xx.2011-xx.xx.2019-cu illər üzrə məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına köçürülməməsi ilə əsaslandırmışdır.

22. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

23. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

24. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, xx.xx.2011ci il tarixdən xx.xx.2019-cu il tarixədək 133 saylı MKİS-də dalandar vəzifəsində işləmiş və əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli əmr ilə ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Onun işlədiyi dövdə əmək haqqısından məcburi dövlət sosial sığorta haqları tutulmasına baxmayaraq cavabdeh müəssisə tərəfindən fərdi şəxsi hesabına köçürülməmişdir.

25. Belə olan halda məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi “Sosial sığorta haqqında” Qanunun 10 maddəsi nəzərdən keçirilə bilər.

26. Belə ki, "Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinə əsasən cavabdeh sığortaedən kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi daşımışdır.

27. İşin mübahisəsiz halıdır ki, iddiaçının cavabdeh müəssisədə işlədiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində iddiaçı-sığortaolunanın fərdi şəxsi hesabına cavabdeh-sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir.

28. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının hesaba köçürülməməsini qəbul etmiş və səbəbinin maliyyə çatışmazlıqlarının olması ilə bağlı olduğunu bildirmişdir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyə əsasən cavabdeh müəssisə maliyyə vəziyyətindən asılı olmayaraq iddiaçıya soğırta haqqı ödəmək öhdəliyi daşıyır. Onun maliyyə vəziyyətində olan çətinliklər onu bu öhdəlikdən azad etmək üçün əsas ola bilməz.

29. İşin müəyyən edilmiş halıdır ki, cavabdeh tərəfindən iddiaçının əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi şəxsi hesabına köçürülmədiyindən iddiaçının cavabdeh müəssisədə işlədiyi xx.xx.2011-xx.xx.2019-cu illər iddiaçının sığorta stajına daxil edilməmişdir.

30. Sığortaedən olan cavabdeh sığortaçı olan iddiaçının sosial sığorta haqqını sığortaçıya ödəmək öhdəliyi daşımasına baxmayaraq üzərinə düşən öhdəliyi yerinə yetirməməsi iddiaçının pensiya hüququnu reallaşdırmasına maneə olmuşdur.

Məhkəmə xərcləri :

31. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə :

32. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X1 xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 133 saylı MKİS-də işlədiyi müddət ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqqlarının tam şəkildə İddiaçı fərdi şəxsi hesabına məcburi köçürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. İddiaçı X1 xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 133 saylı MKİS-də işlədiyi müddət ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqqlarının tam şəkildə İddiaçı fərdi şəxsi hesabına məcburi köçürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsümu iddiaçının özünə adi edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar