Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3980/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, X1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(007)- 2205/2008 nömrəli və xx.xx.2015-ci il tarixli, 2(007)-1223/2015 nörməli qətnamələri üzrə verilməli olan aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:
1. X2 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(007)- 2205/2008 nömrəli və xx.xx.2015-ci il tarixli, 2(007)-1223/2015 nörməli qətnamələri üzrə verilməli olan aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 X3 xeyrinə xx.xx.1999-cu il təvəllüdlü X7 və xx.xx.2000-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(007)-2205/2008 nömrəli və xx.xx.2015-ci il tarixli, 2(007)-1223/2015 nörməli qətnamələri üzrə verməli olduğu aliment üzrə ödənilməli məbləğ indeksasiya tətbiq edilməklə və Ş.Asini və C.Asininin əyani təhsillə bağlı əlavə xərcləri nəzərə alınmaqla 58692.29 manat aliment borcu müəyyən edilməsi və mərhumun əmlakına yönəldilməsi üçün icra vərəqələri verilməsini xahiş etmişdir.
2. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır.
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakimin mövqeyi:
4. Yuxarıda göstərilənləri və iddiaçının ərizəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi icraata götürülmədən geri qaytarılmalıdır.
5. Belə ki, ərizə qanunvericiliyin tələbinə əsasən düzgün formada verilməmişdir. Ərizəçi məhkəməyə 8 indeksi ilə müraciət etməli idi, lakin iddia ərizəsi formasında məhkəməyə müraciət edilmişdir. Odur ki, ərizə düzgün forma və məzmunda verilmədiyindən geri qaytarılmalıdır.
Nəticə:
6. Beləliklə məhkəmə hesab edir ki, ərizəsi icraata götürülmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
7. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq,
Qərara aldım:
X1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(007)- 2205/2008 nömrəli və xx.xx.2015-ci il tarixli, 2(007)-1223/2015 nörməli qətnamələri üzrə verilməli olan aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən geri qaytarılsın. Qərardaddan tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova