Məhkəmə qərarları › İş №e-2(007)-4043/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4043/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4043/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus və Cavabdeh1 tərəfindən idarə olunan ** PF *** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası" növü üzrə sığortalanan ** JH *** dövlət qeydiyyat nişanlı Neoplan Cityliner markalı avtonəqliyyat vasitəsinə 22.07.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulub. Baş verən yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşı tərəfindən TP ******* saylı X1 haqqında qərar tərtib olunub və sürücü Cavabdeh1 təqsirli bilinib. "xxxx" ASC-tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı Neoplan Cityliner markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəyən ziyanın ümumi miqdarı 9 600,00 manat müəyyən edilib. "xxxx" ASC-nin 13.11.2019-cu il tarixli sığorta aktına əsasən dəyən ziyana görə 9600,00 manat məbləğində sığorta ödənişinin zərərçəkənin hesabına ödənilməsi qərara alınıb və köçürmə həyata keçirilib. Belə ki, zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5 000,00 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilib. Sığorta tərəfindən sığortalıya 4 600 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilib lakin, cavabdehlər dəyən zərər məbləğini ödəməkdən yayınır. Mülki hüquq pozuntusu cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin işçisi Cavabdeh1 tərəfindən törədilən və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanan avtomobilin sahibinə maddi zərər yetirilib. Qeyd olunanlara əsasən cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən və Cavabdeh1 onun xeyrinə dəymiş maddi ziyana görə subraqasiya qaydasında 4600 mant sığorta ödənişinin və 30.40 manat pul tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,həqiqətən də, yol-nəqliyyat hadisəsi baş verib. O, dövlət tədbirində olan zaman bu hadisəni törətmişdir. İşlədiyi nazirliyə məxsus nəqliyyat vasitəsini təmir etdirmişdir.Lakin sığorta şirkətinə ödəniş etməyə imknaı yoxdur. Xahiş edir ki,ona aid hissədə iddia təmin olunmasın. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddianı onlara aid hissədə qəbul etmir.Baş verən yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 sükan arxasında olub və hadisəni o, törədib. Buna görə, də xahiş edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə aid hissədə iddia təmin olunmasın. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: 13.11.2019-cu il traixli sığorta aktından görünür ki, ** JH *** dövlət qeydiyyat nişanlı Neoplan Cityliner markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki,22.07 tarixdə saat 13:00-da 9-cu köndələn küçəsində yol-nəqliyyat hadisəsi baş vremişdir.Nəticədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus və Cavabdeh1 tərəfindən idarə olunan ** PF *** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanan ** JH *** dövlət qeydiyyat nişanlı Neoplan Cityliner markalı avtonəqliyyat vasitəsi 22.07.2019-cu il tarixində toqquşmuş hadisəsi nəticəsində sonuncu avtomobilə zərər vurulmuşdur.Hadisə vaxtı Cavabdeh1 həmin avtomobili etmək hüququ olmamışdır. ** JH *** dövlət qeydiyyat nişanlı Neoplan Cityliner markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəyən ziyanın ümumi miqdarı 9 600,00 manat müəyyən edilib. "xxxx" ASC-nin 13.11.2019-cu il tarixli sığorta aktına əsasən dəyən ziyana görə 9600,00 manat məbləğində sığorta ödənişinin zərərçəkənin hesabına ödənilməsi qərara alınıb və köçürmə həyata keçirilib. X1 haqqında TP ******* saylı 22.072019-cu il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh1 oölu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi iə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələblərinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddi hüquq normasının mənasına görə, sığorta məbləğini sığortalıya ödəmiş sığortaçı "xxxx" Sığorta Şirkəti ASC sığorta hadisəsinin törədilməsində təqsirli şəxsdən ödənilmiş məbləğini tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia tələblərinin təmin olunmasına görə iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərci olan 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşin hallarından görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus və Cavabdeh1 tərəfindən idarə olunan ** PF *** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanan ** JH *** dövlət qeydiyyat nişanlı Neoplan Cityliner markalı avtonəqliyyat vasitəsinə 22.07.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulub. Baş verən yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşı tərəfindən TP ******* saylı X1 haqqında qərar tərtib olunub və sürücü Cavabdeh1 təqsirli bilinib. "xxxx" ASC-tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı Neoplan Cityliner markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəyən ziyanın ümumi miqdarı 9 600,00 manat müəyyən edilib. "xxxx" ASC-nin 13.11.2019cu il tarixli sığorta aktına əsasən dəyən ziyana görə 9600,00 manat məbləğində sığorta ödənişinin zərərçəkənin hesabına ödənilməsi qərara alınıb və köçürmə həyata keçirilib. Belə ki, zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5 000,00 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilib. Sığortaçı tərəfindən sığortalıya 4 600 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. Hal hazırda iddiaçı cavabdehlərdən dəymiş ziyana görə subroqasiya qaydaslnda 4600 manat sığorta ödənişinin və 30.40.manat dövlət rqsumunun tutulmasını xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən və Cavabdeh1 PAŞA Sığorta” ASC-nin xeyrinə dəymiş maddi ziyana görə subraqasiya qaydasında 4600 mant sığorta ödənişi və 30.40.manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən və Cavabdeh1 PAŞA Sığorta” ASC-nin xeyrinə dəymiş maddi ziyana görə subraqasiya qaydasında 4600 manat sığorta ödənişi və 30.40.manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar