Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4151/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri,Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Xasay oğlu Mirzəyev iddiaçılar İddiaçı1MMC-nin və Qanuni nümayəndə cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yananında DƏDRX-nin 1 Saylı Ərazi İdarəsinə və Cavabdeh3 Qapalı səhmdar cəmiyyətinə qarşı qiymətləndirmə hərracının nəticəsi Protokol alqı-satqı müqaviləsinin etibarsızlığı,torpağın naturada ayrılması və pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı1MMC və Qanuni nümayəndə cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yananında DƏDRX-nin 1 Saylı Ərazi İdarəsinə və Cavabdeh3 Qapalı səhmdar cəmiyyətinə qarşı qiymətləndirmə hərracının nəticəsi Protokol alqı-satqı müqaviləsinin etibarsızlığı,torpağın naturada ayrılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edirəm ki,aşağıda göstərilənlərlə əlaqədar iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçılar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yananında DƏDRX-nin 1 Saylı Ərazi İdarəsinə və Cavabdeh3 Qapalı səhmdar cəmiyyətinə qarşı iddia qaldırsalar da ərizənin “xahiş etdi”hissəsində həmin təşkilatlardan nəyi tələb etdiyini göstərməmiş,qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunmuş halların “mövcud olmayan”hesab edilməsi hərracın nəticələrinə dair alqı-satqı protokolunun etibarsız hesab edilməsi,torpağın naturada ayrılması və bir-biri ilə əlaqədar olmayan və ümumiyyətlə aydın olmayan tələblər irəli sürmüşlər. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş dövlət rüsumu haqqında qanunun 8.1.3 maddəsinə əsasən iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat+100000 manatdan yuxarı olan iddia qiymətinin 0,3% həcmində dövlət rüsumu ödənilməlidir. Hazırkı iddia tələbinin qiymətləndirilən hissəsi 30000 manat olduğu halda iddiaçı cəmi 30 manat ödəmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264,268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1MMC-nin və Qanuni nümayəndə cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yananında DƏDRX-nin 1 Saylı Ərazi İdarəsinə və Cavabdeh3 Qapalı səhmdar cəmiyyətinə qarşı qiymətləndirmə hərracının nəticəsi Protokol alqı-satqı müqaviləsinin etibarsızlığı,torpağın naturada ayrılması və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytrılsın. İddiaçıya izah edilsin ki,qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-4151/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-4151/2021
06.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver