Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4190/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçılar İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinə qarşı “iddiaçının əvvəlki hüquqi vəziyyətinin bərpasının təmin edilməsi, qanunsuz müdaxilələrin dayandırılma, maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:
1. İddiaçılar İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinə qarşı “iddiaçının əvvəlki hüquqi vəziyyətinin bərpasının təmin edilməsi, qanunsuz müdaxilələrin dayandırılma, maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1200 kv.m olan 30 mənzildən ibarət hotel tipli tikili üzrə iddiaçının əvvəlki xx.xx.2025-ci il tarixinə qədər hüquqi vəziyyətinin bərpasının təmin etməsini, Cavabdeh1 QSC-nin qeyd olunan əmlaka subyektiv hüququ olmadığını təsdiq etməsini, qanunsuz müdaxilələri dayandırmasını, iddiaçıya məxsus əmlakdan istifadəyə qoyulmuş bütün maneələri aradan qaldırmasını, işdə ikinci cavabdeh kimi göstərilən "xxxx" MMC-nin iştirakını təmin etməsini və onun İddiaçı eyni ünvan 2 ünvanında yerləşən mülkiyyət hüquqlarının dəyişildirməsi və xitamına səbəb olan hərracın alqı-satqı və yekun protokollarına dair arayışları məhkəmə qətnaməsində qeyd olunmasını, cavabdeh Hərrac Mərkəzinin adı qeyd olunan arayışlarından əsası qoşma sənəd MPM maddə 106.3 qismində məhkəmə protokoluna daxil edilməklə qətnamədə həmin hissə yer almasını, məhkəmə xərcləri Cavabdeh1 QSC-dən tutulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Hakimin mövqeyi:
4. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur.
5. Göründüyü kimi, qanunverici bir neçə cavabdehə iddia cavabdehlərdən hüquqi ünvanının olduğu yeri nəzərə alaraq müəyyənləşdirmişdir.
6. İddia ərizəsində cavabdeh "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 3uşdur.
7. Lakin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) hüquqi ünvanı AZ 1106, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov, ev 7A ünvanıdır.
8. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN:**********) hüquqi ünvanı AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 3, məhəllə 1033 ünvanıdır.
9. Belə olan halda, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində və ya Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır.
10. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçılara büdcədən geri qaytarılmalıdır.
11. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzdən görünür ki, (“Hökumət ödəniş portalında və ya Asan Pay” vasitəsi, qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 17:57:15) İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Nəticə:
12. Qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçılara izah edilməlidir.
13. Beləliklə belə qənaətə gəlirəm ki, iddiaçılar İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinə qarşı “iddiaçının əvvəlki hüquqi vəziyyətinin bərpasının təmin edilməsi, qanunsuz müdaxilələrin dayandırılma, maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
Qərara aldım:
İddiaçılar İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinə qarşı “iddiaçının əvvəlki hüquqi vəziyyətinin bərpasının təmin edilməsi, qanunsuz müdaxilələrin dayandırılma, maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçılara izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 (“Hökumət ödəniş portalında və ya Asan Pay” vasitəsi, qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 17:57:15) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova