Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-43/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla mülki iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Ağayev küçəsi ev 49/3 (yeni qaydalarla : AZ 1031 ünvan 1 ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1995-ci ildə ünvan 2 ünvanında yerləşən mənzili (yeni qaydalarla: AZ 1031 ünvan 1 almışlar. Mənzil onun xüsusi mülkiyyətindədir. Onların Azərbaycanda olmadığından istifadə edən baldızı Cavabdeh mənzilin qapısını sındıraraq mənzilə daxil olmuş və hazırda da qeyd edilən mənzili tərk etmir. Cavabdehdən dəfələrlə mənzilini boşaltmağı tələb etsə də heç bir faydası yoxdur. Cavabdehin onun mənzilində yaşaması onun mülkiyyət hüququnu birbaşa pozur. O, öz mənzilindən istədiyi kimi istifadə edə bilmir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. o, hazırda həmin evdə yaşayır. Atasının evidi. İddiaçı Rusiyadadır. 10 ildir ki, həmin mənzildə yaşamır.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının mülkiyyətində olan ev ayrıdır, onun sənədi var. Cavabdehin istifadəsində olan ev isə ayrıdır, sənədsizdir. Ayrı-ayrı evlərdir. Həmin ev cavabdehin atasından qalıb onun da orda yaşamaq hüququ var.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, qeyd olunan ünvanda 17 mart 2002-ci ildən 2021-ci ilin oktyabrına kimi yaşayıb. Ərinin 40-ı çıxan kimi baldızları onu döyüb evdən qovublar. Cahan heç vaxt orada yaşamayıb. Türkiyədə və Qazaxıstanda yaşayıb. Al-ver edirdi. 2021-ci ildə əri Nizami rəhmətə gedəndən sonra Cahan gəlib. O evlər qaynı Zülfüqarın pulu ilə tikilib. 20 il orada yaşayıb. Onun uşağı olmayıb. Döyülmə ilə bağlı polisə şikayət edib. O, gəlin gələndə qayınanası, qayınatası, əri orada yaşayırdılar. Cavabdeh orada yaşamayıb. Qaynı Zülfüqar onu 3 dəfə evə qaytardı, yenə qovdular.
İş materialları:
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********63-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili (yeni qaydalarla: AZ 1031 ünvan 1 ünvanında yerləşən sahəsi 72,20 kv.m olan mənzil, 0.040860 kv.m olan yaşayış məntəqələrinin torpaqları İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak onun adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
9. Seriya MH, 006475 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Metrotikinti küçəsi, 49/3 nömrəli ev İddiaçı adına 30 №-li reyestr kitabında xx.xx.1996-cı ildə qeydiyyata alınmışdır.
10. 04 noyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, ünvan 2-də yerləşən evə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, 4 tikili aşkar olundu. Cavabdehin yaşadığı tikili 4 otaq, 1 mətbəx və ayaq yolundan ibarətdir. İddiaçının hesab olunan tikili isə giriş hissədə mətbəx, 1 yataq otağı və 1 qonaq otağı aşkar olundu.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli, 10/5280 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nizami rayonu, Mətləb Ağayev küçəsi, ev 49/3 (Yeni qaydalarla: AZ1031, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində olan “A” literli fərdi yaşayış evinin və “B” literli yarımçıq tikilinin faktiki sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********63-10301 reyestr nömrəli Çıxarış sənədində və xx.xx.2023-cü il tarixdə tərtib olunmuş Texniki pasportda göstərilən sahələrə uyğun olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Mətləb Ağayev küçəsi, ev 49/3 (Yeni qaydalarla: A/1031, ünvan 3 ünvanında cavabdehin istifadəsində olan qanunsuz tikililər iddiaçının mülkiyyətində olan xx.xx.2023-cü il tarixli çıxarışda və xx.xx.2023-cü il tarixdə tərtib olunmuş texniki pasportda olan sahə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İnşa edilmiş əlavə tikililərin torpaq sahəsinin üzərində yerləşməsinə dair plan-sxem rəyə əlavə olunmuşdur. (bax rəyə əlavəyə)
12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 408,6 kv.m olsa da, faktiki olaraq 472,0 kv.m təşkil edir. Həmçinin sahənin üzərində yerləşən fərdi yaşayış evi sənəd üzrə ümumi sahəsi 72,2 kv.m olsa da, fərdi yaşayış evi rekonstruksiya olunaraq faktiki olaraq 256,1 kv.m olmuşdur. Əlavə inşa olunan 183,9 kv.m tikilinin 42,4 kv.m hissəsi dövlət reyestrində qeydiyyatdan keçməyən əlavə istifadə olunan torpaq sahəsində yerləşir. Yuxarıda qeyd olunan 408,6 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 72,2 kv.m fərdi yaşayış evi **********63-10301 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 4 ünvanında yerləşən mənzil (yeni qaydalarla: AZ 1031 ünvan 1 İddiaçı mülkiyyətindədir. Hazırda İddiaçı Cavabdeh onun mülkiyyətində olan ünvan 4 (yeni qaydalarla: AZ 1031 ünvan 1 ünvanından çıxarılmasını xahiş edir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarı:
Qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki:
“Əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır.
18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun:
1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır”.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
20. İlk növbədə məhkəmə iddiaçının subyektiv hüququnun olub-olmamasına münasibətdə qeyd edir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
21. Belə ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********63-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili (yeni qaydalarla: AZ 1031 ünvan 1 ünvanında yerləşən sahəsi 72,20 kv.m olan mənzil, 0,040860 kv.m olan yaşayış məntəqələrinin torpaqlarının mülkiyyətçisi İddiaçıdır. Beləliklə, yuxarıda qeyd olunan tələblərə görə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ vardır.
22. Məhkəmə tərəfindən 04 noyabr 2023-cü il tarixdə keçirilən yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 2-də yerləşən evə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, 4 tikili aşkar olundu. Cavabdehin yaşadığı tikili 4 otaq, 1 mətbəx və ayaq yolundan ibarətdir. İddiaçının hesab olunan tikili isə giriş hissədə mətbəx, 1 yataq otağı və 1 qonaq otağı aşkar olundu.
23. Beləliklə, göründüyü kimi cavabdehin yaşadığı mənzil və mənzilin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur. Odur ki, iddia tələbi təmin edilməli, cavabdeh oradan çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri:
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
25. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
26. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 2 (yeni qaydalarla: AZ 1031 ünvan 1 ünvanından çıxarılmalıdır.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh ünvan 4 (yeni qaydalarla: AZ 1031 ünvan 1 ünvanından çıxarılsın. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova