Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-431/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil4 Maruf oğlunun və Vəkil3, Cavabdeh3, onun vəkili və nümayəndəsi Vəkil6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami rayon İcra Şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, qeyri-yaşayış obyektlərinə istifadə və sahiblik etməyə yaradılan maneələrin qadağan edilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami rayon İcra Şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, qeyri-yaşayış obyektlərinə istifadə və sahiblik etməyə yaradılan maneələrin qadağan edilməsi və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış sahəsinə dair bağlanmış, MA-548 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edlilməsi, DƏDRX tərəfindən Cavabdeh1 adına verilmiş, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış sahəsinə aid ********** saylı xx.xx.2020ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış sahəsinin boşaldılması və həmin sahənin cavadehlər Cavabdeh2 MMC və Cavabdeh1 alınaraq İddiaçı verilməsi, Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında Bakı şəhəri, Nizami rayon, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində yerləşən binanın 1-C-1 blokunda yerləşən qeyriyaşayış sahəsinə dair 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci ildə DƏDRX tərəfindən verilmiş ********** saylı çıxarışın ləğv edilməsi, Bakı şəhər, Nizami rayon, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində yerləşən binanın 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsinin 290 kv/m hissədə boşaldılaraq və həmin sahənin cavadehlər Cavabdeh2 MMC və Cavabdeh3 alınaraq İddiaçı verilməsi, Cavabdeh2 MMC ilə Cavabdeh9 arasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində Q/Y A-2 saylı qeyri- yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 91,1 m2 olan Q/Y A-2 saylı qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehlər, Cavabdeh2 MMC və Cavabdeh9 alınaraq İddiaçı təhvil verilməsi, Cavabdeh2 MMC ilə Cavabdeh8 arasında Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində Q/Y A-3 saylı yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixdə imzalanmış, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı yaşayış sahəsinin boşaldılması və həmin qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh8 alınaraq İddiaçı təhvil verilməsi, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı, ümumi sahəsi 91,1 m2 olan Q/Y A-2 və ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış, Bakı şəhər, Nizami rayon, M.Abbasov 6 ünvanında yerləşən binanın 1-C blokunda 1-ci mərtəbəsində yerləşən, 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış obyektlərinə istifadə və sahiblik etməyə yaradılan maneələrin Cavabdeh2 MMC və digərlərinə qadağan edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı, ümumi sahəsi 91,1 m2 olan Q/Y A-2 və ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı, Bakı şəhər, Nizami rayon, M.Abbasov 6 ünvanında yerləşən binanın 1-C blokunda 1-ci mərtəbəsində yerləşən, 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış obyektlərinə mülkiyyət hüququnu təsdiq edən sənədin çıxarışın İddiaçı adına verilməsi üçün müvafiq sənədlərin (binanın istismara qəbul aktı; ümumi iclasının gündəliyindən çıxarış, eskiz layihə və maliyyə arayışının) verilməsinin Cavabdeh2 MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC ilə aralarında olan 05 avqust 2016-cı il tarixli öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi mövcuddur. Həmin müqavilənin 1.2 bəndinə əsasən, “Sakin” DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş **********07- 05101-083001 reyst nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 34 ünvanında yerləşən ümumi sahəsi 63.3 kv.m olan qeyri-yaşayış sahəsini Akt əsasında (müqaviləyə 1 saylı əlavə) MMC-yə verir. Müqavilənin 1.3-cü bəndinə əsasən "xxxx" həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 64.kv.m ümumi sahəsi olan Q/Y A-3 saylı, tam təmirli qeyri-yaşayış sahəsini “Sakinə” İddiaçı təhvil verir. Müqavilənin 2.3 bəndinə əsasən cavabdeh, qeyri-yaşayış sahəsi təhvil verilənədək, “Sakinə” istifadə etdiyi qeyri yaşayış sahəsinin kirayə haqqı aylıq 500 AZN (beş yüz manat) olmaqla, təminatlı formada “X6 Azərbaycan” QSC-də "xxxx" tərəfindən təmin olunmuş debet kart (Master Card) vasitəsi ilə (hər ayın 5-dək) ödəməyi öhdəlik götürür. Müqavilənin 2.13 bəndinə əsasən tərəflər öhdəlik götürür ki, “Tərəflərdən biri bu müqavilədə konkret müəyyən öhdəliklərə əməl etməməsi nəticəsində digər tərəfə dəyən ziyana görə məsuliyyət daşıyır. Cavabdeh2 MMC ilə aralarında olan 05 avqust 2016-cı il tarixli öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi mövcuddur. Həmin müqavilənin 1.2 bəndinə əsasən, “Sakin” DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş **********56- 05101-083001 reyst nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyətində olan, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 85.4 kv/m olan qeyriyaşayış sahəsini Akt əsasında (müqaviləyə 1 saylı əlavə) MMC-yə verir. Müqavilənin 1.3cü bəndinə əsasən "xxxx" həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 78.5 kv.m ümumi sahəsi olan Q/Y 1-B-2 saylı, tam təmirli qeyriyaşayış sahəsini “Sakinə” İddiaçı təhvil verir. Müqavilənin 2.3 bəndinə əsasən cavabdeh, qeyri-yaşayış sahəsi təhvil verilənədək, “Sakinə” istifadə etdiyi qeyri-yaşayış sahəsinin kirayə haqqı aylıq 500 AZN (beş yüz manat) olmaqla, təminatlı formada “X6 Azərbaycan” QSC-də "xxxx" tərəfindən təmin olunmuş debet kart (Master Card) vasitəsi ilə (hər ayın 5dək) ödəməyi öhdəlik götürür. Müqavilənin 2.13 bəndinə əsasən tərəflər öhdəlik götürür ki, “Tərəflərdən biri bu müqavilədə konkret müəyyən öhdəliklərə əməl etməməsi nəticəsində digər tərəfə dəyən ziyana görə məsuliyyət daşıyır. Cavabdeh2 MMC ilə aralarında olan 05 avqust 2016-cı il tarixli öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi mövcuddur. Həmin müqavilənin 1.2 bəndinə əsasən, “Sakin” DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş **********61- 05101-083001 reyst nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyətində olan, ünvan 5 ünvanında yerləşən ümumisahəsi 76.9 kv.m olan qeyri-yaşayış sahəsini Akt əsasında (müqaviləyə 1 saylı əlavə) MMC-yə verir. Müqavilənin 1.3-cü bəndinə əsasən "xxxx" həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 91.1 kv.m ümumi sahəsi olan Q/Y A-2 saylı, tam təmirli qeyri-yaşayış sahəsini “Sakinə” İddiaçı təhvil verir. Müqavilənin 2.3 bəndinə əsasən cavabdeh, Qeyri-yaşayış sahəsi təhvil verilənədək, “Sakinə” istifadə etdiyi qeyri yaşayış sahəsinin kirayə haqqı aylıq 500 AZN (beş yüz manat) olmaqla, təminatlı formada “X6 Azərbaycan” QSC-də "xxxx" tərəfindən təmin olunmuş debet kart (Master Card) vasitəsi ilə (hər ayın 5-dək) ödəməyi öhdəlik götürür. Müqavilənin 2.13 bəndinə əsasən tərəflər öhdəlik götürür ki, “Tərəflərdən biri bu müqavilədə konkret müəyyən öhdəliklərə əməl etməməsi nəticəsində digər tərəfə dəyən ziyana görə məsuliyyət daşıyır. Tərəflər arasında olan müqaviləyə əsasən tərəfindən üzərinə düşən öhdəlik tam şəkildə yerinə yetirilsədə lakin cavabdeh tərəfindən müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Tərəflər arasında çoxsaylı məhkəmə çəkişmələri olmuş, nəticədə Bakı Apellyasiya Məhkəməsinin Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-359/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh2 MMC ilə İddiaçı arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-410, 3M-411, 3M-412 reyestr nömrəli öhdəliklərin və hüquqların alğı-satqı müqavilələri üzrə Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı, ümumi sahəsi 91,1 m2 olan Q/Y A-2 saylı və ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış sahələrinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsinin Cavabdeh2 MMC-yə həvalə olunması, İddiaçı ilə Cavabdeh2 MMC arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağanmış 3M410, 3M-411, 3M-412 reyestr nömrəli xx.xx.2016-cı il tarixli öhdəliklərin və hüquqların alğı-satqımüqavilələri üzrə hər ay 500 manat olmaqla 8 aylıq kirayə haqqı, yəni hər müqavilə üzrə 4000 manat olmaqla, 3 müqavilə üzrə cəmi 12000 manatın Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmisdir. Məhkəmə qətnaməsinin icrası zamanı aydın olmuşdur ki, müqavilə öhdəliyinə əsasən ona təhvil verilməli olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Buna səbəb Cavabdeh2 MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışı və Cavabdeh1 ilə MMC arasında bağlanmış MA-548 saylı xx.xx.2022-ci il tarixli müqavilə olmuşdur. Bundan başqa Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m olan Q/Y A-3 saylı, ümumi sahəsi 91,1 kv.m olan Q/Y A-2 saylı əmlaklar mövcuddur ki, həmin qeyri-yaşayış sahələrinində ona İddiaçı təhvil verilməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək iddia tələbinin ona aid olan hissəsinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, əvvəla tələbdə istinad edilən onunla cavabdeh "xxxx" MMC arasında MA-548 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı muqaviləsi bağlanmamışdır. Onunla adı çəkilən cavabdeh arasında onun ünvan 6 ünvanında yerləşən “MY HOME” Yaşayış komleksində, “B” blokunun 1-ci mərtəbəsində sahəsi 201 kv.metr olan B.03 və B.04 nömrəli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Bu halda iddia ərizəsində sahəsi 78,5 kv.m. olan, Q/Y 1-B-2 saylı qeyriyaşayış sahəsinin tələbi qoyulubsa, bunun onun mülkiyyətində “B” blokundakı B.03 və B.04 nömrəli qeyri-yayayış sahəsinə dair bağlanmış müqaviləyə hər hansı bir aidiyyatı ola bilməz. İddia ərizəsində iddiaçı cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 05 avqust 2016-cı il tarixli “Öhdəliklərin və hüquqların alqı-satqısına dair“ 3 ədəd müqaviləyə istinad edərək cavabdehin ona verməli olduğu “A” blokundakı 2 və 3 saylı, sahələri 91,1 və 64 kv.metr olan, habelə “B” blokundakı sahəsi 78.5 kv.metr olan 2 saylı qeyri-yaşayış sahələrinin davasını aparır. Göründüyü kimi, adı çəkilən müqavilələrdə də onun mülkiyyətində olan “B” blokundakı 3 və 4 saylı qeyri-yaşayış sahələrindən söhbət getmir. İddia ərizəsində iddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-359/2021 saylı qətnaməsinə istinad edərək hesab edir ki, həmin qətnamə ilə sözügedən binanın “A” blokundakı 2 və 3 saylı, sahələri 91,1 və 64 kv.metr olan, habelə “B” blokundakı sahəsi 78.5 kv.metr olan 2 saylı qeyri-yaşayış sahələri cavabdeh "xxxx" MMC tərəfindən ona verilməlidir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi məhkəmə aktları arasında adı çəkilən məhkəmə qətnaməsi yoxdur. İddia ərizəsinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3390/2022 saylı qətnaməsi və həmin qətnamədən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(102)-4687/2022 saylı qərarı vardır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli, 2(103)-3390/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini qismən təmin edərək ünvan 7 ünvanında tikilmiş binanın 1-C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə iddiaçıya təhvil verilməsini cavabdeh "xxxx" MMC-yə həvalə etmişdir. Apellyasiya instansiyasının adı çəkilən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4687/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, hər iki məhkəmə aktında onun mülkiyyətində olan “B” blokundakı 3 və 4 saylı qeyri-yaşayış sahələrinin yox, həmin binanın “C” blokundakı 1-ci mərtəbədə olan 290 kv.metrlik qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsindən bəhs edilir. Həmçinin onun mülkiyyətində olan daşınmaz əmlaka dair verilmiş “Çıxarış” əqd deyil ki, onun hansısa hissəsi etibarsız hesab edilsin. Hansı ki, həmin sənədin “etibarsız” hesab edilməsi üçün hər hansı bir qanuni əsas yoxdur. Belə ki, o, qanunla nəzərdə tutulmuş qaydada daşınmaz əmlak alaraq daha sonra onu müvafiq icra hakimiyyəti orqanı vasitəsilə öz adına rəsmiləşdirmişdir. Başqa sözlə əmlakı əldə edərkən o, vicdanlı alıcı olmuşdur. Ona görə ki, alqı-satqı edərkən və mülkiyyət hüququ barədə müvafiq sənədi alarkən o bilməmiş və ya iddiaçı ilə digər cavabdeh arasında istər onun qeyri-yaşayış sahəsinə dair, istərsə də digər qeyri-yaşayış sahəsinə dair mübahisə olacağından məlumatı ola bilməzdi. Bu halda o, nəinki vicdanlı alıcı olmuş, habelə qeyd edilən hərəkətlər zamanı reyestrin prezumpsiyası mövcud olmuşdur. Habelə o, nə özünə məxsus əmlakda, nə də iddia edilən əmlak sahəsində iddiaçıya istifadə və sair hüquqları ilə bağlı hər hansı maneə yaratmamışdır və hazırda da yaratmır. Ümumiyyətlə o, iddiaçını heç tanımır və onunla bu vaxtadək hər hansı bir ünsiyyəti və sair də olmamışdır. Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil4 Maruf oğlu iddia ərizəsinə etiraz verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 MMC-yə qarşı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev ve M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı, ümumi sahəsi 91,1 m2 olan Q/Y A-2 və ümumi sahəsi 78,5 m2 olan Q/Y l-B-2 saylı, qeyri yaşayış sahələrinin tam təmirli şəkildə ona təhvil veriməsinə dair iddia ərizəsinə baxılan zaman iddiaçı tərəfindən qeyd olunan qeyri-yaşayış sahələrinin üzərinə həbsin qoyulmasına dair verilmiş iddianın təmin tədbiri məhkəmə tərəfindən təmin edilməmişdir. Həmçinin iddiaçı tərəfindən verilmiş qeyd olunan iddia da birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Bundan başqa ümumiyyətlə mübahisəli qeyri-yaşayış sahələrinin iddiaçıya təqdim edilməsi ilə bağlı mülki iş üzrə son qərar qəbul edilənədək, Cavabdeh2 MMC əmin idi ki, iddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia əsassızdır. Bu səbəbdən də Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev ve M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri qanunu əsaslarla digər şəxslərin adına rəsmiləşdirilmişdir. Digər tərəfdən iddiaçının iddia ərizəsi Cavabdeh1 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində 56,58 ünvanında inşa edilmiş yeni tiklinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair hissədə də əsassızdır. Belə ki, Cavabdeh1 adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində 56,58 ünvanında yerləşsə də, İddiaçı verilməli olan həmin qeyriyaşayış sahəsinin olması onun tərəfindən sübuta yetirilmir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı sadəcə ona verilməli olan qeyri-yaşayış sahəsinin həmin ünvanda yerləşməsinə və eyni ölçüdə (78,5 m2) sahələrin olmasına istinad etmişdir. Lakin bu tələb əsassızdır, belə ki, həmin ünvanda yerləşən qeyri-yaşayış sahələri müxtəlif ölçülərdə bölünərək bir neçə şəxsə satılmışdır. Beləliklə qeyd olunan ünvanda Cavabdeh1 adına eyni ölçülərdə qeyri-yaşayış sahəsinin olması İddiaçı verilməli olan qeyri-yaşayış sahəsi olduğu anlamına gəlmir. Həmçinin hazırkı mübahisə ilə bağlı daha öncə keçirilmiş məhkəmə baxışlarında İddiaçı verilməli olan qeyri-yaşayış sahələrinin verilməsinə dair tələb bağlı mülki iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert qarşısında İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanılmış 05 avqust 2016-cı il tarixli “Öhdəliklərin və hüquqların alqı-satqı” müqaviləsi üzrə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 34 ünvanında yerləşən 64 m2 ümumi sahəsi olan Q/Y A-3 saylı, qeyri-yaşayış sahəsi, ünvan 9 ünvanında yerləşən 91,1 m2 ümumi sahəsi olan Q/Y A-2 saylı, qeyri-yaşayış sahəsi və ünvan 10 ünvanında yerləşən 78,5 m2 ümumi sahəsi olan Q/Y 1-B-2 saylı, qeyri-yaşayış sahələri Cavabdeh2 MMC tərəfindən faktiki ayrılmış yerlərdə qeyd olunan müqavilələrdə nəzərdə tutulmuş yerlərə uyğun ayrılmışdırmı sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1343 nömrəli, 17 dekabr 2020-ci il tarixli Ekspert rəyində həmin suala cavab olaraq bildirilmişdir ki, qeyri-yaşayış sahələri Cavabdeh2 MMC tərəfindən faktiki ayrılmış müqavilələrdə nəzərdə tutulmuş yerlərə uyğun ayrılmasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulmuş yerdə ayrıldığını ekspert rəyi ilə müəyyən etmək mümkün olmasa da, iddiaçı tərəfindən heç bir əsas olmadan həmin sahənin faktiki yerləşdiyi yeri tələb etdiyi sahəyə aid olduğu müəyyən edilmişdir. Bundan başqa, nəzərə almaq lazımdır ki, Cavabdeh1 məxsus mübahisəli qeyri yaşayış sahəsinə dair onunla "xxxx" MMC ilə MA-548 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsini bağlamaqla daşınmaz əmlakın əldə edən zamanı vicdanlı alıcı olmasına nəzərə almamışdır. Buna görə də hazırkı işin hallarından, mülki qanunvericiliyin vicdanlı alıcı ilə bağlı normalarından çıxış edərək alqı-satqı müqavilələri üzrə alıcı Cavabdeh1 vicdanlı əldə edən olduğundan, mübahisə obyekti olan qeyri-yaşayış sahəsinin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı müqaviləsi əsasında verilmiş ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış (reyestrdəki qeyd) etibarsız hesab edilə bilməz. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməyib. Əksinə xx.xx.2022-ci il tarixdə saat 10:00-da keçirilən məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında da bildirmişdir ki, daha öncə mübahisəli qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı iddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən, həmin qeyri-yaşayış sahələrinin üzərinə məhdudiyyətin qoyulması ilə bağlı iddianın təmin tədbiri dair ərizə ilə müraciət etsələr də, heç bir məhdudiyyət qoyulmamışdır. Bu da bir daha onu təsdiq edir ki, "xxxx" MMC daşınmaz əmlakın üzərində heç bir məhdudiyyət olmadan Cavabdeh1 qanuni əsaslarla satmışdır. İddiaçı vəsatət verərək Cavabdeh2 MMC və onun rəhbər şəxsləri barəsində barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxardaraq Prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh3 satmasını, 1-B-2 saylı qeyri-yaşayış sahəsini Cavabdeh8 satmasını, A-3 saylı yaşayış sahəsini Cavabdeh9 satmasını etiraf etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 ifadəsində qeyd etmişdir ki, 1-C-1 blokunda ümumilikdə bütün sahəni 2019-cu ildə alqı-satqı müqaviləsi əsasında binanın sahibi Ceyhun müəllimdən almışdır. Cavabdehlər arasında bağlanan alqı-satqı müqaviləsi zamanı tərəflər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası qanunun 3.4.14-cü maddəsinin tələblərini pozmuşdular. Bu da özü özlüyündə həmin alqı-satqının bilavasitə formal xarakter daşıdığını və qeyri-yaşayış sahələrinin İddiaçı verilməsindən yayınmaq üçün edildiyinə şübhələr yaradır. Əlavə olaraq Cavabdeh2 MMC tərəfindən İddiaçı verilməli olan qeyri- yaşayış sahələrinə dair digər şəxslərlə əqdlər bağlanarkən, Cavabdeh2 MMC-nin binanın 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsi, 1-B-2, 1-A-2 və 1-A-3 saylı sahələri üzrə artıq məhkəmənin İddiaçı lehinə qəbul etmiş olduğu qətnaməsinin mövcudluğu barədə məlumatı var idi. Bundan başqa Cavabdeh2 MMC-nin rəhbəri X3 halda Cavabdeh3 münasibətdə binanın 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsinin, hansı səbəbdən Ceyhun müəllim tərəfindən satılması məsələsi ciddi sual doğurur. Məhkəmə qətnamə qəbul edərkən hazırkı mübahisə zamanı qanunvericiliyin tələblərini kobud şəkildə pozan Cavabdeh2 MMC və onun rəhbər şəxsləri barəsində xüsusi qərar qəbul etməklə aidiyyəti üzrə məlumat verməlidir. İddiaçı adından vəkili və nümayəndəsi Vəkil1 yazılı qaydada məhkəmə çıxışı təqdim edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə çıxışında iddia tələbində qeyd etdikləri ilə yanaşı göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində Q/Y A-2 saylı qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh9 satılmış, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən Q/Y A-3 saylı yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh8 satılmışdır. Cavabdeh2 MMC-yə 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 11 ünvanında tikilmiş binanın 1-C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri yaşayış sahəsinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsinin həvalə edilməsi barədə iddia tələbi üzrə məhkəmə çəkişmələrinin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3390/2022 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, Cavabdeh2 MMC-yə 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 11 ünvanında tikilmiş binanın 1-C blokunda (1-ci mərtəbədə) yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri yaşayış sahəsinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədən verilmiş şikayət Azərbaycan Respublikası Ali Məkəməsinin 2(102)-4687/2022 saylı qərarı ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 MMC tərəfindən aşağıda sadalanan qanun normaları pozulmuş və bununla da bağlanmış əqd digər əqdi pərdələmək eyni zamanda məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün hesablanmış addım olmuşdur. Belə ki, işin məhkəmə araşdırması zamanı cavabdehlərdən Cavabdeh2 MMC qeyri-yaşayış sahəsinin satıldığı zaman ona heç bir maneənin olmadığını izahatında bildirmiş olsa da, nəzərə almamışdır ki, İddiaçı ilə aralarında müqavilə öhdəliklərinin icrasına dair mübahisə predimeti vardır və iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Bundan başqa Cavabdeh2 MMC qeyriyaşayış sahələrini alan digər cavabdehləri vicdanlı əldə edən kimi göstərmişdir. MM-nin 182.1-ci maddəsinin dispozisiyasından da görünür ki, Cavabdeh2 MMC tərəfindən mübahisəli əmlak satılarkən İddiaçı ilə aralarında notariat kontorunda imzalanmış öhdəliklərin alqı-satqı müqaviləsi olmuş, eyni zamanda cavadeh Cavabdeh2 MMC həmin qeyri-yaşayış sahəsinin mübahisəli olmaqla kimin mülkiyətinə veriləcək əmlak olmasının məhkəmə tərəfindən araşdırılmasından məlumatlı olmuşdur. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən Q/Y A-3 saylı yaşayış sahəsi xx.xx.2021ci il tarixdə Cavabdeh8 satılmışdır. Cavabdehlərdən Cavabdeh1 isə ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyriyaşayış sahəsinin satılması və həmin sahənin məhkəmə qətnaməsi ilə İddiaçı verilməli olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməsinə dair məhkəməyə təqdim edilmiş və iş materiallarında olan DƏDRX-nin mütəxəssis rəyi mövcuddur. Məhkəmə baxış iclasına iştirak edən Cavabdeh3 ifadəsində qeyd etmişdir ki, Nizami rayon Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində yerləşən binanın 1-C-1 blokunda ümumilikdə bütün sahəni 2019-cu ildə alqı-satqı müqaviləsi əsasında binanın sahibi Ceyhun müəllimdən almışdır. Burda araşdırılmalı və hüquqi qiymət verilməli olan məsələ Ceyhun adlı şəxsin hansı hüquqi əsasla alqı-satqıda iştirak etməsi eyni zamanda alqı-satqının həyata keçirilməsi zamanı Cavabdeh2 MMC-nin əmlakla bağlı mübahisə olduğunu bildiyi halda qeyri-yaşayış sahəsinin əsassız olaraq satılmasıdır. Məhkəmə iclası zamanı Cavabdeh2 MMC və Cavabdeh3 bildirmişdilər ki, tərəflər arasında alqı-satqı müqaviləsi 01 iyun 2019cu ildə baş tutmuşdur. (həftənin şənbə günü) Tərəflər arasında bağlanan alqı-satqı müqaviləsi qeyri-iş gününə təsadüf etmiş eyni zamanda tərəflər Nağdsız Hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununun 3.4.14-cü maddəsinin tələblərini pozmuşdular. Bu da öz-özlüyündə həmin alqı-satqının bilavasitə formal xarakter daşıdığını və qeyri-yaşayış sahələrinin İddiaçı verilməsindən yayınmaq üçün edildiyinə şübhələr yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Əlavə olaraq qanuni qüvvəsini almış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında müəyyən edilmişdir ki, “kassator, kassasiya şikayətində binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin cavabdehin mülkiyyətində deyil, digər şəxslərə satıldığını göstərsə də, nə birinci, nə də apellyasiya icraatı mərhələsində məhkəməyə heç bir sübut təqdim etməyib. Kassasiya icraatı mərhələsində isə cavabdeh tərəf bu hala, yəni sözügedən qeyri-yaşayış sahələrinin kimlərə satılması və həmin sahələrə dair müqavilələrin bağlanıb- bağlanmamasına məsələyə dair aydınlıq gətirə bilmədi”. Qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş hallar sonradan mübahisələndirilmir və təkrar sübuta yetirilmir. Yəni Cavabdeh2 MMC qeyd edilən mübahisəli qeyri-yaşayış sahələrini 2019-2021-ci ildə satmış olsa idi, həmin vaxt müqavilələri məhkəmə iclaslarında təqdim edə bilərdi. Lakin cavabdeh tərəfindən həmin əmlaklar satılmadığından müqavilələr təqdim edilməmiş və həmin müqavilələr sonradan tərtib edilməklə etibarsız əqdlər olmuşdur. Cavabdeh3 adından onun vəkili və nümayəndəsi Vəkil6 tərəfindən xx.xx.2023-cü il tarixdə yazılı qaydada məhkəmə çıxışı verilərək iddia tələbinin Cavabdeh3 münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə çıxışı onunla əsaslandırılmışdır ki, "Vesta Construction” MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Mülki Məcəllənin şərtlərinin pozulması müəyyən edilmir. Belə ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış müqaviləyə əsasən İddiaçı öz iradə ifadəsinə əsasən ona məxsus olan ünvan 12 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyriyaşayış sahəsini akt əsasında "xxxx"-yə təhvil vermişdir. MMC isə öz növbəsində İddiaçı həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli, tam təmirli qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müvafiq qətnaməyə əsasən 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 13 ünvanında tikilmiş binanın 1-C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsi Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Lakin bu o demək deyildir ki, bu öhdəlik Cavabdeh3 qeydə alınmış mülkiyyəti hesabına icra edilməldir. Çünki MMC ilə İddiaçı arasında olan müqavilə kontragentlər arasında hüquq və vəzifələr, icra edilməli öhdəliklər yaradır. İddiaçı öz iradəsi əsasında təhvil verdiyi əmlakı artıq mövcud deyildir. Həmin əmlak sökülüb və məhkəmə qətnaməsi ilə ona MMC tərəfindən əmlak təhvil verilməlidir. Bu situasiyada İddiaçı hesab edir ki, sökülən əmlakına görə ona MMC tərəfindən 290 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi verilməsi üçün Cavabdeh3 bağladığı, hansı ki, legitimliyi şübhə doğurmayan xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməli, çıxarış ləğv edilməli, yekunda 556.70 kv.m qeyri-yaşayış sahəsindən 290 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi ayrılaraq ona təhvil verilməlidir. Bu arqument ona görə yanlışdır ki, İddiaçı müqaviləyə əsasən tələb etdiyi mülkiyyət Cavabdeh3 mülkiyyəti hesabına verilə bilməz. Belə ki, MMC-nin fəaliyyət istiqaməti tikinti işlərinin aparılmasından ibarətdir. MMC tikdiyi və gələcəkdə tikiliməsi planlanan tikililər hesabına bunu heyata keçirməklə naturada, bu mümkün deyilsə belə İddiaçı gözləntisini pul ilə kompensasiya etməlidir. Çünki Mülki Məcəllənin ilk maddəsində də qeyd olunur ki, Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Vəzifəsi isə mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərin tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdir. Digər tərəfdən iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış öhdəliklərin və hüquqların alqı-satqısına dair 05 avqust 2016-cı il tarixli müqavilənin mövcudluğuna baxmayaraq, "Vesta Construction” MMC ilə Cavabdeh3 arasında bağlanmış 01 06 2019-cu il tarixli, Q/Y- 005 saylı "Daxili Kredit” müqaviləsinə əsasən Bakı şəhəri, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə yaşayış kompleksində yerləşən C 1 saylı 678 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh3 satılması Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması mənasına gəlmədiyindən mübahisələndirilən müqavilənin etibarsız sayılması üçün əsas ola bilməz. Belə ki, bu müqavilənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin etibarsızlığına (əvvəlki vəziyyətə qayıtmasına) səbəb olacaqdır ki, ədalətlilik və qanunvericilik prinsipləri baxımından buna yol verilə bilməz. Bu baxımdan Cavabdeh3 qeyri-yaşayış sahəsini MMC-dən alan zaman onda əqdin legitimsizliyi barədə şübhə yaranmadığından, Cavabdeh3 mümkün iddialarından xəbəri olmadığından, o, vicdanlı alıcı qismində qəbul olunmalıdır. Bununla yanaşı Cavabdeh3 adına çıxarış olmasına baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi 2(103)-3390/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini çıxararkən onu işə maraqlı şəxs qismində cəlb etməməsi də sadalananların ən labüd təsdiqi olduğuna dəlalət edir. Beləliklə, iddiaçının tələbi Cavabdeh3 münasibətdə tamamilə qanunsuzdur, bu tələbin təmin edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir, bu hallar qüvvədə olan normalar ilə tam əsaslandırılmışdır. Murada verilməli olan mağaza bəlkə də heç heç kimin sahəsi ilə üst üstə düşmür. Əvvəl zirzəmi təklif edəndə C blokunda giriş olmamış, oraya ekspertiza təyin olan vaxt piləkən qoymuşlar. Məhkəmə iclasında İddiaçı yazılı məhkəmə çıxışının məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, o, 1998-ci ildə həmin qeyriyaşayış sahələrinii işlətmiş və neçə illərdir ki, orada fəaliyyət göstərmişdir. Cavabdeh2 MMC onun yerini sökmüş və onunla öhdəliklərlə bağlı müqavilə bağlamışdır, indi də onun tələbi odur ki, şirkər onun sahələrini ona versin, o da fəaliyyətinə davam etsin. Ona icarə ilə bağlı kirayə haqqı da ödənilməmişdir. 2018-ci ildə Cavabdeh2 MMC-nin rəhbərliyi ilə görüşəndə ona bildirilmişdir ki, onlara bu binadan yer verə bilməyəcəklər. Cavabdeh2 MMC ona qaraj nəzərdə tutduğu yeri vermək istəyir, lakin o da qaraj istəmir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 yazılı məhkəmə çıxışının məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, aralarında barışıq yoxdur. Cavabdeh2 MMC bu onlara təklif etdiyi sahəni satsın, qeyri-yaşayış sahəsinin kv.metrini 4000 manata hesablasın və onların pulunu versin. Cavabdeh2 MMC deyir ki, onlara qarşı pul qaldırsınlar, onlar da ödəsin. Hazırda MMC Murada icarə haqqı ilə bağlı borcunu ödəyə bilmir, onlar yenidən Cavabdeh2 MMC-yə qarşı necə pul tələbi qoya bilərlər? Cavabdeh2 MMC balansında pulu yoxdur. 2016-cı ildə öhdəliklərlə bağlı müqavilədə konkret yazılır ki, B blokundakı sahə Murada təhvil verilməlidir. Məhkəmə mübahisəsi gedən zaman yaşayış sahəsi hazır olmuş və 2018-ci ildə təhvil verilməli idi. Onlar MMC-dən qeyri-yaşayış sahəsinin verilməsini istəyəndə "xxxx" MMC onlara zirzəmidən yer verəcəklərini bildirmişdir. O vaxtlar əvəzləşmə edəndə onlar orada 20 faizi də istəməmiş və Cavabdeh2 MMC ilə razılıq əldə etmişlər ki, o, qeyri-yaşayış sahəsini verəcək, Cavabdeh2 MMC-də ona birinci mərtəbədən yer verəcək. Onlar əvvəllər təklif etmişdir ki, 290 kv.metri 1-ci mərtəbədən qalan hissəsini zirzəmidən versinlər, amma o vaxt Cavabdeh2 MMC buna razı olmamışdır. B bloku ümumilikdə Cavabdeh1 verilmiş və Ali Məhkəmənin qərarı da həmin vaxt çıxmışdır. Ali Məhkəmənin bu işlə bağlı iki qərarı var, B bloku ilə bağlı qərar 2021-ci ildə çıxmış, C bloku ilə bağlı qərar yeni çıxmışdır. Məhkəmə qərarlarında ekspert rəyləri var ki, ekspert rəylərində konkret olaraq İddiaçı veriləcək qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur. O vaxt ekspert keçiriləndə bu qeyri-yaşayış sahələri heç kəsə satılmamışdır. Əgər satılsa idi həmin sahəyə baxış keçirilən zaman bu ortaya çıxardı. MMC satılma barədə heç nə deməmişdir. Belə ki, bu əmlak kiməsə satıla və baxış zamanı da həmin şəxs niyə onun əmlakına baxış keçirdiklərini soruşmasın. Cavabdeh2 MMC deyir ki, qeyri-yaşayış sahələri satılmış, amma kimə satılmasını deməmişdir. Bundan başqa Daşınmaz Əmlakdan verilmiş arayışdan da görünür ki, həmin binanın 290 kv.metr sahəsi İddiaçı adına yüklü edilmişdir və bu da notariusun 2016-cı il tarixli məktubuna əsasən olmuşdur. İddiaçı və "xxxx" MMC arasında 2016-cı ildə öhdəliklərin alqı-satqı müqaviləsi notariusda bağlanmışdır. Onların əsas mübahisəsi C bloku ilə bağlıdır, bu 78 kv.metr hissə Cavabdeh1 verilmişdir, digər hissələr Daşınmaz Əmlakda verilən məktuba əsasən heç kəsə verilməmişdir. Cavabdeh2 MMC qanuni qüvvəsini almış qətnamələr olsa da qeyri-yaşayış sahəsini İddiaçı təhvil vermir. Cavabdeh2 MMC etirazda bildirmişdir ki, iş məhkəmədə olan zaman məhkəmə qətnaməsi onların xeyirlərinə çıxacağından qeyri-yaşayış sahəsini satmışlar. Məhkəmə qətnaməsinə əsasən "xxxx" MMC İddiaçı B blokunun birinci mərtəbəsindən 78 kv.metr verilməlidir, Cavabdeh2 MMC gəlib göstərsin ki, B blokunun birinci mərtəbəsindən 78 kv.metr qeyri-yaşayış sahəsi hara düşür və hansıdır. Onlar gedib görmüşlər ki, Cavabdeh2 MMC tərəfindən Murada veriləcək qeyri-yaşayış sahəsi digər şəxsin istifadəsindədir. 289 kv.metr C blokundadır. İşin icra mərhələsində icra məmuru daşınmaz əmlakdan mütəxəssis dəvət etmiş və binanın eskiz layihəsi, məhkəmə qərarları ilə paralel şəkildə binaya baxış keçirməklə müəyyən edilmişdir ki, İddiaçı verilməli olan hissə buradır və həmin hissədə Cavabdeh1 verilən hissəyə düşmüşdür. Cavabdeh2 MMC səlahiyyətindən sui-istifadə etmiş və qətnamənin Muradın xeyrinə qəbul edildiyini bilə-bilə qeyri-yaşayış sahələrini satmışdır. Bu isə MMC-nin vicdanlı alıcı olmasına əsaslı şübhələr yaradır. Bu müqavilələrin hamısı formaldır. Ali məhkəmənin yekun qərarında da göstərilir ki, müqavilələr digər məhkəmə iclaslarında tədqiq edilməmişdir. C bloku ilə bağlı qeyd etdi ki, Murada verilməli sahə blok nömrəsi 1-C-1 olan sahədir, Cavabdeh2 MMC isə 1 C-2 satmış, bu sahənin isə Murada heç bir aidiyyəti yoxdur. İcra mərhələsində MMC direktoru dəvət edilmiş və o, həmin sahəni Cavabdeh1 satdığını demişdir. "xxxx" MMC qeyri-yaşayış sahələrini satmamış, sadəcə qətnaməni icra etməməsi üçün satdığını bildirmişdir. Əgər MMC ona verilməsi nəzərdə tutulan obyektlərə görə kompensasiya hər kv.metrə 3500 manat versə onlar razı olarlar. "xxxx" MMC icarə haqqı ilə bağlı qətnaməni icra etmir, ödəyə bilmir, kompensasiyanı necə ödəyəcək. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə və iş matetriallarda ekspert rəylərində bildirilmişdir ki, binanın harada, hansı hissəədə yerləşdiyini göstərən sxemlər var, binanın 1-ci hissəsində mağaza harada yerləşdirilmişdir. 2-ci məsələ İddiaçı "xxxx" MMC-dən 4 müqavilə üzrə almalı olduğu səhə cəmi 590 kvm sahədir. Həmin binanın altında təxmini 2500-3000 kv.m artıq yer var. Həmin sahələrin A, B və C blokları var. Eskiz layihələrindən də göründüyü kimi, C 1 blokdan, B-1 və B-2 olmaqla 2 blokdan, A isə A 1 A 2 A 3 olmaqla 3 blokdan ibarətdir. Burada A 4 bloku hardadır? Bakı Şəhər icra Hakimiyyətində təsdiqlənən eskiz layihələrdən kənara çıxaraq A 5 və ya A 7 bloku qeyd edə bilməzlər. Hazırda mübahisə burasındadır ki, cavabdeh hissələrin kimlərə haradan satıldığı ilə bağlı məlumatlar barədə cavab vermir. Özü də bilmir ki, qeyriyaşayış sahələrini kimə satmışdır. Bəlkə cavabdeh qismində cəlb edilən şəxslər heç cavabdeh deyildir. Burada heç bir əsas olmadan kimin vicdanlı olduğunu müəyyən etmək mümkün deyildir. Onların məhkməmə predmetindən xəbərləri olması, İddiaçıı tanımaları da bilinmir. Bunların hər biri əsassız, formal mülahizələrdir. Mülki iş üzrə 3 ayda 9 cavabdeh qoşulmuş, onlardan yalnız birinin hansı əmlakı aldığı ilə bağlı məlumatlar mövcuddur. Cavabdeh2 MMC təqdim etdikləri sənədlər üzrə binanın hansı hissəsindən nə qədər əmlak satıldığı, kimə satıldığı, barədə məlumatları tam şəkildə məhkəməyə təqdim etməlidir. Təqdim etmədikləri təqdirdə cavabdehin qərəzli mövqe ilə məhkəmə prosesinin uzadılması, habelə ədalət mühakiməsinin həyata keçirilməsinə maneə olduqlarını düşünmək mümkündür. O ekspertiza keçirilməsi barədə vəsatətinə münasibətdə bildirdi ki, müqavilələri "xxxx" MMC vermiş, Zöhrab ilə olan müqavilədə binanın hansı olduğu qeyd edilməmişdir. Daha öncəki məhkəmə mübahisəsi üzrə icra zamanı əmlak komitəsinin mütəxəsisi gəlib sənədlərə baxıb iddiaçının əmlakının cavabdeh İsaxanın əmlakı ilə üst-üstə düşdüyün demişdir. Digər qətnamələrdə bütün sahələr göstərilmişdir. Bəlkə də heç Murada verilməli olan mağaza heç kimin sahəsi ilə üst-üstə düşmür. Əvvəl zirzəmi təklif edən zaman C blokunda giriş olmamış, ekspertiza təyin olunan vaxt oraya pilləkan qoymuşlar. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil4 Maruf oğlu etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin xeyrinə qətnamə çıxarmış və iddianın təmin tədbiri təmin edilməmiş və bu səbəbdən də qeyriyaşayış sahəsi Cavabdeh1 satılmışdır. Ekspertiza müəyyən etməmişdir ki, İddiaçı aid oluan hissə hansı hissədir. Qarşı tərəf deyir ki, daşınmaz əmlakın mütəxəssisi gəlib demişdir ki, İddiaçıla Cavabdeh1 qeyri-yaşayış sahələri üst-üstə düşür, amma bu həmin mütəxəsisin şəxsi fikri ola bilər. Belə ki, orada ekspert bildirməlidir ki, hara düşür. Ekspert rəydə yazmışdır ki, yerlərin ayrılması mümkün olmamış, ekspert əvvəlki işlərdə rəy verə bilməmişdir. Həmçinin hazırki iş üzrə müqavilə bağlayan tərəflər vicdanlı alıcıdrlar, buna görə də ekspertiza təyin olunması iş üçün əhəmiyyətli deyildir. Məhkəmə qətnaməsində İddiaçı veriləsi yerlər "xxxx" MMC tərəfindən satılmış, çünki həmin vaxt "xxxx" MMC İddiaçı veriləsi yerlərin birinci mərtəbədə olmadığını nəzərdə tutmuşdur. "xxxx" MMC tərəfindən həmin hissələr satılmışdır. Cavabdeh1 burada heç bir günahı yoxdur bu adam vicdanlı alıcıdır. "xxxx" MMC-yə heç bir məhdudiyyət qoyulmamışdır ki, həmin sahələr satıla bilməz və İddiaçı verilməsi nəzərdə tutulduğu sahələr yarı zirzəmiyə aid sahə olduğu üçün həmin birinci mərtəbədəki qeyri-yaşayış sahələri satılmışdır. Qeyri-yaşayış sahəsi Cavabdeh1 xx.xx.2020-ci ildə satılmışdır. Layihədə A bloku 559.8 kv.metrdir, amma Cavabdeh2 MMC 649 kv.metr sahə satmışdır, yaranan fərqə arakəsmələr,daxildir. 187.7 kv.metr qeyri-yaşayış sahəsi müqavilə ilə İsaxana satılmış, 108.2 kv.metr qeyri-yaşayış sahəsi müqavilə ilə Cavabdeh4 Sülleyman oğluna satılmış, 220.30 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh5 satılıb. 556.7 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh3, Cavabdeh10 qeyri-yaşayış sahəsinin kv.metri 2400 manatdan satılmışdır. O, xüsusi qərardad çıxarılmaqla bağlı vəsatətə münasibətdə bildirdi ki, Baş prokurorluqda araşdırılacaq heç bir dələduzluq əlaməti yoxdur. Xüsusi qərardadla bağlı vəsatət məhkəmə çıxışları zamanı verilməsi səbəbindən icraata qəbul edilməməlidir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil3 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, müqavilələrin etibarsızlığı üçün müddət keçmişdir, müqavilənin etibarsızlığı ilə bağlı müddət 1 ildir. İddiaçı tərəf isə müqavilə məlumatlarını 2 ildir ki, əldə ediblər. 3 ildən artıqdır ki, müqavilələr bağlanmışdır. Digər cavabdehlərlə 1 ildən az müddətə bağlanan müqavilə yoxdur. Həmin alqı-satqı müqavilələri hər biri isə hüquqi qüvvəyə malikdir. Əqdi pərdələmək üçün bağlanan müqavilələrə gəldikdə isə bu o vaxt olardı ki, onda vicdanlı alıcı olmazdı. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev C 56-2 sahəsi ilə bağlı Cavabdeh3 çıxarış xx.xx.2021-ci il tarixdə verilmişdir. Bu gün təqdim etdikləri sənədlərdən görünür ki, həmin qeyri -yaşayış sahəsinin hamısı satılmışdır. Ali Məhkəmənin qərarı xx.xx.2021-ci ildə çıxıb və bütün sahələr həmin tarixə qədər satılmış, həmin sahələrin satılması ilə bağlı onlara heç bir qadağalar qoyulmamışdır. Cavabdeh2 MMC-nin heç bir sərəncam hüququ məhdudlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi onların, apelyasiya məhkəməsi isə qarşı tərəfin xeyrinə qərar qəbul etmişdir. Amma həmin vaxt məhkəmə qətnamələri qüvvəyə minməmişdir. Beləliklə, həmin qeyri-yaşayış sahələri tərəflərindən tam səlahiyyətli olaraq satılmışdır. Murada veriləsi sahə onlar tərəfdən zirzəmiyə düşən sahə nəzərdə tutulmuş, onlar birinci mərtəbəni satandan sonra məhkəmə mübahisəsi başa çatmış və məhkəmə müəyyən etmişdir ki, onlar Murada zirzəmi yox birinci mərtəbəni verməlidir. Birinci mərtəbə satıldığı üçün də həmin sahəni iddiaçıya vermək mümkün deyil və qətnamə onlar tərəfindən icra edilə bilinmir. İddiaçı başqa iddia qaldırsın başqa qeyri-yaşayış sahəsi və ya pul əvəzini istəsin ya da sahənin bir hissəsini bu qayda ilə götürsün, digər hissənin dəyərinin ödənilməsinə bazar qiyməti ilə razı olsun. İddiaçı ya yeni iddia qaldırılmalı, ya da digər iş üzrə icraaat davam etdirilməlidir. Lakin Muradın icarə ilə bağlı pulu hazırda tərəflərindən ödənilir. Həmçinin, layihədə yazıla bilər ki, 500 kv.metr, amma həmin sahə alqı-satqı zamanı bölünərək satılır və bölgünü bu gün çıxarışlarla müəyyən etmək mümkündür, yəni lahiyədəki sahə çıxarışda olan kvadratlarla üst-üstə düşür. Məsələn A blokunda olan qeyri-yaşayış sahələri də satılmışdır, orda satılmamış yer yoxdur. Müqavilə üzrə A blokunda 2020-ci ilin mart ayının 1-də Cavabdeh7 Bakıxan oğluna, 18 fevral 2020-ci ildə Cavabdeh6, Cavabdeh9 xx.xx.2021-ci ildə 126.5 kv.metr, 81.5 kv.metr Cavabdeh8 xx.xx.2021-ci ildə, 105 kv.metr Cavabdeh10 satılmışdır. Söküntü zamanı müqavilə üzrə kimlərsə ev alan zaman təhvil verilməli sahəni göstərəndə sahədən nə qədər təhvil verilməli olması göstərilmir, onlar ümumi olaraq 500 kv.metr sahədən verilməsini göstərirlər. Hazırda sahə layihə üzrə 559 kv.metrdir, amma onlar 649 kv.metr satmışlar, çünki orada 80-90 kv.metr arakəsmələr, eyvanlar və s. daxildir. Həmçinin, Ceyhun müəllim Vesta MMC-nin təsisçisidir. Şirkətin adından müqavilələrin bağlanması onun səlahiyyətində olan bir məsələdir. Həm bağlaya həm də bağlanmasında iştirk edə bilər. O, barışıqla bağlı bildirdi ki, onlar İddiaçı digər bir yer təklif etmiş, amma Murad razı olmamışdır. Onların təklif etdikləri yarı zirzəmidir, vitrin şüşələri mövcuddur. Onlar bu gün nə üçün 1-ci mərtəbədə başqasına satdıqları yerin müqaviləsini ləğv edib iddiaçıya verməlidir. Hazırda iddiaçı onlardan hər kv.metr üçün 4000 manat istəyir və onlara təsir edir. Bu binada bir kv.metr 2800 manatdan artıq qiymətə satılmamışdır. O, xüsusi qərardad çıxarılmaqla bağlı vəsatətə münasibətdə bildirdi ki, Baş prokurorluqda araşdırılacaq heç bir dələduzluq əlaməti yoxdur. İşin hazırki mərhələsində da cinayət işinin başlanması ilə bağlı müraciətlə bağlı vəsatət isə ümumiyyətlə doğru deyil. Həmçinin, onlar tərəfindən bütün sənədlər təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilməli sənədləri də guya onlar təqdim etməlidirlər. Demək ki, iddiaçı tərəfin də təqdim etməyə heç bir sənədləri yoxdur. Rafiq müəllimə verilən sual əsasənda məlum olmuşdur ki, sahəni Ceyhun müəllim satmış və həmin sahənin çıxarışı 14 fevral təqdim edilmişdir. Həmçinin hazırki iş üzrə müqavilə bağlayan tərəflər vicdanlı alıcıdrlar, birinci mərtəbə tamamilə satılmışdır.Ona görə də ekspertiza təyin olunması iş üçün əhəmiyyətli deyildir. Məhkəmə iclasında Cavabdeh3 məhkəmə çıxışının məzmununa uyğun izahat verərək iddia tələbinin ona münasibətdə əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, 2019-cu ildə nağd şəkildə pulunu ödəyərək C blokunu Ceyuhun müəllimdən almış, 2020-ci ildən obyektləri icarəyə vermişdir. O, iddiaçının obyektə gəlməsini görməmiş və icarəçilər tərəfindən də ona həmin şəxsin ora gəlməsi barəsində heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil6 məhkəmə çıxışının məzmununa uyğun izahat verərək iddia tələbinin Cavabdeh3 münasibətdə əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, Cavabdeh3 xx.xx.2019-cu ildə qeyri-yaşayış sahəsini satın almış, vaxtlı-vaxtında ödənişini edərək həmin ilin 2020-ci ilin 15 avqust tarixində son ödənişi etmiş, ümumi ərazisi 678 kv.m olan qeyri-yaşayış sahəsinin 556 kv.m hissəsinə sahiblik etməyə başlamışdır. Həmin hissə onlara məxsusdur, təmir edilmiş, Cavabdeh3 oranı daim abadlaşdırmış, kommunal ödənişləri daxil hər bir ödəniş olmuşdur. O, müqavilənin etibarsızlığına münasibətdə qeyd etdi ki, onların bağladığı müqavilədə heç bir qanunun normasi pozulmayıb. Əqd etibarlı əqddir. İddiaçıya verilməli olan müəyyən sahə onların əraziləri hesabılna verilməli deyildir. Cavabdeh3 heç nədən xəbəri olmadan MMC ilə müqavilə bağlamış və özünə ərazi almışdır. MMC-nin işi bina tikməkdir. Əgər bu qeyri-yaşayış sahəsini başqa yerdə tikirsə başqa yerdə sahə verilə bilər. Belə imkanları olmadıqda isə o zaman pul formasında iddiaçıya kompensasiya verilə bilər. Qanunvericiliyin normalarına əsaslanaraq bildirdi ki, bu iş üzrə Cavabdeh3 toxunan hər hansı bir məslə olmamalıdır. Murad Cavabdeh3 ərazi ilə bağlı heç bir məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Cavabdeh5, Cavabdeh8, Cavabdeh6 məhkəməyə yazılı qaydada ərizələr verərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddianın onlara aid olan hissədə rədd edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişlər ki, ona verilən qeyri-yaşayış sahəsi B-3 və B-4-dür və Cavabdeh1 vicdanlı alıcıdır. İddiaçıya veriləcək sahənin onlara heç bir aidiyyəti yoxdur və onların sahəsi ilə üst-üstə düşmür. Alqı-satqı edilən zaman reystr özü gəlir, ölçü aparıır və sənəd verir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil5 iddianın onlara aid olan hissədə rədd edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Vesta MMC ilə tərəflər arasında müqavilə qanunauyğun şəkildə bağlanmışdır. Mülki iş üzrə ekspertiza təyin olunsa belə heç bir nəticəsi olmayacaqdır. Ümumiyyətlə onlar vicdanlı alıcıdır və ekspertiza təyin olunsa belə heç bir nəticəsi olmaz, burada mübahisə torpaq sahəsi deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məhkəmədə Cavabdeh2 MMC-yə qarşı iddia qaldıraraq, sonuncu ilə aralarında bağlanmış 05 avqust 2016-cı il tarixli “Öhdəliklərin və hüquqların alqı-satqısı haqqında” müqavilələr üzrə ünvan 14 ünvanda yerləşən ümumi sahəsi 64 kv.metr olan Q/Y A-3 saylı qeyri-yaşayış sahəsinin; ünvan 15 ünvanda yerləşən ümumi sahəsi 91,1 kv.metr olan Q/Y A-2 saylı qeyri-yaşayış sahəsinin; ünvan 16 ünvanda yerləşən ümumi sahəsi 78,5 kv.metr olan qeyri yaşayış sahəsinin tam təmirli şəkildə ona təhvil verilməsinin cavabdehə həvalə edilməsi; cavabdehdən 05 avqust 2016-cı il tarixli “Öhdəliklərin və hüquqların alqı-satqısı haqqında” üç müqavilə üzrə 8 ay üçün hər ay 1.500 manat ödənilməli olan kirayə haqqına görə cəmi 12.000 manat; öhdəliyin icrasının gecikdirildiyi 15 ay üçün əldən çıxmış faydaya görə cəmi 15.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni qeyri-yaşayış sahələrinin təhvil verilməsinin cavabdehə həvalə edilməsi və hər üç müqavilə üzrə səkkiz aylıq kirayə haqqının cavabdehdən tutulmasına dair iddia tələblərinin rədd edilməsi hissələrində ləğv edilib, həmin hissələrdə iddia tələbləri təmin edilərək, tərəflər arasında notarial qaydada bağlanmış, 3M-410, 3M-411, 3M-412 reyestr nömrəli, 05 avqust 2016-cı il tarixli “Öhdəliklərin və hüquqların alqı-satqısı haqqında” müqavilələr üzrə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində cavabdeh tərəfindən yeni inşa edilmiş binanın birinci mərtəbəsində ümumi sahəsi 64 kv.metr olan Q/Y A-3 saylı; ümumi sahəsi 91,1 kv.metr olan Q/Y A-2 saylı və ümumi sahəsi 78,5 kv.metr olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış sahələrinin tam təmirli şəkildə iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi; eyni zamanda tərəflər arasında notarial qaydada bağlanmış, 3M-410, 3M-411, 3M-412 reyestr nömrəli, 05 avqust 2016-cı il tarixli “Öhdəliklərin və hüquqların alqı-satqısı haqqında” müqavilələr üzrə hər ay 500 manat olmaqla səkkiz aylıq kirayə haqqının, yəni hər bir müqavilə üzrə 4.000 manat olmaqla, üç müqavilə üzrə cəmi 12.000 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4911/2021 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, İddiaçı Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 17 ünvanında tikilmiş binanın 1-C-1 blokunda yerləşən 290 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının tam təmirli şəkildə ona təhvil verilməsinin cavabdehə həvalə edilməsi, öhdəliyin icrasının gecikdirildiyi 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55000 manat pulun tutulması, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 3000 manat 6 ay üçün 18000 manat pulun tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, ümumilikdə 73030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il il tarixli, 2(007)-1021/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 fevral 2020-ci il tarixli, 2(103)-696/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 17 ünvanında tikilmiş binanın 1-C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsinin Cavabdeh2 MMC-yə həvalə edilməsi, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 1500 manat olmaqla 6 ay üçün 9000 manat pulun Cavabdeh2 MMC-dən tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pulun iddiaçıdan və 50 manat məbləğində pulun cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4687/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış MA-548 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 MMC ümumi sahəsi 201 kv.m olan ünvan 18 ünvanında 1-ci mərtəbədə yerləşən B.03-B.04 nömrəli qeyri-yaşayış sahəsini hər kv.metrinin qiyməti 2114,43 manat olmaqla, cəmi 425000 manat müqabilində Cavabdeh1 təhvil verməyi öhdəsinə götürmüş və Cavabdeh1 heç bir borcunun olmaması barədə həmin tarixdə arayış vermişdir. Bundan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarış ilə həmin qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydə alınmış və ona texniki pasport verilmişdir. Cavabdeh2 MMC ilə Cavabdeh8 arasında bağlanmış Q/Y-020 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 MMC ümumi sahəsi 81.5 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllə yaşayış kompleksində yerləşən A.1.3 saylı qeyri-yaşayış sahəsini hər kv.metrinin qiyməti 2800 manat olmaqla, cəmi 228200 manat müqabilində Cavabdeh8 təhvil verməyi öhdəsinə götürmüş və ona heç bir borcunun olmaması barədə həmin tarixdə arayış vermişdir. Cavabdeh2 MMC ilə Cavabdeh10 arasında bağlanmış Q\Y-016 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 MMC ümumi sahəsi 105 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllə yaşayış kompleksində yerləşən A.1.4 saylı qeyri-yaşayış sahəsini hər kv.metrinin qiyməti 2400 manat olmaqla, cəmi 252000 manat müqabilində Cavabdeh10 təhvil verməyi öhdəsinə götürmüş və ona heç bir borcunun olmaması barədə həmin tarixdə arayış vermişdir. Cavabdeh2 MMC ilə Cavabdeh9 arasında bağlanmış Q\Y-012 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 MMC ümumi sahəsi 126.5 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllə yaşayış kompleksində yerləşən A.-2 saylı qeyri-yaşayış sahəsini hər kv.metrinin qiyməti 2000 manat olmaqla, cəmi 253000 manat müqabilində Cavabdeh9 təhvil verməyi öhdəsinə götürmüş və ona heç bir borcunun olmaması barədə həmin tarixdə arayış vermişdir. Cavabdeh2 MMC ilə Cavabdeh7 arasında bağlanmış Q\Y-024 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 MMC ümumi sahəsi 100.5 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllə yaşayış kompleksində yerləşən A.1 saylı qeyri-yaşayış sahəsini hər kv.metrinin qiyməti 2800 manat olmaqla, cəmi 281400 manat müqabilində Cavabdeh7 təhvil verməyi öhdəsinə götürmüş və ona heç bir borcunun olmaması barədə həmin tarixdə arayış vermişdir. Cavabdeh2 MMC ilə Cavabdeh6 arasında bağlanmış Q\Y-022 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 MMC ümumi sahəsi 236.24 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllə yaşayış kompleksində yerləşən A.1.5, A.1.6 və A.1.7 saylı qeyri-yaşayış sahəsini hər kv.metrinin qiyməti 1500 manat olmaqla, cəmi 354360 manat müqabilində Cavabdeh6 təhvil verməyi öhdəsinə götürmüş və ona heç bir borcunun olmaması barədə həmin tarixdə arayış vermişdir. Bütün bunlarla yanaşı, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarış ilə ümumi sahəsi 556.70 kv.m olan ünvan 19 ünvanı xüsusi mülkiyyət əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına, ********** qeydiyyat nömrəli Çıxarış ilə ümumi sahəsi 108.2 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 56,58 (yeni qaydalarla: AZ 1096, ünvan 20 ünvanı xüsusi mülkiyyət əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına, ********** qeydiyyat nömrəli Çıxarış ilə ümumi sahəsi 220.30 kv.m olan ünvan 19 ünvanı xüsusi mülkiyyət əsasında xx.xx.2021-ci il tarixdə X2 adına qeydə alınmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində cavabdeh tərəfindən yeni inşa edilmiş binanın birinci mərtəbəsində yerləşən A və B blokunda olan qeyri-yaşayış sahələri onlarla bağlı çıxarılmış qanuni qüvvəsini almış Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından, ünvan 17 ünvanında tikilmiş binanın C blokunda yerləşən olan qeyri-yaşayış binası isə onunla bağlı çıxarılmış qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından öncə Cavabdeh2 MMC tərəfindən digər cavabdehlərə satılmışdır. Digər tərəfdən mübahisəli qeyri-yaşayış sahələri digər cavabdehlərə satılan zaman onların üzərində hər hansı bir məhdudiyyət və tərəflər arasında olan məhkəmə prosesləri üzrə qanuni qüvvəsini alımış yekun məhkəmə qərarları olmamışdır. Məhkəmə Cavabdeh2 MMC-nin vəkili və nümayəndəsi Vəkil3 “müqavilələrin etibarsızlığı üçün iddiaçı tərəfindən müddətin ötürülməsi, iddiaçı tərəfin isə müqavilə məlumatlarını 2 ildir ki, əldə etmələri, 3 ildən artıqdır ki, müqavilələrin bağlanması, digər cavabdehlərlə 1 ildən az müddətə bağlanan müqavilənin olmaması” dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il il tarixli, 2(007)-1021/2019 nömrəli qətnaməsi üzrə məhkəmə İddiaçı Cavabdeh2 MMC-nin barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılması barədə xahişinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli, müqavilə münasibətlərindən irəli gələn mübahisədir, bundan başqa, cavabdehin nümayəndəsinin başqa şəxslərə satıldığını qeyd etdiyi qeyri-yaşayış sahələri tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan sahə deyil, binanın eskiz layihəsində 1*- C blokunun 1-ci mərtəbəsində yerləşən sahələr olması müəyyən edilmişdir. İddiaçı isə ona verilməli olan sahənin başqa şəxslərə satılması barədə sübutlarını (müqavilə və s.) təqdim etməmişdir. Bununla da, məhkəmə cavabdehin əməlində cinayət tərkibinin olması barədə iddiaçının irəli sürdüyü dəlillərin əsassız olması, Cavabdeh2 MMC-nin barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılması üçün əsasların olmaması qənaətinə gəlmişdir. Göründüyü kimi, iddiaçı tərəfə 2019-cu il tarixdən 1-C blokunun MMC-yə satıldığı sübut olunmasa da bununla bağlı MMC tərəfindən qeyd edilmiş, lakin iddiaçı tərəfindən onlar müvafiq məhkəmə işlərinə cəlb edilməmiş onlara qarşı müstəqil iddia qaldırılmamışdır. Yəni iddiaçı ona verilməsini tələb etdiyi obyekin digər şəxsə satılması barədə məlumatlı olsa həmin əqdin etibarsızlığı, barədə 3 ildən sonra məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən C bloku ilə bağlı bağlanılmış müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququ üzrə müddət ötürülmüşdür. Həmçinin Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kassator, kassasiya şikayətində binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin cavabdehin mülkiyyətində deyil, digər şəxslərə satıldığını göstərsə də, nə birinci, nə də apellyasiya icraatı mərhələsində məhkəməyə heç bir sübut təqdim etməyib. Kassasiya icraatı mərhələsində isə cavabdeh tərəf bu hala, yəni sözügedən qeyri-yaşayış sahələrinin kimlərə satılması və həmin sahələrə dair müqavilələrin bağlanıbbağlanmamasına məsələyə dair aydınlıq gətirə bilmədi. Göründüyü kimi, məhkəmə tərəfindən qeyd olunan hallar ilə bağlı sübut təqdim edilmədiyi üçün həmin dəlillər əsassız hesab edilsə də, iddiaçı tərəfin həmin tarixdən qeyri-yaşayış sahələrinin başqa şəxslərə satılması barədə məlumatı olmuş, iddiaçı A və B bloklarının alqı-satqı müqavilələrinin etibarsızlığı üçün 1 illik müddəti ötürmüş, bununla bağlı məhkəməyə Cavabdeh1 qarşı xx.xx.2022-ci il tarixdə əqdin ləğvi barədə iddi qaldırılmış, sonra isə həmin tələb xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilərək Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanılmış həmin əqdin, xx.xx.2023-cü il tarixdə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə isə digər əqdlərin etibarsızlığı ilə bağlı iddia verilmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin mahiyyətinə münasibətdə qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Bütün bu qeyd olunanlara əsasən mübahisəli avtomobillər ilə bağlı bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil, yuxarıda qeyd edildiyi kimi alıcı vicdanlı əldə edəndir. İlkin iddia üzrə iddiaçı tərəf isə bunların əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Həmin Qərardda o cümlədən qeyd olunmuşdur ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Hazırki iş üzrə mübahisəli qeyri-yaşayış sahələri satılan şəxslər müqavilələr üzrə vicdanlı alıcıdırlar və onlar tərəfindən müqavilə üzrə alqı-satqı məbləği "xxxx" MMC-yə ödənilmiş, bununla bağlı tərəflərə arayış verilmişdir. Ona görə də həmin şəxslərlə bağlanılmış alqı-satqı müqavilələri etibarsız hesab edilə bilməz. İddiaçı tərəf həmin müqavilələrin məhkəmə mübahisəsi gedən zaman "xxxx" MMC tərəfindən formal bağlanmasını, etibarsız olması bildirsə də bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Hansı ki, iş materiallarına əlavə edilmiş sənədlər ilə tərəflər arasında məhkəmədə mübahisələndirilən müqavilələrin bağlanarkən əqdin subyekt tərkibinə, məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər pozulmamışdır. Belə ki, "xxxx" MMC-nin və sifarişçilərin sərbəst iradələri formalaşmış, dəyəri ödənilməklə və digər tərəfin də həmin məbləği qəbul etməsi ilə əqd bağlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” qərarında formalaşdırdığı mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə iddiaçının “DƏDRX tərəfindən Cavabdeh1 adına verilmiş, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış sahəsinə aid ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayon, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində yerləşən binanın 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci ildə DƏDRX tərəfindən verilmiş ********** saylı çıxarışın ləğv edilməsi, Bakı şəhər, Nizami rayon, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində yerləşən binanın 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsinin 290 kv/m hissədə boşaldılaraq və həmin sahənin cavadehlər Cavabdeh2 MMC və Cavabdeh3 alınaraq İddiaçı verilməsi, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 91,1 m2 olan Q/Y A-2 saylı qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehlər, Cavabdeh2 MMC və Cavabdeh9 alınaraq İddiaçı təhvil verilməsi, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı yaşayış sahəsinin boşaldılması və həmin qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh8 alınaraq İddiaçı təhvil verilməsi, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı, ümumi sahəsi 91,1 m2 olan Q/Y A-2 və ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış, Bakı şəhər, Nizami rayon, M.Abbasov 6 ünvanında yerləşən binanın 1-C blokunda 1-ci mərtəbəsində yerləşən, 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış obyektlərinə istifadə və sahiblik etməyə yaradılan maneələrin Cavabdeh2 MMC və digərlərinə qadağan edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı, ümumi sahəsi 91,1 m2 olan Q/Y A-2 və ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı, Bakı şəhər, Nizami rayon, M.Abbasov 6 ünvanında yerləşən binanın 1-C blokunda 1-ci mərtəbəsində yerləşən, 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış obyektlərinə mülkiyyət hüququnu təsdiq edən sənədin çıxarışın İddiaçı adına verilməsi üçün müvafiq sənədlərin (binanın istismara qəbul aktı; ümumi iclasının gündəliyindən çıxarış, eskiz layihə və maliyyə arayışının) verilməsinin Cavabdeh2 MMC-yə həvalə edilməsi” hissəsinə münasibətdə bildirir ki, hazırda iddia tələbi müqavilələrin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, qeyd olunan tələblər müqavilələrin etibarsız hesab edilməsi tələbindən törəmə tələb olduğundan, verilən çıxarışlar müqavilələr əsasında verildiyindən iddia tələbi bu hissələrdə də əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş eskiz layihə əsasında Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yüksək mərtəbəli yaşayış binalarının A, B, C bloklarından ibarət olduğu müəyyən edilmiş və satılmışdır. Eskiz layihəsində göstərilən sahələr ilə satılan sahələr arasında fərqlər möcud olsa da, Cavabdeh2 MMC bununla bağlı bildirmişdir ki, bu hissələrə arakəsmələr, eyvanlar və sair sahələr daxil olduğundan belə bir fərq mövcuddur. Həmçinin əvvəlki məhkəmə işləri üzrə məhkəmə tərəfindən ekspertizalar təyin edilmişdir. Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tikintitexniki ekspertinin 17 dekabr 2020-ci il rəyinə görə, cavabdeh tərəfindən iddiaçıya təklif edilən ünvan 21 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sxemi yoxdur; inşa olunmuş binanın eskiz layihəsində müqavilələrdə qeyri-yaşayış sahələrinin yerləşmə mərtəbəliyi göstərilməyib; həmin ünvanda yerləşən ümumi sahəsi 64 kv.metr olan A-3 saylı qeyriyaşayış sahəsinin; ünvan 22 ünvanda yerləşən ümumi sahəsi 91,1 kv.metr olan A-2 saylı qeyri-yaşayış sahəsinin və ünvan 23 ünvanında yerləşən ümumi sahəsi 78,5 kv.metr olan 1-B-2 saylı qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən faktiki ayrılmış yerlərin müqavilələrdə nəzərdə tutulmuş yerlərə uyğun ayrılmasını müəyyən etmək mümkün deyil. Göründüyü kimi, həmin rəylə də sahələrin bir-birləri ilə üst-üstə düşüb-düşməməsi, ayrılması müəyyən edilə bilinməmişdir. Bütün bunlarla yanaşı, hazırda həmin qeyriyaşayış sahələri satıldığından, satılan şəxslər vicdanlı alıcılar olduğundan hazırki iş üzrə ekspertiza təyin edilməsinə ehtiyac aradan qalxmışdır. Həmçinin, məhkəmə iddiaçının Cavabdeh2 MMC və onun rəhbər şəxsləri barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxardaraq Prokurorluğa göndərilməsi barədə vəsatətinə münasibətdə bildirir ki, qeyd olunan vəsait məhkəmə baxış iclasının məhkəmə çıxışlarında verildiyindən məhkəmə tərəfindən vəsatətə münasibət bildirilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami rayon İcra Şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, qeyri-yaşayış obyektlərinə istifadə və sahiblik etməyə yaradılan maneələrin qadağan edilməsi və sair” barədə iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş 100,0 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami rayon İcra Şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış sahəsinə dair bağlanmış, MA-548 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edlilməsi, DƏDRX tərəfindən Cavabdeh1 adına verilmiş, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 78,5 m2 olan Q/Y 1- B-2 saylı qeyri-yaşayış sahəsinə aid ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış sahəsinin boşaldılması və həmin sahənin cavadehlər Cavabdeh2 MMC və Cavabdeh1 alınaraq İddiaçı verilməsi, Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında Bakı şəhəri, Nizami rayon, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində yerləşən binanın 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsinə dair 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci ildə DƏDRX tərəfindən verilmiş ********** saylı çıxarışın ləğv edilməsi, Bakı şəhər, Nizami rayon, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində yerləşən binanın 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsinin 290 kv.m hissədə boşaldılaraq və həmin sahənin cavadehlər Cavabdeh2 MMC və Cavabdeh3 alınaraq İddiaçı verilməsi, Cavabdeh2 MMC ilə Cavabdeh9 arasında Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində Q/Y A-2 saylı qeyri- yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 91,1 m2 olan Q/Y A-2 saylı qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehlər, Cavabdeh2 MMC və Cavabdeh9 alınaraq İddiaçı təhvil verilməsi, Cavabdeh2 MMC ilə Cavabdeh8 arasında Bakı şəhəri, Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində Q/Y A-3 saylı yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixdə imzalanmış, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı yaşayış sahəsinin boşaldılması və həmin qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh8 alınaraq İddiaçı təhvil verilməsi, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı, ümumi sahəsi 91,1 m2 olan Q/Y A-2 və ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış, Bakı şəhər, Nizami rayon, M.Abbasov 6 ünvanında yerləşən binanın 1-C blokunda 1-ci mərtəbəsində yerləşən, 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış obyektlərinə istifadə və sahiblik etməyə yaradılan maneələrin Cavabdeh2 MMC digərlərinə qadağan edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı, ümumi sahəsi 91,1 m2 olan Q/Y A-2 və ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı, Bakı şəhər, Nizami rayon, M.Abbasov 6 ünvanında yerləşən binanın 1-C blokunda 1-ci mərtəbəsində yerləşən, 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış obyektlərinə mülkiyyət hüququnu təsdiq edən sənədin çıxarışın İddiaçı adına verilməsi üçün müvafiq sənədlərin (binanın istismara qəbul aktı; ümumi iclasının gündəliyindən çıxarış, eskiz layihə və maliyyə arayışının) verilməsinin Cavabdeh2 MMC-yə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-431/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-431/2023
19.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver