Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-431/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ödənilmiş məbləğin geri qaytarılması (reqress) tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı olan “ödənilmiş məbləğin geri qaytarılması (reqress)” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “ödənilmiş məbləğin geri qaytarılması (reqress)” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 7117.85 (yeddi min yüz on yeddi, səksən dörd qəpik) manat məbləğində borc və 92 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “Kapital Bank ASC”-nin Qubadlı filialı arasında xx.xx.2019-cu il tarixdə GTGK1547612A126 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 27.84 % olmaqla, 48 aya 12800 manat məbləğində pul ayrılmışdır. Qeyd olunan tarixdə GTGK1547612A126 saylı kredit müqaviləsinin təmin üsulu olaraq onunla "xxxx" ASC-nin Qubadlı filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixdə GTGK1547612A126 saylı zaminlik müqaviləsinin 3-cü bəndinə əsasən o, zamin olaraq borcalanla, yəni iş üzrə cavabdehlə bank qarşısında öhdəliklər üzrə birgə məsuliyyət daşımağa başlamışlar. İddiaçı hal-hazırda Daxili İşlər Nazirliyinin əməkdaşıdır və əmək haqqı hesabı "xxxx" ASC-dədir. Cavabdeh bank qarşısında öhdəliklərini lazımı qaydada icra etmədiyinə görə yuxarıda qeyd olunan zaminlik müqaviləsinin şərtlərinə əsasən birgə məsuliyyət daşıdığı üçün ilkin olaraq xx.xx.2022-ci il tarixdən başlayaraq "xxxx" ASC tərəfindən əmək haqqı hesabından 5760.04 (beş min yeddi yüz altmış, 04) manat pul məbləği aksepsiz qaydada tutulmuşdur. Qeyd olunan məbləğin geri alınması ilə bağlı Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edilmişdir. 2(007)-2835/2022 saylı mülki iş hakim Qumru Əliyevanın icraatına verilmişdir. Yekun olaraq iddia tələbi təmin edilmişdir. Həmin dövrdə cavabdehin kredit borcu tam bağlanmadığına görə qalıq kredit borcu ilə bağlı əmək haqqıdan aksepsiz tutulmalar davam etməyə başlamışdır. Hal-hazırda kredit borcu tam olaraq ödənilmişdir. xx.xx.2019-cu il tarixdə GTGK1547612A126 saylı zaminlik müqaviləsinin 9-cu bəndinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcları habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan aksepsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından tutula bilər. Əmək haqqı hesabından 2022-ci il sentyabr – 2023 -sentyabr aylarında edilən tutulmalar aşağıdakı qaydada aparılmış və əmək haqqı hesabından çıxarışda öz əksini tapmışdır:
1. xx.xx.2022-ci il tarix – 1209.93 manat
2. xx.xx.2022-ci il tarix – 458.37 manat
3. xx.xx.2022-ci il tarix – 463.24 manat
4. xx.xx.2022-ci il tarix – 456.65 manat
5. xx.xx.2023-cü il tarix – 451.82 manat
6. xx.xx.2023-cü il tarix – 462.34 manat
7. xx.xx.2023-cü il tarix – 447.45 manat
8. xx.xx.2023-cü il tarix – 455.20 manat
9. xx.xx.2023-cü il tarix – 455.38 manat.
10. xx.xx.2023-cü il tarix – 450.33 manat
11. xx.xx.2023-cü il tarix – 458.68 manat
12. xx.xx.2023-cü il tarix – 453.39 manat
13. xx.xx.2023-cü il tarix – 894.89 manat CƏMİ: 7117.85 manat Yuxarıda qeyd olunan tutulmalar barədə qanunvericiliyin tələbi üzrə xx.xx.2023-cü il tarixdə borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Ancaq cavabdeh öhdəliyini icra etməmişdir. xx.xx.2019-cu il tarixdə GTGK1547612A126 saylı zaminlik müqaviləsinin 6-cı bəndinə əsasən zamin borcalanın bank qarşısında öhdəliklərini icra etdikdə borcalana qarşı reqress qaydada tələb irəli sürmək hüququ vardır.
İş materialları :
3. "xxxx" ASC və zamin İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Z- GTGK1547612A126 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı xx.xx.2019-cu il tarixli GTGK1547612A126 nömrəli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və zamin bank qarşısında borcalan ilə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 6.1-ci maddəsindən görünür ki, zamin borcalanın bank qarşısında öhdəliklərini icra etdikdə borcalana qarşı reqres qaydada tələb etmək hüququna malikdir.
4. İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə onun əmək haqqısından tutulan ümumilikdə 7117.85 (yeddi min yüz on yeddi manat səksən beş qəpik) manat məbləğində pul vəsaitinin 7 (yeddi) təqvim günü ərzində ödənilməsi tələb etmiş, əks halda pulun və məhkəmə xərclərinin tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir.
5. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-2835/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqaviləsi və X1 ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin qətnamə ilə cavabdeh X5 oğlundan onun kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında götürdüyü öhdəlikləri yerinə yetrimədiyi üçün zamin İddiaçı kartından silinmiş 5760.04 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
6. "xxxx" ASC tərəfindən təqdim edilmiş İddiaçı məxsus kart hesabı üzrə xx.xx.2023-cü il tarixli xx.xx.2022-xx.xx.2023-cü il dövrü əhatə edən çıxarışdan görünür ki, bank tərəfindən İddiaçı məxsus kartdan GTGK1547612A126 kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixdə 1209.93 manat, xx.xx.2022-ci il tarixdə 0.11 manat, xx.xx.2022-ci il tarixdə 458.26 manat, xx.xx.2022-ci il tarixdə 0.76 manat, xx.xx.2022-ci il tarixdə 462.48 manat, xx.xx.2022-ci il tarixdə 0.43 manat, xx.xx.2022-ci il tarixdə 456.22 manat, xx.xx.2023-cü il tarixdə 0.17 manat, xx.xx.2023-cü il tarixdə 451.82 manat, xx.xx.2023-cü il tarixdə 0.12 manat, xx.xx.2023-cü il tarixdə 462.22 manat, xx.xx.2023-cü il tarixdə 0.69 manat, xx.xx.2023-cü il tarixdə 446.76 manat, xx.xx.2023-cü il tarixdə 0.28 manat, xx.xx.2023-cü il tarixdə 454.92 manat, xx.xx.2023-cü il tarixdə 0.98 manat, xx.xx.2023-cü il tarixdə 454.40 manat, xx.xx.2023-cü il tarixdə 0.13 manat, xx.xx.2023-cü il tarixdə 450.21 manat, xx.xx.2023-cü il tarixdə 458.68 manat, xx.xx.2023-cü il tarixdə 0.31 manat, xx.xx.2023-cü il tarixdə 453.08 manat silinmişdir.
7. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, GTGK1547612A126 kredit müqaviləsi üzrə İddiaçı 894.89 manat tam ödəniş edilmişdir.
8. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 1640 nömrəli arayışdan görünür ki, İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-də GTGK1547612A126 müqavilə nömrəsi ilə 12800 manat (on iki min səkkiz yüz manat) məbləğində kredit müqaviləsinə zamin durmuşdur.
9. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 92 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
10. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, mübahisəyə müvafiq prosessual maraq göstərməmiş və iddiaya öz etirazını bildirməmişdir.
12. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin :
470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1. öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.
İşin faktiki halı :
15. İddiaçı xx.xx.2019-cu il tarixli Z-GTGK1547612A126 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTGK1547612A126 saylı kredit müqaviləsi üzrə 12800 manat məbləğində öhdəlik üzrə zamin durmuşdur.
16. xx.xx.2019-cu il tarixli GTGK1547612A126 saylı kredit müqaviləsi üzrə İddiaçı bank hesabından ("xxxx"da olan əmək haqqı hesabından) xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə 6222.96 manat pul vəsaiti akseptsiz qaydada tutulmuşdur. İddiaçı tərəfindən GTGK1547612A126 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixində 894.89 manat məbləğində pul vəsaiti ödənilməklə kredit borcu tam ödənilmişdir.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
18. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
19. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
20. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası MM-nin 475.1-ci maddəsi təşkil edir və iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır.
21. Belə ki, Azərbaycan Respublikası MM-nin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
22. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə İddiaçı xx.xx.2019-cu il tarixli Z-GTGK1547612A126 saylı zaminlik müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş və xx.xx.2019-cu il tarixli GTGK1547612A126 saylı kredit müqaviləsi üzrə 7117.85 manat məbləğində borc onun tərəfindən ödənilmişdir. Belə ki, həmin ödəniş məbləğinin 6222.96 manatı onun əmək haqqı hesabından silinmiş və 894.89 manat məbləği isə onun tərəfindən ödənilmişdir.
23. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh X2 qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
Məhkəmə Xərcləri :
24. İddiaçı ödənilmiş 92 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması tələbini irəli sürmüşdür.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödənilmiş 92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə :
27 Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7117.85 manat məbləğində pul vəsaiti və ödənilmiş 92 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 7117.85 (yeddi min yüz on yeddi manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 92 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva