Məhkəmə qərarları › İş №e-2(007)-436/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-436/2023

27.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-436/2023 27.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1,Ərizəçi2, Ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi1 və qeyrisinin “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə ərizəni onunla əsaslandırdı ki,hüquqlarını müdafiə etdiyi Ərizəçi1 və Ərizəçi2 21 iyun 2008-ci ildə rəsmi nikaha girməklə ailə qurublar.Onların nikahları xx.xx.2008-ci il tarixində 410 saylı Akt qeydi ilə Maraqlı şəxsndə rəsmiləşdirilib. Onların birgə nikahından xx.xx.2014-cü ildə bir övladları X4 anadan olub.Onların maddi imkansızlığı ucbatından övladları X4 xx.xx.2014cü ildə Bakı şəhəri, Nizami rayonu, Ə.Əliyev küçəsi 7A saylı binanın 104 saylı mənzilində ev şəraitində dünyaya gəlib. Buna görə də vaxtında övladları X2 doğum haqqında şəhadətnamə ala bilməyiblər.Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Nizami rayon Qeydiyyat şöbəsinə müraciət ediblər. Nizami rayon Qeydiyyat Şöbəsi xx.xx.2022-ci il tarixli məktubla ərizəyə imtina məktubu verib və doğum faktı ilə bağlı məhkəməyə müraciət etmələrini tövsiyyə edib.Qeyd olunanlara əsasən X1 21 mart 2014cü il tarixdə Bakı şəhərində doğulması, müəyyən edilməli, doğum haqqında şəhadətnamənin ata qrafasında Ərizəçi1, ana qrafasında isə Ərizəçi2 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 da eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Maraqlı şəxsndən Ərizəçi1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla uşağa doğum haqqında şəhadətnamə verilnməsindən imtina olunmuş və ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ə.F.Qarayev adına 2 saylı X5 verilmiş xx.xx.2016-cı il tarixli epiqrizdən görünür ki, 21 mart 2014-cü il təvəllüdlü naməlum etioloqiyalı qıcolma diaqnozu ilə xx.xx.2016-cı il tarixinədək həmin xəstəxanada müalicə almışdır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X6 arasında xx.xx.2008-ci il tarixdə Nizami Rayon Qeydiyyat Şöbəsində 410 saylı qeydlə rəsmiləşdirilmiş nikah bağlanmışdır.Nikah bağlanan zaman X8 soyadını qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, qardaşı Ələsgər Gülşənlə 2008-ci ildə ailə həyatı qurub və onların birgə nikahlarından Zəhra adlı bir övladları dünyaya gəlib. Anası doğuşu həyata keçirməyi bacardığı üçün uşaq ev şəraitində doğulub. Zəhra qardaşı Ələsgər və onun həyat yoldaşı Gülşənin övladıdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, Ələsgər və Gülşənlə qonşuluqda yaşayır. Onların bir qız övladları dünyaya gəlib və adı Zəhradır.Onun nəvələri və Zəhra daim həyətdə birlikdə oynayırlar,onların yaxın münasibətləri vardır. Ələsgərin mərhum anasının doğuşdan anlayışı olduğu üçün Zəhra evdə doğulub. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun qeyd edilmə faktı məhkəmədə müəyyən edilir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə zamanı ərizəçilərin izahatı,şahidlərin ifadələri, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də atası Ərizəçi1,anası Ərizəçi2 olan X4 21 mart 2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması uşağa doğum haqqında şəhadətnamə alınması üçün lazımdır. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, atası xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi1, anası xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi2 olan, X1 21 mart 2014-cü il tarixdə Bakı şəhərində doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunmalı,doğum aktı qeydi bərpa olunmaqla X2 doğum haqqında şəhadətnamə verilməli,doğum haqqında şəhadətnamənin ata qrafasında Ərizəçi1,ana qrafasında Ərizəçi2 qeydləri aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Atası xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi1, anası xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi2 olan X1 21 mart 2014-cü il tarixdə Bakı şəhərində doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. X1 doğum aktı qeydi bərpa olunmaqla ona doğum haqqında şəhadətnamə verilsin, doğum haqqında şəhadətnamənin ata qrafasında Ərizəçi1,ana qrafasında Ərizəçi2 qeydləri aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar