Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4371/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı Cavabdeh qarşı “borclu ilə arvadının ümumi mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması və əmlakın satılmasından əldə edilən pulla borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclu Cavabdeh mənə olan 156446 (yüz əlli altı min dörd yüz qırx altı) manat borc pulun qaytarılması üçün onun ümumi mülkiyyətində olan və arvadı X1 adına birgə nikah dövründə əldə edilmiş və xx.xx.2018-ci ildə qeydiyyatdan keçərək hazırda mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, 8; 15 saylı mənzilin üzərinə həbs qoymaq və onu satmaq yolu ilə əldə edilmiş puldan mənə olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialların əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin - 2(007)-2165/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, X2 İddiaçı xeyrinə 156000 manat məbləğində borc və 446 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamənin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh ilə arvadının birgə nikah dövründə əldə edilmiş mənzilin üzərində həbs qoyulması və əmlakın satılmasını tələb edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Göründüyü kimi, borclunun əmlakının üzərinə həbs qoyulması məsələsi icra məmurunun tərtimatı əsasında məhkəmə tərəfindən həll edilir. Bu səbəbdən iddiaçı göstərilən məsələ ilə aidiyyəti icra məmuruna müraciət edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Resppublikasının Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Hazırda isə iddiaçı göstərilən qaydada məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiada göstərilən tələb icra məmurunun səlahiyyətinə aid məsələdir və bu mübahisəyə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki ərizəyə ümumi məhkəmələrdə baxılmalı olmadığından, ərizə yolverilməz hesab edilməli, iddiaçıya icra icraatı qaydasında aidiyyatı üzrə məhkməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hazırkı qərardad iddiaçı tərəfindən ödənilmiş 447,33 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qeyd olunanlara əsasən və MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borclu ilə arvadının ümumi mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması və əmlakın satılmasından əldə edilən pulla borcun ödənilməsi” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah olunsun ki, o, icra icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Qərardad İddiaçı (FİN: xxxxxxx) tərəfindən ödənilmiş 447,33 manat dövlət rüsumunun (mədaxil qəbzi nömrəsi **********, Tarix: xx.xx.2025, saat 10:38:41) qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-4371/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-4371/2025
11.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver