Məhkəmə qərarları › İş №e-2(007)-4452/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4452/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4452/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” barədə kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 400 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 02.02.2020-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Ramana qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Daewoo Nexia” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Daewoo Gentra” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Daewoo Nexia” markalı, '**-VS-*** dövlət qeydiyyat nişanlı iddiaçı tərəfindən 27.11.2019-cu il tarixindən 27.11.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 27.02.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 400 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X6 ödənilmişdir. 07.02.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Təhməzov X4 Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı (hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilinmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə Arayışdan görünür ki, təqsirli olan “Daewoo Nexia” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2, hadisə baş verdiyi anda sürücüsü Cavabdehdur. İş materialında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 25 fevral 2020-ci il tarixli, PXA ********** saylı sığorta aktından görünür ki, “Daewoo Nexia” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 400 manat məbləğində ziyan dəymişdir. İş materialında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 27 noyabr 2019-cu il tarixli, PXA ********** nömrəli icbari sığorta müqaviləsindən görünür ki, “Daewoo Nexia” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materialında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 10.02.2020-ci il tarixli Qüsur aktından görünür ki, “Daewoo Gentra” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 400 manat xərc çəkilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-dən daxil olmuş 02.02.2020-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokola əsasən X3 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan 17 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan-fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 63.1-ci maddsəsinə əsasən Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.8-ci maddəsinə əsasən icbari sığortabu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş haldayaranır. Məhkəmə tərəfindən işdə olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh etibarnamə əsasında“Daewoo Nexia” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili, 02.02.2020-ci il tarixdə idarə edərkən Bakı şəhəri, Ramana qəsəbəsində “Yol hərəkətləri haqqında” Azərbaycan Respublikası qanunun 42-ci maddəsinin V-ci bəndinin tələblərini pozub yol-nəqliyyat hadisəsi törətmiş və X1 “Daewoo Gentra” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Ona 400 manat məbləğində zərər vurmuş və hadisə yerindən yayınmışdır. Həmin məbləğ iddiaçı tərəfindən sığorta ödənişi olaraq zədələnmiş avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Göründüyü kimi, avtonəqliyyat vasitəsinin sahibi mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli bilinən sürücü Təhməzov X4 xəta törətdiyinə və hadisə yerindən qaçdığına görə, sığorta ödənişi vermiş sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “Daewoo Nexia” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə, təqsirli bilinən şəxs Cavabdeh tərəfindən inzibatə xəta törətdiyi və hadisə yerindən qaçdığı, vətəndaş X6 məxsus “Daewoo Gentra” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 400 manat məbləğində sığorta ödənişi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat sığorta ödənişi məbləğinin və 30 (otuz manat) manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar