Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-449/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2020-ci ildən tanıyır. Onunla tanışlıqlarının ilk günlərində cavabdeh özünü ona kosmetoloq kimi təqdim edib. Bir neçə dəfə yaxın tanışlarını kosmetoloq olaraq onun yanına göndərib və həmin tanışları onun xidmətlərindən istifadə ediblər. Ümumi tanışlar vasitəsi ilə tanıdığı həmin qadınla normal insani münasibətləri olub, onun istəyi və xahişi ilə ona aid olan müəyyən şəxsi problemlərinın həllini yerinə yetirib. Tanışlıqları müddətində onun şəxsi evinin olmadığını və bir azyaşlı qızı ilə müxtəlif ünvanlarda kirayədə yaşadığını bildiyindən müəyyən vaxtlarda ona maddi köməklik də edib. Cavabdeh ilə tanış olduqdan sonra cavabdeh 2020-ci ilin sentyabr ayında ondan xahiş edib ki, yaşadığı evdə kondisioner, tozsoran və televizor olmadığına görə ona həmin əşyaların kreditlə alınmasına köməklik etsin. Onun bu xahişinə cavab olaraq cavabdedən hansı səbəbə görə həmin əşyaların onun özü tərəfindən kreditə alınmadığını soruşub, cavabdeh isə bildirib ki, onun fəaliyyəti vergi idarəsində rəsmişləşdirilmədiyindən kreditə mal satan ticarət şəbəkələri onun aylıq gəlirini müəyyən edə bilmirlər və bu səbəbə görə də, onun adına kreditə mal vermirlər. Cavabdeh kreditlə bağlı dediklərini çox normal və səmimi qəbul etdiyimdən onunla belə razılığa gəliblər ki, onun istədiyi məişət əşyalarını öz adına alıb onun istifadəsinə versin, o, isə həmin əşyaların dəyərini, yəni kredit ödənişlərini özü ödəsin. Bu məqsədlə aşağıda qeyd edilən əşyaları ayrı-ayrı tarixlərdə alaraq ona verib: 1.) xx.xx.2020-ci il tarixdə LC markalı kondisioner- dəyəri 1972,08 manat; 2) xx.xx.2020-ci il tarixdə X3-dəyəri 363,60 manat; 3.) xx.xx.2021-ci il tarixdə Toşiba markalı televizor- qiyməti 1200 manat; 4.) xx.xx.2021-ci il tarixdə Samsunq Galaxy A41DS markal telefon-dəyəri 760 manat; 5.) xx.xx.2022-ci il tarixdə iPHONE 13 PRO 128 GB markalı telefon-qiyməti 3944,02 manat; 6.) 17 may 2023cü il tarixdə Samsung Galaxy-S21FE5G6/128GB markalı telefon-qiyməti 1557,95 manat. Həmin əşyaların cəmi dəyəri 9797,65 manat təşkil edir. Həmin məhsulları aldıqdan və Cavabdeh istifadəsinə verdikdən sonra o, həmin məhsulların dəyərini ümumiyyətlə ödəyə bilmirdi və hər dəfə ona deyirdi ki, yaxın müddətlərdə onun valideyinləri onun üçün çoxlu pul göndərəcəklər və bundan sonra onun ödədiyi bütün pulları ona qaytaracaq. Cavabdehin ağır yaşayış şəraiti və sıxıntılı maddi problemləri bir insan olaraq onu çox kədərləndirirdi. Bu səbəbə görə də, cavabdehi kredit borclarına görə sıxışdırmırdı, ancaq onun əvəzinə ödədiyi kredit pullarını da qaytaracağına da şübhə etmirdi. Cavabdeh hər dəfə elə inandırıcı bəhanələr uydururdu ki, onun dediyi yalanlara inanmamaq olmurdu. Cavabdeh valideyinləri Qazaxıstan Respublikasında yaşayırlar. Hər dəfə ona bildirirdi ki, kredit borclarına görə atası və bacısı tərəfindən Qazaxıstan Respublikasından tezliklə pul göndəriləcək. Cavabdehin bu sözlərinə hər dəfə inandığından kredit borclarını şəxsən özü ödəyirdi. Cavabdeh 2022-ci ildə onaə bildirib ki, bacısı Bakıya gəlmək istəyir və bacısı gəldikdən sonra onun əvəzinə ödədədiyi kredit borclarını ödəməyə köməklik edəcək, həm də ona ev almaq üçün pul verəcək. Cavabdehin təklifi onu qane edib və fikirləşib ki, həm kreditə xərclədiyi pulları geri alar, həm də Marinaya ev tapmağa köməklik edər. Cavabdeh 2022-ci ilin sentyabr ayında ona almaq üçün ucuz qiymətə fərdi həyət evi tapmağını xahiş edib. 2022-ci ilin sentyabr ayında almaq üçün baxdıqları bir neçə evdən birini bəyənib və onunla birlikdə həmin yarı tikili evə baxıblar. O, həmin yarıtikili evi bəyənib və həmin evin sahibi ilə evin ilkin satış qiymətinə dair ümumi razılığıa gəlblər. 2023-cü ilin fevral ayında Marinanın bacısı Zarina Qazaxıstan Respublikasından Bakı şəhərinə gəlib və Zarina bir müddət Bakıda qaldıqdan sonra Qazaxıstan Respublikasına qayıdıb. Marinanın bacısı getdikdən sonra ona bildirib ki, bacısı ev almaq üçün 5000 (beş min) ABŞ dolları pul gətirərək, ona verib. Növbəti 5000-i isə yaxın müddətlərdə göndərəcək. Həmin pulu 2023cü ilin mart ayında ona verib və bir müddət sonra növbəti 5000 dolları ona verib. Bundan sonra almaq üçün tapdıqları yarımtikilinin sahibi ilə görüşüblər və evin qiymətinə dair ümumi razılığa gəliblər. Ev sahibi yarımtikilinin qiymətini əvvəlcə 30000 (otuz min) manata, sonra isə 23000 (iyirimi üç min) manata endirdi. Evin satış qiymətinə dair ümumi razılıqdan 5 (beş) ay sonra evin qiymətindən 13000 (on üç min) manatını bir dəfəyə ev sahibinə ödəyib və bu barədə ondan yazılı iltizam alıb. Cavabdeh onu inandırıb ki, evin ödənilməyən 10000 (on min) manatını valideyinləri qısa müddətdə ödəyəcək. Onun bu vədinə inanıb evi satan şəxsin qarşısında həmin pulun, yəni borclu qaldıqları məbləğin özü tərəfindən yaxın müddətdə ödəyəcəyinə dair öhdəlik götürüb. Bundan sonra, cavabdeh onun inanırdırdı ki, anasıgil qalan pulu göndərənə kimi evin natamam və tikilməmiş hissələrini öz vasaitimlə tikib yekunlaşdırsın və pul gələndə çəkdiyi xərcləri geri qaytaracaq. Doğrudan da, hər dəfə onun sözlərinə inandığından həmin evin digər tamımlanmayan hissələrini öz vəsaiti ilə tikməyə və tamamlamağa məcbur olub. Evin həyətinə üç tərəfdən daş hasarla divar çəkdirib. Evə işıq, su və qaz sayğacları çəkdirib. Hər bir işin bütün maddi xərclərini ödəyib. Bütün bunlara baxmayaraq evin daxili döşəməsini, tavanını və yaşamaq üçün zəruri olan suvaq və sairə işlərini tamamlaya bilməyib. Bunun səbəbi isə maddi imkanının tükənməsi ilə bağlı idi. Məhkəmənin diqqətinə çatdırır ki, həmin evin işıq sayğacını Cavabdeh adına çəkdirib və onu bu barədə məlumatlandırıb. Bundan sonra ondan evə çəkdiyi xərcləri, ev sahibinə borc kimi ödənilməli olan 10000 (on min) manatı və kreditə aldığı məhsulların dəyərini ödəməyi təklif edib, lakin cavabdeh hər dəfə olduğu kimi son dəfə, yəni təxminən 2023-cü ilin iyun ayından sonrakı günlərdə onu aldatmaq istədikdə cavabdehin bu hiyləsinin baş tutumayacağını üzünə deyib və bundan sonra cavabdeh ondan qaçmağa başlayıb. Dəfələrlə onun mobil telefonuna zənglər etsə də, cavabdeh onun zənglərinə çox nadir hallarda cavab verib və hər dəfə də həmin evin ona məxsus olduğunu bidirib. Cavabdehin bu sözlərinə cavab olaraq hər dəfə ona bildirib ki, həmin yarımtikili halda alınmış ev onun üçün alınıb və həmin ev ona məxsusdur. Ancaq çəkdiyi xərcləri və ev sahibinə borclu qaldıqları pulu ödəməyə borclu olduğu desə də, cavabdeh bunlara əhəmiyyət verməyib. Cavabdeh onu aldadacağından ehtiyatlandığına görə evin işıq sayğacının onun adına keçirdikdən sonra, evin su və qaz sayğaclarını öz adına sənədləşdirib ki, o, evə çəkilən xərcləri, ev sahibinə ödənilməli olan borcu və kreditə onun istifadəsi üçün öz adına aldığım əşyaların pulunu ödəyəndən sonra həmin sayğacları onun adına dəyişdirsin. Hazırda da həmin evin işıq sayğacı cavabdehin, su və qaz sayğacı isə onun adındadır. Əlavə olaraq qeyd edir ki, həmin yarıtikili evi alarkən bonlara məlum idi ki, həmin yarıtikili olan evin nə torpaq sənədi, nə də çıxarışı mövcud deyil. Yəni həmin tikili özbaşına tikili hesab edilir. Ev sahibi ilə evin qiymətinə dair razılaşma olduqda ev sahibi onlara bildirib ki, evin kürsü deyilən hissəsindən yuxarı tikilmiş hissəsinin, yəni evin pəncərəsinin yuxarı hissəsinə qədər olan bütün hissəsinin dəyəri evin qiymətinə, yəni 23000 (iyirimi üçü min) manata aid deyil. Yəni kürsüdən evin pəncərəsinin yuxarı hissəsinə kimi olan tikilinin daşının, qum və sementinin, armatur və sairə materilların, həmçinin usta pulunun dəyərini ödəyib və borclu qalıb. Həmin materilların ümumi dəyəri 9300 (doqquz min üçü yüz) manat təşkil edir. Ev sahibi onlara təklif edib ki, əgər həmin pulu da ödəyərlərsə evin satış qiymətini 23000 (iyirimi üç min) manata razılaşa bilərlər. Doğrudanda o həmin şərtlərlə razılaşıb və təklif edilən qiymətdən artıq hissənin dəyərini, yəni 9300 (doqquz min üç yüz) manatı ödəməyi üzərinə götürüb və bundan bir neçə ay sonra həmin məbləğ tərəfindən ödənilib. Yuxarıda göstərilənlərə əsasən bildirir ki, Cavabdeh ilə davam edən insani münasibəti ərəfəsində cavabdehin ona dedikləri sözlərin həqiqiliyinə yavaş-yavaş inanmamağa başlayırdı. Dəfələlə cavabdehin dediyi sözlərin biri digərinə uyğun olmadığını və yalan danışmağa başladığının şahidi olurdu. Bu səbəbə görə də, onun dedikərini ciddiliyinə şübhə edirdi. Cavabdeh hər dəfə olduğu kimi ona olan inam və etibarından sui-istifadə edərək onu aldadıb, hər dəfə vəd verərək kreditə aldığı həmin əşyaların dəyəri olan 9797,65 manatı, tikintinin tamamlanması üçün xərclədiyim pulları, ev sahibinə borclu qaldığı 10000 (on min) manat pul borcunu ödəməyib. Hesab edir ki, Cavabdeh ona olan etibarından suiistifadə edərək onu aldatmasaydı nə o, öz adına həmin məhsulları alardı, nə də həmin məhsulları cavabdehin istifadəsinə verərdi. Cavabdeh ona ev almaq üçün ödədiyi 10000 (on min) ABŞ dollarından (17000 manat) 13000 manatını ev sahibinə nağd qaydada, digər 4000 (dörd min) manatını isə evin təmiri və tamamlanması üçün sərf olunan digər pullarla birlikdə, yəni 33535 manatla birlikdə xərclənib. Yuxarıda qeyd edilənlərələ əlaqdar olaraq bildirir ki, Cavabdeh hazırdadək ona ümumilikdə kreditə alınmış mallara görə 9797,65 manat, evin tamamlanması üçün tikintiyə xərclədiyi pullara görə 29535 manat, ev sahibinə borclu olduğum 10000 manat olmaqla, ümumlikdə 49332,65 manat borclu qalıb. Onun həmin borclu olduğu 53332 manat pulu vaxtında verməməsi və onu aldatmaq istəməsi onda mənəvi psoxoloji sarsıntı yaradıb və bu səbəbdən aktiv həyat tərzindən məhrum olub. Ona görə də, hesab edir ki, keçirdiyi mənəvi və psixoloji sarsıntı nəticəsində ona vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair yaxın gələcəkdə iddia qaldırmaq fikrindədir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh kreditə görə alınmış və onun istifadəsinə verilmiş məhsullara görə 9797,65 manat, onun tələbi və istəyi ilə ona məxsus olan tikintiyə xərclədiyi cəmi 29535 manat, ev sahibinə ödənilməsi nəzərdə tutulan 10000 manat olmaqla, cəmi 49332,65 manat ona ödəməlidir. Qeyd edilənlərə əsasən Cavabdeh kreditə görə alınmış və onun istifadəsinə verilmiş məhsullara görə 9797,65 manat, ona məxsus olan tikintiyə xərclənmiş 29535 manat, ev sahibinə ödənilməsi nəzərdə tutulan 10000 manat, cəmi 49332,65 manat miqadarında pulun alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində göstərdikləri bötövlükdə həqiqətə uyğun olmayan yalan və uydurmalardan ibarət iddiadır, həmin iddia əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Əvvəla qeyd olunmalıdır ki, hazırda Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cavabdeh məxsus 45000 manat pulun İddiaçı tərəfindən dələduzluq yolu ilə ələ keçirməsi barədə şikayəti əsasında material üzrə istintaq araşdırılması aparılır. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz təqdim edərək bildirir ki, ixtisasca ali təhsilli həkimdir, həkimlik fəaliyyəti ilə məşğuldur, 2017-ci ildən vergi ödəyicisi kimi qeydiyyatdadır (VÖEN: **********, Etiraza əlavə olunub). Bakı şəhərində qızı ilə birgə yaşayır, valideynləri, bacısı Kazaxstan Respublikasında yaşayırlar. İddiaçı ilə 2020-ci ildən tanışdır, onunla dostluq münasibətləri olub. Heç vaxt İddiaçılə birgə yaşamayıb, birgə təsərrüfat aparmayıb, onun tərəfindən hər hansı bir maliyyə dəstəyi görməyib və buna ehtiyacı olmayıb. Cavabdeh VÖEN-lə fəaliyyət göstərib, maddi imkanları orta dərəcədə olub. İddiaçı iddia ərizəsində ona 2020-ci ildən etibarən müxtəlif məişət texnikası, telefonlar kreditə alması barədə qeyd etdikləri tamamilə yalandır, belə bir hal baş verməyib, iddiaçı ona heç bir kondisioner, tozsoran, televizor və telefonlar alaraq, verməyib, Cavabdeh ona kreditə mal alması barədə iddiaçıdan heç zaman xahiş etməyib. İddiaçı iddia ərizəsində göstərir ki, guya Cavabdeh fəaliyyəti vergi idarəsində rəsmiləşdirilmədiyindən ticarət obyektləri ona kredit verməkdən imtina edib və o, iddiaçıya müraciət edib ki, ona məişət avadanlığı kreditə götürsün. İddiaçının dediklərinin əksi olaraq qeyd edirlər ki, etiraza əlavə olunmuş şəhadətnamədən görünür ki, Cavabdeh 2017-ci ildən vergi ödəyicisi kimi qeydiyyata alınıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Zərurət olduqda onun ticarət obyektlərindən kreditə avadanlıqlar götürmək imkanı olub. İddiaçının dedikləri uydurmadan başqa bir şey deyil. Bundan başqa, İddiaçı iddia ərizəsində qeyd edir ki, onun tərəfindən cavabdehə kreditə götürülən məişət avadanlıqlarının, telefonların pulunu cavabdeh ona ödəməyib. Burada bir sual ortaya çıxır, əgər həqiqətən iddiaçı cavabdehə 2020-ci ilin oktyabr və noyabr aylarında kondisioner və tozsoran kreditə götürüb vermişsə və Cavabdeh onun kreditlər borclarını qaytarmayıbsa, onda nə üçün iddiaçı üçüncü dəfə - 2021-ci ilin aprelində cavabdehə vermək üçün Samsung Qalaxy A41 telefonu kreditə alıb, əvvəlki 3 kreditin pulları iddiaçıya qaytarılmadığına baxmayaraq 2021-ci ilin dekabrında cavabdehə əlavə 1200 manata Toşiba markalı televizor alıb, bu kreditlərin pulu iddiaçıya qaytarılmadığı halda 2022-ci ilin martına nə az, nə çox 3944 manata iPhone 13 Pro markalı telefonu kreditə götürərək cavabdehə verib və ən nəhayət əvvəlki 5 kreditin pullarının heç biri iddiaçıya geri ödənilmədiyi halda, sonuncu 6-cı dəfə cavabdeh üçün 2023-cü ilin may ayında 1557 manata kreditə Samsung Galaxy S21 markalı telefon götürüb verib? Bu ağlabatan fikir deyil. Həmçinin, etiraza əlavə olunaraq məhkəməyə təqdim olunmuş iddiaçı ilə cavabdeh arasında “Whatsapp” mobil proqramında bir-birinə göndərdikləri səsli mesajların tarixlərindən görünür ki, artıq 2023-cü ilin mart-aprel aylarından etibarən Cavabdeh İddiaçı ona qarşı dələduzluq edərək 45000 manat pulunu ələ keçirdiyini bildikdən sonra, evin rəsmiləşdirilməsi və tikintisi üçün iddiaçıya verdiyi pullarını geri qaytarmağı tələb etməyə başlayır. 2023-cü ilin mart-aprel ayından iddiaçıdan öz pulunu geri tələb edən cavabdehə məxsus pulları ələ keçirən iddiaçı necə ola bilər ki, cavabdehin pulunu qaytarmayaqaytarmaya ona kreditə telefon alsın? Bu mümkün olan hal deyil. Bunlar iddiaçının fantaziyalarıdır. 2022-ci ilin sonlarında iddiaçı cavabdehə torpaq sahəsi almağı təklif edərək bildirib ki, münasib qiymətə torpaq sahəsi alıb ev tikdirmək olar, bu məsələdə ona torpaq tapılmasında və evin tikintisində köməklik edə bilər, sözsüz ki, cavabdehin vəsaiti hesabına və evin rəsmiləşdirilməsini də iddiaçı öz üzərinə götürüb. İddiaçı cavabdehə üzərinə yarımtikili olan torpaq sahəsi göstərərək həmin torpaq sahəsinin yaxşı yerdə yerləşdiyini bildirib, cavabdehi həmin torpağı almağa cəlb edib. Sənədsiz torpağın tikili ilə birlikdə qiymətinin 23000 manata almağa cavabdehi razılaşdırıb, iddiaçı cavabdehin adına həmin torpağa və tikiliyə müvafiq hüquqmüəyyənedici sənədlər əldə edəcəyinə vəd verib. Cavabdeh iddiaçının onun pullarını ələ keçirmək niyyətini və məqsədini anlamayıb qeyd olunan torpağın alınması, üzərində olan yarımtikili evin tikilərək başa çatdırılması və rəsmi sənədlər əldə edilməsi üçün iddiaçıya hissə-hissə ümumilikdə 45000 manat pul ver. 2023cü ilin əvvəllərində cavabdeh Qazaxıstan Respublikasına valideynlərinin yanına gedib, oradan “Whatsapp” proqramı vasitəsilə iddiaçı ilə daimi əlaqədə olub, evin və torpağın vəziyyəti ilə maraqlanıb, lakin iddiaçı hər dəfə müxtəlif yalan uydurma və bəhanələr gətirməklə sənədləşmə işinin ləngidiyini, işin polisdə olduğunu, onun tərəfindən yerli İcra hakimiyyətinə, bələdiyyəyə, kənd sovetinə və Əmlak Məsəlləri Dövlət Xidmətinə müraciət edilərək, guya evin sənədlərinin təqdim edildiyini, həmin qurumlarda hüquqi sənədlərinin həll olunduğunu və s. yalanları cavabdehə söyləyib və həmin məzmunlu SMS yazıları “Whatsapp” proqramı vasitəsilə cavabdehə göndərib. Öz dələduzluq əməllərini səmərəli həyata keçirmək üçün iddiaçı "xxxx" MMC-nin möhürü ilə təsdiq olunmuş hüquqi sənəd olmayan bir ev sxemini Cavabdeh göndərərək, həmin sənədin dövlət qurumundan verildiyini, evin və torpağın çıxarışını yaxın vaxtlarda alacağını Cavabdeh yalandan vəd edib. İddiaçının onu aldatdığını hiss edən cavabdeh “Whatsapp” proqramı vasitəsilə iddiaçıya 2023-cü ilin mart ayından iddiaçıya torpağın alınması, evin tikintisi və rəsmiləşdirilməsi üçün verdiyi pulların hesabatını tələb etməyə başlayır, İlqamdan tələb edir ki, sonuncu evi satsın, onun verdiyi pulları qaytarsın. Hətta, 2023-cü ilin mayında iddiaçının dostu Ramil cavabdehə “Whatsapp” proqramı vasitəsilə səs göndərərək, İlqamın onu aldatdığını, onun pulu hesabına öz evini təmir etdiyini, evin damına (krışaya) və dəmirlərinə az pul xərcləndiyi halda Marinanı aldadaraq yüksək məbləğ qeyd etdiyini, Marinanın ağılsız hesab etdiyini, Marinanın pulu hesabına özü üçün şərait yaratdığını bildirib. Tərəflərindən iddia ərizəsinə qarşı etiraza əlavə olunmuş tərəflər arasında olan “Whatsapp” proqramı vasitəsilə hazırki mülki mübahisə predmetinə aid olan bir-birinə göndərdikləri səs mətnlərini, Cavabdeh iddiaçıya 900, 100 və 1500 manat göndərməsini təsdiq edən köçürmə qəbzləri, Cavabdeh işıq sayğacının quraşdırılması üçün pul ödəməsi barədə qəbz, iddiaçının cavabdehə “Whatsapp” proqramı vasitəsilə göndərdiyi səz mətnləri məhkəməyə təqdim olunur. Həmin səs mətnlərində cavabdehin dəfələrlə iddiaçıya torpaq və ev üçün verdiyi pulları hara xərcləməsini, onu pis vəziyyətə salmasını, İddiaçı heç bir iş görməməsini, İddiaçı 40000 manatdan artıq pul verməsini, İlqamın onu aldatmasını, İddiaçı Cavabdeh göndərdiyi səslərdə isə Cavabdeh ona pul verməsi barədə etirafları, həmin pulları İcra Hakimiyyətinə, polisə, bələdiyyəyə, SOCAR-a, Əmlak Komitəsinə, evin materialarına, ustalara verməsini bildirməsi, Cavabdeh iddiaçıdan pulunu geri tələb etməsi və s. məzmunlu səslərdir. Qeyd olunan səs mətnlərini flaşkartda məhkəməyə təqdim edirlər, səs mətnlərinin işə əlavə olunaraq məhkəmə baxışında dinlənməsini xahiş edirlər. Məhkəməyə təqdim olunan tərəflərin birbirinə qarşılıqlı şəkildə “Whatsapp” proqramı vasitəsilə göndərdikləri səs mətnlərinin heç birində iddiaçı iddia ərizəsində qeyd etdiyi pul vəsaitlərini torpağa və evə xərclədiyini, ev sahibinə, ustalara, mal-materiala pul verilməli olmasını və ya onun özü tərəfindən verildiyini bildirmir, cavabdehdən hər hansı bir pul tələb etmir, əksinə olaraq cavabdehin ona torpağın alınması üçün, sənədləşmənin aparılması üçün, evin tikintisi üçün, evin sahibinə verilməsi üçün, ustalara, mal-materiala ödənilməsi üçün verilən pulların hesabatını verir, bir çox səs mətnlərində cavabdehin qarşısında özünə bəraət qazandırmağa çalışır, onu aldatmadığını, evi sataraq Marinanın pullarını qaytaracağını vəd edir. Burada sual yaranır ki, əgər iddiaçı özünün iddia etdiyi kimi 2020-ci ildən son vaxtara kimi cavabdehə 9797 manatlıq məişət texnikası və telefonlar kreditə götürüb pulunu ödəmişsə və həmin pul ona qaytarılmadığı halda, nə üçün o, pullarını geri almadan yenidən cavabdeh üçün torpaq və evə pul xərcləyirdi? Bu inandırıcı və ağlabatan deyil. Bunlar hamısı yalan və uydurmadır! Səs mətnlərində (xx.xx.2023-cü il tarixli, 00013643 AUDİO) iddiaçı özü etiraf edir ki, Marina ona pullar verib, onun pulu olmayıb. Səs mətnlərində iddiaçının cavabdehi inandırması, aldatması, ona qarşı dələduzluq niyyəti aşkar şəkildə özünü biruzə verir. Bununla yanaşı, “Whatsapp” proqramı vasitəsilə iddiaçı cavabdehə Nizam RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Cəmil Məmmədovun HK-1, 1911 nömrəli material üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının birinci vərəqinin fotosunu göndərərək, evin tikintisi ilə bağlı Əmlak Komitəsinin onlardan şikayət etdiyini, bununla bağlı polisə gedib orada müstəntiqə rüşvət verilməli olduğunu, həmişə işi həll etdiyini yalandan bildirib. Həmin qərarın birinci vərəqində olan yazılardan görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən BBPİ-nə X1 şikayət edərək, onun tərəfindən dövlətə məxsus 120 kv.metr torpaq sahəsində qanunsuz tikinti aparıldığı barədə bildirilib. Qeyd olunan material məhkəmənin sorğusu ilə tələb olunaraq hazırki iş materiallarına əlavə olunmalıdır. Hazırki iddiaya münasibətdə bidirirlər ki, həqiqətdə tərəflər arası münasibətlərdə iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksi baş verib. Pulları iddiaçı deyil, əksinə cavabdeh iddiaçıya pulları verib və köçürüb. Həmin pulları iddiaçı cavabdehin etibarından suiistifadə etməklə, sonuncuya sənədsiz olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri (tikintiyə sərəncam, çıxarış, texniki pasport və s.) alacağını, evi tikib Cavabdeh hazır təhvil verəcəyini yalandan vəd etməklə, cavabdehin ümumilikdə 45000 (qırx beş min) manat pulunu ələ keçirib ona qarşı dələduzluq edib. İddiaçının cavabdehə qarşı məhkəməyə verdiyi iddiası həqiqətə uyğun olmayan əsassız iddia olduğundan iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh ilə münasibətləri olduğu müddətdə dəfələrlə ondan müxtəlif məbləğlədə borca pul istəyib və hər dəfə də onu inandırıb ki, həmin borcları hissə-hissə qaytaracaqdır. Ancaq dedikləri hər dəfə real olmayıb, onu dəfələrlə aldadıb və sözünə əməl etməyib. Verdiyi borclar ona məxsus pul kartından cavabdehin pul kartlarına köçürülmə etməklə həyata keçirilib, həmin mələğlərin cavabdehin kartlarına köçürməyi barədə müvafiq banka müraciət etsə də, həmin bankdan bu barədə ona məlumat verilməyib. Ona görə də, məhkəmə sorğusu əsasında verilmiş cavab məktubunun məzmunundan onun tərəfindən Cavabdeh köçürülən məbləğlərin miqdarı məlum olub. Həmin borc pulların köçürülmə ardıcıllığı aşağıdakı kimidir. Kapital bank məlumat xx.xx.2024-cü il tarixli, 2024/111/7668 saylı məktubu. 2021.05.01-dən 2024.02.06 tarixədək olan Qarayev liqam Qurban oğluna məxsus olan 416974******9977 nömrəli kartdan Cavabdeh Əhmıəd qızına məxsus olan 416973******1110 və 416973******3052 saylı kartlarına köçürülən məbləğlər: 1) xx.xx.2021-ci - 180 manat; 2) xx.xx.2021-ci il - 50 manat; 3) xx.xx.2021-ci il -100 manat; 4) xx.xx.2021-ci il- 50 manat; 5) xx.xx.2021-ci il-100 manat; 6) xx.xx.2021-ci il-100 manat; 7) xx.xx.2021-ci il-100 manat; 8) xx.xx.2021-ci il-50 manat; 9) xx.xx.2022-ci il -105 manat (Səh 1: cəmi 835 manat); 10) xx.xx.2022-ci il-120 manat; 11) xx.xx.2022-ci il-100 manat; 12) xx.xx.2022-ci il-100 manat; 13) xx.xx.2022-ci il- 110 manat; 14) xx.xx.2022-ci il-30 manat; 15) xx.xx.2022-ci il-50 manat; 16) xx.xx.2022-ci il-50 manat; 17) xx.xx.2022-ci il-30 manat; 18) xx.xx.2022-ci il-100 manat; 19) xx.xx.2022ci il-10 manat; 20) xx.xx.2022-ci il-50 manat; 21) xx.xx.2022-ci il-20 manat; 22) xx.xx.2022ci il-120 manat: (səh 2: cəmi 890 manat); 23) xx.xx.2022-ci il -20 manat; 24) xx.xx.2022-ci il-30 manat; 25) xx.xx.2022-ci il -50 manat; 26) xx.xx.2022-ci il-50 manat; 27) xx.xx.2022-ci il-100 manat; 28) xx.xx.2022-ci il-850 manat; 29) xx.xx.2022-ci il-100 manat; 30) 04.0.4.2022-ci il-50 manat; 31) xx.xx.2022-ci il-20 manat; 32) xx.xx.2022-ci il-20 manat; 33) xx.xx.2022-ci il-100 manat; 34) xx.xx.2022-ci il-300 manat (Səh 3: 1740 manat); 35) (çıxarışda olduğu kimi) xx.xx.2022-ci il-50 manat; 36) xx.xx.2022-ci il-20 manat; 37) xx.xx.2022-ci il-50 manat; 38) xx.xx.2022-ci il-100 manat; 39) xx.xx.2022-ci il-100 manat; 40) xx.xx.2022-ci il-50 manat; 41) xx.xx.2022-ci il-20 manat; 42) xx.xx.2022-ci il-100 manat; 43) xx.xx.2022-ci il-200 manat; 44) xx.xx.2022-ci il-100 manat; 45) xx.xx.2022-ci il- 50 manat; 46) xx.xx.2022-ci il-50 manat; 47) xx.xx.2022-ci il-100 manat (səh 4: 990 manat); 48) xx.xx.2022-ci il-100 manat; 49) xx.xx.2022-ci il-85 manat; 50) xx.xx.2022-ci il- 220 manat; 51) xx.xx.2022-ci il-20 manat; 52) xx.xx.2022-ci il-50 manat; 53) xx.xx.2022-ci il-100 manat; 54) xx.xx.2022-ci il-5 manat; 55) xx.xx.2022-ci il-250 manat; 56) xx.xx.2022ci il-20 manat; 57) xx.xx.2022-ci il-100 manat; 58) xx.xx.2022-ci il-20 manat; 59) xx.xx.2022-ci il -70 manat; 60) xx.xx.2022-ci il-50 manat (səh 5: 1090 manat); 61) xx.xx.2022-ci il-100 manat; 62) xx.xx.2022-ci il-50 manat; 63) xx.xx.2022-ci il -230 manat; 64) xx.xx.2022-ci il-20 manat; 65) xx.xx.2022-ci il-160 manat; 66) xx.xx.2022-ci il-100 manat; 67) xx.xx.2022-ci il-50 manat; 68) xx.xx.2022-ci il-100 manat; 69) xx.xx.2022-ci il- 20 manat; 70) xx.xx.2022-ci il-50 manat; 71) xx.xx.2022-ci il-50 manat; 72) xx.xx.2022-ci il- 280 manat (səh 6: 1210 manat); 73) xx.xx.2022-ci il-20 manat; 74) xx.xx.2022-ci il-500 manat; 75) xx.xx.2022-ci il-50 manat; 76) xx.xx.2022-ci il-100 manat; 77) xx.xx.2022-ci il- 150 manat; 78) xx.xx.2022-ci il-30 manat; 79) xx.xx.2022-ci il-50 manat; 80) xx.xx.2023-cü il-30 manat; 81) xx.xx.2023-cü il-240 manat; 82) xx.xx.2023-cü il-100 manat; 83) xx.xx.2023-cü il-40 manat; 84) xx.xx.2023-cü il-50 manat (səh 7:1360 manat); 85) xx.xx.2023-cü il-100 manat; 86) xx.xx.2023-cü il-220 manat; 87) xx.xx.2023-cü il-200 manat; 88) xx.xx.2023-cü il-10 manat; 89) xx.xx.2023-cü il-100 manat; 90) xx.xx.2023-cü il-30 manat; 91) xx.xx.2023-cü il-250 manat; 92) xx.xx.2023-cü il-100 manat; 93) xx.xx.2023-cü il-50 manat; 94) xx.xx.2023-cü il-120 manat (səh 8: 1180 manat); 95) xx.xx.2022-ci il-10 manat; 96) xx.xx.2022-ci il-100 manat; 97) xx.xx.2022-ci il-50 manat; 98 ) xx.xx.2022-ci il-30 manat; 99) xx.xx.2022-ci il-40 manat; 100) xx.xx.2022-ci il-20 manat; 101) xx.xx.2022-ci il-30 manat; 102) xx.xx.2022-ci-30 manat; 103) xx.xx.2022-ci il- 20 manat; 104) xx.xx.2022-ci il -10 manat; 105) xx.xx.2022-ci il-20 manat; 106) xx.xx.2022-ci il-20 manat; 107) xx.xx.2022-ci il-50 manat; 108) xx.xx.2022-ci il-50 manat; 109) xx.xx.2022-ci il-15 manat; 110) xx.xx.2022-ci il-50 manat; 111) xx.xx.2023-cü il-15 manat; 112) xx.xx.2023-cü il-25 manat; 113) xx.xx.2023-cü il-10 manat; 114) xx.xx.2023-cü il-10 manat; 115) xx.xx.2023-cil il-50 manat (səh 9-10: 655 manat), ödənilən cəmi məbləğ 9950 manatdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh üçün aldığı və evin satış qiymətindən razılaşdırılmış 23000 manat puldan 13000 manat nağd qaydada ödədiyi, 4000 manat təmirinə xərclədiyi və 10000 manat borclu qaldığı yarımtikili evin sahibi İsmayılov Namiq adlı şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq ona satdığı yarımtikili evin alınaraq ona qaytarılması və həmin evin dəyəri üçün razılaşdıqları qiymətin ödənilmiş hissəsinin, yəni 23000 manatdan 17000 manat pulun İddiaçı qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında iddia tələbi əsasında cavabdeh olaraq iddianı qəbul edib və buna görə də iddia tələbi təmin edilərək müvafiq qərar qəbul edilib. Yuxarıda göstərilən əsasən Cavabdeh 2021-ci ilin avqust ayından 2023-cü ilin aprel aymadək borca verdiyi 9950 manat pulun cavabdehdən alınaraq ona verilməsi hissəsinin iddia tələbinin “xahiş edirəm” hissəsinə əlavə edilməklə iddia tələbi artırılmalı və iddia tələbinin “xahiş edirəm” hissəsində Cavabdeh onun tərəfindən alınmış yarımtikili evin təmirinə xərclənmiş pulun, yəni 29535 manatın və ev sahibinə borclu olduğu 10000 manat alınaraq ona qaytarılması hissəsindən imtina edir və həmin hissənin iddia tələbindən çıxarılması qərarına gəlib. Qeyd edilənlərə əsasən Cavabdeh kreditə aldığı əşyaların dəyəri olan 9797,65 manat və köçürmə kartı ilə borca verilmiş 9950 manat olmaqla, cəmi 19744,65 manat pulun alınaraq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müacət edərək, 3 illik iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 6 ədəd əşya alındığı gündən cavabdehə verilib. Cavabdeh kirayə evlərdə yaşadığı ümün evdə bəzi əşyalar yox idi. 9950 manat pul isə cavabdehə borc məqsədi ilə verilib. Cavabdeh Laçın ticarət mərkəzinin arxasında gözəllik salonu icarəyə götürüb, aylıq icarə haqqı 350 manat idi, sonra uşağının təhsili ilə bağlı pula ehtiyacı olub. Onun cavabdehlə üç ildən artıq münasibəti olub, mütəmadi onun yanına gəlib-gedib. Alınmış bütün əşyalar cavabdehdədir. LG markalı televizor və Dispenser birlikdə alınıb. Əşyaları ilə cavabdehlə birlikdə gedib götürüblər, əşyalar onun adına alınıb. Şahidlər əşyaları cavabdehə verməsini təsdiq edəcəklər. Mənzildə o, cavabdeh və qızı yaşayırdı, onlar birlikdə yaşayırdılar. Əşyaların alınması ilə cavabdehlə aralarında yazışmalar var, o, cavabdehdən dəfərlərlə kreditlər üzrə ödənilmiş pulun qaytarılmasını tələb edib. Telefonun pulu ödənilmədiyi üçün telefonu bağlatdırıb. Cavabdeh ona səs ataraq onunla evlənməsini, ailəsi ilə tanış etməsini tələb edirdi. O, cavabdehin qızının təhsil alması üçün yardım edib, qızına telefon alıb. Cavabdehin rəfiqələri, iş yoldaşları onların arasında olan münaqiləşələri həll etmək üçün onları bir yerə gətiriblər. Cavabdeh aralarındakı məsələləri rəfiqlərinə dediyi üçün narazılıq edirdi. Bu vaxt cavabdeh nəyəsə ehtiyacı olduğunu deyirdi, o da, münasibətlərini yaxşılaşdırmaq üçün həmin əşyaları alırdı. Cavabdeh ev məsələsinə görə 10000 ABŞ dolları verib. Onların arasında yazılı borc müqaviləsi yoxdur, borc müqaviləsi bağlanması zərurəti hiss etməyib. Pulların dəqiq köçürülmə vaxtını bilmir. Aralarında münasibət olduğu və cavabdeh onunla olan münasibətlərindən istifadə etdiyindən ona verilmiş borc qaytarılmadığı halda yenə borc pul verib. Cavabdehin kartına köçürdüyü pulların içində loteraya pulları yoxdur. Cavabdeh işlədiyi yerdə 50-100 manatdan lotereya oynayırdı, onu da daxil edib. Dəfələrlə lotereya oynayıblar, o, özü də lotereyada iştirak edib, cavabdehin əvəzində də ödəniş edib. Cavabdehdən lotereya ilə bağlı məlumat soruşanda ona evin xərcləri ödəmək üçün buna daxil olduğunu deyib. Hətta cavabdeh onu iki nəfərin yerinə qeyd edib. O, lotereyaya görə aylıq 200 manat ödəyirdi, cavabdeh isə pulu götürərək, öz məqsədləri üçün xərcləyirdi. Lotereya üçün etdiyi ödənişləri nağd qaydada, cavabdehi işdən götürəndə ona verirdi. Ona lotereyadan pul verilməyib. O, cavabdeh üçün çox şey edib, hamısını məhkəmə iclasında sadalaya bilməyəcək. O, səhər uşaqları məktəbə aparıb, cavabdehi səhər yeməyinə aparır, sonra onu işə qoyub, daha sonra işdən evə gətirirdi. Bu səbəbdən o, cavabdehə borcun qaytarılması ilə bağlı mesaj yazmayıb. Canlı ünsiyyət zamanı verdiyi borc pulu istəyirdi. O, evə 30000 manata yaxın xərc çəkib. Namiq İsmayılov ona 17000 manat pul verib, həmin pul hazırda bankdadır və həmin pulu Marina xanıma qaytarmağa hazırdır. Marina xanım ona 10000 ABŞ dolları verib. Lakin cavabdeh ona borclu olduğu pulları qaytarmalıdır. Cavabdeh ona verilməli olan pulları polis bölməsində, şikayətlərində hər dəfə fərqli rəqəmlər yazıb. Cavabdeh ona deyirdi ki, evi satsın, sonra pulları xərclərinə uyğun bölsünlər, lakin sonra fikrini dəyişirdi. Cavabdehin onun kartına atdığı pul cavabdeh üçün aldığı kosmetik vasitələrə görə edilmiş ödənişlərin əvəzi idi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda tələbləri 6 ədəd əşyanın dəyəri olan 9797,65 manat məbləğində pulun ödənilməsi və cavabdehə borca verilmiş 9950 manat pulun ödənilməsidir. Əşyalar alındığı gündən cavabdehə verilib. Qanunvericiliyə əsasən 3000 manat və ondan artıq borc tələbləri üzrə yazılı müqavilə olmalıdır. Pullar 2021-ci ilin avqust ayından 2023-cü ilin aprel ayına kimi verilib və məbləğlər kiçik olduğundan və ayrı-ayrılıqda 3000 manatı keçmədiyindən yazılı müqaviləyə ehtiyac yoxdur. Pul əmlakın bir növü olduğu üçün 6 illik müddət var, bu səbəbdən hazırkı işə iddia müddəti təqbiq edilə bilməz. Qanunvericilikdə faktiki nikah tanınmır. İddiaçı evlidir, uşaqları var. Tərəflər birlikdə olduqları vaxt iddiaçı iddia tələbində göstərilənlərdən başqa cavabdeh və qızına köməklik edib. İddiaçı qeyd edilən əşyaları alaraq cavabdehin istifadəsinə verib, cavabdeh kosmetoloqdur və öz adına əşyaları ala bilmədiyindən əşyalar iddiaçının vasitəsi ilə alınıb. 2021-ci ilin avqust ayından 2023-cü ilin aprel ayına kimi iddiaçı cavabdehin istifadəsində olan karta pul köçürüb, həmin pulların hamısı borc məqsədi ilə verilib, iddiaçı ümid edib ki, cavabdeh həmin pulları ona qaytaracaq. Şahid ifadələri ilə əşyaların cavabdehin istifadəsinə verildiyi təsdiq edilir. Həmçinin, iddiaçının izahatı da sübut kimi nəzərə alınmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında yazılı borc müqaviləsi yoxdur. Əşyalarla bağlı iddia tələbi təsdiqini tapmır. Şahid ifadələri ilə müəyyən olunur ki, Şahid2 iddiaçının yaxın tanışı, digər şahid isə əşyaların kim tərəfindən, nə vaxt alındığı haqqında məlumatı olmayıb. Cavabdehin kartına köçürülən pullar isə lotereya pulları idi, tərəflər arasında borc münasibəti olmayıb, pullar kiçik məbləğlər olub. İddia əsassızdır, əşyalarla bağlı 3 illik iddia müddəti ötüb. İddia əsassız olmaqla, formal iddiadır. Hazırda cavabdehin müraciəti əsasında hüquq mühafizə orqanında araşdırma aparılır, bu səbəbdən bu iddia qaldırılıb. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, iddiaçını uzun illərdir ki, tanıyır. Cavabdehi isə 3-4 ildir ki, tanıyır. Tərəflərin münasibəti haqqında geniş məlumatı var, cavabdeh iddiaçının “kəbinli”si olub, bütün gün birlikdə olublar. Onların yaşadıqları evlərdə dəfələrlə olub. Birinci ev Sabunçu idman kompleksinin arxasında, 9 mərtəbəli binada yaşayıblar. Sonra iki mərtəbəli binaya, daha sonra isə Laçın Ticarət mərkəzinin yanına köçüblər. Dəqiq ünvanları xatırlamır. İddiaçı cavabdehə kondisoner, televizor, telefon alaraq verib. Onlar texniki avadanlıqlar idi, həmin əşyaları onlar bir neçə dəfə onun yanında olarkən “Kontakt Home” adlı mağazadan alıblar. Telefon ya iphone 14 pro və ya 14 promax markalı idi, ondan əvvəl isə samsung markalı telefon alıb. Digər əşyaların markası və ölçüsünü dəqiq bilmir. Kondisioner “Kontakt Home” adlı mağazadan alınıb, nə vaxt alındığını bilmir. Cavabdeh gecə saat 2-də ona yazaraq ağrısı olduğunu deyib, iddiaçı gedə bilmədiyi üçün o, özü evdə ailəsini, uşağını qoyaraq, aptekdən lazımı dərmanları alaraq cavabdehə verib. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, tərəfləri tanıyır. İddiaçını 16-17 ildir ki, tanıyır. Usta kimi işləyib. Cavabdehlə iddiaçı 3 il birlikdə yaşayıblar. Cavabdeh qış fəslində gecə 2-3 radələrində ona yazaraq, kombinin işləmədiyini deyirdi, onun yaşadığı evə usta kimi gedirdi. İddiaçı cavabdehə televizor, kondisioner, telefon alaraq verib, bunun şahidi olub. Televizor quraşdırmasını özü edib, kondisioneri isə mənzilə gətiriblər, avtomobildə olanda isə iddiaçı cavabdeh üçün iPhone markalı telefon aldığını deyib. Birinci dəfə tərəflər Neftçilər ərazisində mənzildə yaşayırdılar, həmin əşyalar ora gətirilib. Sonra Xalqlar dosluğu ərazisində başqa mənzilə köçüblər, həmin əşyaların daşınmasında iştirak edib. Televizor fikrincə LG markalı idi, kondisionerin markasını bilmir. Kondisionerin quraşdırılması üçün maşın səbəti gətirib, kondisionerin quraşdırmasını özü etməyib. Həmin əşyaların haradan alındığını bilmir. Bu hadisələrin dəqiq vaxtını deyə bilmir. Televizoru evdə qoyduqları yerdə yağış yağıb, televizora zərər verib. Tərəflərin birlikdə yaşadıqları, kirayə tutduqları üç evdə olub. Birinci ev Qara Qarayev ərazisində məktəbin arxasında idi. Telefonu iddiaçının avtomobilində görüb, iPhone markalı olduğu görsə də, dəqiq modeli bilmir. O, cavabdehi iddiaçıya yaxın insan kimi bilərək, ona yazaraq, iddiaçının ona pul verməli olduğunu qeyd edirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Tozsoran Philips və yeni qızıl zəmanət üzrə 12 ay müddətinə, hər ay 30,3 manat olmaqla, ümumilikdə 363,6 manat (ilkin ödəniş daxil olmaqla) ödəniş edilməlidir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, LG İ12CGH, Dispenser Hoffman RDW3131, iki ədəd yeni qızıl zəmanət üzrə 18 ay müddətinə, hər ay 109,6 manat olmaqla, ümumilikdə 1972,8 manat (ilkin ödəniş daxil olmaqla) ödəniş edilməlidir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Samsung Galaxy A41 DS, telefon quraşdırma xidməti, yeni qızıl zəmanət üzrə 6 ay müddətinə, hər ay 124 manat olmaqla, ümumilikdə 760 (ilkin ödəniş daxil olmaqla) manat ödəniş edilməlidir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Toshiba Led 55U7950 üzrə 5 ay müddətinə, hər ay 200 manat olmaqla, ümumilikdə 1199,99 (ilkin ödəniş daxil olmaqla) manat ödəniş edilməlidir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli müqaviləyə əlavədən görünür ki, İphone 13 PRO 128 GB və qızıl zəmanət ulta üzrə 18 ay müddətinə, hər ay 219,11 manat olmaqla, ümumilikdə 3944,02 (ilkin ödəniş daxil olmaqla) manat ödəniş edilməlidir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli müqaviləyə əlavədən görünür ki, Samsung Galaxy S21FE 5G 6/128GB üzrə 12 ay müddətinə, hər ay 129,83 manat olmaqla, ümumilikdə 1557,95 (ilkin ödəniş daxil olmaqla) manat ödəniş edilməlidir. - İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən və ona əlavə edilən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə öz istəyi ilə “Kontakt Home” mağazalar şəbəkəsindən rəsmiləşdirdiyi İphone 13 PRO 128 GB markalı İmei kodu **********55807 olan mobil cihazın istifadəsinə məhdudiyyət qoyulmasını xahiş edib. Cihazın 50 iş günü müddətində deaktiv olunacağı barədə məlumatlıdır. Cihaz deaktiv edilib. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2196 saylı ödəniş barədə məlumat vərəqəsindən görünür ki, 03641418 (İphone 13 PRO 128 GB) üzrə qalıq borc yoxdur. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-yə məxsus “Kontakt Home” mağazalar şəbəkəsindən əldə edilmiş aşağıda göstərilən məhsullar və müqavilələr üzrə cəmiyyət olan hazırda qalıq borcu yoxdur. xx.xx.2023-cü il tarixli 10764367 saylı müqaviləyə əsasən Samsung Galaxy S21FE 5G 6/128GB; xx.xx.2022-ci il tarixli 03641418 saylı müqaviləyə əsasən İphone 13 PRO 128 GB; xx.xx.2021-ci il tarixli ******* saylı müqaviləyə əsasən Toshiba Led 55U7950; xx.xx.2020-ci il tarixli **********1 saylı müqaviləyə əsasən LG İ12CGH, Dispenser Hoffman RDW3131; xx.xx.2020-ci il tarixli **********0 saylı müqaviləyə əsasən Tozsoran Philips. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/111/7668 saylı məktubundan görünür ki, məhkəmə qərardadından göstərilən dövrlər üzrə 4169 73 ** **** 1110, 4169 73** **** 3052, 4169 74** **** 9977 nömrəli plastik kartların bağlı olduğu hesab üzrə çıxarışlar məhkəməyə təqdim edilib. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********765400 saylı məktubundan görünür ki, Cavabdeh (VÖEN: **********) xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən Cavabdeh tərəfindən 0101.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə vergi ödənilməsi barədə məlumat aşkar edilməmişdir. - Məhkəməyə iddiaçı tərəfindən Whatsapp proqramı vasitəsi ilə edilən söhbətin fotoşəkiləri təqdim edilmişdir. - Məhkəməyə cavabdehin nümayəndəsi və vəkili tərəfindən səs yazıları qeyd edilən, fotoşəkillər yerləşdirilmiş 1 ədəd flaşkart və Whatsapp proqramı vasitəsi ilə edilən söhbətin fotoşəkiləri təqdim edilmişdir. Belə ki, ilkin olaraq iddiaçının tələbi “Cavabdeh kreditə görə alınmış və onun istifadəsinə verilmiş məhsullara görə 9797,65 manat, ona məxsus olan tikintiyə xərclənmiş 29535 manat, ev sahibinə ödənilməsi nəzərdə tutulan 10000 manat, cəmi 49332,65 manat miqadarında pulun alınaraq ona ödənilməsi” olsa da, məhkəmə araşdırması zamanı iddiaçı tələbini dəqiqləşdirərək, tikintiyə xərclənmiş 29535 manat və ev sahibinə ödənilməsi nəzərdə tutulan 10000 manat pulun ödənilməsi hissəsində iddia tələbini geri götürərək, kreditə alınmış əşyaların dəyəri olan 9797,65 manat və köçürmə kartı ilə borca verilmiş 9950 manat, cəmi 19744,65 manat pulun cavabdehdən alınaraq ödənilməsi tələbini müdafiə etmişdir. Məhkəmə iddia ilə bağlı gəldiyi nəticəyə əsasən ardıcıllığı təmin etmək məqsədi ilə hesab edir ki, ilk öncə iddia tələbinin “Cavabdeh köçürmə kartı ilə borca verilmiş 9950 manat pulun alınaraq ödənilməsi” hissəsinə qiymət verilməlidir. Hazırda iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışlara istinadə edərək, ona məxsus 4169 7413 2928 9977 nömrəli kartdan Cavabdeh adına olan 4169 7332 1394 1110 və 4169 7388 5295 3052 nömrəli kartlara pul köçürmələri edilməklə borca pul verildiyini qeyd edib. Həmin hesablardan olan çıxarışlarla müəyyən edilir ki, İddiaçı məxsus olan 416974******9977 nömrəli kartdan Cavabdeh məxsus olan 416973******1110 nömrəli karta köçürülən məbləğlər aşağıdakı kimidir: xx.xx.2021-ci il - 50 manat; xx.xx.2021-ci il-100 manat; xx.xx.2021-ci il- 50 manat; xx.xx.2021-ci il-100 manat; xx.xx.2021-ci il-100 manat; xx.xx.2021-ci il-100 manat; xx.xx.2021-ci il-50 manat; xx.xx.2022-ci il -105 manat; xx.xx.2022-ci il-120 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-110 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022ci il-30 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-10 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-120 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022-ci il -50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-850 manat; xx.xx.2022-ci il-100 manat; 04.0.4.2022-ci il-50 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-300 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-200 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-85 manat; xx.xx.2022-ci il-220 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-5 manat; xx.xx.2022-ci il-250 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022ci il-100 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-70 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il -230 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-160 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-280 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-500 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-150 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2023-cü il-30 manat; xx.xx.2023-cü il-240 manat; xx.xx.2023-cü il-100 manat; xx.xx.2023-cü il -40 manat; xx.xx.2023-cü il-50 manat; xx.xx.2023-cü il-100 manat; xx.xx.2023-cü il-220 manat; xx.xx.2023-cü il-200 manat; xx.xx.2023-cü il-10 manat; xx.xx.2023-cü il-100 manat; xx.xx.2023-cü il-30 manat; xx.xx.2023-cü il-250 manat; xx.xx.2023-cü il-100 manat; xx.xx.2023-cü il-50 manat; xx.xx.2023-cü il-120 manat və Qarayev liqam Qurban oğluna məxsus olan 416974******9977 nömrəli kartdan Cavabdeh Əhmıəd qızına məxsus olan 416973******3052 saylı karta köçürülən məbləğlər aşağıdakı kimidir: xx.xx.2022-ci il-10 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022-ci il-40 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022ci-30 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il -10 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-15 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2023-cü il-15 manat; xx.xx.2023-cü il-25 manat; xx.xx.2023-cü il-10 manat; xx.xx.2023-cü il-10 manat; xx.xx.2023-cil il-50 manat. Həmçinin iddiaçı tələbində xx.xx.2021-ci ildə cavabdehə məxsus karta 180 manat köçürüldüyünü qeyd etsə də, həmin pul 4169 73** **** 1170 saylı kart hesabına köçürülüb və həmin kartın hesabının cavabdehə məxsus olması öz təsdiqini tapmayıb. Eyni zamanda, cavabdehə məxsus adıçəkilən hesab nömrələrindən iddiaçıya məxsus 4169 7413 2928 9977 hesaba xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2022-ci ildə 50 manat, xx.xx.2022-ci ildə 900 manat, xx.xx.2023-cü ildə 100 manat, xx.xx.2023-cü ildə 100 manat və xx.xx.2023-cü ildə 1500 manat pul köçürüldüyü müəyyən edilir. Azərcaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsəan borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırda iddiaçı cavabdehə məxsus kart hesablarına 2021-ci ilin avqust ayından 2023-cü ilin aprel ayınadək ümumilikdə 9950 manat məbləğində pul köçürməklə borca pul verdiyini qeyd etsə də, məlum olmuşdur ki, tərəflər arasında borc müqaviləsi mövcud deyil. Həmçinin, iddiaçı verilən pulların hansı müddətə, hansı şərtlərlə borca verilməsinə dair məlumatı məhkəməyə təqdim edə bilməyib. Cavabdeh tərəf həmin pulların lotereya pulları olduğunu, məhkəmə iclasında isə iddiaçı cavabdehin iş yerində lotereya oynadığını, lakin cavabdehə lotereya üçün verdiyi pulları nağd şəkildə verdiyini qeyd edib. Məhkəmə hesab edir ki, 2021-ci ilin avqust ayından 2023-cü ilin aprel ayınadək iddiaçı tərəfindən cavabdehdə məxsus kartlara ayrı-ayrı vaxtlarda köçürən məbləğlər borc müqaviləsinin predmeti ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdeh pul verilməsi faktı iş materiallarına əsasən müəyən edilmiş olsa da, qeyd edilən pulun verilməsi məqsədi və sair hallar, həmçinin iddiaçı tərəfindən cavabdehə pulun borc məqsədi ilə verilməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, tərəflər arasında yaxın münasibət olub, məhkəmə iclasında dindirlən şahidlər onların 3 il birlikdə yaşadıqlarını, hətta Şahid2 onların faktiki nikah münasibətlərində oluğunu (kəbin nikahı) ifadəsində səsləndirmişdir. Həmçinin, iddiaçı iddia ərizəsinə “Tanışlıqları müddətində cavabdehin şəxsi evinin olmadığını və bir azyaşlı qızı ilə müxtəlif ünvanlarda kirayədə yaşadığını bildiyindən müəyyən vaxtlarda ona maddi köməklik də edib” məzmununda mətn daxil edib. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş pullar məhkəmədə borca verilmiş pul kimi deyil, maddi yardım, köməklik təəssüratı yaratmışdır. Tərəflər qeyd edilən müddətlərdə yaxın münasibətdə olmaqla, mübasibətlərini davam etdirdiyindən mübahisələndirlən pulların borc kimi verilməsi halı öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçı cavabdehə 9950 manat məbləğində borc pulun verilməsi halını, iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir mötəbər sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini mübahisələndirilən hissəsdə sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “Cavabdeh köçürmə kartı ilə borca verilmiş 9950 manat pulun alınaraq ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh kreditə aldığı əşyaların dəyəri olan 9797,65 manat pulun alınaraq ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbində xx.xx.2020-ci il tarixdə LC markalı kondisioner- dəyəri 1972,08 manat; xx.xx.2020-ci il tarixdə X3-dəyəri 363,60 manat; xx.xx.2021-ci il tarixdə Toşiba markalı televizor- qiyməti 1200 manat; xx.xx.2021-ci il tarixdə Samsunq Galaxy A41DS markal telefon-dəyəri 760 manat; xx.xx.2022-ci il tarixdə iPHONE 13 PRO 128 GB markalı telefon-qiyməti 3944,02 manat və 17 may 2023-cü il tarixdə Samsung Galaxy-S21FE5G6/128GB markalı telefonqiyməti 1557,95 manat adlı əşyaları aldığını və onların cavabdehdə olduğunu göstərmişdir. Cavabdeh isə həmin hissədə iddia tələbini qəbul etməmişdir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə Tozsoran Philips və yeni qızıl zəmanət üzrə 12 ay müddətinə, hər ay 30,3 manat olmaqla, ümumilikdə 363,6 manata (ilkin ödəniş daxil olmaqla), xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG İ12CGH, Dispenser Hoffman RDW3131, iki ədəd yeni qızıl zəmanət üzrə 18 ay müddətinə, hər ay 109,6 manat olmaqla, ümumilikdə 1972,8 manat (ilkin ödəniş daxil olmaqla), xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A41 DS, telefon quraşdırma xidməti, yeni qızıl zəmanət üzrə 6 ay müddətinə, hər ay 124 manat olmaqla, ümumilikdə 760 (ilkin ödəniş daxil olmaqla) manata, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Toshiba Led 55U7950 üzrə 5 ay müddətinə, hər ay 200 manat olmaqla, ümumilikdə 1199,99 (ilkin ödəniş daxil olmaqla) manata, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İphone 13 PRO 128 GB və qızıl zəmanət ulta üzrə 18 ay müddətinə, hər ay 219,11 manat olmaqla, ümumilikdə 3944,02 (ilkin ödəniş daxil olmaqla) manata, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung Galaxy S21FE 5G 6/128GB üzrə 12 ay müddətinə, hər ay 129,83 manat olmaqla, ümumilikdə 1557,95 (ilkin ödəniş daxil olmaqla) manata əldə edilib. Samsung Galaxy A41 DS adlı əşya istisna olmaqla, digər əşyaların dəyərinin tam ödənilməsinə dair məhkəməyə satıcı şirkət tərəfindən tərtib edilmiş arayış təqdim edilib. Qeyd edilməlidir ki, iddiaçı tələbində LG markalı kondisioner üçün 1972,08 manat ödədiyini qeyd etsə də, müqaviləyə əsasən həmin ödəniş LG İ12CGH və Dispenser Hoffman RDW3131 üçün ödənilməli idi, hazırkı tələbdə isə cavabdehə verildiyi qeyd edilən əşyalar sırasında Dispenser Hoffman RDW3131 qeyd edilməyib. MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, hazırkı tələblə bağlı araşdırılmalı olan hallar həmin əşyaların cavabdehin sahibliyində olub-olmaması, həmçinin həmin əşyaların hansı məqsədlə alınmasıdır. Hazırda iddiaçı həmin əşyaları deyil, onların dəyərini tələb edir. Məhkəmə iclasında dindirlən şahidlərdən Şahid2 ifadəsində tərəflərin “Kontakt Home” adlı mağazalar şəbəkəsindən kondisoner, televizor, telefon aldıqlarını, həmin əşyaların nə vaxt alındığını bilmədiyini, əşyaların markası haqqında dəqiq məlumatlı olmadığını, alınmış telefonun iphone 14 pro və ya 14 promax markalı olduğunu göstərmiş, digər şahid isə ifadəsində onun tərəfindən tərəflərin yaşadığı ünvana televizor quraşdırıldığını, kondisionerin quraşdırılması üçün maşın səbətini gətirdiyini, iddiaçının avtomobildə olarkən cavabdeh üçün iPhone markalı telefon aldığını göstərmişdir. Hər iki şahid qeyd etdikləri əşyaların markası, ölçüsü, alındığı tarix haqqında məhkəməyə dəqiq məlumat verməyiblər. Bu səbəbdən iddia edilən əşyalarla şahidlərin ifadələrində qeyd etdikləri əşyaların eyni olması öz təsdiqini tapmayib. İddiaçı 6 ədəd əşyanın cavabdehin sahibliyində olduğunu qeyd edərək, bu halı təsdiq etmək üçün məhkəməyə şahid ifadələrini təqdim etsə də, həmin şəxslərin ifadələri ilə iddia edilən əşyaların cavabdehdə olması halını müəyyən etmək mümkün olmayıb. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi tərəflər 3 il müddətində yaxından ünsiyyət saxlamaqla münasibətlərini davam etdiriblər, qeyd edilən əşyalar cavabdehdə olsa belə, həmin əşyaların cavabdehə hədiyyə edilməsi halının mövcudluğu istisna edilmir. Hazırda tərəflər arasında iddiaçı tərəfindən cavabdeh üçün adıçəkilən əşyaların alınması və cavabdeh tərəfindən həmin əşyaların dəyərinin iddiaçıya ödənilməsi ilə bağlı müqavilə münasibətlərinin mövcud olması iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı həmin əşyaların onun adına rəsmiləşdirilməsinin səbəbini cavabdehin fəaliyyətinin vergi idarəsində rəsmişləşdirilməməsi və bununla da onun aylıq gəlirinin müəyyən etməyin mümkün olmaması ilə izah etsə də, məlum olmuşdur ki, cavabdehin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat mövcuddur. Məhkəmə həmçinin, qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdən öncə iddianın predmetində həmçinin evlə bağlı ödənilən pul və evə çəkilmiş təmir xərcləri olub. İddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən ona 10000 ABŞ dolları verildiyini qəbul edib. İş materiallarına əlavə edilmiş tərəflər arasında olan söhbətin səs yazılarından görünür ki, cavabdeh 2023-cü ilin aprel ayından artıq cavabdehlə ünsiyyət saxlamaq istəmədiyini, evi sataraq, ev üçün ödədiyi pulları tələb edib. Yəni artıq həmin vaxt tərəflər arasında münasibətlər pisləşib. Hazırda isə iddiaçının dəyərinin ödənilməsini xahiş etdiyi əşyalardan olan Samsung Galaxy S21FE 5G 6/128GB adlı əşya xx.xx.2023-cü il tarixdə alınıb. Belə olan halda, tərəflər arasında münasibətlər pisləşdiksən sonra iddiaçının xx.xx.2023-cü il tarixdə mobil telefon alaraq cavabdehə təhvil verməsi ağlabatan hal kimi qəbul edilmir. Bundan başqa, iddiaçı məhkəməyə əşyaların dəyərinin ödənilməsi ilə bağlı onun tərəfindən cavabdehə ünvanlanan mesajların surətini təqdim etsə də, həmin söhbət birtərəfli aparılıb və cavabdeh tərəfindən iddiaçının mesajlarına münasibət bildirilməyib. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “Cavabdeh kreditə aldığı əşyaların dəyəri olan 9797,65 manat pulun alınaraq ödənilməsi” hissəsində öz təsdiqini tapmadığından təmin edilə bilməz. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında adıçəkilən əşyaların bir çoxunun məhkəməyə iddia verilməmişdən 3 il öncə alındığından iddia müddətinin ötürüldüyünü qeyd edərək, həmin tələb üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə qeyd edir ki, hazırda iddia edilən əşyalarla bağlı tərəflər arasında müqavilə münasibətləri olmadığından müqavilə tələbləri üzrə göstərilən üç illik iddia müddəti tətbiq edilə bilməz. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kreditə alınmış əşyaların dəyəri olan 9797,65 manat və köçürmə kartı ilə borca verilmiş 9950 manat, cəmi 19744,65 manat pulun cavabdehdən alınaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “kreditə alınmış əşyaların dəyəri olan 9797,65 manat və köçürmə kartı ilə borca verilmiş 9950 manat, cəmi 19744,65 manat pulun cavabdehdən alınaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-449/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-449/2024
25.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver