Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-464/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə görə ödənilmiş pulun geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “mənzilə görə ödənilmiş pulun geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh müqavilə üzrə ödədiyi 77500 (yetmiş yeddi min beş yüz manat), ona dəymiş 5000 (beş min) manat məbləğində maddi, 5000 (beş min) manat məbləğində mənəvi zərərin, 77500 (yetmiş yeddi min beş yüz manat) manat Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 7% olmaqla bir il üçün 5425 (beş min dörd yüz iyirmi beş)=27125 (iyirmi yeddi min yüz iyirmi beş) manat olmaqla, cəmi 114.625 (yüz on dörd min altı yüz iyirmi beş) manat, vəkilə ödənilmiş 320 manatın və ödənilmiş 405 (dörd yüz beş) manat dövlət rüsumunun tutulub mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin avqust ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində mənzil almaq üçün maraqlanan ərəfədə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən ərazidə yeni tikilməkdə olan binanın qarşısında "xxxx" MTK-a aid məlumat lövhəsindən məlumatları götürərək "xxxx" MTK-nın həmin ərazidə yerləşən ofisinə yaxınlaşmışdır. Ofisdə onu satış üzrə menecer Vəsilə Məhərrəmova və direktor Cavabdeh qəbul edərək mənzillər və onların qiyməti barədə məlumat verərək mənzilə görə kv.metrinin qiymətinin 919.66 manata düşdüyünü bildirmişlər. O da həmin qiymətlə razılaşaraq həmin binadan mənzil almaq qərarına gəlmişdir. Sonra MTK-nın direktoru Cavabdeh ilə onun arasında 23 avqust 2019-cu il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunda 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr olan 2 otaqdan ibarət C01 saylı mənzili 77500 manata almışdır. Müqavilə və maliyyə arayışını Cavabdeh imzalamış və möhürlə təsdiq etmişdir. Müqavilə təsdiq olunduqdan sonra pulu bütöv şəkildə Cavabdeh təqdim etmiş və Bəsrət pulu ondan qəbul edərək imzalanmış maliyyə arayışı və müqaviləni təqdim etmişdir. 2020-ci ilin yanvar ayında "xxxx" MTK-nin problemlər yaşadığını öyrənib dəfələrlə MTK-nın ofisinə yaxınlaşsa da orada hər hansı bir səlahiyyətli şəxslə görüşə bilməmişdir. Sonra Nərimanov Rayon Məhkəməsinə mənzilin ona verilməsi barədə ərizə ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunda 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr olan 2 otaqdan ibarət C01 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəmsinin qətnaməsi ilə onun iddiası rədd edilmişdir. İddianın rədd olunması onunla əsaslandırılmışdır ki, həmin mənzillər satılarkən "xxxx" MTK-nın balansında olmamışdır. Cavabdehin bu hərəkətləri ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Belə ki, o bir xanım olaraq hüquq-mühafizə orqanlarına getmək məcburiyyətində qalmışdır. Ona saxta yolla evin satılması bir tərəfdən, pulunu itirməsi, ona qarşı bu cür iyrənc hərəkətin edilməsi və nəhayət hər dəfə polisə və məhkəməyə çağırılmağı digər tərəfdən ona çox böyük stress, mənəvi iztirab və sarsıntı yaşatmışdır. Bu günədək o, həmin stress vəziyyətindən çıxa bilməmişdir. Hesab edir ki, ona dəymiş mənəvi ziyan da, maddi ziyanla bərabərləşdirilməli, maddi ziyan 5000 manat mənəvi ziyan isə 10000 manat olaraq müəyyən edilməlidir.
İş materialları :
3. "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli C-283/11 nömrəli müqavilədən görünür ki, Kooperativ ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 m2 yaşayış sahəsi, 73.30 m2 olan izolə olunmuş 2 otaqdan ibarət C01 saylı mənzilin “Payçı”ya verilməsini, “Payçı” isə bu müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Mənzilin hər kvadrat metrinin dəyəri 919.66 manat, mənzilin ümumi dəyəri 77500 manat müəyyən edilmişdir.
4. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, o, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış kompleksində C blokun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 m2 yaşayış sahəsi, 73.30 m2 olan izolə olunmuş 2 otaqdan ibarət C-1 yaşayış sahəsinin dəyərini tam ödəmişdir. "xxxx" MTK şirkətinə C-283/11 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olunan şəxsin borcu yoxdur.
5. İş materiallarına Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- 87/2023 saylı hökmü əlavə edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4651/2023 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4547/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. İş materiallarına Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1(103)-528/2024 saylı icra vərəqəsi əlavə edilmişdir.
8. İş materiallarına Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 528/2024 saylı, xx.xx.2024 saylı qərarı əlavə edilmişdir.
9. "xxxx" MTK-nın icraçı direktoru tərəfindən X10 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, onun tərəfindən əvvəlcədən müqavilələr bağlanaraq ona borc əvəzi mübadilə edilmişdir. Lakin, sonradan tikinti işləri dayandığında həmin mənzilləri "xxxx" MTK-ya qaytarması 20 gün ərzində tələb edilmişdir. Həmin siyahıya İddiaçı ilə bağlanmış müqavilə də əlavə edilmişdir.
10. X12 tərəfindən bütün səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə vətəndaşlar arasında ünvan 2 ünvanında yerləşən binalarda həyata keçirilən bütün 3-girişli 21 mərtəbəli binaların tikinti işlərinin aparılması, alqı-satqısı, girov qoyulması və barter əməliyyatlarının aparılması üçün tərəfimdən danışıqlar MTK-nın icraçı direktoru cənab X8 və Əliyev Tahir Təmiraz oğlu ilə aparılmış və qarşılıqlı razılıq əsasında yuxarıda göstərilən əməliyyatların aparılmasına razılıq verilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi ilə vətəndaşlar arasında ünvan 3 ünvanında yerləşən binalarda həyata keçirilən bütün yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı, girov qoyulması və barter əməliyyatları üzrə müqavilələr Əliyev Tahir Təmiraz oğlu tapşırığına əsasən X8 tərəfindən imzalanmış və möhürlənmişdir. Tərəfindən ünvan 3 ünvanında tikinti işləri aparılaraq 2 bloku hazır, 1 blokda isə özül tamamlama işləri başa çatmışdır. Daha sonra tərəfindən aparılan bütün əməliyyatlar Əliyev Tahir Təmiraz oğlu göstərişinə əsasən X8 tərəfindən icra olunmuşdur. O, 2019-cu ilin sentyabr və oktyabr aylarınadək Cavabdeh tanımamış və görməmişdir. Təxminən 2019-cu ilin sentyabr və oktyabr aylarında MTK-nın ofisində olan vaxt cavan olan görmüş və soruşmuşdur ki, kimdir, bildirdilər ki, MTK-nın əsas payçısıdır. Gəlib müəssisənin maliyyə sənədləşmə işlərini araşdırmağa. Həmin vaxt adını soruşanda dedilər ki, adı Bəsirətdir, MTK-da 50% paya sahibdir. Araşdırma gedən vaxt o, MTK-nın ofisinə getməmişdir. Sonra onu təxmini olaraq oktyabr ayında ofisə dəvət etmiş və görülən işlər bardə sorğu sual etməyə başlamış, həmin vaxt ona bildirmişdilər ki, yaxşı olar ki, görülən işlərin barəsində Dilafır və Tahir məlumat versinlər. Həmin vaxt bildirildi ki, Dilafırlə, Tahir telefona cavab vermirlər. Sonradan ona məlum oldu ki, X1 Federasiyasına qaçıb, Əliyev Tahir Təmiraz oğlu isə ölkə daxilində gizlənir. Daha sonra ona məlum oldu ki, MTK-da X2 payı 5% təşkil edir. Əliyev Tahir Təmiraz oğlu isə MTK-da heç kimdir, Əliyev Tahir Təmiraz oğlunun qardaşı Əliyev Araz Təmiraz oğlu MTK 20% paya sahibdir. Onun tərəfindən aparılan işlərə nəzarət və tapşırıq Rəsulov Dilafır, Əliyev Tahir və Həsənov Məhərrəm tərəfindən həyata keçirilirdi. Sonda bildirir ki, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus bütün sənədlər və möhür X3 və Əliyev Tahir Təmiraz oğlunda olub. Yuxarıda göstərilənlər öz sözləri ilə yazıldı və doğrudur, doğruluğunu imza ilə təsdiq edir.
11. "xxxx" MTK podratçı Sadiq tərəfindən satılmış mənzil və qeyri-yaşayış sahəsi barəsində məlumatdan görünür ki, xx.xx.2019-cu il tarixdə C-283/11 saylı müqavilə əsasında Sadiq tərəfindən İddiaçı 77500 manata mənzil satılmışdır.
12. İş materiallarına xx.xx.2021-ci il tarixində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində X5 ilə X12 arasında aparılmış üzləşdirmə protokolu əlavə edilmişdir.
13. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, müəyyən edilmişdir ki, Baş İdarədə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, onunla "xxxx" MTK-nın sədri Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli, C-283/11 nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışı ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanında 3 girişli 21 mərtəbəli yaşayış binasının C girişinin 11-ci mərtəbəsində yerləşən və ölçüsü 84.27 m2 olan 1 ədəd mənzilin alınması üçün İddiaçı tərəfindən 77.500 manat pul vəsaiti ödənilmişdir. Qeyd olunan və digər cinayət əməlləri üzrə 21 dekabr 2021 -ci il tarixdə Cavabdeh Azərbaycan Respublikası CM-nin 308.1 -ci maddəsi ilə ittiham elan edilmişdir. İstintaq dövrü ərzində İddiaçı dəymiş 77.500 manat maddi ziyan ödənilməmişdir. Cavabdeh və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işi ittiham aktı ilə birlikdə 30 dekabr 2021-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
14. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 405 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
15. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, hazırda MTK fəaliyyət göstərmir. Onlar ev alan vaxt Bəsrət həmin MTK-nın direktoru olmuşdur. Dilafur qaçıb getmişdir. Bəsrət tərəfindən 3 milyon zərərçəkmiş şəxslərə ödənildiyi deyilsə də, amma kimlərə ödənib bu bilinmir. Elə adamlar var ki, daxili kreditlə 20000-30000 manata ev alıblar. Həmin şəxslərin pulu qaytarılıb. Amma onun pulunu qaytarmayıblar. Ağır Cinayətlər Məhkəməsində ondan pul, yoxsa ev istədiyi maraqlanılmış, o isə ev tələb etdiyi üçün mülki iddia qaldırılmamışdır. Daha sonra isə ev ilə bağlı tələb irəli sürmüş və iddiası təmin edilmişdir. Daha sonra qətnamədən maraqlarına toxunan şəxslər tərəfindən apellyasiya şikayəti verilmişdir. Müəyyən edilmişdir ki, həmin ev ondan başqa digər şəxsə də satılmışdır. Ev həmin şəxsə vermişdilər.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış, o, 16 zərərçəkmiş şəxsdən biri olmuşdur. Amma ona zərərdən ödəniş olunmamışdır. Qarşı tərəfin vəkili ödəniş olunduğunu desə də, bunu sübut edə bilmir. Sadəcə şifahi şəkildə bildirir. Halbuki, sübut etmə vəzifəsi qarşı tərəfin özünə aiddir. Amma nə istintaqda, nədəki məhkəmədə onlara ödəniş olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi istinad edir ki, ev başqasınındır. Onlara pulun geri götürülməsi tövsiyə olunmuşdur. Onlar müqaviləni Bəsrətlə imzalamışlar və əllərində buna dair maliyyə arayışı da var. Odur ki, pulu ondan tələb edirlər. İddiaçı bu dövr ərzində çox stress çəkdiyi üçün cavabdehdən mənəvi ziyanın tutulmasını istəyirlər. Dəymiş maddi ziyan isə məhkəmə, istintaq icraatı dövründə çəkilmiş xərclər ilə bağlıdır. Həmçinin 7% ilə bağlı tələb üzrə isə cavabdehin faydalanması ilə bağlı sübutları yoxdur. Lakin MTK o qədər mənzil satır və gəlir əldə edir. Həmçinin Bəsrət həm də təsisçidir. Onlar müqaviləni Bəsrətlə bağladıqları üçün pulu məhz ondan tələb edirlər. Çünki, MTK-dan pul tələb edilsə, qətnamə illərlə icrasız qalacaq. Amma fiziki şəxs olanda səmərəli olur. Pulu əlbəəl verdikləri, maliyyə arayışı imzaladıqları Bəsrətdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında (xx.xx.2025 və xx.xx.2025) iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, mənzillər Sadiq adlı şəxs tərəfindən satılmışdır. Cavabdeh sadəcə mənzillərin addan ada keçirilməsi ilə bağlı müqavilələri rəsmiləşdirmiş, o, ödəniş almamış, heç pul vermiş şəxslərin üzlərini görməmişdir. Həmçinin cavabdeh tərəfindən zərər ödənilmişdir. Dəymiş zərərin əvəzi olaraq ödənilmiş 3.079.769 manat məbləğində pul vəsaitinin nə üçün ödənilməsi ilə bağlı heç nə deyə bilməz.
18. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
19. "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli C-283/11 nömrəli müqaviləyə əsasən Kooperativ ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 m2 yaşayış sahəsi, 73.30 m2 olan izolə olunmuş 2 otaqdan ibarət C01 saylı mənzilin “Payçı”ya verməyi, “Payçı” isə bu müqavilənin dəyərini Kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin hər kvadrat metrinin dəyəri 919.66 manat, mənzilin ümumi dəyəri 77500 manat müəyyən edilmişdir.
20. "xxxx" MTK tərəfindən təqdim edilən xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmişdir.
21. "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli C-283/11 nömrəli müqaviləni MTK-nın direktoru olaraq Cavabdeh imzalamışdır.
22. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(10xx-xx/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, "xxxx" MTK barəsində hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir və əlavə cimayət-hüquqi tədbir qismində iki yüz min manat miqdarında cərimə təyin edilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü Cavabdeh münasibətdə dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsirli bilinərək, ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
24. "xxxx" Mənzil-Tikinti Kooperativinin 50 faiz payla təsisçisi və xx.xx.2018-ci il tarixdən sədri vəzifəsində işləmiş Cavabdeh öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək tikintinin həyata keçirildiyi müddət ərzində kooperativin ünvan 5 ünvanında yerləşən ofisində rəsmi sənədləri–mənzillərin, qeyri-yaşayış sahələrinin satışına dair müqavilələrin və pul vəsaitinin alınmasına dair maliyyə arayışlarını imzalayıb, müəssisənin möhürünü birbaşa olaraq şəxsən sənədə vurub təsdiq etməklə qanunsuz və əsassız olaraq həmin binadan tərtib olunan cəmi 18 müqavilə üzrə ayrı-ayrı şəxslərin adına müxtəlif ölçüdə yaşayış, qeyri-yaşayış sahələri və mal-material alışı ilə əlaqədar borca dair təminat məktubu üzrə rəsmiləşdirmə aparmaqla, 16 nəfər fiziki şəxsin əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər (3.321.520,8 manat) vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
25. Hökmlə müəyyən edilmiş 16 nəfərlə bağlanmış müqavilələrdən biri İddiaçı ilə bağlanmış müqavilədir.
26. İddiaçı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
27. İddiaçı dəymiş 77.500 manat məbləğində maddi ziyan ödənilməmişdir.
28. İddiaçı "xxxx" MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-ya qarşı müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək, mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir.
29. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsindən maraqlarına toxunan şəxs X4 və "xxxx" MTK tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən "xxxx" MTK-nın yalnız tikinti işləri aparmaq səlahiyyəti olduğu və müqavilə bağlamaq səlahiyyəti olmadığı əsası ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbi rədd edilmişdir.
30. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4651/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4547/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
Məhkəmə baxışının hədləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
Məhkəmənin mövqeyi :
34. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
35. İlk növbədə iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzilə görə ödənilmiş pulun geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi faktiki olaraq aşağıdakı hissədən ibarətdir:
1. mənzilin dəyəri olaraq müqavilə üzrə ödənilmiş 77.500 manat məbləğində pul vəsaitinin tutulması;
2. dəymiş maddi ziyan olaraq 5000 manat məbləğində pul vəsaitinin tutulması;
3. 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi;
4. Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 7% olmaqla bir il üçün 5425 manat olmaqla, cəmi 27125 manat məbləğində pul vəsaitinin tutulması.
İddia tələbinin “77.500 manat məbləğində dəymiş zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı:
36. İddiaçı tərəfindən Cavabdeh qarşı 77500 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi "xxxx" MTK-nın direktoru olmuş Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə öhdəliyin icra edilməməsi, mənzilin ona təhvil verilməməsi ilə əsaslandırılmışdır.
37. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni hə çılli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
38. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
40. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
41. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
42. İşin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanılmış xx.xx.2019-cu il tarixli C-283/11 nömrəli müqaviləyə əsasən iddiaçı mənzil almış, həmin mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Müqavilə iddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativinin 50 faiz payla təsisçisi və xx.xx.2018-ci il tarixdən sədri vəzifəsində işləmiş Cavabdeh arasında bağlanılmışdır.
43. Müəyyən edilmişdir ki, Cavabdeh qanunsuz və əsassız olaraq həmin binadan tərtib olunan cəmi 18 müqavilə üzrə (iddiaçı ilə bağlanmış müqavilə daxil olmaqla) ayrı-ayrı şəxslərin adına müxtəlif ölçüdə yaşayış, qeyri-yaşayış sahələri və mal-material alışı ilə əlaqədar borca dair təminat məktubu üzrə rəsmiləşdirmə aparmaqla, 16 nəfər fiziki şəxsin (İddiaçı da daxil olmaqla) əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər (3.321.520,8 manat) vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və məhkəmənin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmişdir.
44. İddiaçı tərəfindən MTK-ya qarşı mənzil tələbi ilə məhkəməyə müraciət edilmiş, lakin həmin mənzilin satılması ilə bağlı "xxxx" MTK-nın səlahiyyəti olmadığı müəyyən edildiyindən iddia tələbi təmin edilməmişdir.
45. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair "xxxx" MTK ilə X4 arasında müqavilə bağlanılmış, həmin müqavilə "xxxx" MMC tərəfindən bəyənilmiş və mənzil onun sahibliyinə verilmişdir.
46. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.
47. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusu”na dair müddəaları nəzərdən keçirilə bilər.
48. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).
49. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
50. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur:
1. törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir;
2. əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;
3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır;
4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
52. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
53. Belə olan halda məhkəmə tərəfindən iddianın təmin edilib-edilməməsi məsələsi həll edilərkən ilk öncə mülki hüquqi məsuliyyətin yaranması üçün əsas olan dörd şərtin mövcud olub-olmaması məsələsi araşdırılaraq iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir.
54. İlk növbədə qeyd edək ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanılmış xx.xx.2019cu il tarixli C-283/11 nömrəli müqavilənin hüquq qaydasının pozulması ilə bağlanılması işin mübahisəsiz halıdır.
55. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, müqavilə bağlanılan zaman "xxxx" MTK-nın öz adından həmin mənzili satmaq səlahiyyəti olmamışdır. Müəyyən edilmişdir ki, Cavabdeh sifarişçi qismində "xxxx" MMC ilə qeyd olunan yaşayış binalarının inşa edilməsinə dair podratçı qismində rəhbəri olduğu Cəmiyyət arasında bağlanılmış 5 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı podrat müqaviləsi üzrə qeyd olunan ünvanda tikinti işləri icra olunduğu müddət ərzində satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi tərəfindən müqavilə üzrə görülmüş işlərin dəyərinin, işin nəticəsinin 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) qaydasında ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, həmin tikinti üzrə 2 nömrəli Forma aktı tərtib olunmadan və yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) həyata keçirilmədən tikintinin həyata keçirildiyi müddət ərzində mənzilin satışına dair müqavilə bağlamışdır.
56. Məhkəmə qeyd edir ki, hüquqazidd əməl nəticəsində İddiaçı zərər dəyməsi işin mübahisəsiz halıdır.
57. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
58. Müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli C-283/11 nömrəli müqavilə üzrə mənzilin dəyəri olaraq 77.500 manat məbləğində pul vəsaiti ödəniş edilərək əmlakından məhrum olmuşdur. İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
59. İddiaçı dəymiş zərərin Cavabdeh təqsirli əməli nəticəsində dəyməsi işin müəyyən edilmiş halıdır.
60. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən müəyyən edilmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin 50 faiz payla təsisçisi və xx.xx.2018-ci il tarixdən sədri vəzifəsində işləmiş Cavabdeh öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək tikintinin həyata keçirildiyi müddət ərzində kooperativin ünvan 5 ünvanında yerləşən ofisində rəsmi sənədləri-mənzillərin, qeyri-yaşayış sahələrinin satışına dair müqavilələrin və pul vəsaitinin alınmasına dair maliyyə arayışlarını imzalayıb, müəssisənin möhürünü birbaşa olaraq şəxsən sənədə vurub təsdiq etməklə qanunsuz və əsassız olaraq həmin binadan tərtib olunan cəmi 18 müqavilə üzrə ayrı-ayrı şəxslərin adına müxtəlif ölçüdə yaşayış, qeyri-yaşayış sahələri və mal-material alışı ilə əlaqədar borca dair təminat məktubu üzrə rəsmiləşdirmə aparmaqla, 16 nəfər fiziki şəxsin əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər (3.321.520,8 manat) vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
61. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(10xx-xx/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
62. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü Cavabdeh münasibətdə dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsirli bilinərək, ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
63. Həmçinin müəyyən edilmişdir ki, hökmlə "xxxx" MTK barəsində hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir və əlavə cimayət-hüquqi tədbir qismində iki yüz min manat miqdarında cərimə təyin edilmişdir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarına əsasən işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.
65. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı "xxxx" MTK-nın sədri tərəfindən aldadıldığından, ona münasibətdə hüquqazidd əməl Cavabdeh tərəfindən törədildiyindən, o cümlədən onun təqsirli əməli (müqavilə bağlayaraq mənzil səlahiyyəti olmadığını bildiyi işin mübahisəsiz haldır) nəticəsində ona zərər dəydiyindən iddiaçı cavabdehə qarşı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur.
66. Məhkəmə həmçinin onu qeyd edir ki, cavabdeh iddiaçı ilə müqavilə bağlayarkən sədri və 50% təsisçisi olduğu "xxxx" MTK-nın mənzil satmaq səlahiyyəti olmadığını bildiyindən, iddiaçıya dəymiş zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqə vardır. Yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.
68. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulduğu sübuta yetirilmişdir.
69. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh tərəfindən iddiaçıdan ödəniş alınmamışdır. Sadəcə mənzillərin addan ada keçirilməsini rəsmiləşdirmişdir.
70. Məhkəmə cavabdehin nümayəndəsinin izahatına münasibətdə qeyd edir ki, Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə məhz iddiaçı ilə bağlanılmış müqavilə də daxil olmaqla, 18 müqavilə üzrə 16 nəfərin əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə zərər vurmasına görə təqsirli bilinmişdir.
71. Azərbaycan Respublikası Mülki Prosessual 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət əməlinin olub-olmaması və bu əməlin kim tərəfindən törədilməsi ilə bağlı cinayət işinə baxmış məhkəmənin hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir.
72. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).
73. Həmçinin cavabdehin nümayəndəsi və vəkili tərəfindən izahatında bildirilmişdir ki, Cavabdeh tərəfindən 3.079.769 manat məbləğində pul vəsaiti istintaq dövründə ödənilmişdir. Lakin əgər hər hansı ödəniş almamışdırsa, nə üçün zərərçəkmişlərə ödəniş edilməsi ilə bağlı suala cavab verə bilməmiş, o cümlədən hökmdə müəyyən edilmiş 241.751.8 manat məbləğində ödənilməli olan vəsaitə münasibətdə bildirmişdir ki, məlumatı yoxdur.
74. Məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmiş, o cümlədən işin məhkəmə tərəfindən araşdırılan halları ilə dəymiş zərərin ödənilməsi müəyyən edilməmişdir.
75. Belə ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab məktubunda bildirilmişdir ki, istintaq dövrü ərzində İddiaçı dəymiş 77.500 manat maddi ziyan ödənilməmişdir.
76. Həmçinin məhkəmənin hökmü ilə müəyyən edilmiş Cavabdeh tərəfindən ödənilmiş 3.079.769 manat məbləğində pul vəsaitinə münasibətdə məhkəmə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə (səh. 139) əsasən müəyyən edilmişdir ki, həmin vəsait istintaq dövrü ərzində Cavabdeh atası tərəfindən ödənilmişdir.
77. Müəyyən edilmişdir ki, dəymiş zərərin əvəzi ödənilən şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. O cümlədən, dəymiş zərərin ödənildiyi şəxslərin kimliyi ilə Cavabdeh təqsirli bilindiyi 18 müqavilə üzrə 16 zərərçəkmiş şəxsin kimliyi birlikdə tədqiq edildikdə görünür ki, 16 zərərçəkmiş şəxsin əksər hissəsi dəymiş zərərin ödənildiyi şəxslərin siyahısına daxil deyildir.
78. Beləliklə, iddiaçı X6 Cavabdeh qanunsuz hərəkətləri nəticəsində 77.500 manat maddi ziyan dəyməsi sübuta yetirildiyindən iddiaçının cavabdehə qarşı olan dəymiş ziyanın əvəzi olaraq 77.500 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi əsaslıdır.
İddia tələbinin dəymiş “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı:
79. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
80. Həmin Qərarda qeyd edilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
81. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.
82. Məhkəmə iddia tələbinin “mənəvi zərər” hissəsi ilə bağlı qeyd edir ki, özünün və ailəsinin mənzil şəraitini təmin etmək məqsədi ilə "xxxx" MTK ilə müqavilə bağlayan iddiaçının sonda MTK-nın sədri tərəfindən aldadılmasını bilməsi, o cümlədən mənzili təhvil almaq ümidi ilə uzun müddət davam edən istintaq, məhkəmə icraatlarına məruz qalması, lakin sonra mənzili təhvil ala bilməməsi nəticəsində sarsıntılara, əzaba və məyusluğa məruz qalması istisna edilmədiyindən cavabdehin iddiaçıya qarşı mənəvi ziyanın tutulması tələbi əsaslıdır.
83. İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir.
84. İddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi cavabdehin törətdiyi mülki huquq pozuntusunun nəticəsi olduğundan onun məruz qaldığı mənəvi ziyanın əvəzinin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
85. Mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.
86. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
87. Mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır.
88. Məhkəmə qeyd edir ki, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, iddiaçı və cavabdehin əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaitinin tutulması ədalətli və ağlabatandır.
İddia tələbinin “dəymiş maddi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı:
89. İddiaçı iddia tələbinin “5000 manat maddi ziyanın ödənilməsi” məhkəmə proseslərində və hüquq-mühafizə orqanlarının çağırışlarında iştirak etmək üçün çəkdiyi xərclər ilə əsaslandırmışdır.
90. Məhkəmə qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
91. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
92. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
93. Maddənin məzmunundan göründüyü kimi sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
94. Ona görə də məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
95. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
97. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində yaranmış mübahisə ilə əlaqədar məhkəmə proseslərində və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak ilə bağlı ona 5000 manat məbləğində maddi ziyan vurulduğunnu bildirsə də, məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin oluna bilməz.
İddia tələbinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 7% olmaqla bir il üçün 5425 manat olmaqla, cəmi 27125 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı:
98. İddiaçı Cavabdeh qarşı 27.125 manat məbləğində pul tələbini, onun cavabdehə ödədiyi 77.500 manat məbləğində pul vəsaitindən cavabdeh tərəfindən qanunsuz saxlanılaraq ondan faydalanması ilə əsaslandırılmışdır.
99. Bu iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin normaya görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
100. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
101. Mülki Məcəllənin istinad olunan bu normaları, pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti tənzimləyir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
102. Həmin qərarda Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.
103. Göründüyü kimi bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin tələb olunması üçün cavabdehin hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehin gəlir, bəhər əldə etməsi ilə bağlı sübut təqdim edilməmişdir.
104. İddiaçının nümayəndəsi və vəkilinin “cavabdeh MTK-nın təsisçisi olduğundan gəlir əldə etməsinin şübhəsiz olması” ilə bağlı izahatına münasibətdə məhkəmə qeyd edir ki, nə qədərdə ki, cavabdeh MTK-nın təsisçisi olsa da, məhkəmə tərəfindən tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarında cavabdeh tərəfindən həmin pul vəsaitnin özünün MTK-dakı fəaliyyəti ilə bağlı istifadə etdiyi müəyyən edilməmişdir, o cümlədən iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
105. Halbuki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən iddia irəli sürmüş şəxs öhdəliyi icra etməmiş şəxsin bu cür faydalanmasını sübuta yetirməlidir.
Məhkəmə xərcləri :
106. İddiaçı məhkəmədən, həmçinin vəkilə hüquqi yardım üçün ödənilmiş 320 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 405 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.
107. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 325.50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
108. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
109. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə vəsaitin ödənilməsi (ən azı orderə görə xərcin) işin mübahisəsiz hal olsa, iddiaçı tərəfindən həmin xərcin məbləğini təsdiq edən sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.
Nəticə :
110. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 77.500 manat (yetmiş yeddi min beş yüz) və mənəvi zərərin əvəzi olaraq 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 325.5 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
111. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 77.500 manat (yetmiş yeddi min beş yüz), mənəvi zərərin əvəzi olaraq 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 325.5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva