Məhkəmə qərarları › İş №e-2(007)-469/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-469/2025

12.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-469/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X3 qızının Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi) X20 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı X4 qızının cavabdeh "X10 GMBH" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı X3 qızı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi və əsl olmayan tərəfin əvəz edilməsi ilə bağlı ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakl filialından iddiaçının xeyrinə 37200 ( otuz yeddi min iki yüz) manat əsas borcun, 300 (üç yüz) manat vəkil xidmətlərinə görə ödənilmiş pulun, 202 manat ödənilmiş dövlət rüsumunun, cəmi 37.702 ( otuz yeddi min yeddi yüz iki ) manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 iyul 2022-ci il tarixli notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsinə əsasən X5 qızı **********352-05301-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüquqi ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 144,8 kv. metr olan qeyriyaşayış sahəsinin V hissəsini (72.4 kv.netr) aylıq 1200 (min iki yüz) manat olmaqla Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakl filialına icarəyə vermişdir. Müqavilənin 9-cu bəndinə əsasən, “İcarəçı” hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə verği ödəyir”. İcarə müqaviləsi bağlanan gündən indiyədək Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ona ödəniləcək icarə haqqından bir manat da olsun pul ödəməmişdir, icarə müqaviləsi üzrə icarəçinin bu günə kimi ona olan borcu 37102 manat təşkil edir. Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar: Cavabdehin nümayəndəsi X15 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı Kərımzada-Məmmədova Günel Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, 28 iyul 2022-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialından (bundan sonra cavabdeh) iddiaçının xeyrinə 37.200 (otuz yeddi min iki yüz) manat əsas borc, 300 (üç yüz) manat vəkil xidmətlərinə görə ödənilmiş pulun, 202 (iki yüz iki) manat dövlət rüsumu, cəmi 37 702 (otuz yeddi min yeddi yüz iki) manat vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 28 iyul 2022-ci il tarixli notariat qaydada təsdiqlənmiş icarə müqaviləsinə istinad etmişdir, həmin müqaviləyə əsasən X6 qızı **********352-05301-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 144,8 kv.metr olan qeyri- yaşayış sahəsinin 1/2 hissəsini (72,4 kv.metr) aylıq 1200 (min iki yüz) manat olmaqla cavabdehə icarəyə vermişdir. Hazırki mübahisənin düzgün, tam və obyektiv araşdırılması üçün ilkin olaraq işin hallarına nəzər yetirmək lazımdır. Belə ki, Cavabdeh şirkətinin təsisçiləri Almaniya Federativ Respublikasının vətəndaşları Frieda Tauber və X18. Həmin təsisçilər tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsinə AFR-in vətəndaşı Agıl Karımzada təyin edilmiş və şirkətin idarə edilməsi üçün ona təsisçilər tərəfindən baş etibarnamə verilmişdir. Həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçiləri də Frieda Tauber və X19muş, həmin şirkətin də direktoru vəzifəsinə Agıl Karımzada təyin edilmiş, şirkətin idarə edilməsi üçün ona baş etibarnamə verilmişdir. Beləliklə, Agıl Karımzada həm Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının, həm də "xxxx" MMC-nin direktoru olmuşdur. Agıl Karımzada Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru olduğu müddətdə təsisçilərə həyata keçirdiyi işlər ilə bağlı yalan hesabatlar təqdim etmişdir. Bir müddət sonra təsisçilər Frieda Tauber və X21 cavabdeh Agıl Karımzadanın həm filialın, həm də şirkətin fəaliyyəti ilə bağlı yalan hesabatlar təqdim etdiyini anlamış və tamamilə "xxxx" MMC-ni mənimsədiyini aşkar etmişlər. Agıl Karımzada Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru olduğu müddətdə müxtəlif müqavilələr bağlayaraq filialı öz xeyrinə borclandırmağa çalışmışdır. Bu səbəbdən, təsisçilər AR Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və Agıl Karımzadaya qarşı cinayət işi başlanılmışdır. Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, hal-hazırda Agıl Karımzada AR CM-nin 179.4, 193-1.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilərək Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmişdir. Bildirir ki, iddiaçının istinad etdiyi 28 iyul 2022-ci il tarixli icarə müqaviləsinin hüquqi qüvvəyə malik olması və real hüquqi münasibətlərin mövcudluğu ciddi şəkildə şübhə altındadır. Belə ki, iddiaçının iddiası təmin edilə bilməz, çünki icarə müqaviləsi etibarsızdır. Həmin müqavilə kağız üzərində formalaşdırılsa da, faktiki olaraq heç bir hüquqi nəticə doğurmamış, real icarə münasibətləri yaranmamışdır. Belə ki, müqavilə üzrə icarəyə verildiyi iddia olunan obyekt tərəfindən nə fiziki istifadə edilib, nə də ondan hər hansı iqtisadi fayda əldə edilmişdir. Bu isə mülki hüquqda icarə münasibətlərinin əsas elementi olan faktiki istifadənin mövcud olmadığını göstərir. Bu xüsusiyyətlər müqavilənin hüquqi etibarlılığına və onun əsasında yaranması iddia olunan öhdəliklərə ciddi şəkildə xələl gətirir: 1. İcarə müqaviləsi aidiyyəti şəxslər arasında bağlanmışdır. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (İcarəçi) və cavabdeh X6 qızı (İcarəyə verən) arasında bağlanmış 28 iyul 2022-ci il tarixli icarə müqaviləsi aidiyyəti şəxslər arasında bağlanmışdır. Belə ki, həmin müqavilə bağlanılan zaman Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Agıl Karımzada olmuşdur. Agıl Karımzada və cavabdeh X6 qızı ər-arvad münasibətlərindədirlər və övladları var. Bu səbəbdən həmin icarə müqaviləsinin bağlanması üçün ya filialın direktorlar şurasının (müşahidə şurasının), ya da ümumi yığıncağın qərarı ilə bağlanmalı idi. Lakin, həmin icarə müqaviləsi bağlanılması üçün nə direktorlar şurasının (müşahidə şurasının), nə də ümumi yığıncağın qərarı mövcud olmamışdır. 2. Sözügedən icarə müqaviləsinin notariat qaydada təsdiqlənməsi prosesi qanunsuz həyata keçirilib - Agıl Karımzada icarə müqaviləsini iddiaçı ilə 28 iyul 2022-ci il tarixində bağlayarkən bu müqavilənin başa çatma tarixini 2042ci ilə qədər müəyyən etmiş və müqavilə notarial qaydada təsdiq edilmişdir. Müqavilənin notarial qaydada təsdiq edilməsi məsələsi özlüyündə bir çox şübhəli halları doğurur. Nazirlər Kabinetinin qərarına əsasən əqdin notariat qaydada təsdiq edilməsi zamanı əqdin hər iki tərəfinin aydın şəkildə görünən fotoşəkilləri çəkilməli və bu müqaviləyə yerləşdirilməlidir. Əlavə olaraq, əqdin notariat qaydada təsdiqlənməsi zamanı əsas məsələlərdən olan formallıq tələblərindən biri isə əqdin həm icarəyə verən, həm də icarəçi tərəfindən imzalanması şərtidir. Lakin icarə müqaviləsinin notariat qaydada təsdiqlənmiş halında icarəyə verənin, yəni Günel Kərimzadənin, ümumiyyətlə, imzası yoxdur. Müqavilənin “icarəyə verənə” məxsus olan imza hissəsində Günel Kərimzadənin imzası yerinə “Mammadova Mammadova” qeyd edilmişdir, bu isə həmin müqavilənin Günel Karımzada tərəfindən imzalanmadığına dəlalət edir. Əlavə olaraq, Azərbaycan Respublikası Nazirər Kabinetinin həmin qərarında qeyd edildiyi kimi, müqavilədə həmçinin hər iki tərəfin fotoşəkllərinin olması zəruridir. Lakin müqavilədə sadəcə cavabdehin keçmiş direktoru Agıl Karımzadanın yəni icarəçinin təmsilçisinin şəkli var. Bu isə onu təsdiq edir ki, Agıl Karımzada özü qanunsuz olaraq təkbaşına notarius ofisinə gedərək müqaviləni notariat qaydada sanki hər iki tərəfin iradəsi varmış kimi bağlamışdır. Bu halı təsdiq edən digər bir məsələ isə icarə müqaviləsində icarəyə verən və icarəçinin hər ikisinin məlumatlarında nömrə hissəsinə məhz Agıl Karımzadanın nömrəsinin qeyd edilməsidir. Belə ki, müqavilənin icarəyə verənə və icarəçiyə məxsus məlumatların qeyd edildiyi boşluqlarda hər iki tərəfin nömrəsinin qeyd edilmə zərurəti var. Lakin müqaviləyə nəzər yetirdikdə, görürük ki, icarəyə verən və icarəçinin mobil nömrələri eynidir, hər iki boşluqda da “***-***-**-**” nömrəsi qeyd edilmişdir. Həm müqavilədə icarəyə verənin imza və fotoşəklinin olmaması, həm də nömrə olaraq hər iki tərəfə eyni məlumatın daxil edilməsi Aqil Kərimzadənin gələcəkdə iddia qaldıraraq mənfəət əldə etmə niyyətinin açıq göstəricisidir. Eyni zamanda, müqavilənin 20 il müddətinə bağlandığının, yəni qüvvədə olma müddətinin 2042-ci ilə qədər nəzərdə tutulduğunun göstərilməsi abdsurddur. Aydındır ki, Agıl Karımzadanın gələcəkdə direktor vəzifəsindən azad olduğu təqdirdə əlavə pul vəsaiti əldə etməsi üçün bu müqaviləni bağlamışdır. 3. İcarəyə verən Günel Kərimzadənin müqavilədən irəli gələn öhdəliyin icrasını yalnız iki il sonra tələb etməsi, Aqil və Günel arasında əvvəlcədən razılaşdırılmış və birgə həyata keçirilən məqsədyönlü bir planın mövcud olduğunu sübut edir - Belə ki, tərəflər arasında bağlanmış “uydurma” əqd 18 iyul 2022-ci ildə notarial qaydada təsdiqlənmişdir. Müqavilənin bağlanmasından etibarən iki ildən artıq müddət ərzində iddiaçı tərəfindən hər hansı ödəniş tələbi irəli sürülməmiş, heç bir xəbərdarlıq, borc barədə bildiriş və ya rəsmi müraciət təqdim olunmamışdır. Ümumən iddia verildikdən sonra onlara məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 28 iyul 2022-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Yalnız uzun müddət keçdikdən sonra birdən-birə tərəfə qarşı iddia qaldırılması və uzunmüddətli öhdəliklərin mövcudluğunun iddia edilməsi, bu müqavilənin formal xarakter daşıdığını, tərəfə qarşı hüquqi məsuliyyət yaratmaq məqsədilə sonradan uydurulduğunu düşünməyə əsas verir. Burada xüsusilə vurğulanmalıdır ki, əgər tərəflər arasında hüquqi cəhətdən etibarlı bir icarə münasibəti mövcud olsaydı, icarəyə verən- Günel Kərimzadə 2022-ci ildən 2024-cü ilə qədər icarə haqqının ödənilməsini tələb etmək üçün bu qədər gözləməzdi. Digər tərəfdən, iddiaçının iddiaya əlavə ərizəsində xərclərin ödənilməsi ilə bağlı irəli sürülən iddialar da gerçəkdə Agıl Karımzadanın öz təşəbbüsü ilə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı adından kommunal, vergi və digər xərcləri ödəməsi nəticəsində baş vermişdir. 4. Sözügedən icarə müqaviləsi uydurma əqddir. Yuxarıda qeyd edildiyi kimi, 28 iyul 2022-ci il tarixli icarə müqaviləsi Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının keçmiş direktoru Agıl Karımzada və cavabdeh Günel Karimzadə-Məmmədova arasında, yəni ər-arvad arasında bağlanmışdır. Həmin müqavilə kağız üzərində formalaşdırılsa da, faktiki olaraq heç bir hüquqi nəticə doğurmamış, real icarə münasibətləri yaranmamışdır. İcarə müqaviləsinin bağlanmasına baxmayaraq, Filial heç bir zaman müqavilədə göstərilən ünvanda, yəni ünvan 2 ünvandan heç bir məqsədlə istifadə edilməmişdir. Agıl Karımzada gələcəkdə qanunsuz əməllərinin ortaya çıxacağı və direktor vəzifəsindən kənarlaşdırıldığı təqdirdə də pul əldə etməsi üçün bu müqaviləni bağladığı aşkardır. Bu səbəbdən, həmin icarə müqaviləsi əhəmiyyətsizdir. Faktiki halları nəzərə alaraq, sözügedən müqavilə özlüyündə əhəmiyyətsiz olduğu üçün iddiaçı cavabdehdən “əqd”-dən irəli gələn öhdəliklərin icrasını tələb edə bilməz. 5. Cavabdeh Şirkətinin Azərbaycandakı Filialı icarə müqaviləsində göstərilən ünvan 1 ünvanında fəaliyyət göstərməmişdir. Sözügedən icarə müqaviləsi kağız üzərində formalaşdırılsa da, faktiki olaraq heç bir hüquqi nəticə doğurmamış, real icarə münasibətləri yaranmamışdır. Belə ki, müqavilə üzrə icarəyə verildiyi iddia olunan obyekt tərəfimizdən nə fiziki istifadə edilib, nə də ondan hər hansı iqtisadi fayda əldə edilmişdir. İcarə müqaviləsinin bağlanmasına baxmayaraq, Filial heç bir zaman müqavilədə göstərilən ünvanda, yəni ünvan 2 ünvandan heç bir məqsədlə istifadə edilməmişdir. 6. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı keçmiş təmsilçisi olmuş Agıl Karımzadaya qarşı "xxxx" MMC-nin dirketoru vəzifəsində etdiyi qanunsuz əməllərə görə hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb, cinayət işi başlanılıb. Göründüyü kimi, Agıl Karımzada barəsində hazırda cinayət işi aparılır və ona təsadüf deyildir ki, talamanın növü olan “mənimsəmə və israf etmə” maddəsi ilə ittiham irəli sürülüb. Həmin cinayət işinin "xxxx" MMC ilə bağlı olmasına baxmayaraq, nəzərə almaq lazımdır ki, "xxxx" MMC və Cavabdeh şirkətinin Azərbaycandakı Filialının Almaniya Federativ Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətlər qrupuna daxildir. Yəni, həm MMC-nin, həm Filialın təsisçilər Frieda Tauber və X18. Agıl Karımzada təsisçilər tərəfindən ona verilmiş baş etibarnamədən sui-istifadə edərək "xxxx" MMC-ni özü və qardaşı Adıl Karımovun təsisçi olduqları "xxxx" MMC-nin balansına keçirmişdir. Hal-hazırda "xxxx" MMC-nin təsis sənədlərinin etibarsız hesab edilməsinə dair Bakı Kommersiya Məhkəməsində məhkəmə mübahisəsi davam etməkdədir. Görünüdüyü kimi, X11 mənafeyinə ziyan vuran əməlləri təkcə “uydurma icarə müqaviləsinin” bağlanması ilə yekunlaşmamışdır. 7. Günel Kərimzadə tərəfindən iddia ərizəsinin təqdim edilməsi zamanı cavabdehin düzgün müəyyən edilməməsi, Cavabdeh şirkətinin Azərbaycandakı filialının hüquqi müdafiə imkanlarının səmərəli şəkildə həyata keçirilməsinə məhdudiyyətlər qoymuşdur. Belə ki, iddiaçı Günel Kərımzada-Məmmədova iddia ərizəsində cavabdehi Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialını göstərməsinə baxmayaraq, ilkin mərhələdə elektron məhkəmə sistemində cavabdeh kimi “Tauber MMC” şirkətini göstərmiş və işin məhkəmə icraatına qəbul olunması ilə bağlı bütün məhkəmə bildirişləri "xxxx" MMC-nin hüquqi ünvanına göndərilmişdir. Hal-hazırda "xxxx" MMC "xxxx" MMC-nin balansında olduğundan və həmin MMC Agıl Karımzada və onun qardaşı Adıl Karımova məxsus olduğundan bütün məhkəmə bildirişləri həmin MMCnin elektron kabinetinə göndərilmişdir. Aydındır ki, iddiaçı Günel Kərımzada-Məmmədova məqsədyönlü şəkildə elektron məhkəmə sistemində "xxxx" MMC-ni əlavə etmişdir ki, bizə hazırlıq iclasları ilə bağlı bildiriş çatdırılmasın. Bildirişlərin məhz “Tauber MMC” şirkətinin ünvana göndərilməsi nəticəsində Cavabdeh şirkətinin Azərbaycandakı filialı bu məhkəmə prosesləri barədə məlumatlandırılmamış və nəticədə müdafiə hüququnun həyata keçirilməsi faktiki olaraq mümkünsüz olmuşdur. Daha sonra iddiaçı “əsl olmayan tərəfin əvəz edilməsi” ərizəsi ilə məhkəməyə müraciət edərək, elektron sistemdə cavabdeh "xxxx" MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh qismində elektron sistemə əlavə edilmiş və bundan sonra yalnız 1 hazırlıq iclası keçirilərək iş baxış iclasına təyin edilmişdir. İddiaçı əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdikdə, məhkəmə işə əvvəldən baxmağa başlamalıdır. Lakin, məhkəmə tərəfindən iş üzrə icraat təzələnməmişdir və davam etdirilək baxış iclası təyin edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı X6 qızının iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları: xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarədar Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə icarəyə verən X3 qızı arasında xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmış, icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən icarəyə verənə aylıq 1200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü maddəsinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2042-ci ilədək müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ümumilikdə 202 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına Münster Sahə Məhkəməsinin qərarının surəti əlavə edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Aqil Kərimzadə 2024-cü ilin aprel ayına qədər filialın qanuni təmsilçisi olmuşdur. Lakin filial o vaxtdan müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etməmişdir. Fotoşəkilin olmaması ilə bağlı qeyd edir ki, həmin vaxt xanım plastik əməliyyat keçirdiyi üçün üzü şiş olmuşdur və şəkil çəkilməsini istəməmişdir. İcraatın dayandırılması barədə vəsatətin təmin olunmamasını xahiş edir. İddia ərizəsinin verilməsi onun icraata götürülməsi demək deyil. İddia ərizəsi 5 gün ərzində icraata götürülə də bilər, geri qaytarıla da bilər. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, icarə müqaviləsinin tərəfləri ər-arvaddırlar. Elektron notariat haqqında qanuna əsasən barəsində notariat hərkətləri aparılmış şəxslərin fotoşəkilləri görsənməli idi. Lakin şəkil görünmür, iddiaçı və Aqil Kərimzadə də hazırda Almaniyada yaşayırlar. Əlavə olaraq isə 2 il ərzində ödəniş olunmur amma, obyektin boşaldılması barədə iddia qaldırılmamışdır. Həmin dövrdə Aqil Kərimzadə filialın direktoru olmuşdur. Onun öz həyat yoldaşı ilə icarə müqaviləsi bağlaması üçün direktorlar şurasının qərarı olmalı idi. Onların həmin icarə sahəsi ilə əlaqələri yoxdur, orada yerləşməyimiz barədə rəsmi sənəd yoxdur. Müqavilənin bağlanması ilə iş bitmir, müqavilə o zaman başa çatır ki, sahənin təhvil verilməsi barədə akt tərtib olunsun. Hazırkı dövrə qədər bu sənəd təqdim olunmamışdır. İlk növbədə iddia "xxxx" MMC-yə qarşı qaldırılmışdır. Məhkəmə baxışı gedişində əsl olmayan tərəf əvəz olunubsa, Mülki Prosessual Məcəlləyə əsasən məhkəmə işə yenidən baxmağa başlayır. İlk növbədə məhkəmə icraatı təzələnməlidir. Onlar eyni zamanda bu əqdin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmişlər və həmin iş Nizami Rayon Məhkəməsinin icraatındadır. İşin nömrəsi e-2(007)-2255/2025-dir. Onlar ünvan 4 ünvanında fəaliyyət göstərir. Onların hansı əsasla fəaliyyət göstərməyi işin predmeti deyil. İcarə müqaviləsi bağlamamağı, rəsmiləşdirməməyi o demək deyil ki, onlar bu ünvanda fəaliyyət göstərmişlər. 49-cu maddənin mahiyyəti odur ki, direktor öz vəzifələrindən istifadə edib şirkəti pis vəziyyətə salmasın. Aktivlər təkcə əmlak deyil, ödənilən pul vəsaiti də aktiv sayılır. Şəklin çəkilməsi ona görədir ki, notariat hərəkətinin şəffaflığı sübut olunsun. İcarəyə verən və götürən şəxslərin nömrələri eynidir. Bunların olması xanımın orada iştirak etmədiyinə dəlalət edir. Aqil Kərimzadə barəsində mənimsəmə faktı ilə bağlı cinayət işi gedir. Almaniyada qanuni qüvvəsini almış məhkəmə qərarları var ki, barəsində ev dustaqlığı seçilib, əmlaklarına həbs qoyulub. Həmin qərarları elektron kabinetə yükləmişlər. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1.İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X3 qızı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə xx.xx.2022-ci il tarixli icarə müaviləsi bağlamış, cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, hazırki günədək icarə haqqı ödənişlərini həyata keçirməmişdir. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış icarə müqaviləsi üzrə ödənilməmiş pul məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən icarəyə verənə hər ay 1200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüş, öhdəliklərini icra etməmişdir. İddiaçı aylıq 1200 manat olmaqla, ümumilikdə 37200 manat pulun ödənilməsini, yəni icarə müqaviləsi bağlandığı andan, xx.xx.2022-ci il tarixdən 31 aylıq müddət üçün icarə haqqının cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iddia tələbini icarə haqqının tutulması hissəsində əsaslı hesab edir və əlavə olaraq qeyd edir ki, cavabdehin etirazında qeyd etdiyi xüsusatlar sonuncu tərəfindən mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa cavabdeh tərəf, sözügedən müqaviləni bu günədək mübahisələndirməmiş, yalnız məhkəmənin hazırki iş üzrə baxış iclasının keçirildiyi tarixdə əqdin etibarsızlığı barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Bununla da məhkəmə o qənaətə gəlir ki, cavabdeh tərəf mübahisənin qəsdən yubandırılmasına nail olmağa çalışmışdır. Buna görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfin icraatın dayandırılması barədə vəsatəti təmin edilməmişdir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı idda ərizəsinin verilməsi üçün məhkəməyə müraciət edərkən 202 manat dövlət rüsumu ödəmişdir. İddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin məhkəmə hüquqi xidmət göstərilməsi üçün ödənilmiş pulun cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı hüquqi xidmət göstərilməsi üçün etdiyi ödənişi təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.

Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X2 ilə Cavabdeh Şirkətinin Azərbaycandakı filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən etibarən aylıq 1200 manat hesablanmaqla, ümumilikdə 37200 manat icarə haqqı və 202 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh Şirkətinin Azərbaycandakı filialından tutularaq X1 xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. X3 qızı ilə Cavabdeh Şirkətinin Azərbaycandakı filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən etibarən aylıq 1200 manat hesablanmaqla, ümumilikdə 37200 manat icarə haqqı Cavabdeh Şirkətinin Azərbaycandakı filialından tutularaq X1 xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 202 manat dövlət rüsumunun əvəzi X10 GMBH” Şirkətinin Azərbaycandakı filialından tutularaq X3 qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar