Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-48/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı İbrahı̇ mov Bəxtı̇ yar Feyzulla oğlunun vəkili və nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh2 və Məmmədov Pərvı̇ z Allahverdi nunulğȯ vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 vurulmuş ziyanın əvəzi olaraq 75.000 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Allahverdiyeva (Şərifova) Rəfiqə Məmməd qızı ilə xx.xx.2007-ci ildə birgə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları Rusiya Federasiyasının X7 VVAQ işləri üzrə Komitəsinin Kranoqvardeyski rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1496 nömrəsi ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü X4 və xx.xx.2001-ci il təvəllüdlü X6 dünyaya gəlmişlər. Cavabdehlə nikah Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xitam verilmiş və nikah pozulduqdan sonra birgə nikahdan doğulan övladlarım onun himayəsində qalmışlar. Cavabdehlə birgə nikah dövründə Bakı şəhərində "xxxx" MTK-nın inşa etdiyi Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 nömrəli mənzilini “Kooperativ binada mənzil tikinti haqqında müqavilə” əsasında əldə etmişik. Birgə nikah dövründə hissə-hissə olaraq tam şəkildə ödənilmişdir. Müqavilə iddiaçının adına bağlansa da, mənzilin əldə edilməsinə görə ödənilmiş pul vəsaiti birgə vəsait hesabına olmuşdur. Daha doğrusu bütün ödənişlər iddiaçının adından olmaqla, onun tərəfindən həyata keçirilmişdir. Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 saylı mənzili X5 adına müqaviləyə əsasən alınıb və xx.xx.2014-cü il tarixdə mənzilin dəyəri 53.700 manat tam olaraq ödənilmişdir. Cavabdehlə nikahları pozuluqdan sonra xx.xx.2019-ci il tarixdə Cavabdeh1 birgə nikah dövründə əldə olunan Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 235-i 53000 manata Cavabdeh4Allahverdi oğluna satmışdır. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 Bakışəhəri Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəliməhəllədə yerləşən 4 saylı binanın 41 saylı mənzili (yeni qaydalarla Bakışəhəri, Nizami rayonu, Şərifli küçəsi 235, M7,5 saylımənzili) 100.000 manata Cavabdeh2 satmışdır. O, Nizami Rayon Məhkəməsində Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019 tarixli, 4Ə-1086 reyestr nömrəli və Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ciil tarixli, 4Ə-77 reyestr nömrəli alqı- satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, cavabdehlə birgə nikah dövründə əldə olunmuş Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 nömrəlimənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 235, M7, mənzil 5) 2/3 hissəsinə onun 1/3 hissəsinə isə cavabdehin pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-521/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019 tarixli, 4Ə-1086 reyestr nömrəli və Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-77 reyestr nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilərək, xx.xx.2020-ci il tarixli, 4Ə-77 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə əlaqədar Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış ləğv olunmuş və birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 235, M7,5 saylı mənzilə) ½ hissədə İddiaçı, ½ hissədə isə Allahverdiyeva (Şərifova) Rəfiqə Məmməd qızının payı tanınması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(103)-2146/2021 saylı qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-521/2020 saylı qətnaməsi ləğv edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-521/2020 saylı iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi “Cavabdeh4Allahverdi oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə- 77 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli 4Ə-77 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə əlaqədar Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv olunması Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 235, M7,5 saylı mənzilə) ½ hissədə İddiaçı, ½ hissədə isə Allahverdiyeva (Şərifova) Rəfiqə Məmməd qızının payının tanınması” hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməməsi müəyyən edilmişdir. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-4721/2021ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(103)- 2146/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarında müəyyən edilmişdir ki, Bəxtiyar məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Allahverdiyeva (Şərifova) Rəfiqə Məmməd qızına qarşı tələb irəli sürmək hüququ vardır və əgər restitusiya tətbiq edilərsə, o, məhz restitusiya məbləğinə münasibətdə bu hüququndan istifadə imkanına sahib olacaqdır. Halbuki bu tələb, mənzilin alqı-satqı dəyəri olan 53.000 manatın müvafiq hissəsindən daha artıq, yəni mənzilin həmin dövrdəki real bazar dəyərinə (əgər mənzil real dəyərindən aşağı qiymətə satılmışdırsa) də mütənasib ola bilər. Birgə nikah dövründə əldə etdikləri Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 nömrəli mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 235, M7, mənzil 5 hazırkı bazar dəyərinin müəyyən edilməsi üçün “X12” MMC-yə rəy verilməsi üçün müraciət etmişlər. “X12” MMC-nin xx.xx.2021-ci il tarixli qimətləndirici rəyinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80.40 kv.metr ibarət yaşayış mənzilinin hazırkı dövrə olan bazar qiyməti 150.000 (bir yüz əlli min) AZN təşkil edir. Belə ki, hazırda xx.xx.2019-ci il tarixdə Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunan Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 235, M7,5 saylı mənzil) onun razılığı olmadan dəyərindən 2 dəfə aşağı satmışdır. Bu halı Cavabdeh4 ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 4Ə-77 reyestr nömrəli alqı-satqı müqaviləsi təsdiq edir. Cavabdeh1 birgə nikahda alınmış həmin əlakı satdığı üçün o, əmlakından məhrum olmuşdur. Çünki, Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri mənzili satmasaydı mənzili hazırda 150.000 manata sataraq aralarında həmin məbləğ ½ hissədə bölünərdi. Yəni cavabdehlərin hərəkətləri nəticəsində əmlakından məhrum olunmuş və ona əmlakın dəyərinin yarısı miqdarında 75.000 manat ziyan dəymişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mənzil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Belə ki, əmlaka dair mülkiyyət hüquqları yalnız və yalnız iddiaçı ilə aralarında olan nikah ləgv edildikdən sonra əldə edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən mülkiyyət hüququ yalnız mülkiyyət hüququna dair X8 əldə edildikdən sonra yaranır. Bununla da məlum olur ki, əmlak birgə nigah dövründə əldə edilməmişdir və iddiaçı ilə onun arasında birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsinə dair iddialar əsassızdır. Nəzərə almaq lazımdır ki, birgə nikah dövründə Rusiya Federasiyasında əldə edilmiş əmlak vardır və bu əmlak hal-hazırda tam olaraq iddiaçının sərəncamındadır. İddiaçı bu əmlaka dair heç bir fakt göstərməmişdir. Bu iddiaçının qeyrisəmimi olmasının göstəricisidir. İddiaçı oxşar iddianı Şirvan rayon Məhkəmsində də qaldırmışdır. Onun bu iddiası təmin edilməmişdir. Qaldırılmış iddiaların əsaslandırılması, irəli sürülmüş arqumentlər və guya ki, təqdim edilən sübutlar eynidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyil, qiymətləndirmə rəyi ilə isə razıdır. Qiymərləndirmə rəyində mənzilin dəyəri aşağı yazılsa da, konkret nəyin təmir olunması yazılmışdır. İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə "xxxx" MTK-dan mənzil almış, tərəflər arasında olan nikah pozulduqdan sonra Rəfiqə xanım həyat yoldaşının razılığı olmadan dəyəri 100.000 manatdan çox olan mənzili ya tələsik, ya da formal qaydada Cavabdeh4 53.000 manata, Cavabdeh4 da həmin mənzili 4 ay sonra Cavabdeh2 100.000 manata satmışdır. Bu mənzil satılandan sonra iddiaçı məhkəmədə müqavilənin etibarsızlığı və pay bölgüsü tələbinə dair iddia qaldırmış, birinci inistansiya məhkəməsində iddiaçının iddiası təmin edilsə də Apelyasiya instansiya məhkəməsi birinci istansiyanın qətnaməsini ləğv etmiş və orada göstəriş qoymuşdur ki, İddiaçı zərərin ödənilməsinə dair Rəfiqə Abdullayevaya iddia irəli sürməyə hüququ vardır. Apellyasiya instansiya məhkəməsi Pərvizin də üzərinə, Bəxtiyara zərərin ödənilməsinə dair öhdəlik qoymalı idi. Burada mübahisəli mənzil dəyərindən qat-qat aşağı satılmışdır. Bəlkə də Rəfiqə xanım aldadılmışdır. Həqiqiət ortaya çıxsın deyə Pərviz və Fuadı da cavabdeh kimi qoymuşlar. Pərviz vicdanlı alıcı sayılmamış və onun müqaviləsi qətnamə ilə ləğv olunmuşdur. Rəylə bir daha təsdiq olunur ki, birinci alqı-satqı formal olaraq bağlanılmışdır. Cavabdeh4 53.000 manata aldığı evdən 100.000 manat qazanc əldə etmişdir. Onlar məhkəməyə müraciət etməmişdən qabaq mütəxəssisə müraciət etmişlər və mənzilin dəyəri 2019-cu ilə 150.000 manat müəyyən edilmişdir. Hazırda həmin mənzilin qiyməti bəlkə də 150.000 manatdır. Mənzil təmirli olmuş, ev alınandan 8 il sonra satılmış, oranı bu müddət ərzində təmir edib yaşamış, onlar təkcə mətbəx mebelini 5000 dollara almışlar. Mənzilin təmirli olması həmin mənzilin şəkillərindən görünür. Ekspertlər mübahisəli mənzilə baxış keçirən zaman mənzil formal olaraq üzdən təmir olunmuşdur. İddiaçı tərəfə aid mətbəx mebelinin yalnız üzünü dəyişmişlər. Bunu mənzilin sahibi də etiraf etmişdir. Sözügedən mənzildə 4-5 il yaşayış olmuş, mənzil yaxşı təmirli mənzil olmuş, oradakı qapılar bahalı qapılar olmuşdur. Hətta qapılar əvvəl daha keyfiyyətli materialdan hazırlanmışdır. Onlar özəl mütəxəssis rəyi almışlar, mənzilin məbləğini o, vəkil olaraq müəyyənləşdirə bildiyi halda ekspert necə olur ki, müəyyənləşdirə bilmir. Bundan başqa həmin mənzil yeni tikilən 80 kvadratlıq mənzil olmuş və onun suvaqlı vəziyyətdə qiyməti 120000 manatdır, mənzilin eyvanı həyətə baxan mənzərəli mənzildir. Mənzil qısa müddətdə kirayəyə verilmişdir. Burada cavabdeh Rəfiqə xanım reallığı deməlidir və həqiqətlər ortaya çıxmalıdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4 və Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirdi və onlara münasibətdə iddia əsassız olduğundan, onlar vicdanlı alıcı olduqlarından iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi və əlavə olaraq qeyd etdi ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdırlar. Qiymətləndirmə rəyi ilə isə təmir xərci hissəsində razı deyillər. Bu mənzilin təmirinə çoxlu xərc çəkilmişdir. Cavabdeh4 və Cavabdeh2 burada cavabdehlik daşımır, çünki iddiaçının Rəfiqə Abdullayevaya qarşı hər hansı bir tələbi varsa Rəfiqə xanım cavabdeh olmalıdır. Cavabdeh4 və Cavabdeh2 bu işdə vicdanlı alıcıdır. Cavabdeh4 həmin mənzili çox pis vəziyyətdə almış, təmir etdirmiş, bu təmirə çoxlu pul xərcləmiş və mübahisəli mənzili Cavabdeh2 satmışdır. Onda olan məlumata görə həmin mənzil təmirsiz olmuş, onlar başqa ölkədə yaşadıqlarına görə mənzil baxımsız qalmış, təmirə ehtiyac olmuş və Pərviz ev alınandan sonra oranın təmirinə 40.000 manat xərc qoymuşdur. Bu işlə məşğul olan şəxslər aşağı qiymətə olan mənzilləri alıb təmir edərək yuxarı qiymətə satırlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh4 iddianı qəbul etmədiyini bildirmiş və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. O, mübahisəli mənzilin qapılarını dəyişmiş, döşəməyə parket, divara divar kağızı vurmuş, tavanı təzədən yığdırmış, elektrik xətlərini də dəyişmiş, orada 3 ay təmir işləri aparmışdır. Sözügedən mənzil alınanda orada qapılar yaxşı vəziyyətdə olmamış, mətbəx mebeli yerində qalmış, mətbəx mebelinin qapısı sınmışdır və onu özü düzəltdirmişdir. Bütün evlərdə ev satılanda mətbəx mebeli evdə qalır, heç kəs mebeli evdən çıxarmır və mətbəx mebeli evin dəyərinə daxildir, ayrıca mətbəx mebelinə vəsait verilməmişdir. Qeyd etdiyi qapılar və mətbəx mebeli şəkildəkilərdir və ev də həmin ev olmuşdur. O, bu mənzilə çox xərc çəkmişdir. O, evin təmirinə təxmini 40000 manat xərc çəkmiş, 3-4 il müddət keçdiyindən mübahisəli mənzili hansı qiymətə aldığı yadında deyildir, ev 2 otaqlıdır. 2019cu ildə evi almış, həmin mənzildən 7000 manat pul qazanc əldə etmiş, 1900 manat vergi keçirmiş, mənzilə 47000 manat xərc qoymuşdur. O, özü ev alqı-satqısı işi ilə məşğuldur. Belə ki, o, mənzil alqı-satqısı ilə məşğul olanlarla iş görür, belə mənzillər çıxanda onlara bildirirlər, onlar da evi alıb təmir etdirib satırlar. Onun marağı olmuşdur ki, mənzili alıb təmir edib satmışdır. O, mənzili alanda müqavilədə qeyd edilən məbləği vermiş, həmin məbləğdən 5000 manatı əvvəlcədən vermişdir. Onun bildiyinə görə Fuad ora pəncərə qoymuş və çöl qapısını dəyişmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə X9 xx.xx.2007-ci il tаriхdə nikaha daxil olmuş, nikahlarından 04 avqust 1999-cu il tarixdə Müşfiq, xx.xx.2001-ci il tarixdə Əhməd adını verdikləri uşaqları dünyaya gəlmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, uşaqlar atalarının (iddiaçının) himayəsində saxlanılmış, nikahın pozulması xx.xx.2018-ci il tarixdə qeydiyyat orqanında qeydə alınmışdır. xx.xx.2012-ci il tarixdə X9 ilə "xxxx" MTK arasında "xxxx" bağlanmış, müqaviləyə əsasən MTK, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2524 nömrəli məhəllədə inşa etdiyi 4 saylı binanın 41 nömrəli mənzilini 53700 manat ödəməsi müqabilində Rəfiqə Şərifovaya verməyi, Rəfiqə Şərifova isə mənzilin dəyərinin 30%-ni müqavilə bağlandıqdan sonra 5 gün ərzində, qalan hissəsini bərabər hissələrlə ödəməyi öhdələrinə götürmüşlər. Sözügedən mənzilin dəyəri olan 53700 manatın ödənişi xx.xx.2014-cü il tarixdə tam olaraq başa çatdırılmış, mənzil xx.xx.2019-cu il tarixdə Cavabdeh1 (Şərifovanın) adına mülkiyyət hüququ üzrə qeydə alınmış, xx.xx.2019-cu il tarixdə o, Bakı şəhəri 50 saylı notariat kontorunda Cavabdeh4 ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən mənzili 53000 manata sonuncuya satmış, Cavabdeh4 eyni notariat kontorunda rəsmiləşdirilən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mənzili 100000 manata Cavabdeh2 satmış, mənzilə dair Cavabdeh2 adına müvafiq çıxarış verilmişdir. Rəfiqə Şərifova xx.xx.2019-cu il tarixdə X3 ilə nikaha daxil olmuş və mübahisəsi gedən mənzilin alqı-satqısı ilə bağlı Cavabdeh4la xx.xx.2019-cu il tarixli müqavilə bağlanarkən Samir Allahverdiyev buna etirazının olmadığına dair notariat kontoruna ərizə vermişdir. Bundan sonra iddiaçı İbrahimov X1 (Şərifova) Rəfiqə Məmməd qızına, X2, Cavabdeh4, Cavabdeh2 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması və mənzil üzərində payların müəyyənləşdirilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş , Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019 tarixli 4Ə-1086 reyestr nömrəli və Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-77 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli 4Ə-77 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə əlaqədar Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 235, M7,5 saylı mənzilə) ½ hissədə İddiaçı, ½ hissədə isə Allahverdiyeva (Şərifova) Rəfiqə Məmməd qızının payının tanınması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 (Şərifova) tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 235, M7, 5 saylı mənzilə) ½ hissədə İddiaçı, ½ hissədə isə Allahverdiyeva (Şərifova) Rəfiqə Məmməd qızının payının tanınması” hissəsində ləğv olunması, həmin hissələrdə iddia tələblərinin təmin edilməməsi, qətnamənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsinin 2(102)-4721/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda məhkəmə qərarları qanuni qüvvəsini almışdır. Məhkəmə qərardadına əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2022-ci il tarixli, 10/4184 nömrəli ekspert rəyinin nəticəsi ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il və 2019-cu ilin sentyabr tarixlərinə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2524 nömrəli məhəllə, ev 4, mənzil 41 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzilinin satıldığı qiymət müqavilə bağlandığı tarixdə və 2019-cu ilin sentyabr tarixinə uyğun bazar qiymətlərini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2524 nömrəli məhəllə, ev 4, mənzil 41 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzildə aparılmış tikinti işlərinin hansı müddətinin müəyyən olunmasına dair metodika olmadığından, tədqiq olunan mənzildə aparılmış təmir işlərinin hansı dövrə aid olub-olmamasını və təmir xərci həmin dövrdə nə qədər olmasını müəyyən etmək mümkün deyildir. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı evin, 41 saylı mənzilin halhazırki təmiri iş materiallarında olan mənzilin əvvəlki vəziyyətinə dair foto şəkillər ilə mübahisəli tədqiqat aparılaraq müəyyən olunmuşdur ki, mənzilin əvvəlki təmiri ilə halhazırki təmiri eynikik təşkil etmir. Belə ki, mənzilin divar kağızları və qapıları dəyişdirilib, eyvanın plastik pəncərə quraşdırılıb, döşəməsinə laminat vurulub və sanitar qovşağında əlavə avadanlıqlar qoyulmuşdur. Bununla yanaşı, əmlakın qiymətləndirilməsi təşkil edilmiş, “X14 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə mübahisəli mənzilin bu günə bazar dəyəri 152.200 manat, 2019-cu ilin sentyabr ayına bazar dəyəri 124.620 manat, Cavabdeh4 tərəfindən çəkilmiş xərclərin ümumi dəyəri 4224 manat, Cavabdeh2 tərəfindən çəkilmiş xərclərin ümumi dəyəri 1872 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh2 aid olan hissəsinə münasibətdə bildirir ki, iddia tələbi ona aid olan hissədə təmin edilməməlidir. Belə ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2146/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi və AR Ali Məhkəməsinin 2(102)-4721/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh2 vicdanlı alıcı olaraq tanınmışdır. Hazırda iddia tələbinin vicdanlı alıcı olan Cavabdeh2 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Məhkəmə ilk öncə iddia tələbinin Məmmədov Pərvı̇ z Allahverdi anulğȯ aid olan hissəsinə münasibətdə bildirir ki, iddia tələbi ona aid olan hissədə təmin edilməməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və AR Ali Məhkəməsinin 2(102)-4721/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya Cavabdeh1 qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olduğu müəyyən edilmişdir. Hansı ki, məhkəmə qərarları ilə mübahisəsi gedən mənzilin iddiaçı ilə Allahverdı̇ yeva Rəfı̇ qə Məmməd qızının nikahları dövründə əldə edilmiş birgə əmlak olması və cavabdehin həmin mənzili iddiaçının razılığı olmadan satması öz əksini tapmışdır. Hazırda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Allahverdı̇ yeva Rəfı̇ qə Məmməd qızının sözügedən mənzili iddiaçının razılığı olmadan həmin dövrdə mövcud bazar dəyərindən aşağı qiymətə satmasına görə Məmmədov Pərvı̇ z Allahverdi ulğȯ digər cavabdeh Allahverdı̇ yeva Rəfı̇ qə Məmməd qızı ilə birgə məsuliyyət daşımamalıdır. Belə ki, onlar arasında bağlanılmış alqı-satqı müqaviləsi iddiaçının razılığı olmadan bağlanılmasına görə etibarsız hesab edilsə də iddiaçı Məmmədov Pərvı̇ z Allahverdi nadnulğȯ həmin əmlakın bazar dəyərinə münasibətdə onun 1\2 hissəsində fərqi tələb etməkdə haqlı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə qismən təmin edilməlidir. Hansı ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və AR Ali Məhkəməsinin 2(102)-4721/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı üzrə müəyyən edilmişdir ki, hazırkı qətnamə ilə müəyyən edilmiş halları əsas götürərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Allahverdiyeva (Şərifova) Rəfiqə Məmməd qızına qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olduğu İddiaçı izah edilməlidir. İddiaçı məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Allahverdiyeva (Şərifova) Rəfiqə Məmməd qızına qarşı tələb irəli sürmək hüququ vardır və əgər restitusiya tətbiq edilərsə, o, məhz restitusiya məbləğinə münasibətdə bu hüququndan istifadə imkanına sahib olacaqdır. Halbuki bu tələb, mənzilin alqı-satqı dəyəri olan 53.000 manatın müvafiq hissəsindən daha artıq, yəni mənzilin həmin dövrdəki real bazar dəyərinə (əgər mənzil real dəyərindən aşağı qiymətə satılmışdırsa) də mütənasib ola bilər. Mübahisəli mənzilin həmin dövrdəki, yəni 2019-cu ildə alqı-satqı müqaviləsi bağlanan zaman olan bazar dəyərinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi təyin edilmiş və mütəxəssis rəyi ilə sözügedən mənzilin 2019-cu il tarixə bazar qiyməti 124.620 manat müəyyən edilmişdir. Eyni zamanda işin mübahisəli hallarından biri olan mənzilin təmir xərcləri ilə bağlı Cavabdeh4 tərəfindən çəkilmiş xərclərin ümumi dəyəri 4224 manat, Cavabdeh2 tərəfindən çəkilmiş xərclərin ümumi dəyəri 1872 manat müəyyən edilmişdir. Məhkəmə hazırda qiymətləndirmə rəyini ağlabatan hesab edərək qeyd edir ki, qeyd olunan qiymətlər nəzərə alınmaqla Cavabdeh1 iddiaçının xeyrinə vəsait tutularkən bazar qiymətindən qeyd olunan təmir xərcləri çıxılmalı (124.620 manat-4224 manat-1872 manat), əmlak birgə nikah dövründə əldə edildiyi üçün yerdə qalan 118.524 manat vəsaitin yarısı olan 59262 manat vəsait iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Allahverdı̇ yeva Rəfı̇ qə Məmməd qızından İbrahı̇ mov Bəxtı̇ yar Feyzulla oğlunun xeyrinə 59262 manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda iddia tələbi qismən, Allahverdı̇ yeva Rəfı̇ qə Məmməd qızına münasibətdə 59262 manat vəsait hissəsində təmin edildiyindən, 267,79 manat dövlət rüsumu Allahverdı̇ yeva Rəfı̇ qə Məmməd qızından tutulmalı, yerdə qalan 47,21 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Allahverdı̇ yeva Rəfı̇ qə Məmməd qızından İbrahı̇ mov Bəxtı̇ yar Feyzulla oğlunun xeyrinə 59262 manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Allahverdı̇ yeva Rəfı̇ qə Məmməd qızından 267,79 manat dövlət rüsumu tutularaq iddiaçı İbrahı̇ mov Bəxtı̇ yar Feyzulla oğluna ödənilsin, yerdə qalan 47,21 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-48/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-48/2023
19.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver