Məhkəmə qərarları › İş №e-2(007)-49/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-49/2023

14.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-49/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı1 Cavabdeh qarşı payların naturada bölgüsü tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı payların naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki,iddiaçılardan İddiaçı2 xx.xx.2022ci il tarixdə vəfat etmişdir. Ona görə də maraqlı şəxs X2 və Cavabdeh vəsatətləri əsasında işin icraatı dayandırılmış, mərhumun vəsiyyət üzrə vərəsəsi kimi X7 müəyyən olunduqdan sonra İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 vəsatəti əsasında işin icraatı təzələnmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyim şəxslər (hazırda İddiaçı1) Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 38, mənzil 55-in paylı mülkiyyətçisidir.Hal-hazırda həmin mənzil üzrə fiziki bölgünün yəni paylı mülkiyyətçilərin hər hissəsinə düşən payın naturada real bölgüsünün aparılmasını məqsədəmüvafiq sayır. Bakı Şəhər Xalq Deputatları Sovetinin 17 avqust 1963-cü il tarixli, 2137 saylı orderi ilə mənzil X4 yaşamaq hüququ ilə verilib.“Azneftkimya” müəssisəsinin xx.xx.1991-ci il tarixli, 144 saylı Qərarı ilə mənzil X3 adına özəlləşdirilib, daha sonra 25 dekabr 1991-ci il tarixində həmin mənzilin özəlləşdirilməsinə dair “Azneftkimya” müəssəsi ilə müqavilə imzalanıb. Həmin mənzil hüquqlarını müdafiə etdiyi şəxsin anası X8 vəfat etdikdən sonra onların və digər qardaşları Cavabdeh arasında bərabər paylara uyğun olaraq vərəsəlik şəhadətnaməsi əsasında bölünüb.Əlavə olaraq bildirir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 38, mənzil 55-ə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən iddiaçıların və cavabdehin adına, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilib.Hesab edirik ki, hal-hazırda iddiaçılar İddiaçı1, X7 və Cavabdeh aralarında mənzilin real naturada bölgünün müəyyən edilməsi zərurəti yaranıb.Qeyd edilənlərə əsasən xahiş edir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 38 saylı evin 55 saylı mənzilinin mülkiyyətçilərin paylarına uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh və maraqlı şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq cavabdehin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin-nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 38 saylı evin 55 saylı mənzilnin 1/3 hissədə mülkiyyətçisi İddiaçı1,1/3 hissədə İddiaçı2,1/3 hissədə Cavabdehdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “Asan Xidmət”Mərkəzindən verilmiş 04 sentyabr 2022-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, İddiaçı2 vərəsəsi X5r. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 15 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 38 saylı evin 55 saylı mənzilnin mülkiyyətçilərin paylarına uyğun olaraq paylara uyğun olaraq naturada bölünməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin aşağıda sadalanan maddələrinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 38 saylı evin 55 saylı mənzilnin 1/3 hissədə mülkiyyətçisi İddiaçı1,1/3 hissədə İddiaçı2,1/3 hissədə Cavabdehdur. İddiaçı2 vəfat etmiş və onun payı 2 saylı Bakı “Asan Xidmət” Mərkəzindən verilmiş 04 sentyabr 2022-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməytə əsasən X1. Hal-hazırda İddiaçı1 payların 1/3 hissədə naturada bölünməsini tələb edir. Lakin ekspert rəyindən görünür ki,payların bərabər olaraq hər birinə 1/3 hissədə bölünməsi texniki cəhətdən mümkün deyil. Ona görə də iddia təmin olunmamalıdır. Ekspertiza tədqiqatının dəyəri 250 manat iddiaçı tərəfindən “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinə ödənilmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı1 Cavabdeh qarşı payların naturada bölgüsü tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar