Məhkəmə qərarları › İş №e-2(007)-508/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-508/2023

15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-508/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Hüseynova İddiaçı “olüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Hüseynova İddiaçı “olüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi-vəkili Vəkil izahat verərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs ərizəçinin X3 ilə hazırkı iş üzrə Qanuni nümayəndə kəbin nikahından 31 avqust 2006-cı ildə doğulub. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 16 iyul 2021-ci il tarixli, 12 № ilə qeydlə X9 onun atası hesab edilib. Ərizəçinin X3 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 13, mənzil 37-də qeydiyyatda olmaqla yaşayıb. 20 oktyabr 1961-ci il təvəllüdlü X9 23 avqust 2022-ci il tarixində Bakı şəhərində vəfat edib. Mərhum Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi sovxoz qəbiristanlığında dəfn edilib, el adəti ilə hüzür mərasimi keçirilib və qəbirüstü abidəsi qoyulub.Bu fakt qəbir və baş daşının şəkilləri ilə təsdiq olunur.Eyni zamanda, X6 vəfat etdiyini, onun yas mərasiminin keçirildiyini, Xəzər rayonu Binə qəsəbəsi sovxoz qəbiristanlığında dəfn olunduğu məhkəməyə təqdim edəcəyim şahidlər də təsdiq edə bilərlər.Lakin onun ölümü barədə akt tərtib edilməyib və ölüm haqqında şəhadətnaməsi alınmayıb. Amma vərəsəliklə bağlı müvafiq dövlət orqanlarına müraciət etdikdə, məlum oldu ki, mərhumun ölümü barədə şəhadətnamə tələb olunur.Bununla bağlı etdiyi müvafiq müraciətə cavab olaraq, 2 saylı Bakı "Asan Xidmət" X5 xx.xx.2022-ci il tarixli 05Q-131/75 saylı məktubu ilə ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydə alınmasından imtina edilib və bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilib.Eyni zamanda, etdiyi sorğuya cavab olaraq, 37 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 220 saylı məktubu ilə X7 ölüm haqqında tibbi şəhadətnamənin poliklinika tərəfindən təqdim olunmadığı bildirilib.Vərəsəlik qaydasında keçəcək əmlakla əlaqədar məsələlərin həlli üçün zərurət olduğundan, X6 ölümünün qeyd edilmə faktını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.Qeyd olunanlara əsasən 20 oktyabr 1961-ci il təvəllüdlü X6 23 avqust 2022-ci il tarixində Bakı şəhərində vəfat etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə da eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikaısnın Ədliyyə Nazirliyinin 2 saylı Bakı” Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Azərbaycan Respublikaısnın Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X5 nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi İddiaçı 31 avqust 2006-cı il tarixdə Bakı şəhərində anadan olub.X3, anası isə Qanuni nümayəndədır. Azərbaycan Respublikaısnın Ədliyyə Nazirliyinin 2 saylı Bakı” Asan Xidmət Mərkəzinin X4 İradə Nəsif qızına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.200-cü tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın öımüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında aparıla bilər.Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizənin təmin olunması mümkün deyil.X1 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur. İş materiallarında olan Xəzər rayonu Binə Bələdiyyəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə rəhmətə gedən X2 rayonu Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, 20 oktyabr 1961-ci il təvəllüdlü X9 23 avqust 2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə atasının ölüm haqqında şədadətnaməsini almaq üçün zəruridir. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 20 oktyabr 1961-ci il təvəllüdlü X9 23 avqust 2022-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 20 oktyabr 1961-ci il təvəllüdlü X6 23 avqust 2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar