Məhkəmə qərarları › İş №e-2(007)-51/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-51/2023

06.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-51/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2nə və Nizami Rayon İcra Şöbəsinə qarşı ekspert rəyinin və hesabatın ləğv olunması və yenidən ekspert qiymətləndirməsinin təyin olunması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə və Nizami Rayon İcra Şöbəsinə qarşı ekspert rəyinin və hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında iştyirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyasının xx.xx.2018-ci il tarixli (iş №2(103)- 7070/2018) qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" QSC KB-nin cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanan faizlərin və cərimənin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” barədə iddiası təmin edilib və borcun X1 məxsus ipoteka predmeti olan “Mercedes Benz CLS 63 AMG” markalı, 2014-cü il buraxılışlı, 10-00-049 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilib. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Sabunçu rayon İcra və Probasiya şöbəsinə icra vərəqi göndərilib. İcra mərhələsində iddiaçı ləğv prosesində olan "xxxx" QSC KB Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanan faizlərin və cərimənin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” barədə mülki iş üzrə qətnamənin icra üsulunun dəyişdirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş edib. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2789/2018 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2018-ci il tarixli iş №2(103)- 7070/2018 saylı qətnaməsinin icra üsulu dəyişdirilərək iddiaçı ləğv prosesində olan "xxxx" QSC KB-nin cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanan faizlərin və cərimənin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” barədə mülki iş üzrə üzrə tutma cavabdeh X1 məxsus Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 201, M14, 8 saylı mənzilə yönəldilib. Qərardad qanuni qüvvəsini aldığından icraya yönəldilib və icra üçün Nizami rayon İcra şöbəsinə göndərilib. Nizami rayon İcra şöbəsi X1 məxsus Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 201, M14, 8 saylı mənzilin qiymətləndirilməsi üçün ekspertin dəvət edilməsi barədə qərar qəbul etib və qiymətləndirici olaraq Cavabdeh2 MMC-yə göndərib. Cavabdeh2 MMC 01 dekabr 2021-ci il tarixli, 212/21 saylı “Ekspert Rəyi” ilə Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat hazırlayaraq Nizami rayon İcra və probasiya şöbəsinə təqdim edib. Qiymətləndirici təşkilatın yuxarıda göstərilən hesabatının olmasından Nizami rayon İcra və probasiya şöbəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etdikdən və iddiaçıya Cavabdeh2 MMCnin 01 dekabr 2021-ci il tarixli, 212/21 saylı “Ekspert Rəyi” və əlavə edilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın surəti təqdim edildikdən sonra məlumatım olub. Cavabdeh2 MMC-nin ekspert rəyi və ona əlavə edilmiş Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı onun əmlakının real bazar qiymətini əks etdirmir və bu səbəbdən əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki, qiymətləndirmə aparılarkən əmlakın ümumi vəziyyəti düzgün nəzərə alınmayıb, mənzilin olduğu binanın yeni tikili olması, əlverişli ərazidə yerləşməsi, həmin ərazidə alıcı maraqlarının yüksək olması nəzərə almayıb ki, bu da ümumi bazar qiymətinin xeyli aşağı olmasına təsir edir, likvid qiyməti barədə ümumiyyətlə heç nə göstərilməyib. Digər tərəfdən qiymətləndirmə aparılarkən tətbiq edilən norma və metodlar sadalansa da, qoyulan qiymət qiymətləndirilən mənzilin bu günkü real bazar qiymətini əks etdirməyib.Qeyd edilənləri nəzərə alıb Cavabdeh2 MMC-nin X1 məxsus Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 201, M14, 8 saylı mənzilin qiymətləndirilməsinin nəticələri haqqında 01 dekabr 2021-ci il tarixli, 212/21 saylı “Ekspert Rəyi” və ona əlavə edilmiş əmlakın qiymətləndirilməsi haqqında hesabatının ləğv edilməsi və yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş edirəm. Cavabdehlər Cavabdeh2 və Nizami Rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,qeyd edilən təşkilatların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsn izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın verdiyi çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 2383/2387-ci məhəllədəki 128 saylı,(yeni qaydalarla 201, M14, 8 saylı) mənzilə İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** saylı reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Cavabdeh2 MMC-nin 01 dekabr 2021-ci il tarixli, 212/21 saylı “Ekspert Rəyi” və əlavə edilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, Elşən Süleymanov küçəsindəki 2383/2387-ci məhəllədəki 128 saylı(yeni qaydalarla 201, M14, 8 saylı) mənzilin real bazar dəyəri 120000 manat müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı xx.xx.2022-ci il tarixli qərardadla mənzilin dəyərinin müəyyən olunması üçün qiymətləndirmə ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi "xxxx"MMC-yə həvalə edilmişdir. "xxxx"MMC-nin xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd olunur ki, mübahisəli mənzilin bazar dəyəri 98600 manat,likvid dəyəri isə 94000 manat müəyyən olunmuşdur. Bununla razılaşmayan iddiaçı yenidən qiymətləndirmə ekspertizasının keçirilməsi barədə vəsatət vermiş,həmin vəsatət təmin olunmaqla xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə qiymətləndirmə ekspertizası təyin olunmuş,ekspertizanın aparılması "xxxx"MMC-nin ekspertlərinə həvalə edilmişdir. "xxxx"MMC-nin 05 noyabr 2022-ci il tarixli,21/22 saylı rəyindən görünür ki,mübahisəli mənzilin bazar qiyməti 190000 manat,likvid qiyməti isə 170000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşin hallarından görünür ki, Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyasının xx.xx.2018-ci il tarixli (iş №2(103)- 7070/2018) qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" QSC KB-nin cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanan faizlərin və cərimənin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” barədə iddiası təmin edilib və borcun X1 məxsus ipoteka predmeti olan “Mercedes Benz CLS 63 AMG” markalı, 2014-cü il buraxılışlı, 10-00-049 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilib. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Sabunçu rayon İcra və Probasiya şöbəsinə icra vərəqi göndərilib. İcra mərhələsində iddiaçı ləğv prosesində olan "xxxx" QSC KB Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanan faizlərin və cərimənin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” barədə mülki iş üzrə qətnamənin icra üsulunun dəyişdirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş edib. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2789/2018 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2018-ci il tarixli iş №2(103)- 7070/2018 saylı qətnaməsinin icra üsulu dəyişdirilərək iddiaçı ləğv prosesində olan "xxxx" QSC KB-nin cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanan faizlərin və cərimənin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” barədə mülki iş üzrə üzrə tutma cavabdeh X1 məxsus Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 201, M14, 8 saylı mənzilə yönəldilib. Göründüyü kimi,mübahisəli mənzil ipoteka predmeti olmamışdır.İpoteka predmeti olan “Mercedes Benz CLS 63 AMG” markalı, 2014-cü il buraxılışlı, 10-00-049 dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilsə də ipoteka müqaviləsində avtomobilin ilkin satış qiyməti göstərilmədiyindən və ya digər səbəblərdən avtomobili satmaq mümkün olmamışdır.Bundan sonra tələbin X1 məxsus Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 201, M14, 8 saylı mənzilə yönəldilməsi barədə qərardad qəbul olunmuşdur.Lakin bu halda da mənzilin qiymətinin müəyyən olunması ilə bağlı tələbkar və borclu arasında razılıq əldə olunmamış,qərardadla satış qiyməti müəyyənləşdirilməmişdir.Bundan sonra hərrac keçirən təşkilat Cavabdeh2 MMC-nin 01 dekabr 2021-ci il tarixli, 212/21 saylı “Ekspert Rəyi” və əlavə edilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatla Elşən Süleymanov küçəsindəki 2383/2387-ci məhəllədəki 128 saylı(yeni qaydalarla 201, M14, 8 saylı) mənzilin real bazar dəyəri 120000 manat müəyyən olunmuşdur.Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39.3.3-cü maddəsinə əsasən qiymət məhkəmənin təyin etdiyi qiymətləndirici tərəfindən müəyyən olunmalı idi. Borclu həmin qiymətlə razılaşmadığından məhkəməyə müraciət etmişdir. Sonuncu ekspert rəyindən görünür ki,mənzil hərraca çıxarılarkən onun qiyməti dəyərindən təqribən 50000 manat az göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki,iddia əsaslı olduğundan təmin olinmalıdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia təmin olunmalı, Cavabdeh2 MMC-nin X1 məxsus Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 201, M14, 8 saylı mənzilin qiymətləndirilməsinin nəticələri haqqında 01 dekabr 2021-ci il tarixli, 212/21 saylı “Ekspert Rəyi” və ona əlavə edilmiş əmlakın qiymətləndirilməsi haqqında hesabat ləğv olunmalı,və mənzilin hərracda ilkin satış qiyməti "xxxx"MMC-nin 05 noyabr 2022-ci il tarixli,21/22 saylı rəyinə uyğun olaraq likvid qiyməti 170000 manat(bazar qiyməti 190000 manat) müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 MMC-nin X1 məxsus Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 201, M14, 8 saylı mənzilin qiymətləndirilməsinin nəticələri haqqında 01 dekabr 2021-ci il tarixli, 212/21 saylı “Ekspert Rəyi” və ona əlavə edilmiş əmlakın qiymətləndirilməsi haqqında hesabat ləğv olunsun. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 201, M14, 8 saylı mənzilin hərracda ilkin satış qiyməti "xxxx"MMC-nin 05 noyabr 2022-ci il tarixli,21/22 saylı saylı rəyinə uyğun olaraq likvid qiyməti 170000 manat (bazar qiyməti 190000 manat) müəyyən müəyyən olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar