Məhkəmə qərarları › İş №e-2(007)-512/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-512/2025

17.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-512/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, maliyyə arayışının verilməsi və s.” tələb) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3, onun vəkili və nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, maliyyə arayışının verilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, maliyyə arayışının verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 avqust 2023-cü ildə Q/Y-030 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsində, 2535-ci məhəllədə, “My Home” yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən A.1.4 saylı, 109 kv.m qeyri-yaşayış sahəsinin müvafiq akt əsasında İddiaçı təhvil verilməsi, həmin sahənin dəyərinin tam ödənilməsinə dair, qeyri-yaşayış sahəsinin ünvanı tam və dəqiq göstərilməklə maliyyə arayışının, həmin sahənin sxem-cizgisi, binanın təhvilə getməsinə dair müvafiq sənədin İddiaçı təqdim edilməsi və həmin qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının qadağan edilməsi vəzifəsinin Cavabdehn üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə 03 avqust 2023-cü ildə Q/Y-030 saylı müqavilə bağlanaraq Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə, yaşayış kompleksində yerləşən A.1.4 saylı 109 kv.m qeyri-yaşayış sahəsi, hər kvadrat metri 2404 manata olmaqla-cəmi 262000 manata ona satılmışdır. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin dəyəri tərəfindən tam ödənilmiş, Cavabdeh MMC tərəfindən xx.xx.2023-ci il tarixdə MA-807 saylı, qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi, borc qalığının olmaması barədə maliyyə arayışı verilmişdir. Göstərilən qeyri-yaşayış sahəsi 14 iyun 2021-ci il tarixli O/Y-016 saylı müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən fiziki şəxs X1. Cavabdeh MMC, X3 və İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əlavə razılaşmaya əsasən, Q/Y-016 saylı, xx.xx.2021-ci il tarixli qeyri-yaşayışın alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklər İddiaçı ötürülmüşdür. Cavabdeh MMC-nin təsisçisi X4, Cavabdeh MMC-nin direktoru X5, Cavabdeh MMC-nin əməkdaşı X6, üçüncü tərəf İddiaçı, satıcı X3 (etibarnamə üzrə nümayəndəsi X9) tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli 31/23 saylı akta əsasın göstərilən sahə tərəflərin razılığına əsasən İddiaçı satılmış, tərəflərin borcları tam olaraq ödənilmiş, heç bir borc və öhdəliyin olmadığı təsdiqlənmişdir. Bağlanmış müqavilənin 5.2ci maddəsində göstərilir ki, tikinti və təmir işləri başa çatdıqdan sonra müqavilənin 1-ci maddəsində nəzərdə tutulmuş qeyri yaşayış, “İcraçı” tərəfindən müvafiq hüquqi sənəd əsasında “Sifarişçi”yə tam ödənişlər başa çatdıqdan sonra bir ay müddətində təhvil verilməlidir. Həmin müqavilənin 5.1-ci bəndində isə göstərilir ki, “İcraçı” qeyri yaşayışı “Sifarişçiyə” üçüncü şəxslərin hüquqlarından, habelə azad şəkildə təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.6-cı maddəsinə əsasən tikintinin icraçısının vəzifələrindən biri də qanunvericiliyin tələblərinə uyğun olaraq tələb olunan sənədləri təqdim etməkdir. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən “Sifarişçi” “İcraçıdan” bu müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin vaxtında icrasını tələb etmək (müqavilədə nəzərdə tutulan öhdəliklərin vaxtında tam şəkildə icra edilməsini tələb etmək, zəruri sənədləri tələb etmək və. s) hüququna malikdir. Müqavilənin 2.4.6-cı maddəsinə əsasən sifarişçi qeyriyaşayışın tikintisi başa çatdıqdan sonra bu müqavilə üzrə qeyri-yaşayışa dair əldə etdiyi hüquqlarını ancaq tam ödənişi başa çatdırdıqdan sonra əldə edir. Göstərilən sahədə tikinti başa çatmasına, qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilməsinə, qeyri-yaşayış sahəsi faktiki olaraq yerində göstərilməklə İddiaçı istifadəsinə verilsə də, dəfələrlə şifahi (üzbəüz və telefonla) olaraq müqavilədə göstərilən qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulmuş formada akt əsasında təhvil verilməsi bildirilməsinə baxmayaraq həmin sahənin faktiki olaraq akt əsasında təhvil verilməsi təmin olunmamışdır. Qeyri-yaşayış sahəsi İddiaçı təhvil verildiyindən həmin sahəyə elektrik xətti, su xətti çəkilərək sayğacların qoyulması təmin olunmuş, qeyri-yaşayış sahəsində təmir işləri aparılmışdır. Müqavilədə göstərilən qeyri-yaşayış sahəsi müvafiq sənəd əsasında təhvil verilməməklə yanaşı, müqavilənin 5.3-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri olan hüquqi əhəmiyyətli sənədlər də verilməmişdir. Belə ki, qeyd olunan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilməsi üçün müvafiq hüquqi sənədlər, yəni tərəflər arasında bağlanmış müqavilə, qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı, qeyri-yaşayış sahəsinin sxem-cizgisi və binanın təhvilə getməsi aktı təqdim olunmalıdır. Cavabdeh MMC ilə İddiaçı arasında 03 avqust 2023-cü ildə bağlanmış Q/Y-030 saylı müqavilənin surəti təqdim olunsa da, təqdim olunmuş xx.xx.2023-cü il tarixli MA-807 saylı maliyyə arayışında ünvan düzgün göstərilməmiş (Nizami rayonu qeyd olunmamışdır) digər sənədlər isə təqdim olunmamışdır. Qeyri-yaşayış sahəsi faktiki olaraq İddiaçı istifadəsində olsa da, müfaviq sənədlərin alınması məqsədilə dəfələrlə Cavabdeh MMC-yə şifahi bildirilməsinə, yazılı pretenziya göndərilməsinə baxmayaraq haqlı tələb təmin olunmamış, telefonlara cavab verilməməklə, ofisdə olmadıqlarını bildirməklə, bir sözlə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməkdən bilərəkdən qərəzli olaraq yayınmışlar.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, 2024cü ildə Cəmiyyətin direktoru X7 olmuşdur. xx.xx.2024-cü ildən isə direktor Məmmədli Ehsandır. Sxem-cizgidə tarix 2024-cü il qeyd edilmişdir. Belə ki, həmin dövrdə direktor Məmmədli Ehsan olmamışdır lakin o, imzalamışdır. Qeyri-yaşayış sahəsi və maliyyə arayışı iddiaçıya təhvil verilmişdir artıq. Maneələr də aradan qalxmışdır. Yalnız sxemcizgidə tarix texniki olaraq səhv yazılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 bilmişdir ki, 19 dekabr 2024-cü ildə təhvil-təslim aktı ilə qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilib. Qeyri-yaşayış sahəsi faktiki olaraq iddiaçıdadır və istifadəsinə heç bir maneə törədilmir. Maliyyə arayışı verilib. Bina amma təhvil verilməyib. Sxemdə olan texniki yanlışlığı aradan qaldıra bilərlər. Bu gün də iddiaçı MTK-ya yaxınlaşdığı halda ona o yanlışlığı aradan qaldırmağa kömək etməyə hazırdırlar.

6. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03 avqust 2023-cü ildə Q/Y-030 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə, yaşayış kompleksində yerləşən A.1.4 saylı 109 kv.m qeyri-yaşayış sahəsi, hər kvadrat metri 2404 manata olmaqla cəmi 262000 manata ona satılmışdır. Müqavilənin 5.2ci bəndinə əsasən tikinti və təmir işləri başa çatdıqdan sonra müqavilənin 1-ci maddəsində nəzərdə tutulmuş qeyri-yaşayış, “İcraçı” tərəfindən müvafiq hüquqi sənəd əsasında “Sifarişçi”yə tam ödənişlər başa çatdıqdan sonra bir ay müddətində təhvil verilməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən “İcraçı” qeyri-yaşayışı “Sifarişçiyə” üçüncü şəxslərin hüquqlarından, habelə azad şəkildə təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.6-cı bəndinə əsasən tikintinin icraçısının vəzifələrindən biri də qanunvericiliyin tələblərinə uyğun olaraq tələb olunan sənədləri təqdim etməkdir. Müqavilənin 2.3.1-ci bəndinə əsasən “Sifarişçi” “İcraçıdan” bu müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin vaxtında icrasını tələb etmək (müqavilədə nəzərdə tutulan öhdəliklərin vaxtında tam şəkildə icra edilməsini tələb etmək, zəruri sənədləri tələb etmək və s) hüququna malikdir. Müqavilənin 2.4.6-cı bəndinə əsasən sifarişçi qeyri-yaşayışın tikintisi başa çatdıqdan sonra bu müqavilə üzrə qeyri-yaşayışa dair əldə etdiyi hüquqlarını ancaq tam ödənişi başa çatdırdıqdan sonra əldə edir.

10. Cavabdeh MMC, X3 və İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əlavə razılaşmaya əsasən Q/Y-016 saylı, xx.xx.2021-ci il tarixli qeyri-yaşayışın alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklər İddiaçı ötürülmüşdür.

11. 03 avqust 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə, yaşayış kompleksində yerləşən A.1.4 saylı 109 kv.m qeyri-yaşayış sahəsi üçün xx.xx.2023-cü il tarixdə heç bir borcu yoxdur.

12. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanan pretenziya məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə, yaşayış kompleksində yerləşən A.1.4 saylı 109 kv.m qeyri-yaşayış sahəsinin, həmçinin həmin sahəyə hüquqlarının dövlət qeydiyyatına alınamsı üçün zəruri olan hüquqi əhəmiyyətli sənədlərin qısa müddətdə ona verilməsinin təmin edilməsini tələb etmişdir. Əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

13. 03 avqust 2023-cü il tarixli aktdan görünür ki, X3 Cavabdeh ilə bağladığı xx.xx.2023-cü il tarixli razılıq sazişinə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə, yaşayış kompleksində yerləşən A.1.4 saylı 109 kv.m qeyri-yaşayış sahəsi İddiaçı satmışdır.

14. 19 dekabr 2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə, yaşayış kompleksində yerləşən A.1.4 saylı 109 kv.m qeyri-yaşayış sahəsi təhvil verilmişdir.

15. Sxem-cizgidən görünür ki, xx.xx.2024-cü il tarixdə sxem-cizgini Vesta Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Məmmədli Ehsan imzalamışdır.

16. 31.10.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

17. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03 avqust 2023-cü ildə Q/Y-030 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə, yaşayış kompleksində yerləşən A.1.4 saylı 109 kv.m qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır. Qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilmişdir. İddiaçı cavabdehə borcu yoxdur. Sxem-cizgidə isə yanlışlığa yol verilərək xx.xx.2024-cü idə direktor Məmmədli E.R imzalamışdır. Hazırda iddiaçı 03 avqust 2023-cü ildə Q/Y-030 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsində, 2535-ci məhəllədə, “My Home” yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən A.1.4 saylı, 109 kv.m qeyri-yaşayış sahəsinin müvafiq akt əsasında İddiaçı təhvil verilməsi, həmin sahənin dəyərinin tam ödənilməsinə dair, qeyri-yaşayış sahəsinin ünvanı tam və dəqiq göstərilməklə maliyyə arayışının, həmin sahənin sxem-cizgisi, binanın təhvilə getməsinə dair müvafiq sənədin İddiaçı təqdim edilməsi və həmin qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının qadağan edilməsi vəzifəsinin Cavabdehn üzərinə qoyulmasını xahiş edir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsində, 2535-ci məhəllədə, “My Home” yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən A.1.4 saylı, 109 kv.m qeyri-yaşayış sahəsinin müvafiq akt əsasında İddiaçı təhvil verilməsi, həmin sahənin dəyərinin tam ödənilməsinə dair, qeyriyaşayış sahəsinin ünvanı tam və dəqiq göstərilməklə maliyyə arayışının verilməsi, binanın təhvilə getməsinə dair müvafiq sənədin İddiaçı təqdim edilməsi və həmin qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının qadağan edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, 19 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə, yaşayış kompleksində yerləşən A.1.4 saylı 109 kv.m qeyri-yaşayış sahəsi təhvil verilmişdir. Həmçinin İddiaçı Cavabdehnə qeyri-yaşayış sahəsi ilə bağlı borcunun olmadığı barədə 03 avqust 2023-cü il tarixli maliyyə arayışı verilmişdir. Bununla yanaşı məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələr yaradılmır, qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmişdir və faktiki istifadəsindədir. Göründüyü kimi iddia tələbində qeyd edilən bu hallar aradan qalxmışdır.

22. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə, yaşayış kompleksində yerləşən A.1.4 saylı 109 kv.m qeyri-yaşayış sahəsinə dair sxem-cizgidə isə yanlışlığa yol verilərək tarix 13 yanvar 2024-cü il qeyd edilmişdir. Belə ki, 2024-cü ildə Cavabdeh direktoru X7 olmuşdur. Lakin sxem-cizgi direktor Məmmədli E.R tərəfindən imzalamışdır. Odur ki, iddia tələbi bu hissədə təmin edilməli, həmin sahənin sxem-cizgisinin düzgün verilməsi vəzifəsi Cavabdehn üzərinə qoyulmalıdır.

Məhkəmə baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

24. İddia tələbi qismən təmin edilsə də iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

25. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə, yaşayış kompleksində yerləşən A.1.4 saylı 109 kv.m qeyri-yaşayış sahəsinə dair sxem-cizginin verilməsi vəzifəsi Cavabdehn üzərinə qoyulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.

26. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə, yaşayış kompleksində yerləşən A.1.4 saylı 109 kv.m qeyri-yaşayış sahəsinə dair sxem cizginin verilməsi vəzifəsi Cavabdehn üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar