Məhkəmə qərarları › İş №e-2(007)-54/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-54/2025

17.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-54/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X15 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tam orta məktəbin yerdəyişməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “tam orta məktəbin yerdəyişməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-431/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə İddiaçı arasında 20 iyun 2013-cü il tarixli 703 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 09 iyul 2014-cü il təvəllüdlü X9 anası Cavabdeh yanında qalması müəyyən edilmiş və uşaq yetkinlik yaşma çatanaqədər aliment olaraq ayda 154 (yüz əlli dörd) manatın Cavabdeh qızma ödənilməsi müəyyən edilmişdir. Birgə nikahdan doğulmuş 09 iyul 2014-cü il təvəllüdlü X9 ilə atası olaraq ünsiyyət saxlamağı hazırki iddia üzrə Cavabdeh arasında razılaşdırılmış formada müəyyən edilmişdir. Yəni uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə hər hansı məhkəmə qərarı mövcud deyildir. Tərəflə aralarında nikah pozulduqdan sonra uşaqla görüşü zamanı övladı 09 iyul 2014-cü il təvəllüdlü X5 hər dəfə “ata məni nə vaxt aparacaqsan özünlə, mən anamla yaşamaq istəmirəm, mən də bütün uşaqlar kimi yaşamaq, əylənmək və inkişaf etmək istəyirəm, rəqsə, idmana və hazırlıqlara getmək istəyirəm’’ deməsi onda artıq uşağı özü ilə saxlamaq “məcburiyyətində” qoymuşdur. Çünki, hər dəfə ayrılanda məni özünlə saxla, bura gətirmə deməsi onun iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etməyi ilə nəticələnmişdir (hakim Rauf Əhmədov; iş nömrəsi e-2(007)- 2430/2023). Hazırda övladı 09 iyul 2014-cü il təvəllüdlü X9 onun himayəsində və nəzarəti altındadır. X2 2023-cü ilin iyul ayına qədər anası Cavabdeh himayəsində ünvan 1 ünvanında yaşamışdır. X2 qeyd edilən ünvanda yaşadığı zaman ünvan 2zırda X1 onun himayəsində qalmaqla Bakı şəhəri Binəqədi rayonu 83 saylı orta məktəbə köçürülməsi zərurəti yaranmışdır. Şagirdin digər orta məktəbə köçürülməsi zərurəti yarandığı halda bu məsələ elektron qaydada, asan imza vasitəsilə həll olunur. X1 Bakı şəhəri Nizami rayonu 32 saylı orta məktəbə qeydiyyatı zamanı anası Cavabdeh adına olan sonu **89 ilə bitən mobil nömrədən istifadə edilmişdir. Hazırda həmin mobil nömrə Cavabdeh adına olmaqla, istifadəsindədir. Keçmiş həyat yoldaşı Cavabdeh bu barədə məlumat verdiyi zaman sonuncu övladının digər orta məktəbə köçürülməsinə razılıq bildirməmişdir. Buna görə də X1 Bakı şəhəri Nizami rayonu 32 saylı orta məktəbdən Bakı şəhəri Binəqədi rayonu 83 saylı orta məktəbə köçürülməsi mümkün olmamışdır. X1 Bakı şəhəri Nizami rayonu 32 saylı orta məktəbdən Bakı şəhəri Binəqədi rayonu 83 saylı orta məktəbə köçürülməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 sentyabr 2023-cü il tarixli 3-29-59/2-S-3629-4/2023 saylı məktubunda bildirilmişdir ki, hazırki iş üzrə Cavabdeh razılığı olmadan övladının yerdəyişməsi mümkün deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 09 iyul 2014-cü il təvəllüdlü X5 Cavabdeh razılığı olmadan tam Bakı şəhəri Nizami rayonu 32 saylı orta məktəbdən digər tam orta məktəbə köçürülməsi barədə qətnamə çıxarılması zəruridir. Göstərilənlərə əsasən, 09 iyul 2014-cü il təvəllüdlü X3 anası Cavabdeh razılığı olmadan Bakı şəhəri Nizami rayonu 32 saylı orta məktəbdən digər tam orta məktəbə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib izahatında göstərdi ki, iddiaçı iki ildir ki, uşağı özü ilə aparmışdır və həftədə iki dəfə məktəbə göndərir. Uşağın təhsil səviyyəsi aşağı düşür. Direktor da buna göz yumur. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məkhəmə iclasına gəlməmiş, onunla əlaqə saxlanılmış və o, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-431/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X10 arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 703 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş axx.xx.2014-cü il təvəllüdlü X5 anası X6 yanında saxlanılm sı, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat alimentin İddiaçı tutularaq, X7 verilməsi qət edilmişdir. - AZ-İ seriyalı 291043 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında olan nikah ləğv edilmişdir. Bu barədə Yasamal rayon qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 149 nömrə ilə qeyd edilmişdir. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 755/12 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2014-cü ildə doğulmuşdur. Atası İddiaçı, anası X8r. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4.edu.az elektron sistemində vətəndaş Cavabdeh şəxsi kabinetində qeydə alınmışdır və onun razılığı olmadan şagirdin yerdəyişməsi mümkün deyildir. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-173/2024 nömrəli, 26 aprel 2024cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “uşağın anadan alınaraq ataya verilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4538/2024 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-173/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -İş materiallarına özündə 02 ədəd video görüntünü əks etdirən 01 ədəd flaş kart əlavə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X9 anadan olmuşdur. Sonradan tərəflər arasında olan münasibətlər pozulmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-431/2018 saylı qətnaməsi ilə nikah pozulmuş, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşağın ananın yanında qalması müəyyən edilmişdir. İddiaçı birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 cavabdeh olan anadan alınaraq, ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-173/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “uşağın anadan alınaraq ataya verilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 4538/2024 saylı qətnaməsi ilə isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 173/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 56.1-ci maddəsinin tələbinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının qoşulduğu “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan təminat idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Elsholzun işi” ilə bağlı qərarında qeyd etmişdir ki, “uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir. Çünki uşağın maraqları öz təbiətinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından üstündür. Məhkəmə işin yuxarıda istinad olunan hallarını nəzərə alaraq mübahisə üzrə kifayət qədər tam, hərtərəfli araşdırma aparmış, mübahisənin ədalətli həllinə nail olmaq üçün mümkün hüquqi vasitələrdən istifadə etmişdir. İddiaçı iddia tələbinin əsası kimi göstərmişdir ki, uşaq hazırda anası ilə yaşamır, həmin ünvanda yaşayan zaman 32 nömrəli məktəbə getmişdir, amma hazırda atası ilə qaldığından 83 nömrəli məktəbə köçürülməsinə zərurət yaranmışdır. Məhkəmə bütün yuxarıda qeyd olunan işin faktiki hallarına əsasən qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-173/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “uşağın anadan alınaraq ataya verilməsi” tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 4538/2024 saylı qətnaməsi ilə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 173/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda iddiaçının hazırki iddia tələbi təmin edilə bilməz. Belə ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X5 anası Cavabdeh yanında saxlanılmış, Cavabdeh isə məhkəmə iclasında uşağın məktəbinin yerdəyişməsinə razı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “tam orta məktəbin yerdəyişməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməmişdir, ona görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “tam orta məktəbin yerdəyişməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar