Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-546/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “"kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı olan "kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi : 1.İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 1a saylı evin 10 saylı mənzilindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində Q.Qarayev metrostansiyasının yaxınlığında olan 3 otaqlı mənzili 2001-ci ilin noyabr ayında sataraq həmin ilin dekabr ayında 17500 ABŞ dollarına (79 milyon manata) yoldaşı X2 adına hazırki həyət evini almışlar. Yerdə qalan pula oğlu, hazırki iş üzrə Cavabdeh 7500 ABŞ dollarına 2002-ci ildə Bayıl qəbəsində fərdi yaşayış evi alınmışdır. 2003-cü ildə Tahir ailə həyatı qurmuş və həmin tarixdən hazırki dövrədək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Sonradan iddiaçının həyat yoldaşı vəfat etmiş və Bakı şəhəri Nizami rayonu, A.Manafov küçəsi, ev 1a, 10 saylı mənzil vərəsəlik qaydasında iddiaçının, övladları Cavabdeh və İsmayıl Cəfərovun arasında 1/3 hissədə paylara bölünmüşdür. xx.xx.2011-ci il tarixdə övladları ilə iddiaçı arasında bağışlama müqaviləsi bağlanmış və öz paylarını anaları İddiaçı bağışlamışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli MA seriyalı Çıxarışa əsasən ünvan 6 İddiaçı tam mülkiyyətindədir və mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Cavabdeh sözügedən ünvanda qeydiyyatdadır. Cavabdeh formal olaraq mübahisəli mənzildə pasport qeydiyyatında qalmışdır. Halbuki cavabdehin Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsinddə yerləşən 204 saylı fərdi yaşayış evi vardır. Bakı şəhəri, Səbail rayonu 149 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, sözügedən ev Cavabdeh məxsusdur. İddiaçı dəfələrlə cavabdehin evdən pasport qedyiyyatından çıxmasını, Səbaildə yerləşən öz evinə qeydiyyata düşməsini xahiş etsə də, heç bir nəticəsi olmamış, Cavabdeh anasına məxsus evdən qeydiyyatdan çıxmaqdan boyun qaçırmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İş materialları :
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli ********** qeyddiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanı İddiaçı mülkiyyətindədir.
4. “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ünvan 3 ünvanında X3, X4, İddiaçı və Cavabdeh qeydiyyatdadırlar.
5. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışından görünür ki, xx.xx.2023-cü il, 12:54:26 tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır və həmin daşınmaz əmlaka MA0324808 nömrəli, 06.01.12-ci il tarixli hüquqmüəyyənedici sənədi ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmişdir.
6. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 149 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 259 nömrəli məktubundan görünür ki, Səbail rayonu, Y.Mürsəlov küçəsi 204 ünvanında yerləşən ev 149 saylı MKİS-də olan sənədlərə əsasən Cavabdeh məxsusdur.
7. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
8. 8 ədəd fotoşəkil əlavə edilmişdir.
Tərəflərin izahatları :
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş edərək, öz izahatında bildirdi ki, 2001-ci ildə ailəsinə məxsus ev satıldıqdan sonra 6000 ABŞ dollarına ona ayrıca hazırki yaşadığı ünvan 4 ünvanında yerlışən fərdi yaşayış evi alınmışdır. Ailə həyatı qurduqdan sonra 2003-cü ildən həmin mənzilə köçmüş və hazırda da həmin mənzildə yaşayır. Anası mübahisəli mənzili sataraq qardaşına ayrı ev almaq istədikdə o razılıq verməmişdir ki, satışdan ona da pul verilsin. Belə ki, onun yaşayış şəraiti əlverişsiz vəziyyətdədir. Odur ki, ona kompensasiya verilməsini xahiş etmişdir.
İşin faktiki halı :
11. İşin məhkəmə tərəfindən araşdırılan və mübahisələmndirilməyən halları ondan ibarətdir ki, 2001-ci ildə cavabdehin ailəsinə məxsus mənzil satıldıqdan sonra, satışdan əldə edilən vəsait hesabına 2001-ci ildə hazırkı mübahisəli mənzil o cümlədən, Cavabdeh fərdi yaşayəş evi alınmışdır. Cavabdeh 2001-2003-cü illərdə hazırki mübahisəli mənzildə ünvan 2 ünvanında yaşamışdır. 2003-cü ildən bugünki tarixədək ailəsinin aldığı və cavabdehə məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi alınmışdır.
12. Hazırki mübahisəli mənzil - ünvan 2 cavabdehin atasının ölümündən sonra miras əmlak kimi vərəsələr – iddiaçı, cavabdeh və cavabdehin qardaşı arasında hər birininə 1/3 pay olmaqla, paylara bölünmüşdür. xx.xx.2011-ci il tarixdə cavabdeh və qardaşı öz paylarını anaları – İddiaçı bağışlamışlar. İddiaçı mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində dövlət qedydiyyatına alınmışdır.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 178.1. daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Məhkəmənin mövqeyi :
16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
17. Hazırda İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi" tələbini cavabdehin mübahisəli mənzildə yaşamaması, özünə məxsus yaşayış evinə malik olması və uzun müddətdir həmin mənzildə yaşaması ilə əsaslandırmışlar.
18. Cavabdeh iddia tələbinə qarşı “istifadə hüququna kompensasiya ödənilməsi ilə xitam verilməsi”nə dair şifahi etirazını yaşayış şəraitinin əlverişsiz vəziyyətdə olması ilə əsaslandırmışdır.
19. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə cavabdehin həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz.
20. İşin faktiki hallarından görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi 1a saylı evin 10 saylı mənzili 2001-ci ildə satın alınmış və həmin mənzil iddiaçının yoldaşı, cavabdehin atası olan X2 mülkiyyətində olmuş və cavabdeh 2001-2003-cü illərdə həmin mənzildə yaşamışdır. Ona görə də məhkəmə qeyd edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir.
21. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
23. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər (MM 228.5m).
24. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.
25. Həmin Plenum qərarında həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
26. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh 2003-cü ildə ailə həyatı quraraq mübahisəli mənzildən köçmüş və həmin tarixdən ona məxsus olan və hazırda yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdır.
27. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlaka istifadə hüququ yaranmış Cavabdeh uzun müddət könüllü olaraq həmin əmlakdan istifadə etməməsi (yaşamaması) və bu halın hər hansı bir maneələrinin törədilməsi səbəbindən baş verməsinin müəyyən edilməməsi və cavabdehin özünə məxsus yaşayış evinə malik olması ona əsas verir ki, Cavabdeh mübahisə predmeti olan yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır.
28. İşin digər mübahisəsiz halı odur ki, 2011-ci ildə cavabdehin atasının ölümündən sonra onun hazırki mübahisəli mənzilə miras əmlak kimi 1/3 hissədə pay hüququ yaranmışdır. Cavabdeh öz payını xx.xx.2011-ci il tarixdə iddiaçıya bağışlamışdır. Hazırda mübahisəli əmlak - ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçıın həmin mübahisəli mənzilə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmişdir.
29. Azərbaycan Repsublikası mülki qanunvericiliyinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir (MM 228.4m).
30. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh mülkiyyət hüququ olmuş daşınmaz əmlakı (daşınmaz əmlaka dair payını) iddiaçıya bağışlamaqla və həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildilməklə mülkiyyət hüququnu itirmişdir.
31. Eyni zamanda müəyyən olunur ki, Cavabdeh öz payını iddiaçıya bağışlayandan hal-hazıradək həmin evdə yaşamamış, yəni istifadə etməmişdir. Bundan başqa cavabdeh tərəfindən 2003-cü ildən həmin evdə yaşamaq istəyinin olması və bununla bağlı cəhdlərin etməsi işin müəyyən edilməmiş halıdır və bu hal onun özü tərəfindən də mübahisələndirilməmişdir. Əksinə öz payını bağışaması cavabdehin mübahisəli mənzildə yaşamaq niyyəti olmamasını göstərən haldır.
32. Cavabdehin izahatından aydın olur ki, həmin mənzildən pasport qeydiyyatından çıxmamasının səbəbi mənzilin satışından əldə edilən vəsait hesabına qardaşına mənzil alınacaq olması və onun satışdan əldə edilən vəsaitdən ona da ödəniş edilməsi tələbi olmuşdur. Hansıki məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, hazırki mübahisəli mənzil cavabdehin ailəsinə məxsus olan mənzilin satışından əldə edilən vəsait hesabına alınmışdır, həmçinin həmin satışdan əldə edilən vəsait hesabına cavabdehə onun hazırda yaşadığı fərdi yaşayış evi də alınmışdır.
33. Məhkəmə işin hallarına istinadən xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kompensasiya tələbi bilavasitə iddiaçının mübahisəli mənzili satmaq istəyi ilə bağlı olmuşdur. Başqa sözlə, iddiaçı evi satmaq üçün həmin mənzildə qeydiyyatda olan cavabdehə müraciət etməsə idi, mövcud vəziyyət davam edəcək idi, yəni iddiaçı mübahisəli mənzildə, cavabdeh isə hər hansı məbləğdə kompensasiya tələb etmədən (hər halda belə bir niyyəti olsa idi, ötən dövr ərzində tələb etmiş olardı) başqa ünvanda yaşamağa davam edəcək idi. Hər bir halda, hazırda onun kompensasiya tələbinə söykənməsi əsassızdır.
34. Belə olduğu halda məhkəmə qeyd edir ki, iddaçı İddiaçı Cavabdeh oğluna qarşı mənzilindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbinə dair iddiası kifayət qədər əsaslıdır. Belə ki, iddiaçı mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmasını tələb etsə də, Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması İddiaçı mülkiyyət hüquqlarını pozur, həmin mübahisəli mənzildən istifadə, sərəncam və digər hüquqlarının həyata keçirilməsinə maneçilik törədir.
35. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh mübahisə predmeti olan Bakı şəhəri, A.Manafov küçəsi, ev 1a, 10 saylı mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilmədir.
36. Həmçinin məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.
Nəticə :
37. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri Nizami rayonu A.Manafov küçəsi 1a saylı evin 10 saylı mənzilindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 1a saylı evin 10 saylı mənzilindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə Cavabdeh ünvan 6 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva