Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-547/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 Əmrulla oğluna və Cavabdeh1 Möhtəşəm oğluna qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 Əmrulla oğluna və Cavabdeh1 Möhtəşəm oğluna qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Möhtəşəm oğluna məxsus ** XP *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi 02.07.2018-ci il tarixində “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 19.07.2018-ci il tarixində Cavabdeh2 Əmrulla oğlu idarə etdiyi ** XP *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ** AP *** dövlət qeydiyyat nişanlı Hyundai İX35 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuş və həmçinin, Hyundai İX35 markalı avtonəqliyyat vasitəsinin sərnişini X4 yüngül xəsarət almışdır. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdınlarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 Əmrulla oğlu avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. “xxxx” MMC tərəfindən tərtib olunmuş 24.07.2018-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata” əsasən, ** AP *** dövlət qeydiyyat nişanlı Hyundai İX35 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 4914,00 (dörd min doqquz yüz on dörd) manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin 14.09.2018-ci il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 4914,00 (dörd min doqquz yüz on dörd) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. X1 yüngül xəsarət alması ilə əlaqədar olaraq 17.09.2018-ci il tarixli sığorta aktına əsasən 750,00 (yeddi yüz əlli) manat sığorta ödənişi zərərçəkənin şəxsi hesabına köçürülmüşdür. Beləliklə, “xxxx” ASC tərəfindən ümumilikdə zərərçəkənlərə ödənilmiş 5 664,00 (beş min altı yüz altmış dörd) manat məbləğində sığorta ödənşinin əvəzi subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 Möhtəşəm oğlundan və Cavabdeh2 Əmrulla oğlundan müştərək olaraq tutulmalıdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 Möhtəşəm oğlu və Cavabdeh2 Əmrulla oğlundan müştərək olaraq 5 664,00 (beş min altı yüz altmış dörd) manat məbləğində sığorta ödənişinin əvəzi, 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 Əmrulla oğluna və Cavabdeh1 Möhtəşəm oğluna məhkəmə iclasına gəlməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz edilməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: AC seriyalı 680055 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. 18.07.2018-ci il tarixli etibarnamədən görünür ki, “Toyota Prius” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 Möhtəşəm oğluna 18.07.2018-19.07.2018ci il tarixədək etibar edilmişdir. AC seriyalı 312164 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai İX35” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi AR DİN Avtomobil Təsərrüfatına məxsusdur. İcbari Sığorta Müqaviləsinə dair məlumatan görünür ki, Cavabdeh1 Möhtəşəm oğluna məxsus ** XP *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi 02.07.2018-ci il tarixində “xxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. “xxxx” ASC-nin 14.09.2018-ci il tarixli sığorta aktından görünür ki, “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 4914,00 (dörd min doqquz yüz on dörd) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. “xxxx” ASC-nin 17.09.2018-ci il tarixli sığorta aktından görünür ki, “xxxx” ASC tərəfindən X3 yüngül xəsarət alması ilə əlaqədar olaraq 750,00 (yeddi yüz əlli) manat sığorta ödənişi zərərçəkənin şəxsi hesabına köçürülmüşdür. 08.09.2018-ci il tarixli və 17.09.2018-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, “xxxx” Sığorta Şirkəti ASC tərəfindən 4914 manat sığorta ödənişi və 750 manat sığorta ödənişinin alınması üçün **********03703 nömrəli plastik kart təhvil verilmişdir. “xxxx” MMC tərəfindən tərtib olunmuş 24.07.2018-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan” görünür ki, ** AP *** dövlət qeydiyyat nişanlı Hyundai İX35 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 4914,00 (dörd min doqquz yüz on dörd) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 Əmrulla oğluna və Cavabdeh1 Möhtəşəm oğluna ünvanlanmış 25.10.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh “xxxx” Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 5664 manat sığorta ödənişini 15 iş günü ərzində şirkətə ödənilməsi barədə xəbərdar olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələblərinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddi hüquq normasının mənasına görə, sığorta məbləğini sığortalıya ödəmiş sığortaçı “xxxx” Sığorta Şirkəti ASC sığorta hadisəsinin törədilməsində təqsirli şəxsdən ödənilmiş məbləğini tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia tələblərinin təmin olunmasına görə iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərci olan 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşin hallarından görünür ki, Cavabdeh1 Möhtəşəm oğluna məxsus ** XP *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi 02.07.2018-ci il tarixində “xxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 19.07.2018-ci il tarixində Cavabdeh2 Əmrulla oğlu idarə etdiyi ** XP *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törədilmiş nəticədə ** AP *** dövlət qeydiyyat nişanlı Hyundai İX35 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuş və həmçinin, Hyundai İX35 markalı avtonəqliyyat vasitəsinin sərnişini X4 yüngül xəsarət almışdır. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdınlarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 Əmrulla oğlu avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Baş vermiş hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbssində araşdırma zamanı Cavabdeh2 törətdiyi əməldə cinayət tərkibi olmadığı müəyyən edilmiş,30 iyul 2018-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Nəsimi rayon DYPŞ-nə göndərilməsi qərara alınmışdır. “xxxx” MMC tərəfindən tərtib olunmuş 24.07.2018-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata” əsasən, ** AP *** dövlət qeydiyyat nişanlı Hyundai İX35 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 4914,00 (dörd min doqquz yüz on dörd) manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin 14.09.2018-ci il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 4914,00 (dörd min doqquz yüz on dörd) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. X1 yüngül xəsarət alması ilə əlaqədar olaraq 17.09.2018-ci il tarixli sığorta aktına əsasən 750,00 (yeddi yüz əlli) manat sığorta ödənişi zərərçəkənin şəxsi hesabına köçürülmüşdür. Beləliklə, “xxxx” ASC tərəfindən ümumilikdə zərərçəkənlərə ödənilmiş 5 664,00 (beş min altı yüz altmış dörd) manat məbləğində sığorta ödənşinin əvəzi subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 Möhtəşəm oğluvə Cavabdeh2 Əmrulla oğlundan müştərək olaraq tutulmalıdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh2 Əmrulla oğlundan və Cavabdeh1 Möhtəşəm oğlundan müştərək qaydada 5664 manat sığorta ödənişinin əvəzi və ödənilmiş 30,40 manat dövlət rüsumu "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2 Əmrulla oğlundan və Cavabdeh1 Möhtəşəm oğlundan müştərək qaydada 5664 manat sığorta ödənişinin əvəzi və ödənilmiş 30,40 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-547/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-547/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver