Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-56/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 288000 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 578 manat dövlət rüsumunun, ümumilikdə 288578 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, mülki iş üzrə qardaşları İddiaçı2, İddiaçı3 və İddiaçı4 sözügedən məhkəmə işi üzrə iddiaçı qismində tanınmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, iddiaçılar ataları mərhum X6 vərəsəsi kimi tanınmışlar. Cavabdeh isə Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixində mərhum əri X2 vərəsəsi kimi tanınmışdır. Qeyd edirlər ki, cavabdehin mərhum əri X2 mərhum ataları Əkbər Cəfərova külli miqdarda borcu olmuşdur. Belə ki, mərhum ataları ilə cavabdehin mərhum əri Fəxrəddin Novruzov arasında biznes əlaqəsi olmuş və nəticədə Fəxrəddin Novruzovun mərhum ataları Əkbər Cəfərova 288.000 (iki yüz səksən səkkiz min) manat məbləğində borcu qalmışdır. Həmin borc məbləği tərəflərindən dəfələrlə vərəsəsi kimi Cavabdeh istənilsə də, sonuncu borcu qaytarmaqdan qərəzli şəkildə boyun qaçırmışdır. Hələ bu azmış kimi Cavabdeh onların barəsində həmin pulu qaytarmamaq üçün hüquq-mühafizə orqanlarına müxtəlif məzmunlu şikayətlər etmişdir. Aparılan araşdırmalar zamanı da X12 Cəfərova borclu olması öz təsdiqini tapmışdır. Bundan başqa qeyd edirlər ki, hal-hazırda iddia ərizəsinə əlavə etdikləri əlyazmalardan və səs yazısından da açıq-aşkar müəyyən olunur ki, Fəxrəddin Novruzovun mərhum ataları Əkbər Cəfərova 288.000 (iki yüz səksən səkkiz min) manat məbləğində borcu vardır. Həmin vaxt orada olan Füzuli Ələkbərov və Amid Cabbarov tərəfindən də bu faktlar təsdiq edilir. Həmin səs yazısı əsasında tərəflərindən fonoskopik ekspertiza keçirilmiş və ekspertiza rəyindən də müəyyən edilmişdir ki, səs yazıları yuxarıda qeyd etdikləri şəxslərə məxsusdur. Həmin ekspertiza rəyini də iddia ərizəsinə əlavə edirlər. Beləliklə, bildirirlər ki, X6 vərəsəsi kimi həmin pul vəsaiti X2 vərəsəsi kimi tanınmış Cavabdeh tutularaq onlara ödənilməlidir. Bildirirlər ki, iddianı təsdiq edəcək səsyazmalar onlarda audio-disk şəklində mövcuddur. Sözügedən disk tərəflərindən məhkəmə iclasında təqdim olunacaqdır. Eyni zamanda qeyd etməlidirlər ki, mərhum Fəxrəddin Novruzov vəfat etdikdən sonra onun mülkiyyətində olan mənzillər vərəsəlik qaydasında arvadı Cavabdeh mülkiyyətinə keçmişdir. Bununla bağlı Əmlak Məsələləri yanında DƏDRX-dən vəkil sorğusuna verilmiş cavab məktubunu da iddia ərizəsinə əlavə edirlər. Qeyd edilir ki, cavabdehə həmçinin pretenziya məktubu göndərilmişdir. Həmin pretenziya məktubunu və məktubun göndərilməsinə dair poçt qəbzini iddia ərizəsinə əlavə edirlər. Bununla yanaşı Cavabdeh iddiaçılara və “X26” MMCyə qarşı “müqavilənin ləğvi və müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-2376/2022 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Sözügedən qərardadı da iddia ərizəsinə əlavə edirlər. Göstərilənlərə əsasən hesab edirlər ki, Cavabdeh 288.000 (iki yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 578 (beş yüz yetmiş səkkiz) manat dövlət rüsumunun, ümumilikdə 288.578 (iki yüz səksən səkkiz min beş yüz yetmiş səkkiz) manat pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
Tərəflərin izahatları:
4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin mərhum ərinin iddiaçının mərhum atası ilə borc barədə danışıqlarının səs yazısı var. Həmin səs yazısı barədə ekspert rəyi də alınmışdır. Bununla yanaşı Füzuli Ələkbərov və Amid Cabbarov adlı şahidlər də borcun mövcud olmasını təsdiq edə bilərlər. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı2 bildirmişdir ki, iddia tələbini müdafiə edir. Atası ilə Fəxrəddin müəllim arasında bizneslə bağlı alış-veriş məsələləri olub. Atası Fəxrəddin müəllimdən borcunu istədikdə borc əvəzinə obyekt təklif etmişdir. Fəxrəddin müəllim Cavabdeh həyat yoldaşıdır. Atasının kərpic zavodu olub. Fəxrəddin müəlim isə tikinti işləri ilə məşğul olub. Əl yazmaya əsasən Fəxrəddin Novruzovun atasına 288000 manat məbləğində borcu olub. Fəxrəddin Novruzov atasından öncə rəhmətə gedib. X13 yas mərasimi keçdikdən sonra onun qohumları ilə əlaqə saxlayaraq borcunu qaytarılmasını xahiş etmişdir. Lakin sonradan atası da rəhmətə getdi və borc qaytarılmadı.
7. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazında göstərdi ki, iddiaçının mərhum atasının qanuni vərəsəsi olması ilə bağlı mötəbər sübutu yoxdur. Ona görə də iddiaçının subyektiv hüququ mövcud deyildir. İddiaçının sübut kimi təqdim etdiyi səs yazısında cavabdehin mərhum əri X3 məxsus səs yoxdur. Daha sonra hətta ehtimal etsək belə orda onun səsi var, bu səs də Əkbər Cəfərova 288000 manat borclu olmasını etiraf etmir. Daha sonra, diskdə olan danışıq necə, harda və nə vaxt qeydə alınıb, bundan ötrü danışıqda iştirak edənlərin razılığı alınıb, yaxud alınmayıb məlum deyil. İddiaçının aldığı ekspert rəyində də hansısa borcun etiraf olunması təsdiq edilmir. Guya borc ilə bağlı rəqəmlər yazılmış kağız parçası da məhkəməyə kserosurət təqdim edilmişdir. Cavabdehin iddiaçıya qarşı əqdin etibarsızlığı barədə başqa məhkəmədə mübahisəsi var. O, həmin işə görə cavabdehə təsir göstərmək məqsədi ilə bu iddianı qaldırmışdır. Odur ki, xahiş edir, iddia tələbinin rədd edilmsi barədə qətnamə qəbul edilsin.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Fəxrəddin Novruzovu və Əkbər Cəfərovu çox yaxşı tanıyırdı. Hər ikisi bina tikintisi ilə məşğul olurdu. Ondan inşaat materialları alırdılar. X20 bina tikintisini dayandırdı, Fəxrəddin Novruzov isə tikirdi. Bir neçə dəfə aralarında borca görə söz-söhbət olmuşdur. Onun restoranına yığışıb haqq-hesab ediblər. Fəxrəddinin Əkbərə təxminən 290000 manat borcu qalmışdı. X1 borcunu qaytaracağını bildirmişdir. Fəxrəddin Novruzov borc əvəzi olaraq Əkbər Cəfərova 25000 manat dəyərində olan “Lexus” markalı avtomobil vermişdir. Əkbər Cəfərovun oğlu isə həmin avtomobili satdı. Fəxrəddin Novruzov əlavə 3000 manat və 7000 manat ödəniş etmişdir. Borcunu ödəməyə başlamışdı lakin, əvvəlcə Fəxrəddin Novruzov, sonra isə Əkbər Cəfərov vəfat etmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Əkbər Cəfərov onun atalığı olmuşdur. X18 Aslanov metrosu yaxınlığında olan ərazidə binaların tikintisi ilə məşğul olurdu. Onlar isə ona kərpic satmışlar. Tanışlıqları oradan başlamışdır. Birlikdə çox iş görmüşlər. Son zamanlar aralarında pul haqq-hesabına görə mübahisələri olmuşdur. Lakin 2021-ci ildə “Cənnət” restoranında yığışıb pul haqq-hesabını həll etmişlər və kimin nə qədər borcu olduğu aydınlaşdırıldı. Həmin toplantı zamanı gərginlik yaşanırdı sonra sübut olunsun deyə tərəflərin razılığı ilə səsləri yazıldı. Diktafonu o, qoşub telefonla yazıb. Bundan əlavə tərəflər borclarını yazılı qaydada qeyd edib imzalamışlar. X12 Cəfərova təxminən 300000 manat borcu vardır. Borc əvəzi olaraq 30-35 min manat dəyərində qiymətləndirdiyi “Lexus” markalı avtomobili vermişdi. O, da onu 26500 ya 27000 dəqiq yadında deyil satdı maşın deyilən qiymətə satılmadı. Əlavə olaraq 4000 manat bir və 4000 manat da bir pul qaytarmışdır. Faktiki olaraq Fəxrəddin müəllimin Əkbər Cəfərova 230000-240000 manat borcu qalmışdır.
İş materialları:
10. AZ-İİ seriyalı 287623 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
11. Bakı Şəhəri 8 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubundan, xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-465, 2V-466, 2V-467, 2V-468 və 2V-469 nömrə ilə qeyd edilmiş və xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-525, 2V-526 və 2V-527 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ölmüş əri X2 vərəsəsidir və miras əmlakdan tam hissədə pay almalıdır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/861-4/889 saylı məhkəmə fonoskopik ekspertizasının rəyindən aydın olur ki, ekspertə məhkəmə qərarı ilə təqdim edilmiş CD diskdə olan səs yazılarına ekspertlər tərəfindən dinləmə aparılmış və müəyyən edilmişdir ki, K3 diktorun səsi və nitqi X4 məxsusdur. Təqdim edilmiş fonoqramdakı danışıqlarda diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, keçid prosesi üçün xarakterik siqnalın olması, sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması kimi montaj əlamətləri müəyyən olunmamışdır. Rəyin tədqiqat hissəsində səsli danışığın yazılı mətni olan 5-ci səhifədə əks olunur: ....K1 -209.500 K3 – 209.500 Fəxrəddin məlimin borcu qaldı saa. Elədimi, Fəxrəddin məllim? Qol çəkin hərəniz K2 – Tutuşduracıyıq da/// K1 – Mən yazdığım durur, bax bunu deyirdiniz ha, burda durur burda. Ola bilər ki, 5000, 3000, o da durur. Hamısı da kitab var, hamısı dəftər var. Söhpət////
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2730 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X5 qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Vərəsələri: qızı- X17, oğlu- İddiaçı2, oğlu- İddiaçı3 və oğlu- İddiaçı4dur.
İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılar mərhum atalarının vərəsəsi kimi, Cavabdeh əri X2 iddiaçıların ataları X9 olan pul borcunun X2 vərəsəsi kimi ödəməsini tələb edirlər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
16. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun:
59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır.
17. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi:
20. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçılar tərəfindən iddia tələbi sübuta yetirilmir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. İddiaçılar qanunvericiliyin tələbinə əsasən mərhum atasının qanuni vərəsəsi ola bilərlər. Lakin buna dair vərəsəlik şəhadətnamələrini təqdim etməmişlər.
23. Həmçinin, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir, bu zaman hər hansı gözlənilən mülkiyyət hüquqlarından deyil, məhz öldüyü məqamadək mövcud olan əmlak hüquqları daxildir. İddiaçıların isə tələb etdiyi pul məbləğinin mirasqoyan mərhum atalarının miras tərkibinə daxil olduğu, iddiaçının həmin miras payı üzrə vərəsəlik hüququnun qeydə alınması sübut olunmur.
24. İddiaçılar cavabdehin ərinin onların atasına borcunun mövcud olduğunu iddia etsələr də, məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Məhkəmə obyektiv araşdırmanı təmin etmək üçün təqdim olunmuş səs yazısı üzrə məhkəmə fonoskopik ekspertizası keçirmiş, lakin həmin səs yazısının mətnindən məhz X12 Cəfərova 288000 manat borcun mövcud olması əks olunmur. Orada müzakirədə iştirak edən şəxslərin mərhum mirasqoyanların olması şübhəlidir.
25. Məhkəmə iclasında müəyyən olundu ki, borca dair həm borcverən, həm borcalan vəfat etmişdir. Bu səbəbdən ekspert məhkəmə fonoskopik ekspertizası keçirən zaman səs yazılarının məhz Fəxrəddin Novruzova və Əkbər Cəfərova məxsus olmasını müəyyən edə bilməmişdir. Səs yazısının stenoqramından da görünür ki, K3 kimi qeyd olunmuş diktorun səsi və nitqi X4 məxsusdur. Səs yazısındakı digər səslərin Fəxrəddin Novruzova və Əkbər Cəfərova məxsus olması ekspert tərəfindən müəyyən olunmasa da iddiaçılar izahatında və şahidlər ifadələrində qeyd olunan səslərin mərhum Fəxrəddin Novruzova və Əkbər Cəfərova məxsus olmasını bildirmişlər.
26. Səslərin borc verənə və borc alana məxsus olması müəyyən olunmasa da, məhkəmə iddia tərəfinin təqdim etdiyi səs yazısındakı danışığa qiymət verərək qeyd edir ki, səs yazısında adları çəkilən “Fəxrəddin” və “Ələkbər” adlı şəxslərin aralarında iş birliyi olması və müəyyən məbləğdə haqq-hesab olması, bir-birinə olan borcu aydınlaşdırdıqları başa düşülsə də həmin səs yazısından tam olaraq kimin-kimə nə qədər borcu qalması müəyyən olunmur.
27. Belə ki, “Fəxrəddin məlimin borcu qaldı saa. Elədimi, Fəxrəddin məllim? Qol çəkin hərəniz. Tutuşduracıyıq da. Mən yazdığım durur, bax bunu deyirdiniz ha, burda durur burda. Ola bilər ki, 5000, 3000, o da durur. Hamısı da kitab var, hamısı dəftər var.” qeyd olunmuşdur. Göründüyü kimi borc qeyri-müəyyən olaraq qalır.
28. Bundan başqa iddiaçıların atasının adı X10r. Səs yazısında isə “Ələkbər” kimi qeyd olunur.
29. Həmçinin məhkəmə şahid ifadələrinə qiymət verərək qeyd edir ki, şahidlərin bildirdikləri borc məbləği arasında kəskin ziddiyyət var, fikirlər üst-üstə düşmür. Şahid ifadələri onların ehtimalına əsaslanır. Bu ifadələr iddianın əsaslılığı ilə bağlı məhkəmədə daxili inam yaratmamışdır.
30. Göründüyü kimi, iddiaçılar iddia ərizəsində qeyd etdikləri 288000 manat məbləğində pulun cavabdehin əri Fəxrəddin Novruzovun iddiaçıların ataları Əkbər Cəfərova borclu olmasını sübut edə bilməmişlər.
Məhkəmə xərcləri:
31. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir.
Nəticə:
32. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “pul” tələbinə dair iddiaları rədd edilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “pul” tələbinə dair iddiaları rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova