Məhkəmə qərarları › İş №e-2(007)-563/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-563/2023

02.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-563/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin notariusu X2 qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin notariusu X2 qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs Maraqlı şəxs MMC-nin müraciəti əsasında iddiaçı "xxxx" MMC-dən tel-(077) 219-47-79/ 77-219-47-79 nömrəli müqaviləyə görə ödənilməmiş 1152,42 (min yüz əlli iki manat qırx iki qəpik) AZN məbləğində pul vəsaitinin və 25 (iyirmi beş manat) AZN məbləğində rüsumun tutularaq üçüncü şəxs Maraqlı şəxs MMC-yə ödənilməsi barədə cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin notariusu X3 tərəfindən 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi tərtib edilmiş və məcburi qaydada icra olunması üçün Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin notariusu X3 tərəfindən tərtib edilmiş 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi əsasında Nizami Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov tərəfindən xx.xx.2022-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin qərarla birlikdə tələbin könüllü icrası haqqında yazılı bildiriş iddiaçıya poçt vasitəsilə göndərilmişdir. Sözügedən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında yazılı bildiriş iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində poçt vasitəsilə əldə edilmişdir. İcra qeydindən narazı qalan İddiaçı MMC cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin notariusu X2 və üçüncü şəxs Azerfon MMC-yə qarşı icra qeydinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin e-2(007)-2590/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən, iddia tələbləri rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, icra qeydinin etibarsızlığı yox, ləğv edilməsi tələbi irəli sürülməli idi. Hazırki vəziyyətdə iddiaçı Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A Məhdud Məsuliyyətli cəmiyyəti hesab edir ki, cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin notariusu X3 tərəfindən tərtib edilmiş 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə zidd qaydada qəbul edildiyindən ləğv edilməlidir. Buna görə də, iddiaçı pozulmuş hüquqlarının bərpa olunması üçün icra qeydinin ləğv edilməsi barədə hazırki iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin notariusu X3 tərəfindən tərtib edilmiş 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün ən ciddi əsas ondan ibarətdir ki, cavabdehin tələbi əsassız olmuş və iddiaçı təşkilatın cavabdehə hər hansı borcu mövcud olmamışdır. Bunun sübutu kimi üçüncü şəxs Maraqlı şəxs MMC tərəfindən iddiaçı təşkilata ona rəsmi borcunun olmaması barədə dövrü olaraq mütəmadi qaydada təqdim edilmiş hesabfakturalar (**********05999823 nömrəli, xx.xx.2022- ci il tarixli faktura; **********05776873 nömrəli, xx.xx.2022-ci il tarixli faktura; **********05553386 nömrəli, xx.xx.2022-ci il tarixli faktura; **********05109594 nömrəli, xx.xx.2021-ci il tarixli faktura; **********04665500 nömrəli, xx.xx.2021-ci il tarixli faktura; **********04440822 nömrəli, xx.xx.2021-ci il tarixli faktura; **********04219989 nömrəli, xx.xx.2021-ci il tarixli faktura) iddia ərizəsinə əlavə edilir. Hesab fakturalar üçüncü şəxs Azerfon MMC-nin rəsmi elektron poçt ünvanından (Elektron ünvan ) iddiaçı təşkilata rəsmi qaydada göndərilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçı təşkilatın üçüncü şəxs Azerfon MMC-yə heç bir borcu olmamasına baxmayaraq, cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin notariusu X3 tərəfindən əsassız olaraq, iddiaçıdan borcun tutulması barədə icra qeydi verilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün digər ciddi əsas ondan ibarətdir ki, icra qeydi üçüncü şəxsin tələb hüququ üzrə iddia müddətinin ötürülməsi şəraitində tərtib edilmişdir. Belə ki, ilkin olaraq, bildirməlidirlər ki, həqiqətən də, iddia ərizəsinə əlavə edilmiş hesab-fakturalardan da göründüyü kimi, iddiaçı təşkilatın üçüncü şəxs Azerfon MMC-yə hər hansı borcu olmamışdır. Lakin iddiaçı hesab edir ki, əgər bu cür borc mövcud olsa da belə, bu borc üzrə 3 (üç) illik iddia müddəti ötürülmüşdür. Üçüncü şəxs Azerfon MMC ilə iddiaçı arasında imzalanmış xx.xx.2011-ci il tarixli Abunə müqaviləsini araşdırdıqda məlum olur ki, müqavilə 2 illik uzadılma şərtilə 2 il müddətinə, yəni ümumilikdə 4 il müddətinə - xx.xx.2015-ci il tarixinədək bağlanılmışdır. Həmin tarixdən sonra ən geci 3 il müddətinə - yəni xx.xx.2018ci il tarixinədək icra qeydi verilməli olduğu halda üçüncü şəxs tələb müddətini tam 4 il ötürərək 2022-ci il tarixində notariusa müraciət etmişdir. Belə olduğu halda, icra qeydinin AR Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş tələb müddətinin ötürülərək tərtib edildiyi, dolayısıyla da, Notariat haqqında AR Qanunun 76-cı maddəsinin üçüncü hissəsinin və AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 162-ci maddəsinin tələblərinin pozuntusu olduğu aşkardır. Belə ki, iddiaçı təşkilat ilə üçüncü şəxs arasındakı əməkdaşlıq xx.xx.2015-ci ildən etibarən dayandırılmış və tərəflər arasındakı müqavilə həmin tarixlərdən etibarən ləğv edilmişdir. Belə olduğu təqdirdə ağlabatandır ki, iddia olunan yaranmış borc həmin tarixdən əvvələ aid olmuşdur və buna görə də müqavilə və ya vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə 3 (üç) illik iddia müddəti ötürülmüşdür. Lakin cavabdeh birbaşa qanunvericiliyin tələblərinə zidd olaraq iddia müddəti ötmüş tələb üzrə icra qeydi tərtib etmişdir. Qeyd edilənlərə əsasən cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən tərtib edilmiş 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, iddiaçı ilə cəmiyyət arasında xx.xx.2011-ci il tarixdə abunə müqaviləsi bağlanmışdır. Hazırda tələb olunan borc elə həmin vaxtların borcudur. Müqavilə müddəti bitdikdən sonra da iddiaçı, onun keçmiş işçiləri cəmiyyətin nömrələrindən istidafə etmişdir. Müqavilə müddəti bitdikdən sonra da ödənişlər olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiklərini və iddianın rədd edilməli olduğunu qeyd etmiş, hazırki işə mövcud sübutlar əsasında, iştirakları olmadan baxıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin notariusu X3 məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Maraqlı şəxs MMC ilə "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC arasında abunə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən tərəflər müqaviləyə əlavə olunan siyahıda əks olunan nömrəli Azerfon tərəfindən Xidmətləri istifadə üçün Abnunəçiyə təqdim etməsinə və Abunəçi tərəfindən Xidmətlərin 2 il müddətinə bu müqavilədə nəzərdə tutulan qaydada istifadə edilməsi və müvafiq tarif planına uyğun olaraq xidmət haqqının ödənilməsinə razılaşmışlar. - Maraqlı şəxs MMC tərəfindən "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktunun surətindən görünür ki, "xxxx" MMC (bundan sonra - Azerfon) ilə Abunəçi arasında imzalanmış müvafiq abunə müqaviləsinə (bundan sonra - Müqavilə) əsasən Azerfon siyahısı Müqaviləyə əlavə edilmiş nömrələri və telekommunikasiya xidmətləri ilə Abunəçini təmin etməyi, Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq Ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Müqavilənin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlıvaxtında xidmətlərdən istifadəyə görə və "Azerfon” tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməli, nömrənin hesabında olan pul vəsaitinin geri ödənilməmək şərti ilə yalnız "Azerfon”un rabitə xidmətlərinə görə yaranmış borcların ödənilməsi üçün istifadə etməlidir. Lakin tərəflərindən abunə müqaviləsinin yuxarıda göstərilən şərtləri pozulmuş, göstərilmiş rabitə xidmətlərinə görə yaranmış borclar ödənilməmişdir. X1-a Müqaviləyə əsasən ödənilməmiş borcu qalmışdır. Qeyd edilənlərə əsasən Müqavilə üzrə öhdəliklərinizi yerinə yetirməyinizi, yaranmış 1152,41 manat borcunun hazırki pretenziya məktubunu aldıqdan sonra 10 (on) iş günü müddətində "xxxx"a ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin məbləğin, müvafiq faizlərin və məhkəmə xərclərinin tutulması ilə bağlı tərəflərindən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır. - Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş icra qeydin surətindən görünür ki, Maraqlı şəxs MMC-nin xeyrinə "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-dən tel-(077)219-xx-xx/772194779 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1152 manat 42 qəpik (min yüz əlli iki manat qırx iki qəpik) pulun tutulması, bundan əlavə borclu "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-dən tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 1177 manat 42 qəpik (min yüz yetmiş yeddi manat qırx iki qəpik) pulun tutulması təklif edilmişdir. - Notariat icra qeydi haqqında ərizədən görünür ki, "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nin 1152,42 manat əsas borcu vardır. - Bakı şəhər Nizami rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən tərtib edilmiş 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası borcluya bildiriş göndərilmişdir. - Maraqlı şəxs MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə borcu yoxdur. - Maraqlı şəxs MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üzrə borcu yoxdur. - Maraqlı şəxs MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə borcu yoxdur. - Maraqlı şəxs MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə borcu yoxdur. - Maraqlı şəxs MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə borcu yoxdur. - Maraqlı şəxs MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə borcu yoxdur. - Maraqlı şəxs MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə borcu yoxdur. - Maraqlı şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixə olan borcu aşağıdakı kimi göstərilmişdir: 772194665-1,34, 772194812-13,65, 772194894-13,20, 772194872-13,35, 772194754- 14,38, 772194800-0,05, 772194906-984,29, 772194877-14,70, 772194883-12,91, 772194773-12,06, 772194952-13,05, 772194814-13,89, 772194837-0,12, 772194818- 5,37, 772194662-1,48, 772194853-0,11, 772194820-12,26, 772194791-14,16, 772194756-12,03, cəmi 1152,42 manat borcu vardır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2590/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı MMC-nin 3-cü şəxs Maraqlı şəxs MMC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Maraqlı şəxs MMC ilə "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC arasında abunə müqaviləsinə əsasən Maraqlı şəxs MMC iddiaçıya müqaviləyə əlavə olunan siyahıda əks olunan nömrələri verməyi, sonuncu isə Maraqlı şəxs MMC-yə həmin nömrələrdən istifadə etməklə danışıq haqqını ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli məktub göndərilmiş və müqavilə üzrə borcun 10 iş günü müddətində qaytarılması xahiş edilmiş, əks təqdirdə borcla bağlı məhkəməyə müraciət ediləcəyi barəsində xəbərdar edilmişdir. Maraqlı şəxs MMC tərəfindən borclu müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etmədiyindən İddiaçı MMC barəsində icra qeydinin aparılması xahiş edilmişdir. Bundan sonra 30 saylı notariat kontoru tərəfindən xx.xx.2022-ci il tarixdə icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən 30 saylı notariat kontoru Maraqlı şəxs MMC-nin xeyrinə "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-dən tel-(077)219-xxxx/772194779 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1152 manat 42 qəpik (min yüz əlli iki manat qırx iki qəpik) pulun tutulması, bundan əlavə borclu "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-dən tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 1177 manat 42 qəpik (min yüz yetmiş yeddi manat qırx iki qəpik) pulun tutulması təklif edilmişdir. Hazırda iddiaçı "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” həmin icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas Maraqlı şəxs MMC ilə borclu "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti- A” arasında bağlanılmış Abunə müqaviləsi olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 30 saylı notariat kontorunun xüsusi notariusu qanunvericiliyin tələblərinə uyğun olaraq Maraqlı şəxs MMC-nin təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, Elektron notariat informasiya sistemindən ərizə notariat ofisinə daxil olduqdan sonra bir iş günü müddətində icra qeydini aparmışdır. Hazırda iddiaçı Maraqlı şəxs MMC-yə heç bir borcunun olmadığı qeyd etmişdir. Məhkəmə tərəfindən Maraqlı şəxs MMC-dən icra qeydi haqqında ərizənin verilməsi üçün əsas olmuş sənədlər tələb edilmiş və cəmiyyət tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışla müəyyən edilmişdir ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixə olan borcu aşağıdakı kimidir: 772194665-1,34, 772194812-13,65, 772194894-13,20, 772194872- 13,35, 772194754-14,38, 772194800-0,05, 772194906-984,29, 772194877-14,70, 772194883-12,91, 772194773-12,06, 772194952-13,05, 772194814-13,89, 772194837- 0,12, 772194818-5,37, 772194662-1,48, 772194853-0,11, 772194820-12,26, 772194791- 14,16, 772194756-12,03, cəmi 1152,42 manat borcu vardır. Lakin hazırda mübahisələndirilən icra qeydi ilə müəyyən edilir ki, iddiaçı "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-dən tel-(077)219-xx-xx/772194779 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1152 manat 42 qəpik borcu vardır. Göründüyü kimi icra qeydi ilə borc bir ədəd nömrə ilə bağlı hesablansa da, Maraqlı şəxs MMC tərəfindən təqdim edilmiş borca dair çıxarışla isə 19 ədəd nömrə üzrə borc hesablanmışdır. Bundan başqa, məhkəməyə təqdim edilmiş Maraqlı şəxs MMC tərəfindən "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubu lə müəyyən edilir ki, "xxxx" MMC Abunəçi arasında imzalanmış müvafiq abunə müqaviləsinə üzrə öhdəlikləri yerinə yetirilməməsi nəticəsində yaranmış 1152,41 manat borcunun hazırki pretenziya məktubunu aldıqdan sonra 10 (on) iş günü müddətində "xxxx"a ödənilməsi xahiş edilmişdir. Lakin məhkəməyə təqdim edilmiş hesab fakturalar ilə iddiaçının xx.xx.2021-xx.xx.2021-ci il və bundan sonrakı aylar üzrə də borcunun olmadığı məlum olmuşdur. Həmçinin, Maraqlı şəxs MMC-nin nümayəndəsi və vəkili 1152,41 manat borcun hansı tarixləri əhatə etdiyinə dair məhkəmənin vermiş olduğu sualları cavablandırmamış, məhkəmə tərəfindən borcun hansı tarixlər üzrə hesablandığı müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı tərəfin mübahisələndirdiyi digər məsələ icra qeydinin Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş tələb müddətinin ötürülərək tərtib edilməsi olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Maraqlı şəxs MMC ilə "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC arasında xx.xx.2011-ci il tarixdə Abunə müqaviləsi bağlanmış və müqavilənin 9.1-ci maddəsində göstərilmişdir ki, müqavilə 2 il müddətinə qüvvədə qalır, müddət sounda tərəflərin heç bir etirazı olmazsa müqaviləsi eyni müdddətə uzaldılmış hesab edilir. Yəni tərəflə arasında müqavilə münasibtələri xx.xx.2015-ci il tarixinə kimi davam etmişdir. İddiaçı Azerfon” MMC tərəfindən bundan sonrakı üç il ərzində icra qeydinin aparılması ilə bağlı müraciət edilə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs MMC-nin nümayəndəsi və vəkili müqavilənin müddətinin xx.xx.2015-ci il tarixdə bitiyini, lakin cəmiyyət və onun işdən çıxmış işçiləri tərəfindən nömrələrdən istifadə edilməsinə davam edildiyini, bundan sonra da ödəniş edildiyini qeyd etmişdir. İddiaçı isə göstərilənlərə münasibətdə xx.xx.2011-ci il tarixli təminat məktubuna istinad edərək, cəmiyyətin xx.xx.2011-ci il tarixli müqavilə əsasən göstərilən xidmətlərə görə müqavilədə müəyyən edilmiş şərtlər daxilində, yəni xx.xx.2015ci il tarixinədək ödənişlərin təyin olunmuş müddət ərzində ödənilməsinə zəmanət verildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. Belə ki, iddiaçı hazırkı iş üzrə iddia müddətinin ötürüldüyünü və müqavilə müddətinin xx.xx.2015-ci il tarixdə bitdiyindən xx.xx.2018-ci il tarixədək cəmiyyət tərəfindən borc tələb edilməli olduğunu, lakin müddətin ötürüldüyünü qeyd etmişdir. Maraqlı şəxs MMC-nin nümayəndəsi isə müddətin ötürülmədiyini, müqavilədə müddəti bitdikdən sonra belə cəmiyyətin xidmətlərindən istifadə edildiyini qeyd etmişdir. Göründüyü kimi, tərəflərin izahatlarına və iş materiallarına əsasən hazırkı mərhələdə iddia müddətinin tətbiq edilməsi üçün iş üzrə əhəmiyyətli hallar tam təsdiq edilmir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, hazırda iddiaçının Maraqlı şəxs MMC ilə bağladığı xx.xx.2011-ci il tarixli abunə müqaviləsi üzrə 1152,42 manat borcunun olması öz təsdiqini tapmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən tərtib edilmiş 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən tərtib edilmiş 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar