Məhkəmə qərarları › İş №e-2(007)-625/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-625/2025

31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-625/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı (video-konfrans vasitəsilə), Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş əlilistehlakçı hüququnun bərpa edilməsi, maddi ziyan olaraq cavabdehdən 39287 (otuz doqquz min iki yüz səksən yeddi) manat, mənəvi ziyan olaraq 50 (əlli min) manat, toplam 89287 (səksən doqquz min iki yüz səksən yeddi) manat tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı elektron kabinet vasitəsilə ərizə verərək bildirmişdir ki, əvvəlki iclasda yanlış bildirmişdir ki, onun hesabına keçirilən 9750 avronu 3 il verməyiblər və günə 1 faiz hesabı ilə dəbbə pulu 3 ilə vurulmuşdu. Halbuki, 1 il verməyiblər və 9750-nin 1 faizi 97,5 avro, ortalıq 180 manat edir. Bu da bir aya 5400 manat, 1 ilə 64800 manat edir. Məhkəmə iclasında (video-konfrans vasitəsilə) iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə bildirdi ki, hazırki tələbə aidiyyatı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bununla bağlı məhkəməyə vəsatət təqdim edilmişdir və vəsatəti müdafiə edir. Məhkəmə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi ilə bağlı iddiaçının fikrini öyrənmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdi. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 1rosessual Məcəlləsinin: 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə, qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırlıq iclası mərhələsində aidiyyət məsələsi həll edilməli, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 44.2.2, 45.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair e-2(007)-625/2025 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar