Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-651/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər "xxxx" MMCyə və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “payın müəyyən edilməsi, müqavilənin etibarsız hesab edilməsi, pulun verilməsi və mənzilə köçürülmə” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “payın müəyyən edilməsi, müqavilənin etibarsız hesab edilməsi, pulun verilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvandakı binanın, 4-cü mərtəbəsində 2 otaqdan ibarət 100 kv metr 12 saylı mənzil üzərində İddiaçı ½ hissədə mülkiyyət hüququnun müəyyən olunması və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvandakı binanın, 4-cü mərtəbəsində 2 otaqdan ibarət 100 kv metr 12 saylı mənzil üzərində İddiaçı ½ hissədə mülkiyyət hüququnun müəyyən olunması, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada 7.000 (yeddi min) manat pulun alınaraq İddiaçı verilməsi və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanda yerləşən 5 saylı binanın, 4-cü mərtəbəsində 2 otaqdan ibarət 99 kv.metr olan 2 otaqlı 12 saylı mənzilin üzərində İddiaçı ½ hissədə hüququnun müəyyən olunması, Cavabdeh2 ilə "xxxx" MMC arasında imzalanmış 04 iyul 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" MMC-nin üzərinə ünvan 1 ünvanında yerləşən 5 saylı binanın, 4-cü mərtəbəsində 2 otaqdan ibarət 99 kv.m olan 2 otaqlı, 12 saylı mənzillə bağlı1/2 nisbətdə müqavilə bağlanması öhdəliyinin qoyulması, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada 7.000 (yeddi min) manat pulun alınaraq İddiaçı verilməsi və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim T.N.Məmmədov) 17 iyun 2021-ci il tarixli, 2(010)-43/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilinə 1/2 hissədə İddiaçı payının müəyyən olunması qət edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixil 158 nömrəli Sərəncamı ilə Nizami rayonu, Ş.Mirzəyev kücəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud 2 mərtəbəli yaşayış binalarının, o cümlədən qərardadda qeyd edilən Ş.Mirzəyev küçəsi 59 ünvanında yerləşən bina da daxil olmaqla sökülərək yerində çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1,2848 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilimişdir. Sonradan onlara məlum olmuşdur ki, Ş.Mirzəyev küçəsi 59 ünvanında yerləşən bina sökülərək yerində çoxmənzilli yaşayış binalarının tikintisi layihələndirilərək tikilmiş yeni çoxmənzilli binadan "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvan 1 ünvandakı binanın, 4-cü mərtəbəsində 2 otaqdan ibarət 100 kv metr 12 saylı mənzil verilmişdir. Lakin baxmayaraq ki, yuxarıda göstərildiyi Suraxanı Rayon Məhkəməsinin (hakim T.N.Məmmədov) 17 iyun 2021-ci il tarixli, 2(010)-43/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilinə 1/2 hissədə İddiaçı payının müəyyən olunması qət edilmişdir, "xxxx" MMC tərəfindən Cavabdeh2 adına ünvan 1 ünvandakı binanın, 4-cü mərtəbəsində 2 otaqdan ibarət 100 kv metr 12 saylı mənzil sənədləşdirilərkən və təhvil verilərkən İddiaçı mülkiyyət hüququları nəzərə alınmamışdır. Halbuki, "xxxx" MMC tərəfindən Cavabdeh2 adına rəsmiləşdirilmiş həmin mənzil birgə nikah dövründə əldə edilmiş və Suraxanı Rayon Məhkəməsinin (hakim T.N.Məmmədov) 17 iyun 2021-ci il tarixli, 2(010)-43/2021 nömrəli qətnaməsi ilə İddiaçı ½ hissədə mülkiyyəti tanınmış Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilinin sökülməsi nəticəsində verilmişdir. Beləliklə, İddiaçı mülkiyyət hüquqları kobudcasına cavabdehlər tərəfindən pozulmuşdur, bunun da nəticəsində İddiaçı əmlakına sahiblik etmək, ondan istifadə etmək hüquqlarından məhrum olmuşdur. Bu səbəbdən İddiaçı hüquqları sırasında fundamental yeri olan mülkiyyət hüquqları bərpa olunmalı, Cavabdeh2 adına sənədləşdirilən ünvan 1 ünvandakı binanın, 4-cü mərtəbəsində 2 otaqdan ibarət 100 kv metr 12 saylı mənzil üzərində İddiaçı ½ hissədə mülkiyyət hüququ müəyyən olunmalıdır və iddiaçı həmin mənzilə köçürülməlidir.
5. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, işin məhkəmə hazırlıq mərhələsində müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmışmüqavilə üzrə Cavabdeh2 14 000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlər arasında bağlanmış 04 iyul 2022-ci il tarixli müqavilənin predmetini təşkil edən mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir.
Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :
6. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı olan “mülkiyyət hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinin dəlillərinə qarşı etiraz ərizəsi verərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. xx.xx.2024-cü il tarixli etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun müəyyən olunması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanındakı binanın, 4-cü mərtəbəsində 2 otaqdan ibarət, sahəsi 100 kv metr olan 12 saylı mənzilin üzərində İddiaçı 1\2 hissədə mülkiyyət hüququnun müəyyən olunması və İddiaçı həmin mənzilə köçürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər birgə nikaha xx.xx.2008-ci il tarixdə daxil olmuşlar. Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 59, 10 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Qeyd olunan bu mənzilin alınması üçün "xxxx" ASC-dən 35000 min manat məbləğində kredit götürülmüş və ümumilikdə xx.xx.2037-ci il tarixdək 55369,15 manat məbləğində pulun qaytarılması nəzərdə tutulmuşdur. Tərəflər arasında olan nikah 2019-cu il tarixdə pozulmuşdur. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)43/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilinə dair 1\2 hissədə İddiaçı qıznın payının müəyyən olunması, ünvan 3 ünvanda torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin inşası üçün sərf edilmiş 113.073,9 manat vəsaitin 1\2 hissədə yəni 56536,95 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9436\2021 saylı 15 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2723\2022 saylı 18 may 2022-ci il qərarına əsasən kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9436\2021 saylı 15 noyabr 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, İddiaçı Cavabdeh2 qarşı fərdi yaşayış evinin tikintisinə çəkdiyi xərcin tutulması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-585\2022 saylı 28 03.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən hesablanmaqla hazırki iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixədək Cavabdeh2 tərəfindən 15.11.2.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən ipoteka predmeti olan Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilinə görə Kapital Bank ASC-yə ödənilən kredit ödənişi ilə bağlı pul vəsaitinin 1\2 hissəsi cavabdeh İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi, hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra xx.xx.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən Kapital Bank ASC-yə olan kredit ödənişlərinin 1\2 hissədə Cavabdeh2 və 1\2 hissədə İddiaçı vəsaiti hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün göndərilsə də, İddiaçı tərəfindən qətnamə icra olunmamışdır və o, ödənilmiş pulu nə cavabdehə qaytarmamış eyni zamanda mübahisəli pay hüququ tanınmış mənzillə bağlı olan ödənişi ödəməmişdir. Həmin mənzillə bağlı olan bütün ödənişlərin cavabdeh tərəfindən ödənilməsini təsdiq edən qəbzlər etirazla birlikdə məhkəməyə təqdim olunur. Buradan belə nəticəyə gəlinir ki, iddiaçının ümumiyyətlə qeyd olunan qətnamənin icra olunmasında heç bir marağı olmamışdır. "xxxx" MMC tərəfindən hazırki məhkəmədə iddia qaldırılarkən T. Nəzərov tərəfindən vəsatət verilərək İddiaçı da məhkəməyə çağırılması tələb olunmuş vəsatət təmin edilsə də, o məhkəmə iclasına gəlməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli sərəncamına əsasən Bakı şəhər Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud 2 mərtəbəli yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini layihələndirməsi üçün 1.2848 ha torpaq sahəsi "xxxx" MMC-nə verilmişdir. Cavabdeh2 məxsus olan mənzilin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılmış və tərəflər aralarında müvafiq razılığa gələrək müqavilə bağlamışlar. Lakin həmin mənzilin verilməsinə əsas ipoteka predmeti olan borc məbləğinin iddiaçıdan tutulmasına yönələn mənzil olmuşdur. Həmin mənzil ipoteka ilə yüklüdür və yüklülülk ödəniş tam həyata keçirildikdən sonra 2037-ci il tariixdə başa çatacaqdır. Mübahisəli sökülmüş mənzil ümumi sahəsi 51,5 kv metr olsa da, yeni mənzil 99 kv metrdir. İlk öncə qeyd edir ki, iddiaçıya 51,5 kv metr nəzərdə tutulan birgə nikahdan əldə olunmuş mənzilin 1\2 hissəsinə pay hüququ tanınmışdır. Həmin mənzillə bağlı ödənişlərin həyata keçirilməsini nəzərdə tutan qətnamə mövcud olsa da iddiaçı tərəfindən qeyd olunan məbləğ öədnilmir. Azərbaycan Respublikasının adından çıxarılmış qətnamənin icra olunmasından iddiaçı qərəzli olaraq yayınır. Hazırki mənzil nikahın ləğv edildiyindən sonra əldə olunubdur. İpoteka predmeti olan məzilin dəyəri tam ödənilmədiyindən hazırki mənzillə bağlı heç təmir bərpa işləri aparılmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il tarixli 12 iyul tarixli qərarında qeyd olunmuşdur ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqularını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilin ipoteka borcu onların birgə öhdəliyi hesab edilmişdir və hər ikisi üçün pulun ödənilməsi vəzifəsi yaranmışdır. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tərəflər arasında olan nikah 2019-cu il tarixdə pozulmuş və 2021-ci ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçının Nizami rayonu, Şirin Çirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilinə 1\2 hissədə pay hüququ tanınmışdır. İddiaçı həmin mənzilə köçürülməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. İddiaçı cavabdehlə rəsmi nikahları pozulduqdan sonra cavabdehin adına yeni ünvanda rəsmiləşən müqavilə üzrə iddiaçı hər hansı tələb irəli sürə bilməz. Çünki o hazırda cavabdehlə nikah münasibətində deyil və nikahın pozulmasından artıq 3 ildən artıq müddət keçmişdir. Bundan başqa birgə nikah dövründə əldə olunmuş mənzilə onun 1\2 hissədə pay hüququ yaranmışdır. Hazırda həmin mənzillə bağlı ipoteka borcu tərəflərin arasında bölünsə də yalnız cavabdeh tərəfindən ödənilir.
8. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə idda müddətinin tətbiq olunmasına dair ərizə (məlumat) verərək, məhkəmədən müqavilənin nikahdan sonra bağlandığını və iddiaçının hazırda 3 illik iddia müddətini ötürdüyünü nəzərə alaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər 2019-cu ilin iyun ayınadək nikahda olmuşlar. Müqavilə isə 2022-ci ilin iyul ayında bağlanmışdır.
9. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “payın müəyyən edilməsi, müqavilənin etibarsız hesab edilməsi, pulun verilməsi və mənzilə köçürülmə” tələbinin dəlillərinə qarşı xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi verərək, məhkəmədən iddiaçının pay hüququ yaranmış mənzilə köçürülmə ilə bağlı iddia vermədiyini, müqavilənin etibarsız hesab olunması ilə bağlı da müddəti ötürdüyünü, ödənilmiş məbləğin evin daşınması, sökülməsi və təmiri üçün nəzərdə tutulduğunu, hazırki mübahisənin birgə nikah dövründə əldə edilmiş mənzillə bağlı deyil, digər mənzillə bağlı olduğunu və iddia tələbinin tamamilə əsasız olduğunu nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları :
10. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-43/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzayev küçəsi 59 saylı evin, 10 saylı mənzilinə 1/2 hissədə İddiaçı payının müəyyən olunması, ünvan 4 ünvanında torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin inşası üçün sərf edilmiş 113.073,9 manat vəsaitin 1/2 hissəsi yəni 56.536,95 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-585/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək xx.xx.2019-cu il tarixdən hesablanmaqla hazırki iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixədək Cavabdeh2 tərəfindən xx.xx.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin 10 saylı mənzilinə görə Kapital Bank ASC-yə ödənilən kredit ödənişi ilə bağlı pul vəsaitinin 1/2 hissəsinin cavabdeh İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi, hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra xx.xx.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən Kapital Bank ASC-yə olan kredit ödənişlərinin 1/2 hissədə Cavabdeh2, 1/2 hissədə İddiaçı vəsaiti hesabına ödənilməsi qət edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2723/2022 saylı qərarından görünür ki, həmin qərar ilə kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, İddiaçı Cavabdeh2 qarşı fərdi yaşayış evinin tikintisinə çəkdiyi xərcin tutulması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.
13. Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin rəis müavini kiçik ədliyyə müşaviri icra məmuru Elnur Tağıyevin “Presedent” vəkil bürosunun vəkili xanım Vəkil2 ünvanlandırdığı xx.xx.2024-cü il tarixli, 11/2024 nömrəli məktubunda Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-43/2021 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə İcra haqqında Qanunun 10 və 24-cu maddəsinə əsasən icra olunması üçün aidiyyəti üzrə Nizamı rayon icra şöbəsinə göndərildiyi, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci iİ tarixli 2(010)-585/2022 saylı qətnaməsi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılaraq tərəflərə bildiriş göndərildiyi, lakin bu günədək icra sənədinin icrasının mümkün olmadığı və icra sənədinin icrası istiqamətində tədbirlərin davam etdiriləcəyi bildirilmişdir.
14. İş materiallarına Cavabdeh2 tərəfindən həyəta keçirilın ipoteka ödənişlərinə dair qəbzlərin, kommunal xərclərin ödənilməsinə dair qəbzlərin surəti əlavə edilmişdir.
15. Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 141 saylı Mənzil Kommunal İstismar Sahəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 01 №-li məlumata əsasən Ş.Mirzəyev küçəsi 59 №-li bina 2 mərtəbəli, 2 girişli olmaqla 12 mənzildən ibarət olduğu, bina 1954-cü ildən istismara verildiyi və Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olduğu, binaya 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 141 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xidmət göstərildiyi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 №-li Sərəncamı ilə Nizami rayonu Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud 2 mərtəbəli yaşayış binalarının, o cümlədən qərardadda qeyd edilən Ş.Mirzəyev küçəsi 59 ünvanında yerləşən bina da daxil olmaqla sökülərək yerində çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1,2848 ha torpaq sahəsi icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verildiyi, hazırda sözügedən binanın sakinləri MMC ilə qarşılıqlı razılaşma əsasında bağlanmış müqaviləyə əsasən köçürüldüyü, yalnız Cavabdeh2 yaşadığı mənzili təhvil vermək istəməməsi ilə əlaqədar razılıq əldə olunmadığı üçün binanın sökülməsi "xxxx" MMC tərəfindən dayandırıldığı qeyd edilmişdir.
16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 59, mənzil 10 xx.xx.2012-ci il tarixdə, ********* qeydiyyat nömrəsi ilə tam mülkiyyətində hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
17. Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 iyul 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu Ş.Mirzəyev küç. ev.59, m. 10, 2 (iki) otaqlı 54.30 kvm. yaşayış sahəsini bu müqavilə ilə müəyyən edilən qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə özü tərəfindən inşa edilən ünvan 7 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki ümumi sahəsi 99 kvm. olan 2 otaqlı, 12 saylı mənzili təmirsiz vəziyyətdə Cavabdeh2 istifadəsinə verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 saylı mənzilin təmiri üçün Cavabdeh2 14000 (on dörd min) manat pul ödəməyi və Cavabdeh2 isə həmin mənzili və mənzilin təmiri ilə əlaqədar ödənilən kompensasiyanı qəbul etməyi öhdəsinə götürmüşdür.
18. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli iltizam vərəqəsindən görünür ki, Cavabdeh2 ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinin təmiri üçün 14000 (on dörd min) manat məbləğində pul vəsaitini "xxxx" MMC-dən almışdır.
19. İş materiallarına Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" MMCyə ünvanlandırdığı xx.xx.2020-ci il tarixli, 03/01-494 nömrəli məktub və xx.xx.2020-ci il tarixli obyektin tikintisinə icazə sənədi əlavə edilmişdir.
20. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
21. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1007/2022 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-2723/2022 saylı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-585/2022 saylı mülki işlər üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin Cavabdeh2 qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəanət Fondu və "xxxx" ASC cəlb olunmaqla, “mənzildən çıxarılma” tələbinə dair 2(007)-1007/2022 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
22. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinə daxil olmuş ərizədən görünür ki, İddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-1007/2022 saylı mülki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin 10 saylı mənzilinin birgə nikah dövründə əldə edilmiş əmlak olması və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə sözügedən mənzil üzərində ½ hissədə payı müəyyən edildiyinə görə hazırki iddia tələbinin onun hüquq və vəzifələrinə toxunmasını əsas gətirərək iş üzrə onun da cəlb edilməsini xahiş etmişdir.
23. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-1007/2022 saylı mülki iş üzrə icraatın təzələnməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-1007/2022 saylı mülki iş üzrə iddiadan imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
24. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1007/2022 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin imtinası qəbul edilmiş və iddiaçı "xxxx" MMC–nin Cavabdeh2 qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəanət Fondu və "xxxx" ASC cəlb olunmaqla “mənzildən çıxarılma” tələbinə dair mülki işin icraatına xitam verilmişdir.
Tərəflərin izahatları :
25. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, binanın sökülməsində və Cavabdeh2 14000 manat pul vəsaitinin verilməsində iştirak etməmişdir. Mübahisə predmeti olan sökülmüş mənzildə heç vaxt yaşamamışdır. Sökülmüş mənzil ipoteka ilə alınmışdır, orada yaşayış olmamışdır. Onun tərəfindən həmin mənzilə dair ipoteka ödənişi həyata keçirilməmişdir. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanan müqavilədən məlumatı olmamışdır. Binanın sökülməsində məlumatlı olsa da, yeni müqavilənin bağlanmasından məlumatları olmamışdır.
26. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddia tələbinin əsasını Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(010)-43/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilinə 1/2 hissədə İddiaçı Zakıir qızının payının müəyyən olunması təşkil edir. Bu qətnamədən apellyasiya, kassasiya şikayətləri verilmiş, qətnamə olduğu kimi saxlanılmış və qanuni qüvvəsini almışdır. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sözügedən evin yerləşdiyi binanın sökülməsi, yerində 24 mərtəbəli binanın tikilməsi üçün icazə verilmişdir. Sökülmüş binadakı evin yerinə tikilmiş binadan 2 otaqdan ibarət yeni mənzil ayrılmışdır. "xxxx" MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Yeni mənzil tərəflərin birgə nikah dövründə aldıqları evin əvəzində verilmiş mənzildir. Bu müqavilənin bağlanılmasından İddiaçı məlumatı olmamışdır. Bu hissədə İddiaçı hüququ pozulmuşdur. İddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən 1-2 ay qabaq Cavabdeh2la "xxxx" MMC arasında müqavilə bağlanması haqqında məlumatları olmuşdur. Əvvəlcədən binanın sökülməsindən isə məlumatlı olmuşlar. Birgə nikah dövründə ödənilmiş ipoteka ödənişləri tərəflərin hər ikisinin ödədiyi kimi qəbul olunur. Tərəflər arasında nikah pozulduqdan sonra İddiaçı tərəfindən ipoteka ödənişi edilməmişdir. Cavabdeh2 tərəfindən 14000 manat pulun alması ilə bağlı iltizamı var. Həmin iltizamda Cavabdeh2 qeyd edir ki, 14000 manat pulu “Rahatlığın Məkanı" MMC-dən təmir üçün almışdır. "xxxx" MMC tərəfindən Nəzərəov Tamerlan evin sökülməsi şərtləri ilə razılığa gəlmədiyi üçün məhkəməyə müraciət edilmişdir. Lakin məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilməkləri ilə bağlı bildiriş göndərilməmiş və o, həmin məhkəmə prosesinin nəticəsi ilə maraqlanmamışdır. Həmin məhkəmə prosesi barədə o, iddiaçı ilə cavabdeh arasında olan başqa məhkəmə prosesində məlumatı olmuşdur. Onlar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ilə görüşməli olsalar da, görüşə bilməmişlər. Həmin vaxt iddiaçının anası vəfat etmişdir.
27. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin "xxxx" MMC-dən 7 000 manat pul vəsaitinin tutulması hissəsində qəbul etməyərək həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, 3-4 dəfə iddiaçının nümayəndəsi N.Zaura zəng edərək hakim Y.Ülkər xanımın icraatında olan prosesdə iştirak etməsini bildirmiş və o iclasda gəlib iştirak etmişdir. O, Cavabdeh2 ilə müqavilə bağlayarkən Zaur müəllimə zəng edib razılığa gəlmələri barədə təklif irəli sürmüşdür. Zaur müəllim bildirmişdir ki, onun bu işə çıxmaq üçün müqaviləsi yoxdur. Cavabdeh2 müqavilə bağlayarkən ola biləcək bütün məsələlərlə bağlı məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə bağladıqları zaman tərəflər arasında mübahisə olduğundan məlumatları olsa da, mübahisənin mahiyyətini dəqiq bilməmişlər. Tərəflər arasında nə zaman nikahın bağlanması, nikahın nə zaman pozulması haqqında məlumatları olmamışdır. Mənzilin ipoteka ilə yüklü olduğunu bilmədiyini və müqavilədə qeyd edilən ipoteka qeydinin müqavilənin standart şərti olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, Cavabdeh2 ödənilən və müqavilədə nəzərdə tutulan 14000 manat kirayə haqqı üçün verilmiş pul vəsaiti deyil. Həmin pul vəsaiti təmir üçün verilmişdir. Onlar bir qayda olaraq sakinlərə mənzilləri təmirli şəkildə təhvil verirlər. Cavabdeh2 onlar 51 kv.m mənzilin əvəzinə 66 kv.m mənzil verməli olsalar da, Cavabdeh2 işində istisna hal olaraq 51 kv.m əvəzinə 99 kv.m mənzil vermişlər. Bu səbəbdən təmirsiz mənzil vermişlər. Təmir etmədikləri üçün təmir haqqını vətəndaşa vermişlər. Müqavilədə qeyd edilən kirayə haqqı, təmir xərci, evin boşaldılması, əşyaların daşınması ilə bağlı 14000 manat pulun verilməsi ilə bağlı qeyd müqavilədə qalmış standart şərtdir. Belə ki, bir qayda olaraq vətəndaşlar evi təhvil verərək bina tikilənə qədər kirayədə qalırlar. Buna görə də həmin vətəndaşlara kirayə haqqı verirlər. Lakin Cavabdeh2 vəziyyət başqa idi. Belə ki, sonuncu ev onun evi olduğu üçün ona kirayə haqqı verilməmişdir. Belə ki, ona ev təhvil verilmişdir. Həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan sökülən mübahisəli evdə yaşayış olmamışdır. Son 1-2 ildə yaşayış olmamış, öncədən isə kirayəçilər yaşamışlar. Evdə yaşayış yoxdursa, kirayə haqqı vermələri üçün də əsasın olmadığını bildirmişdir. Bir qayda olaraq sökünülən evlərdə şirkət başqa bir şirkətlə danışır, sökülmüş evdən çıxarılmış, qapı, pəncərə, taxta pollar, kuxna mebelləri başqa bir şirkət tərəfindən sökülüb daşınılır. Cavabdeh2d isə o, xahiş etdiyinə görə evin sökülməsindən çıxan əşyaları özü götürmüşdür. Rəhbərlik onunla bu şəkildə razılaşmışdır. Cavabdeh2 evi boşaltdıqdan 2-3 gün sonra ev sökülmüşdür. Həmçinin qeyd etmişdir ki, Cavabdeh2 51 kv.m evin əvəzinə 99 kv.m ev verilməsinə görə Cavabdeh2 tərəfindən heç bir əlavə ödəniş edilməmişdir. Nazirlər Kabinetinin qərarına əsasən 51 kv.m evin əvəzinə 66 kv.m ev verməli olsalar da, Cavabdeh2 müəyyən xahişləri nəzərə alınmış və ona 99 kv,m sahəsi olan ev verilmişdir. Cavabdeh2la müqavilə bağladıqları zaman İddiaçı məlumat verməmişlər. Cavabdeh2 iltizamı imzaladığı zaman yanında o, Nəcəfov Elnur, Akif müəllim də olmuşdur. Mübahisəli evdə yaşayış yoxdur. Binada yaşayış var. Demək olar ki, binanın 90%-də yaşayış var. Lakin bina istismara təhvil verilməmişdir.
28. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iş materiallarına əlavə edilən və Cavabdeh2 tərəfindən yazıldığı iddia olunan iltizamı qəbul etmirlər. Həmin iltizamdakı imzanın Cavabdeh2 məxsus olubolmamasını bilmirlər. Buna görə də o, əsas sübut kimi Cavabdeh2la "xxxx" MMC arasında bağlanan müqavilə götürülməlidir. Belə ki, müqavilədə qeyd edilmişdir ki, 14000 manat pul kirayə haqqı, təmir xərci, evin boşaldılması, əşyaların daşınması ilə bağlı verilmişdir. 14000 manat pul məbləğində sökülmüş evdə söküntü, əşyaların daşınması işləri aparılmışdır. Evdə təmir işləri aparılmamışdır. İddiaçı özünün sökülmüş evdə yaşamadığını və sökülmüş evlə bağlı olan ipoteka ödənişlərini etmədiyini bildirmişdir. Tərəflərin birgə nikah dövründə 51 kv.m sahəsi olan ev alınmışdır. Tərəflər arasında nikah 2019-cü il tarixində pozulmuş, bundan sonra 2022-ci il tarixində Cavabdeh2la "xxxx" MMC arasında sahəsi 99 kv.m olan evlə bağlı müqavilə bağlanmışdır. Bu ev tərəflər arasında olan nikah pozulduqdan sonra alınmış evdir. Bu ev ipoteka predmeti deyil. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(010)-43/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilinə 1/2 hissədə İddiaçı payının müəyyən olunması ilə bağlı qanuni qüvvəsini almış qətnamə var. AR Ali Məhkəmənin Plennumunun 05 aprel 2024-cü il tarixli qərarına əsasən, nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan biri onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdikdə (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) tərəflər nikahda olmadıqları üçün əldə edilən əşya ər-arvadın ümumi birgə mülkiyyəti sayılmır. Bildirmişdir ki, bu halda tələb ərin (arvadın) əmlakının birgə qanuni rejimindən irəli gəldiyindən, iddiaçı ər (arvad) mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdeh arvaddan (ərdən) tələb etməkdə haqlıdır. Belə olan halda iddiaçı Cavabdeh2 pay hüququnu deyildə, əmlakın dəyərini yəni, 51 kv.m sahəsi olan evin təxminən 25 kv.m olan sahəsini tələb edə bilər. X7 Tamerlan arasında bağlanmış nikah 2019-cu ilin iyun ayında pozulmuşdur. 2021-ci il tarixində tərəflərin birgə nikah dövründə əldə olunan əmlakda tərəflərin payının müəyyən edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Hazırkı evi nəyin hesabında əldə edib sualına isə cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, müqavilə şərtlərində qeyd olunduğu kimi yeni mənzil sökülmüş mənzilin əvəzində verilmişdir. Həmçinin qeyd etmişdir ki, məhkəməyə Cavabdeh2 tərəfindən sökülmüş evdəki əşyaların daşınması ilə bağlı sübutlar təqdim edə bilməmişlər. 99 kv.m sahəli evin alınması üçün Cavabdeh2 tərəfindən əlavə pul ödənilibödənilməməsindən məlumatı yoxdur. Bildirmişdir ki, Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə sökülmüş evin ½ hissəsinin İddiaçı məxsus olması ilə bağlı məlumat verib-verməməsindən məlumatı yoxdur.
İşin faktiki halı :
29. İddiaçı ilə Cavabdeh2 xx.xx.2008-ci il tarixində nikaha daxil olmuşlar və onların nikahları xx.xx.2019-cu il tarixdə pozulmuşdur.
30. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-43/2021 saylı qətnaməsi ilə Cavabdeh2 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzayev küçəsi, ev 59, 10 saylı mənzil üzərində İddiaçı və Cavabdeh2 hər birinin ½ hissədə payı müəyyən edilmişdir.
31. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-43/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.
32. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzayev küçəsi, ev 59, 10 saylı mənzil ipoteka predmeti olmuşdur.
33. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-585/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il tarixdən hesablanmaqla, hazırki iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixədək Cavabdeh2 tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin 10 saylı mənzilinə görə Kapital Bank ASC-yə ödənilən kredit ödənişi ilə bağlı pul vəsaitinin 1/2 hissəsinin cavabdeh İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi, hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra xx.xx.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən Kapital Bank ASC-yə olan kredit ödənişlərinin 1/2 hissədə Cavabdeh2, 1/2 hissədə İddiaçı vəsaiti hesabına ödənilməsi qət edilmişdir.
34. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 nömrəli Sərəncamı ilə Nizami rayonu Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud 2 mərtəbəli yaşayış binalarının, o cümlədən Ş.Mirzəyev küçəsi 59 ünvanında yerləşən bina da daxil olmaqla, sökülərək yerində çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1,2848 ha torpaq sahəsi icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir.
35. "xxxx" MMC cavabdehlər Cavabdeh2 və X8 qarşı “mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir.
36. Bakı şəhəri Nizmai rayon Məhkəməsinin icraatında olan "xxxx" MMC cavabdehlər Cavabdeh2 və X8 qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(007)-1007/2022 saylı mülki iş üzrə icraata xx.xx.2022-ci il tarixdə Cavabdeh2 vəkili və nümayəndəsi X6 vəsatəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-2723/2022 saylı və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan 2(010)-585/2022 saylı mülki işlər üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır.
37. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-1007/2022 saylı mülki iş üzrə icraata cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
38. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1007/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilmişdir.
39. Cavabdeh2 ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu Ş.Mirzəyev küçəsi, ev 59, mənzil 10, 2 (iki) otaqlı 54.30 kvm. yaşayış sahəsini bu müqavilə ilə müəyyən edilən qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə özü tərəfindən inşa edilən ünvan 7 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki ümumi sahəsi 99 kvm. olan 2 otaqlı, 12 saylı mənzili təmirsiz vəziyyətdə Cavabdeh2 istifadəsinə verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 saylı mənzilin təmiri üçün Cavabdeh2 14000 (on dörd min) manat pul ödəməyi və Cavabdeh2 isə həmin mənzili və mənzilin təmiri ilə əlaqədar ödənilən kompensasiyanı qəbul etməyi öhdəsinə götürmüşdür.
Məhkəmə baxışının hədləri:
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
41. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Məhkəmənin mövqeyi :
44. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
45. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi bir neçə tələbdən ibarət olduğundan hər bir tələbə, tələbin əsaslandırıldığı dəllilərə, tələbin dəlillərinə olan etiraza ayrı-ayrılıqda qiymət verilməlidir.
46. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, iddia tələbi faktiki olaraq aşağıdakı tələblərdən ibarətdir:
1. əmlaka pay hüququnun tanınması;
2. müqavilənin etibarsız hesab edilməsi;
3. cavabdeh "xxxx" MMC-nin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulması;
4. cavabdehlərdən müştərək qaydada 7.000 manat məbləğində pul vəsaitinin tutulması.
47. Həmçinin hazırki iddia tələbi üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilərək məhkəmədən müqavilənin nikahdan sonra bağlandığı və iddiaçının hazırda 3 illik iddia müddətini ötürdüyü nəzərə alınaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
48. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.
49. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.
İddia tələbinin “əmlaka pay hüququnun tanınması” hissəsi ilə bağlı:
50. İddiaçı iddia tələbinin ünvan 1 ünvanda yerləşən 5 saylı binanın, 4-cü mərtəbəsində yerləşən 2 otaqdan ibarət 99 kv.metr sahəsi olan 12 saylı mənzilin üzərində ½ hissədə pay hüququnun müəyyən olunması tələbini həmin mənzilin birgə nikah dövründə əldə edilmiş və məhkəmə qətnaməsi ilə üzərində ½ hissədə pay hüququ tanınmış mənzilin əvəzinə verilməsi ilə əsaslandırmışdır.
51. Məhkəmə ilk növbədə ilkin iddia tələbi üzrə iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ olub-olmadığına qiymət verməyi zəruri hesab edir.
52. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
53. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
55. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, hazırki mübahisə obyekti olan əmlak-ünvan 1 ünvanda yerləşən 5 saylı binanın, 4-cü mərtəbəsində yerləşən 2 otaqdan ibarət 99 kv.metr sahəsi olan 12 saylı mənzil Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilə əvəz olaraq verilmişdir.
56. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-43/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzayev küçəsi 59 saylı evin, 10 saylı mənzilinə 1/2 hissədə İddiaçı payının müəyyən olunması, ünvan 4 ünvanında torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin inşası üçün sərf edilmiş 113.073,9 manat vəsaitin 1/2 hissəsi yəni 56.536,95 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
57. Suraxanı rayon Məhkəməsinin müvafiq qətnaməsindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9436/21 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş, lakin qətnamə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzil üzərində İddiaçı ½ hissədə payının müəyyən edilməsi hissəsində mübahisələndirilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2723/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya məhkəməsinin qeyd edilən qətnaməsi mübahisələndirilən (113.073,9 manat vəsaitin 1/2 hissəsi yəni 56.536,95 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi) hissədə ləğv edilərək mübahisələndirilən hissədə iddia tələbi rədd edilmişdir.
58. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi hazırkı mülki iş üzrə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir.
59. Mülki işin faktiki hallarından göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzili birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək həmin mənzil üzərində İddiaçı ½ hissədə payı müəyyən edilmişdir.
60. Belə olan halda, məhkəmə qeyd edir ki, İddiaçı birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.
61. Məhkəmə cavabdehin nümayəndəsinin etirazına (iddiaçının payının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına və iddiaçının əvvəlki mənzilə köçürülmə barədə tələbinin olmamasına) münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilə dair pay hüququnun müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qərarı vardır.
62. Mülki qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanuni qüvvəyə minmiş məhkəmə qərarıdır. Qanunvericiliyə əsasən məhkəmə qərarı əsasında iddiaçının daşınmaz əmlak üzərində sahiblik və istifadə etmək hüququ yaranmışdır.
63. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçının həmin əmlak üzərində pay hüququnun qeydə alınmasına qanuni gözləntisi olmuşdur.
64. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında, o cümlədən “İatridis Yunanıstana qarşı” işində qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir.
65. Məhkəmə Avropa İnsan hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, iddiaçı X2 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması hüquqi akta əsaslandığı üçün onun həmin əmlaka mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına qanuni gözləntisi olmuşdur.
66. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının payının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, onun əmlaka mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına qanuni gözləntisi olduğu əmlaka əvəz olaraq verilmiş əmlaka payının müəyyən edilməsi üçün tələb irəli sürülməsinə maneə deyil.
67. Həmçinin məhkəmə onu da nəzərə çatdırmağı zəruri hesab edir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilə dair pay hüququ müəyyən edildiyi məhkəmə aktı Cavabdeh2 tərəfindən mübahisələndirilmiş, tərəflər arasında məhkəmə mübahisələri davam etmişdir. Tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair məhkəmə mübahisəsini yekunlaşdıran Ali Məhkəmənin qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmiş. Cavabdehlər arasında müqavilə isə xx.xx.2022-ci il tarixdə bağlanmışdır.
68. Həmçinin "xxxx" MMC tərəfindən Cavabdeh2 qarşı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilindən çıxarılma tələbi ilə məhkəməyə müraciət edildiyi, tərəflər arasında danışıqların aparıldığı və danışıqların, məhkəmə mübahisəsinin barışıqla yekunlaşdığı dövrdə tərəflər arasında tərəflərin pay hüququnun müəyyən edildiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilə dair ipoteka ödənişlərinin tərəflər arasında bölünməsinə dair məhkəmə mübahisəsi də olmuşdur.
69. Həmçinin “iddiaçı tərəfindən mənzilə köçürülmə tələbi irəli sürülməməsi” barədə etiraza münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı həmin mənzilə payının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan, yəni həmin mənzilə payının müəyyən edilməsindən əmin olduqdan sonra həmin mənzilin sökülməsi ilə bağlı mübahisə olduğunu bildiyi bir dövrdə həmin mənzilə dair köçürülmə tələbi irəli sürməsini gözləmək ağlabatan deyildir.
70. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
71. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
72. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Avropa İnsan hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin mülkiyyətin müdafiəsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
73. Belə ki, əvvəlki əmlak İddiaçı və Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri ümumi mülkiyyətlərində olan əmlak olduğundan, tərəflərin həmin əmlaka 1/2 hissədə məhkəmə aktı ilə pay hüququ müəyyən edildiyindən və hazırki mübahisə predmeti olan əmlak əvvəlki mənzilə əvəz kimi verilmiş əmlak olduğundan iddiçının mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına gözlənti hüququ hazırki əmlaka da şamil edilməldir.
74. Məhkəmə qeyd edir ki, müllkiyyətin müdafiəsi tədbirləri pozulmuş mülkiyyət hüququnun bərpasına, onun zərərli nəticələrinin aradan qaldırmağa, yəni dəf etməyə yönəlmiş tədbirlərdir. Mülkiyyətin müdafiəsi tədbirlərindən biri mülkiyyətin tanınmasıdır.
75. Göründüyü kimi hazırki mübahisə predmeti olan mənzilə iddiaçının mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına maneələr olduğundan iddiaçı həmin əmlaka da pay hüququnun tanınmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
76. Belə ki, mülki qanunvericiliyə səasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (Mülki Məcəllə maddə 157.2)
77. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pay hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması əsası ilə iddia tələbinin rədd edilməsi mübahisəyə formal yanaşılması olmaqla, iddiaçının hüquqlarının pozulması ilə nəticələnə bilər.
78. Belə ki, ən azı nəzərə almaq lazımdır ki, Bakı şəhəri, Nizami rayonu Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilinə dair iddiaçının məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pay hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması işin mübahisəsiz halıdır.
79. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, ünvan 1 ünvanda yerləşən 5 saylı binanın, 4-cü mərtəbəsində yerləşən 2 otaqdan ibarət 99 kv.metr sahəsi olan 12 saylı mənzil İddiaçı pay hüququ məhkəmə qaydasında müəyyən edilmiş mənzilə əvəz olaraq verilmiş mənzil olduğundan iddiaçı həmin mənzilə mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına yaranan maneələrin aradan qaldırılaraq həmin mənzilə də payının müəyyən edilməsi tələbini irəli sürməkdə haqlıdır.
80. Yuxarıda qeyd etdiyimiz kimi Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə idda müddətinin tətbiqi barədə ərizə verərək məhkəmədən müqavilənin nikahdan sonra bağlandığını və iddiaçının hazırda 3 illik iddia müddətini ötürdüyünü nəzərə alaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
81. Məhkəmə cavabdehin nümayəndəsinin hazırki iddia tələbinə 3 illik iddia müddətinin tətbiq edilməli olmasına dair ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsinin hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməli olmasına dair etirazı əsassızdır.
82. Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyətçinin və ya digər sahibin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir (Mülki Məcəllə maddə 384.0.4 ).
83. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 nömrəli Sərəncamı ilə Nizami rayonu Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud 2 mərtəbəli yaşayış binalarının, o cümlədən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 59, mənzil 10 da daxil olmaqla, sökülərək yerində çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1,2848 ha torpaq sahəsi icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir.
84. Lakin Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 59, 10 saylı mənzili təhvil vermək istəmədiyi üçün "xxxx" MMC tərəfindən Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir. Qeyd edilən mübahisə üzrə məhkəmə icraatı dövründə Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilə dair ipoteka ödənişlərinin bölünməsinə dair mülki işə baxılmışdır.
85. İddiaçı tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan "xxxx" MMC-nin Cavabdeh2 qarşı olan “mənzildən çıxarılma” tələbinə dair 2(007)-1007/2022 saylı mülki iş üzrə icraata cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Lakin Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1007/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verildiyi üçün həmin mülki iş üzrə icraata cəlb edilməmişdir.
86. Cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixi müqavilə bağlanılan zaman isə İddiaçı iştirak etməmiş və həmin müqavilənin bağlanılması barədə məlumat verilməmişdir.
87. Belə ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, həmin müqavilə bağlanılan zaman onlar tərəfindən İddiaçı məlumat verilməmişdir. Belə ki, onlar tərəflər arasında mübahisə olduğunu bilmiş, lakin mahiyyəti barədə məlumatları olmamışdır. Cavabdeh2 nümayəndəsi və vəkili izahatında qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə sökülmüş evin ½ hissəsinin İddiaçı məxsus olması ilə bağlı məlumat verib-vermədiyindən məlumatı yoxdur.
88. Cavabdeh2 nümayəndəsi və vəkili iddia tələbinə etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlaka payı müəyyən edildiyindən və hazırki əmlak birgə nikah dövründə deyil, nikah pozulduqdan sonra əldə edilən əmlak olduğundan iddiaçı Ali Məhkəmə Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına əsasən yalnız pay hüququ müəyyən edilmiş və mülkiyyətdən çıxmış əmlakın dəyərini cavabdehdən tələb edə bilər. O, həmçinin etiraz ərizəsində iddiaçının pay hüququ müəyyən edildiyi əmlakın ümumi sahəsinin 51.5 kv metr, yeni mənzilin ümumi sahəsinin isə 99 kv metr olmasını qeyd etməklə, iddiaçının yalnız 51.5 kv.m sahəsi olan mənzilə hüququ olduğunu vurğulaşmışdır.
89. Məhkəmə cavabdehin nümayəndəsinin etirazına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə predmeti olan əmlak tərəflərin ümumi mülkiyyətində olan əmlakın əvəzi olaraq verilmiş əmlak olduğundan, həmin əmlakın əldə edilməsi üçün Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə əlavə vəsait ödənilmədiyindən, habelə həmin əmlak Cavabdeh2 tərəfindən başqasına satılmadığından, Bakı şəhəri İcra hakimiyyəti başısının sərəncamına əsasən sökülməsi nəzərdə tutulduğu üçün onların mülkiyyətindən çıxdığından qeyd edilən etiraz əsassızdır.
90. Belə ki, əgər həmin əmlak cavabdeh tərəfindən başqasına satılsa idi, bu zaman vicdanlı alıcı və s. məsələlər araşdırılmaqla pul tələbi məsələsi müzakirə edilə, baxıla bilərdi.
91. İşin müəyyən edilmiş halı isə ondan ibarətdir ki, Bakı şəhəri, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzili Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamına əsasən sərəncamına əsasən Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Qeyd edilən sərəncamın verilməsində məqsəd isə rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olmuşdur.
92. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən 51.5 kv metr mənzilin əvəzinə daha böyük ölçüsü olan mənzilin verilməsi üçün əlavə hər hansı bir ödəniş edilməmişdir. Qeyd edilən hal cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin izahatı əsasında müəyyən edilmişdir. Həmçinin Cavabdeh2 nümayəndəsi tərəfindən məhkəməyə əlavə ödəniş edildiyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin qeyde dilən hal ilə "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılan 04 iyul 2022-ci il tarixli müqavilədə də Cavabdeh2 tərəfindən daha böyük ölçülü mənzil üçün əlavə ödəniş edilməsinə dair qeyd aparılmamışdır.
93. İşin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından biri ondan ibarətdir ki, hazırki mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Belə ki, hazırda həmin binada sakinlərin əksər hissəsi yaşasa da, bina istismara təhvil verilməmişdir.
94. Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun olaraq podrat müqaviləsi üzrə inşa edilən çoxmənzilli yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri (mənzil və ya qeyri-yaşayış sahələri) üzərində mülkiyyət hüququ əmələ gəlmədiyi mübahisə predmeti olan əmlak üzərində iddiaçının mülkiyyət hüququnun tanınması mümkün deyil. Lakin çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə olan halda həmin əmlak üzərində tərəflərin "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış 04 iyul 2022-ci il tarixli müqavilədən irəli gələn hüquqlara payları müəyyən edilə bilər. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.
95. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında ünvan 10 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilələrdən əmələ gəlmiş hüquqda ½ hissədə Cavabdeh2 və ½ hissədə İddiaçı payı müəyyən edilməlidir.
İddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı:
96. İddiaçı iddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsini "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin İddiaçı razılığı oladan bağlanılması ilə əsaslandırmışdır.
97. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.
98. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri və məhkəmə aktı ilə pay hüquqları müəyyən edildiyi əmlak-Bakı şəhəri, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 12 saylı mənzilinə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli müqavilə Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamının icrası istiqamətində görülən tədbirlərin icrası ilə bağlanmışdır.
99. Həmçinin məhkəmə iddiaçının müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürməkdə məqsədini də diqqətə çatdıraraq qeyd edir ki, işin faktiki hallarından görülür ki, İddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürülməsində məqsəd həmin mənzil üzərində onun da payının müəyyən edilməsi, həmin mənzilə dair onunla cavabdeh "xxxx" MMC arasında da müqavilə bağlanılması olmuşdur.
100. Məhkəmə nəzərə çatdırmağı zəruri hesab edir ki, hesab etsək müqavilə etibarsız hesab edildi, bu zaman müqavilə üzrə tərəflər ilkin vəziyyətinə qayıdacaqlar.
101. Mübahisə predmet olan mənzil "xxxx" MMC-yə qaytarıldığı halda iddia tələbinin təmin edildiyi hissəsinin icrası real olaraq mümkün olmayacaqdır.
102. Odur ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir.
103. Belə ki, müqavilə etibarsız hesab edilərsə, Mülki Məcəlləyə uyğun olaraq Cavabdeh2 ünvan 10 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzili "xxxx" MMC-yə qaytarmalıdır.
104. Belə olan halda məhkəmə cavabdeh "xxxx" MMC-nin üzərinə mübahisə predmeti olan Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 63C, 5 ssaylı binanın, 12 saylı mənzilinə dair müqavilə bağlamaq öhdəliyinin qoyulması işin faktiki halları baxımından qanunla yol verilmir.
105. Yəni iddiaçının iddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsi onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən çatmaq istədiyi məqsədə uyğun deyildir.
106. Məhkəmə həmçinin Konstitusiya Məhkəmə Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi də diqqətə çatdırmağı zəruri hesab edir.
107. Həmin Qərarda qeyd edilir ki, Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə-sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflkərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir.
108. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı mübahisə predmeti olan əmlak üzərində pay hüququnun tanınmasına dair tələb irəli sürməsi cavabdehlər arasında mübahisəli əmlaka dair bağlanmış 04 iyul 2022-ci il tarixli müqaviləni bəyənməsinə dəlalət edir.
İddia tələbinin “əmlaka dair müqavilə bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı:
109. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, “əmlaka dair müqavilə bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi iddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən qeyd edilən hissə əlavə araşıdırılmamalıdır. Lakin məhkəmə iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı aşağıdakıları da diqqətə çatdırmağı zəruri hesab edir.
110. Məhkəmə qeyd edir ki, iddia tələbinin “əmlaka dair müqavilə bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi qanuna uyğun olmadığı üçün təmin edilə bilməz.
111. Mülki qanunvericiliyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (MM390.1m).
112. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (MM390.3m).
113. Qeyd edilən normanın məzmunundən göründüyü kimi müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunda birbaşa nəzərdə tutulmuş hüququdur. Mülki hüquq münasibətlərinin xüsusiyyəti ondadır ki, onlar bir-birindən heç bir asılılığı olmayan bərabər hüquqlu subyektlər arasında yaranır. Bütün bunlara əsasən müqavilə bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
114. Şəxsin müqavilə bağlamaq haqqında iradəsi, yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirərək qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilir ki, buna müqavilə azadlığı deyilir.
115. Göründüyü kimi müqavilə azadlığı yalnız 2 halda məhdudlaşdırıla bilər : 1) Mülki Məcəllədə nəzərdə tutulduğu halda; 2) şəxsin könüllü götürmüş olduğu öhdəlikdən irəli gəldikdə.
116. Hazırkı mülki iş üzrə cavabdehin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulması, cavabdehin müqavilə azadlığının məhdudlaşdırılması üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir.
İddia tələbinin “cavabdehlərdən müştərək qaydada 7.000 (yeddi min) manat pulun alınaraq iddiaçıya verilməsi” hissəsi ilə bağlı:
117. İddiaçı iddia tələbinin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı 7000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsini cavabdehlər "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə ünvan 1 ünvanda yerləşən 5 saylı binanın, 4-cü mərtəbəsində 2 otaqdan ibarət 99 kv.metr olan 2 otaqlı 12 saylı mənzilin təmiri üçün Cavabdeh2 "xxxx" MMC tərəfindən 14.000 (on dörd min) manat pul vəsaitinin ödənilməsi ilə əsaslandırmışdır.
118. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC mübahisəli mənzilin təmiri üçün Cavabdeh2 Zakir oğluna 14 000 manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür.
119. İş materiallarına cavabdeh "xxxx" MMC tərəfindən əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh2 tərəfindən ünvan 11 ünvanında yerləşən yaşayış sahəsinin təmiri üçün 14 000 manat məbləğində pul vəsitinin "xxxx" MMC-dən almasına dair iltizam vermişdir.
120. Cavabdeh X1 nümayəndəsi və vəkili həmin iltizamın Cavabdeh2 tərəfindən yazılmadığını qeyd etsə də, məhkəmə bunu cavabdehin nümayəndəsinin həmin pul vəsaitinin təmir üçün ödənildiyini inkar etmək, həmin pul vəsaitinin kirayə haqqı olaraq, mənzildəki əşyaların daşınması üçün verilən vəsait olmasına dair etirazını təsdiq etmək üçün edilən hərəkət olaraq qiymətləndirmişdir.
121. Belə ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahatında qeyd etmişdir ki, 14 min manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" tərəfindən Cavabdeh2 kirayə haqqı olaraq, həmçinin mənzilin əşyalarının daşınması üçün verilmişdir.
122. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə verdiyi izahatda qeyd etmişdir ki, həmin iltizam Cavabdeh2 tərəfindən verilmişdir. İltizam yazılanda o, həmçinin iltizamda imzası olan Cavabdeh2 vəkili Elnur Nəcəfov da iştirak etmişdir. O, həmçinin izahatında qeyd etmişdir ki, həmin pul vəsaiti təmir üçün verilmişdir. Belə ki, onlar bir qayda olaraq sakinlərə orta təmirli mənzil verirlər. Lakin Cavabdeh2 təmirsiz mənzil verdilər. Habelə kirayə hqqı olaraq verilməmişdir. Belə ki, bir qayda olaraq onlar mənzil təhvil veriləndə sakinlərə kirayə haqqı verirlər ki, onlar mənzil tikilənədək yaşasınlar. Lakin Cavabdeh2 vəziyyət başqa idi. Belə ki, onun mənzili sonuncu mənzil olduğu üçün ona kirayə haqqı verilməmiş, ev təhvil verilmişdir. Həmçinin qeyd etmişdir ki, sökülən mübahisəli evdə yaşayış olmamışdır. Evdə yaşayış yoxdursa, kirayə haqqı vermələri üçün də əsasın olmadığını bildirmişdir.
123. Məhkəmə qeyd edir ki, Cavabdeh2 nümayəndəsi ödənilmiş 14000 manat məbləğində pul vəsaitinin təmir üçün deyil, kirayə haqqı, daşıma üçün ödənilən pul vəsaiti olduğunu bildirməsinə baxmayaraq, məhkəməyə öz etirazının dəlillərini təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
124. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
125. Məhkəmə qeyd edir ki, kirayə haqqı olaraq verilməsi belə iddiaçının həmin məbləğ ilə bağlı tələb irəli sürməsinə maneə deyil. Belə ki, işin məhkəmə iclasında müəyyən edilmiş halı ondan ibarətdir ki, tərəflərin heç biri ünvan 12 ünvanında yaşamamışlar.
126. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən 7000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair tələbi Cavabdeh2 münasibətdə əsaslıdır. Lakin cavabdeh "xxxx" MMC-yə münasibətdə isə əsassızdır.
127. Belə ki, işin faktiki hallarından göründüyü kimi Bakı şəhəri, Şirin Mirzəyev küçəsi, ev 59, mənzil 12 Cavabdeh2 ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak olması işin mübahisəsiz haldır. Həmin əmlaka İddiaçı tələbi ilə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflərin paylı mülkiyyət hüququ müəyyən edilmişdir. İddiaçı pay hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin onun həmin əmlaka mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına qanuni gözləntisi olmuşdur.
128. Həmçinin hazırkı mübahisə predmeti olan mənzil Bakı şəhəri, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 12 saylı mənzilinə əvəz olaraq verilmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil Cavabdeh2 tərəfindən təmir edilməmişdir.
129. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında ünvan 10 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilələrdən əmələ gəlmiş hüquqda ½ hissədə Cavabdeh2 və ½ hissədə İddiaçı payı müəyyən edildiyindən qeyd edilən mənzilin təmiri üçün ödənilmiş pul vəsaitinin yarısını tələb etməkdə haqlı olmuşdur, iddia tələbi həmin hissədə əsaslıdır.
130. Belə ki, İddiaçı mübahisəli mənzilin təmiri ilə bağlı zəruri xərcləri qarşılamaq üçün həmin pul vəsaitindən istifadə etmək hüququna malikdir.
131. İddia tələbi 7000 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutulması hissəsində isə əsassız olduğundan təmin edilə bilməz.
132. Belə ki, işin məhkəmə iclasında tədqiq edilmiş faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürülmüş öhdəlik icra edilərək Cavabdeh2 14 min manat məbləğində pul vəsaiti ödənilmişdir.
İddia tələbinin “mənzilə köçürülmə” hissəsi ilə bağlı:
133. Məhkəmə ilk növbədə qeyd edir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürülmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa və.s
134. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında ünvan 10 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilələrdən əmələ gəlmiş hüquqda ½ hissədə Cavabdeh2 və ½ hissədə İddiaçı payı müəyyən edildiyindən İddiaçı həmin məznilə köçürülmə tələbi təmin edilməlidir.
135. Belə ki, “müqavilələrdən irəli gələn hüquq” anlayışı özündə sahiblik və istifadə hüququnu da ehtiva etdiyindən və İddiaçı həmin hüququ, yəni sahiblik və istifadə hüququ müəyyən edildiyindən iddiaçı mübahisə predmeti olan mənzildə yaşamaq, ondan təyinatı üzrə istifadə və sahiblik etmək hüququna malikdir.
136. Cavabdeh2 nümaəyəndəsi və vəkili Vəkil2 etirazında bildirmişdir ki, İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyini yerinə yetirmədiyi, yəni Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilə dair ipoteka ödənişlərinin ½ hissədə Cavabdeh2 və ½ hissədə İddiaçı vəsaiti hesabına ödənilməsinə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-585/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini icra etmədiyi üçün mənzilə köçürülmə tələbini əsaslı hesab etməmişdir.
137. Məhkəmə qeyd edir ki, icra haqqında qanunvericiliyə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (“İcra haqqında” Qanun maddə 2 və 3).
138. Həmçinin icra haqqında qanunvericilikdə icra sənədinin icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi və digər məcburi icra tədbirləri müəyyən edilmişdir.
139. O cümlədən Azərbaycan Respublikası icra haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri (borclunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmas və s.) müəyyən edilmişdir.
140. Belə olan halda Nəzərov X3 Xuraman Zakir qızı öhdəliyini icra etmədiyi halda öhdəliyin icrası qanunla müəyyən edilmiş qaydada ondan tələb edilə bilər.
141. İddiaçı tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-585/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icra edilməməsi Cavabdeh2 Zakir oğlu tərəfindən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzili üzərində pay hüququnu müəyyən edən digər aktı ilə müəyyən edilmiş hüququnu pozmaya əsas vermir.
142. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 5 saylı binanın, 4-cü mərtəbəsində 2 otaqdan ibarət 99 kv.metr olan 2 otaqlı 12 saylı mənzilə ½ nisbətdə pay hüquna malik olduğundan həmin mənzilə köçürülməlidir.
Məhkəmə Xərcləri :
143. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
144. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh2 arasında ünvan 10 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilədən əmələ gəlmiş hüquqda 1/2 hissədə Cavabdeh2 və 1/2 İddiaçı payı müəyyən edilməli, Cavabdeh2 7000 manat pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, İddiaçı ünvan 10 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə köçürülməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir.
145. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh2 arasında ünvan 10 ünvanında yerləşən 5 saylı binanın 4cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilədən əmələ gəlmiş hüquqda 1/2 hissədə Cavabdeh2 və 1/2 İddiaçı payı müəyyən edilsin. Cavabdeh2 7000 manat pul vəsaiti alınaraq iddiaçıya ödənilsin. İddiaçı ünvan 10 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Starə Əliyeva