Məhkəmə qərarları › İş №e-2(007)-681/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-681/2021

16.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-681/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiaçı tələbini onunla əsaslandırdı ki,İddiaçı cavabdehlə 23.02.2020-ci il tarixdə ailə həyatı qurmuşdur.Bir müddət dinc yaşasalar da,ailə daxilində olan mübahisələr günügündən kəskinləşmişdir.Aralarında olan ziddiyyətlər hər ikisinin psixi durumuna mənfi təsir edirdi.Ona görə də bir yerdə yaşamaları baş tutmayıb və aralarında olan nikah əlaqəlri də faktiki olaraq kəsilmişdir.Buna görə də 18.06.2020-ci ildə yaşadığı evdən çıxaraq atasının evinə gəlmiş və həmin evdən geri qayıtmamışdır.İddiaçı ailə qurarkən gələcəkdə əri ilə yaşayacağı evə cehiz əşyaları aparmışdır.Həmin cehiz əşyalarının ümumi dəyəri 11194 manat təşkil edir.Eyni zamanda toy münasibəti ilə ona qızıl-zinət əşyaları bağışlanmışdır. Qızıl-zinət əşyalarının ümumi dəyəri isə 4300 manat olmuşdur.Lakin,ailədaxili münasibətlərin kəskin şəkildə pisləşməsi və onların ər-arvad kimi bir yerdə yaşamalarının mümkün olmaması nəticəsində İddiaçı gəlin kimi köçdüyü evdən məcburiyyət qarşısında çıxmaqla atası evinə qayıtmışdır.Evdən çıxarkən ona məxsus əşyalardan heç birini götürməmişdir.Həmin əşyaları tələb etsə də, qarşı tərəf müxtəlif bəhanələrlə bundan imtina etmişdir.Ona görə də iddia ərizəsinə əlavə edilmiş,iddiaçıya məxsus cehiz və qızıl-zinət əşyalarının paltarlarının cavabdehdən alınaraq ona verilməsi,əgər həmin əşyalardan hər hansı biri və ya bir-neçəsi olmadıqda və ya yararsız vəziyyətə salındıqda həmin əşyaların dəyəri məbləğində pulun 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. Məhkəmədə işə baxılarkən məhkəmə iddiaçının iddianın təmin tədbiri barədə ərizə verdiyini nəzərə alaraq həmin ərizəni təmin etmiş və icra olunması üçün icra orqanına göndərmişdir. Əşyaların siyahisı iddiaçı tərəfindən tərtib olunaraq iddia ərizəsinə əlavə olunmuş və qiymətləri iddiaçı tərəfindən müəyyən olunmuşdur. Həmin əşyalar aşağıdakılardan ibarətdir: 2400 manat dəyərində qonaq otağı mebeli, 2200 manat dəyərində yataq otağı mebeli, 1300 manat dəyərində 1 ədəd “Samsung” markalı televizor, 150 manat dəyərində 1 ədəd ətçəkən maşın, 120 manat dəyərində 1 ədəd mikser, 180 manat dəyərində 1 ədəd “Tefal” markalı ütü, 380 manat dəyərində 5 ədədli qazan dəsti, 180 manat dəyərində 2 ədədli qazan dəsti, 160 manat dəyərində 4 ədədli qazan dəsti, 100 manat dəyərində samovar, 80 manat dəyərində bıçaq dəsti, 75 manat dəyərində ədviyyat dəsti, 90 manat dəyərində 3 ədəd podinus, 50 manat dəyərində ütü stolu, 400 manat dəyərində 18 ədədli yemək servisi, 60 manat dəyərində 12 ədəd dəst xrustal stəkan, 60 manat dəyərində 12 ədəd dəst xrustal armudu stəkan, 120 manat dəyərində 24 ədəd nəlbəki, 120 manat dəyərində 24 ədəd bakal, 65 manat dəyərində 2 ədəd xrustal qənd qabı, 180 manat dəyərində xrustal su qabı və dəsti, 50 manat dəyərində bəzəkli bakallar, 75 manat dəyərində qaşlı bakallar, 300 manat dəyərində 1 ədəd güldan, 2 ədəd meyvə qabı, 2 ədəd (dəst) qənd qabı, 20 manat dəyərində 3 ədəd qənd qabı, 135 manat dəyərində qaşıq dəsti, 250 manat dəyərində 3 yorğan, 6 yastıq, 2 döşək, 30 manat dəyərində sindifon yorğan, 180 manat dəyərində pakraval dəst, 60 manat dəyərində pakraval dəst, 50 manat dəyərində pakraval dəst, 50 manat dəyərində süfrə, 30 manat dəyərində süfrə, 40 manat dəyərində süfrə, 84 manat dəyərində 12 ədəd əl dəsmalı, 210 manat dəyərində 7 ədəd bədən dəsmalı, 30 manat dəyərində 6 ədəd duz qabı, 20 manat dəyərində limon qabı, 60 manat dəyərində pastel dəsti, 50 manat dəyərində pastel dəsti, 50 manat dəyərində pastel dəsti, 50 manat dəyərində pastel dəsti, 30 manat dəyərində pastel dəsti, 80 manat dəyərində pastel dəsti, 70 manat dəyərində 2 qalın ədyal, 250 manat dəyərində qonaq otağı xalçası, 150 manat dəyərində yataq otağı xalçası, 50 manat dəyərində yataq otağı xalçası, 60 manat dəyərində yataq otağı pərdəsi, 55 manat dəyərində yataq otağı lüsturu, 135 manat dəyərində 3 ədəd pəncərə pərdəsi, 10 manat dəyərində aş süzən, 10 manat dəyərində vanna, ümumi dəyəri 4300 manat olan 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd qolbaq, bir cüt sırğa. Xəzər Rayon İcra Şöbəsinin icra məmurları R.H.ƏliyevinM.Ş.Abbasovun və A.Z.Nəcəfovun elədəcə də tələbkar İddiaçı, borcu Cavabdeh iştirakı ilə tərtib olunmuş 26.02.2020-ci il tarixli aktın məzmunundan görünür ki,qızıl-zinət əşyaları istisna olunmaqla təmin tədbiri barədə qərardadda göstərilən digər əşyalar siyahıya alınaraq üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki,tərəflər 23.02.2020-ci il tarixdə ailə həyatı qurmuşlar. İddiaçı toydan sonra cavabdehə məxsus olan mənzilə köçmüş cehiz və qızıl-zinət əşyalarını ora aparmışdır.Aralarında yaranmış münaqişələrlə əlaqədar 18.06.2020-ci ildə yaşadığı evdən çıxaraq atasının evinə gəlmiş və həmin evdən geri qayıtmamışdır.Hal- hazırda özünə məxsus cehiz və qızılzinət əşyalarının paltarlarının cavabdehdən alınaraq ona verilməsi,əgər həmin əşyalardan hər hansı biri və ya bir-neçəsi olmadıqda və ya yararsız vəziyyətə salındıqda həmin əşyaların dəyəri məbləğində pulun 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,iddiaçının nümayəndəsinin izahatını dinləyib,iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki,iddia tam təmin olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2400 manat dəyərində qonaq otağı mebeli, 2200 manat dəyərində yataq otağı mebeli, 1300 manat dəyərində 1 ədəd “Samsung” markalı televizor, 150 manat dəyərində 1 ədəd ətçəkən maşın, 120 manat dəyərində 1 ədəd mikser, 180 manat dəyərində 1 ədəd “Tefal” markalı ütü, 380 manat dəyərində 5 ədədli qazan dəsti, 180 manat dəyərində 2 ədədli qazan dəsti, 160 manat dəyərində 4 ədədli qazan dəsti, 100 manat dəyərində samovar, 80 manat dəyərində bıçaq dəsti, 75 manat dəyərində ədviyyat dəsti, 90 manat dəyərində 3 ədəd podinus, 50 manat dəyərində ütü stolu, 400 manat dəyərində 18 ədədli yemək servisi, 60 manat dəyərində 12 ədəd dəst xrustal stəkan, 60 manat dəyərində 12 ədəd dəst xrustal armudu stəkan, 120 manat dəyərində 24 ədəd nəlbəki, 120 manat dəyərində 24 ədəd bakal, 65 manat dəyərində 2 ədəd xrustal qənd qabı, 180 manat dəyərində xrustal su qabı və dəsti, 50 manat dəyərində bəzəkli bakallar, 75 manat dəyərində qaşlı bakallar, 300 manat dəyərində 1 ədəd güldan, 2 ədəd meyvə qabı, 2 ədəd (dəst) qənd qabı, 20 manat dəyərində 3 ədəd qənd qabı, 135 manat dəyərində qaşıq dəsti, 250 manat dəyərində 3 yorğan, 6 yastıq, 2 döşək, 30 manat dəyərində sindifon yorğan, 180 manat dəyərində pakraval dəst, 60 manat dəyərində pakraval dəst, 50 manat dəyərində pakraval dəst, 50 manat dəyərində süfrə, 30 manat dəyərində süfrə, 40 manat dəyərində süfrə, 84 manat dəyərində 12 ədəd əl dəsmalı, 210 manat dəyərində 7 ədəd bədən dəsmalı, 30 manat dəyərində 6 ədəd duz qabı, 20 manat dəyərində limon qabı, 60 manat dəyərində pastel dəsti, 50 manat dəyərində pastel dəsti, 50 manat dəyərində pastel dəsti, 50 manat dəyərində pastel dəsti, 30 manat dəyərində pastel dəsti, 80 manat dəyərində pastel dəsti, 70 manat dəyərində 2 qalın ədyal, 250 manat dəyərində qonaq otağı xalçası, 150 manat dəyərində yataq otağı xalçası, 50 manat dəyərində yataq otağı xalçası, 60 manat dəyərində yataq otağı pərdəsi, 55 manat dəyərində yataq otağı lüsturu, 135 manat dəyərində 3 ədəd pəncərə pərdəsi, 10 manat dəyərində aş süzən, 10 manat dəyərində vanna, ümumi dəyəri 4300 manat olan 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd qolbaq, bir cüt sırğa və ya həmin əşyalar olmadıqda onların dəyəri alınaraq İddiaçı verilsin. Dövlət rüsumuna görə ödənilmiş 30 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə onun ləğvinə dair ərizə verilə bilər Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar