Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-783/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı "hüquqi faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 28.05.1967-ci il təvəllüdlü X1 23 oktyabr 2020-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası 28.05.1967-ci il təvəllüdlü X5 6 il olar ki, beyin insult keçirmişdir və ona “Dissosiativ Konversion pozğunluğu” daqnozu qoyulmuşdur. 19.10.2020-ci ildə anasının vəziyyəti ağırlaşmış və o Məlikov adına 6 nömrəli şəhər xəstəxanasına yerləşdirilmişdir. Bir gün orada yatdıqdan sonra 20.10.2020ci il tarixində evə buraxılmışdır. Evə gələndən 3 gün sonra, yəni 23 oktyabr 2020-ci il tarixində evdə anasının vəziyyəti qəfil pisləşmiş və özündən getmişdir. Evdə olan xalası Məhluqə həmin vaxt X15 stansiyasına zəng etmişdir və Bakı şəhəri X15 Stansiyasının 16 saylı Bölməsinin həkimləri yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1ci mədən, korpus 14 ünvanında yerləşən evlərinə gələrək X1 öldüyünü müəyyən etmişlər. Bundan sonra onlara Ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Sabahısı günü dayısı və xalası anasını dəfn etmək üçün doğulduğu Ağdaş rayonu, Aşağı Nemetabad kəndinə aparmışlar və 24 oktyabr 2020-ci ildə Aşağı Nemetabad kənd qəbristanlığında dəfn etmişlər. O, Türkiyə Respublikasında təhsil aldığı üçün anasının dəfnində iştirak edə bilməmişdir. O, Bakı şəhərinə gəldikdən sonra Bakı şəhəri Nərimanov rayonu 38 saylı Şəhər Poliklinikasına anasının ölümü haqqında tibbi şəhatdətnamə verilməsi üçün müraciət etmişdir. X17 X11 haqqında Xəbərdarlıq vərəqəsində anasıın ölümünün səbəbi qeyd olunmadığına görə poliklinika Ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina etmişdir. Bundan sonra o, Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, ancaq Qeydiyyat şöbəsi tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyini bildirmişdir. 23 oktyabr 2020-ci il tarixdə vəfat etmiş anasının ölüm haqqında şəhadətnamənin olmamağı onun vərəsəlik hüququnun həyata keçirilməsinə mane olur. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 14 ünvanında yerləşən fərdi yaşayış evi anasına məxsusdur və evə dair bütün hüquqlar ona keçməlidir. Hesab edir ki, 28.05.1967-ci il təvəllüdlü X1 23 oktyabr 2020-ci il tarixində Bakı şəhərində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində X8 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısı qızıdır və o, Türkiyədə təhsil alır. 20 oktyabr 2020-ci il tarixində bacısı rəhmətə getmişdir. Bacısı əvvəl Ukraynada yaşayırmış və bir müddət qabaq ölkəyə geri dönmüşdür. Xəstəliyi varmış və xəstəxanada müalicə aldıqdan 3 gün sonra evə gəlmişdir. Sonradan vəziyyəti pisləşmiş və rəhmətə getmişdir. Mərhum Ağdaş rayonu, Aşağı Nehmətabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində X4 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısı qızıdır və o, Türkiyədə təhsil alır. Mərhumun xəstəliyi varmış, xəstəxanada müalicə aldıqdan 3 gün sonra evə gəlmişdir və müalicəsini ev şəraitində davam etdirmişdir. Sonradan vəziyyəti pisləşmiş və rəhmətə getmişdir. Mərhum Ağdaş rayonu, Aşağı Nehmətabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ASAN 4 tərəfindən 16.07.2019-cu il tarixdə verilmiş AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 28.05.1967-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində qeydiyyatdadır. - 29 dekabr 1990-cı il tarixdə verilmiş XV-ЖГ № 343870 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1990-cı il tаriхdə Mingəçevir şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 29 dekabr 1990-cı il tarixdə 2260 № ilə qeyd edilmişdir. X16 Vəliağa оğlu, anası X6r. - Azərbaycan Respeblikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X3 19.10.2020-ci il tarixdə qoyulan diaqnoz “Dissosiativ Konversion pozğunluğu”dur. - 23.10.2020-ci il tarixdə verilmiş Təcili və X7 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhərində qadın cinsinə mənsub X3 qoyulan diaqnoz həkimə qədər ölümdür. - Azərbaycan Respeblikası Ağdaş rayon Aşağı Nemətabad bələdiyyəsinin 10.02.2021-ci il tarixli 08 saylı arayışından görünür ki, X5 23.10.2020-ci il tarixdə vəfat etmiş və Aşağı Nemətabad kənd qəbiristanlığından dəfn olunmuşdur. - Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 30.10.2020-ci il tarixli 05/Q-2360/13 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarımı qeydiyyatın qaydası" 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqımda tibbi şəhadətnamə olmadığı üçün ərizə hazırda təmin edilə bilmir. - Məhkəməyə mərhum X2 qəbrinin fotoşəkili təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi mərhum anası 28.05.1967-ci il tarixdə, Mingəçevir şəhərində anadan olmuş X5 23 oktyabr 2020-ci il tarixdə tarixdə yaşadığı Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 28.05.1967-ci il tarixdə, Mingəçevir şəhərində doğulmuş X2 23 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28.05.1967-ci il tarixdə, Mingəçevir şəhərində doğulmuş X2 23 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(007)-783/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-783/2021
10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver