Məhkəmə qərarları › İş №e-2(007)-819/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-819/2025

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-819/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X41 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüryanlı Ülkər Allahyar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X9, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları, X4 tərcüməçiliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona vurduğu 2900 (iki min doqquz yüz) manat miqdarında pul vəsaitinin, cavabdehin təqsiri nəticəsində çəkdiyi mənəvi zərərə görə 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cəmi 6500 (altı min beş yüz) manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə infromasiya sistemi vasitəsilə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 ona vurduğu maddi ziyana görə 24.900 (iyirmi dörd min doqquz yüz) manat pulun, mülkiyyətində olan mənzili yararsız hala salmaqla əmlakına vurduğu ziyana görə 2900 (iki min doqquz yüz) manat pulun, cavabdehin təqsiri nəticəsində çəkdiyi mənəvi zərərə görə 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunun, cəmi 31.440 (otuz bir min dörd yüz qırx) manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdeh X2suz, zorakı və təxribat xarakterli hərəkətləri nəticəsində ona dəymiş ümumi maddi və mənəvi zərərin tam həcmdə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində ona 159 (yüz əlli doqquz) manat məbləğində əmək haqqı itkisinə, 31 800 (otuz bir min səkkiz yüz) manat məbləğində kirayə və kommunal xərclərə, 2 000 iki min manat məbləğində əmlaka dəymiş zərərə və uzunmüddətli psixoloji təzyiq, böhtan və fiziki zorakılıq nəticəsində 10000 manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Göstərilən məbləğlərin cavabdehdən tam həcmdə onun xeyrinə tutulması, həmçinin iddianın təmin olunması ilə əlaqədar məhkəmə xərclərinin, dövlət rüsumunun və digər prosessual xərclərin cavabdehdən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi onun xüsusi mülkiyyətində olsa da, cavabdeh həmin mənzili zəbt etməsi azmış kimi onu və ailəsini həmin mənzilə buraxmamışdır. Uzun illərdir ki, o bu səbəbdən kirayədə yaşamışdır. Bütün bunlara baxmayaq cavabdeh və onun əlaltıları onu, ailəsini daim təhdid etmiş və dayanmadan əsasız olaraq müvafiq qurumlara ondan və ailə üzvilərindən şikayətlər etmişdirlər. Demək olar ki, onların etdiyi şikayətlər üzündən o, normal işləyə bilməmişdir. Belə 1 ay ərzində insan nə qədər işdən icazə alar?! Sonda rəhbərlik onun əmək haqqını kəsərək demişdir ki, bu günlər ərzində işdə olmamışdır və ona əmək haqqı verə bilməyəcəklər. Cavabdehin bu kimi adımları qəbul olunmazdır, əsasız şikayətlər nəticəsində o və həyat yoldaşı hər dəfə başqa başqa qurumlarda izahat yazıb sualları cavablandırmışdır. Cavabdeh bunu etməklə, öz qanunsuz əməlini ört-basdır etmək məqsədi daşıyır və sonda da onlar əziyyət çəkmişdir. Onun xüsusi mülkiyyətində olan evi mənimsəməsi azmışdır ki, dayanmadan şikayətlər etmiş, əsasız olaraq məhkəmə mübahisələri yaratmış və ona qarşı təzyiqlərə əl atmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində 2024-cü ilin aprel ayında 7 iş günü, may ayında isə 3 iş günü işdə olmamışdır və buna görə də 2000 (iki) min manatdan çox əmək haqqı itirmişdir. Tək bu ayları qeyd etsə də, 2024-cü ilin başqa aylarında da, demək olar ki cavabdehin təqsiri üzündən işə getməmişdir, buna görə də əməkhaqqı kəsilmiş və ona maddi ziyan dəymişdir. Bundan əlavə onun bu hərəkətləri nəticəsində maddi ziyandan başqa mənəvi əziyyət çəkmişdir. Belə ki, hər polis və prokurorluq əməkdaşı onu dəvət edəndə o stress keçirmişdir. Bundan əlavə yuxarıda sadalanan hallar cavabdehlərin təqsirkar olmasını tam təsdiq edir. Bundan əlavə cavabdehin bu hərəkətlərinə görə ona mənəvi ziyan dəymişdir. Belə ki, o cavabdehin qanunsuz və əsasız şikayətləri nəticəsində işə gedə bilməmiş və bunun nəticəsində 2900 manat məbləğində əmək haqqı olan pul vəsaitini itirmişdir. Eyni zamanda bu hərəkərləri ilə ona mənəvi ziyan vurmuşdur və davam etməkdədir. Cavabdeh1 ona vurduğu 2900 (iki min doqquz yüz) manat miqdarında pul vəsaitinin, cavabdehin təqsiri nəticəsində çəkdiyi mənəvi zərərə görə 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cəmi 6500 (altı min beş yüz) manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 qarşı ona vurduğu 2900 (iki min doqquz yüz) manat miqdarında pul vəsaitinin, cavabdehin təqsiri nəticəsində çəkdiyi mənəvi zərərə görə 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cəmi 6500 (altı min beş yüz) manat məbləğində pulun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2018-ci il tarixdən cavabdeh onun mülkiyyətində olan mənzili zəbt etmiş və onu və ailə üzvlərini mülkiyyətində olan mənzilə buraxmamışdır. 2018-ci ilin avqust ayından kirayə qalmışdır. 2018, 2019, 2020, 2021 və 2022-ci ildə davamlı olaraq 300 manata cəmi 15.900 manat 2023-350 manata cəmi 4200 manat və 2024-cü ildə 400 manata cəmi 4800 manat ödəməklə ailə üzvləri ilə kirayədə qalmışdır. Bakı şəhər Nizami rayon Məhkəməsinin qətnaməsi ilə onun mülkiyyətində olan mənzilə köçürülməsi qət edilsə də, cavabdeh bu günə qədər bunu etməmişdir və bilərəkdən məhkəmə qətnaməsinin icra olunmasını uzatmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin artırımasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 ona vurduğu maddi ziyana görə 24.900 (iyirmi dörd min doqquz yüz) manat pulun, mülkiyyətində olan mənzili yararsız hala salmaqla əmlakına vurduğu ziyana görə 2900 (iki min doqquz yüz) manat pulun, cavabdehin təqsiri nəticəsində çəkdiyi mənəvi zərərə görə 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunun cəmi 31.440 (otuz bir min dörd yüz qırx) manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edəsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 qarşı ona vurduğu 2900 (iki min doqquz yüz) manat miqdarında pul vəsaitinin, cavabdehin təqsiri nəticəsində çəkdiyi mənəvi zərərə görə 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cəmi 6500 (altı min beş yüz) manat məbləğində pulun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2018-ci il tarixdən cavabdeh onun mülkiyyətində olan mənzili zəbt etmiş və onu və ailə üzvlərini mülkiyyətində olan mənzilə buraxmır. 2018-ci ilin avqust ayından kirayə qalır. 2018, 2019, 2020, 2021 və 2022-ci ildə davamlı olaraq 300 manata cəmi 15.900 manat 2023-350 manata cəmi 4200 manat və 2024-cü ildə 400 manata cəmi 4800 manat ödəməklə ailə üzvləri ilə kirayədə qalmışdır. Bakı şəhər Nizami rayon Məhkəməsinin qətnaməsi ilə onun mülkiyyətində olan mənzilə köçürülməsi qət edilsə də, cavabdeh bu günə qədər bunu etmir və bilərəkdən məhkəmə qətnaməsinin icra olunmasını uzadır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbini artıraraq məhkəmədən, Cavabdeh1 ona vurduğu maddi ziyana görə 24.900 (iyirmi dörd min doqquz yüz) manat pulun, mülkiyyətində olan mənzili yararsız hala salmaqla əmlakıma vurduğu ziyana görə 2900 (iki min doqquz yüz) manat pulun, cavabdehin təqsiri nəticəsində çəkdiyi mənəvi zərərə görə 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunun cəmi 31.440 (otuz bir min dörd yüz qırx) manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iddia tələbinin həcmini azaldaraq iddia ərizəsində qeyd etdiyi kimi Cavabdeh1 qarşı ona vurduğu 2900 (iki min doqquz yüz) manat miqdarında pul vəsaitinin, cavabdehin təqsiri nəticəsində çəkdiyi mənəvi zərərə görə 5000 (beş min) manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cəmi 9000 (doqquz min ) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəyə müraciət edərək göstərmişdir ki, e-2(007)-819/2025 nömrəli mülki iş üzrə əvvəl təqdim etdiyi iddia ərizəsində bəzi məbləğ, faktiki əsaslandırma və sübut hissələrində natamamlıq olduğuna görə, onların dəqiqləşdirilməsi, artırılması və hüquqi cəhətdən genişləndirilməsi zərurəti yaranmışdır. Əvvəlki iddia ərizəsi yalnız 2024cü ilin müəyyən dövrünü əhatə etdiyindən, cavabdeh X2suz hərəkətləri nəticəsində ona və ailə üzvlərinə dəymiş zərərin tam məbləğinin obyektiv qiymətləndirilməsi mümkün olmamışdır. Hazırda isə 2019-cu ildən başlayaraq 2025-ci ilə qədər olan dövrü əhatə edən müddət üzrə toplanmış əlavə sənədlər, bank köçürmələri, istintaq qərarları, məhkəmə aktları və rəsmi cavablar əsasında zərərin tam həcmi dəqiqliklə müəyyən edilmişdir. Bu sənədlər cavabdehin sistemli, məqsədyönlü və davamlı şəkildə həyata keçirdiyi qanunsuz hərəkətlərin faktiki nəticələrini və onların ailə həyatına, mülkiyyət hüquqlarına, sosial və psixoloji vəziyyətinə vurduğu zərəri tam şəkildə sübut etmişdir. Toplanmış sübutlar təsdiq etmişdir ki, cavabdeh X16 və onun yaxın ailə üzvləri tərəfindən ona və ailə üzvlərinə qarşı uzunmüddət ərzində sistemli və məqsədyönlü şəkildə qanunsuz hərəkətlər həyata keçirilmişdir. Bu hərəkətlər daimi psixoloji təzyiq və təhdidlər, mənəvi rahatlığın pozulması, böhtan xarakterli və əsassız şikayətlər, əmlaka zərər vurulması və mənzilin zorla mənimsənilməsi, ailə münasibətlərinə və şəxsi həyata müdaxilə, təhqir və ictimai nüfuzun zədələnməsi halları ilə müşayiət olunmuşdur. Bu qanunsuz davranışlar nəticəsində o və ailə üzvləri təxminən altı il ərzində normal yaşayış şəraitindən, şəxsi mülkiyyətdən istifadə hüququndan və sabit gəlir imkanlarından faktiki olaraq məhrum edilmişdir. Ailə üzvləri ilə birlikdə davamlı stress, qorxu və qeyri-sabitlik şəraitində yaşamaq mənəvi və psixoloji gərginliyə, emosional tükənməyə və ailədaxili münasibətlərin pozulmasına səbəb olmuşdur. Cavabdehin bu davamlı hərəkətləri onun və ailəsinin ləyaqətinə, nüfuzuna və şəxsi həyatına birbaşa mənfi təsir göstərmiş, psixoloji sabitliklərini və sosial mühitlərini ciddi şəkildə zədələmişdir. Bu hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.2ci maddəsinə uyğun olaraq mənəvi zərərin mövcudluğunun və əlamətlərinin hüquqi təsdiqi kimi qiymətləndirilməlidir. O, İddiaçı, ünvan 2 ünvanında yerləşən mənzilin yeganə mülkiyyətçisidir. Onun mülkiyyət hüququ Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarışla təsdiqlənmişdir. Lakin cavabdeh, bacısı X17, 2019-cu ildən etibarən onun açıq hüquqi razılığı, yazılı və ya şifahi razılaşması, eləcə də hər hansı müqavilə və öhdəlik olmadan, onun mənzilində yaşamaqdadır. Qeyd edilən mənzil ünvan 2 bütövlükdə onun şəxsi mülkiyyətindədir, o bu yaşayış sahəsinin yeganə və tam hüquqlu sahibidir, başqa heç bir şəxs bu mülkiyyət üzərində paya və ya hüquqa malik deyil. Bu fakt xx.xx.2018-ci il tarixli, ********** nömrəli çıxarış ilə rəsmən təsdiq edilmişdir. Beləliklə, cavabdehin mənzilə daxil olması və orada uzun müddət yaşaması nə hüquqi, nə də ailə hüququna əsaslanan heç bir legitim səbəblə izah oluna bilməz. Cavabdeh nə onun razılığına, nə də istənilən hüquqi sənədə malikdir ki, bu mülkiyyətə daxil olsun və orada yaşamaqda davam etsin. Halbuki mənzil bütövlükdə ona məxsusdur və başqa heç bir şəxs bu əmlak üzərində hər hansı hüquqi paya malik deyil. Bu vəziyyət faktiki olaraq onun mülkiyyət hüququna müdaxilə, yəni istifadə və sərəncamvermə hüququnun illər boyu qeyri-qanuni şəkildə məhdudlaşdırılması deməkdir. Bundan da təhlükəlisi odur ki, cavabdeh təkcə onun mülkiyyətindən qanunsuz istifadə etmir, eyni zamanda onun və ailəsinin həmin mənzilə yaxınlaşmasının qarşısını zorla alır. Belə ki, onlar dəfələrlə mənzilin qanuni sahibi kimi əraziyə daxil olmağa cəhd göstərsələr də, cavabdeh onlara qapını açmaqdan imtina etmiş, aqressiv davranmış, sözlə təhqir etmiş və təhdid etmişdir. Xüsusilə ailə üzvlərinə, o cümlədən azyaşlı övladlarına qarşı birbaşa həyati təhlükə ilə müşayiət olunan ifadələr işlətmiş, onların sağlamlığına və həyatına zərər vuracağı ilə hədələmişdir. Ən önəmlisi odur ki, cavabdehin adına ünvan 3 ünvanında ayrıca yaşayış sahəsi qeydə alınıb və o, həmin mənzili icarəyə verərək daimi maddi gəlir əldə edir. Beləliklə, cavabdeh bir tərəfdən öz mülkiyyətindən qazanc götürür, digər tərəfdən isə onun şəxsi mülkiyyəti olan mənzildən ödənişsiz və əsassız istifadə edir, bu da mülkiyyət hüququnun pozulmasının bariz nümunəsidir. Bütün bu hallara baxmayaraq, onun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələri ilə təsbit olunmuş mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Mənzilin yeganə və hüquqi mülkiyyətçisi olduğu halda, cavabdeh şəxsin həmin mənzildə onun razılığından və hüquqi əsasdan tamamilə kənar şəkildə yaşaması, onun bu əmlak üzərində sərəncamvermə və istifadə hüququnu illərlə faktiki olaraq sıfırlamışdır. Bu hal mülkiyyət hüququnun yalnız nominal olaraq deyil, faktiki şəkildə pozulmasıdır və hüquqi müdafiə ilə əvəz olunmalıdır. Birincisi, cavabdehin davamlı və məqsədyönlü təzyiqləri, eləcə də polis və digər dövlət orqanlarına verdiyi əsassız, böhtan xarakterli və təxribat məqsədli şikayətlər nəticəsində o 2024-cü ilin aprel və may aylarında ümumilikdə 10 iş günü ərzində işə çıxa bilməmişdir. Bu müddət ərzində iş yerində əmək funksiyalarını icra etməyinə fiziki və psixoloji maneələr yaradılmış, nəticədə onun əmək fəaliyyəti qısa müddətə dayandırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bağlanmış əmək müqaviləsi və işdən qalma barədə rəsmi arayış bu halı tam şəkildə təsdiqləmişdir. Müqaviləyə əsasən onun aylıq əmək haqqı 350 manat təşkil edir. Hesablamaya görə, 350 manatlıq aylıq əmək haqqı 22 iş gününə bölündükdə bir iş gününün orta dəyəri 15.9 manat olur. Beləliklə, 10 iş gününün itirilməsi nəticəsində o, 159 manat miqdarında faktiki gəlir itkisinə məruz qalmışdır. Bu gəlir itkisi təsadüfi deyil, birbaşa cavabdehin məqsədyönlü hərəkətləri ona qarşı təzyiq yaratmaq, işgüzar fəaliyyətinə mane olmaq və mənəvi sarsıntı vəziyyətində saxlamaq cəhdləri nəticəsində baş vermişdir. Faktiki olaraq o iş vaxtını məhkəmə çağırışlarına, izahat yazılarına və cavabdehin əsassız müraciətlərinə sərf etmişdir. Bu da onun əmək gəlirinə və iş intizamına mənfi təsir göstərmiş, sosial vəziyyətində müvəqqəti maliyyə çətinliyi yaratmışdır. Yaranmış bu vəziyyət birbaşa psixoloji təzyiq və hüquqa zidd müdaxilə nəticəsində formalaşmış iqtisadi zərər kimi qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə uyğun olaraq, zərərin vurulmasına səbəb olan şəxs həmin zərəri tam həcmdə ödəməlidir. Buna görə də cavabdeh X16 tərəfindən ona dəymiş 159 manat məbləğində əmək haqqı itkisi tam şəkildə onun xeyrinə ödənilməlidir. İkincisi, cavabdehin qanunsuz və aqressiv hərəkətləri nəticəsində o və ailə üzvlərinə məxsus mənzilə daxil olmaqlarına uzun müddət ərzində imkan verməmiş, onlar faktiki olaraq öz mülkiyyətlərindən istifadə hüququndan məhrum edilmişdirlər. Cavabdeh özbaşına və hüquqa zidd şəkildə hərəkət edərək mənzilə zorakı və icazəsiz müdaxilə etmiş, o və ailə üzvlərini təhqiramiz və kobud formada mənzildən çıxarmışdır. Nəticədə onlar öz evlərindən kənarda yaşamağa məcbur qalmış, ailələri uzunmüddətli sosial, maddi və psixoloji gərginlik şəraitinə düşmüşdür. Cavabdehin bu davranışları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələrinin tərkib əlamətlərini daşıyır o cümlədən özbaşınalıq, xuliqanlıq, qəsdən bədənə xəsarət yetirmə və mənzil toxunulmazlığının pozulması. Həmin əməllər nəticəsində ona və ailə üzvlərinə həm fiziki, həm psixoloji zərər vurulmuş, eyni zamanda mülki hüquqları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən, onlar 2019-cu ildən başlayaraq 2025-ci ilə qədər olan dövrdə və halhazıradək məcburən müxtəlif kirayə mənzillərdə yaşamışdır. Cavabdehin qanunsuz və təxribat xarakterli hərəkətləri nəticəsində onlar yaşayış yerlərini dəfələrlə dəyişməyə məcbur olmuş, bu isə həm maddi, həm sosial, həm də psixoloji baxımdan əlavə itkilərə səbəb olmuşdur. Hər ay üzrə kirayə haqqı 300 manat təşkil etmişdir. Bu ödənişlər bank vasitəsilə həyata keçirilmiş, müvafiq çeklər iddiaya əlavə olunmuşdur. Kommunal xidmətlər isə terminallar vasitəsilə ödənildiyindən, qəbzlərin bir hissəsi saxlanmamışdır. Lakin yaşayış şəraitinə və bazar qiymətlərinə əsasən, aylıq orta kommunal xərclər 100 manat həddində olmuşdur. Bu məbləğ ailə büdcəsinə ciddi maliyyə yükü və sosial gərginlik yaratmış, uzun müddət ərzində ailə rifahının pisləşməsinə, psixoloji stressin artmasına və sosial qeyri-sabitliyə gətirib çıxarmışdır. Beləliklə, 2019-cu ildən başlayaraq 2025-ci ilə qədər əhatə edən 84 ay ərzində hər ay orta hesabla 300 manat kirayə və 100 manat kommunal ödəniş edilmiş, ümumilikdə 31 800 manat faktiki yaşayış xərci yaranmışdır. Bununla yanaşı, qeyd etmişdir ki, yaşayış yerindən qanunsuz məhrum edilsə də, ona və ailəsinə məxsus mənzilin bütün kommunal və ümumi xidmət haqlarını daima özü ödəməyə davam etmişdir. Bu fakt onun mülkiyyət hüququnun faktiki icrasını təsdiq edir və cavabdehin qanunsuz hərəkətləri fonunda onun hüquqi məsuliyyətini və vicdanlı davranışını açıq şəkildə göstərir. Yaşayış yerindən qanunsuz məhrumetmə, mülkiyyət hüququna zorakı müdaxilə və mənzil toxunulmazlığının pozulması nəticəsində yaranan bütün yaşayış xərcləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən maddi zərər sayılır. Cavabdehin qanunsuz və aqressiv hərəkətləri nəticəsində onun və ailə üzvlərinin altı il ərzində məcburi şəkildə kirayə mənzillərdə yaşaması, hər ay orta hesabla 300 manat kirayə və 100 manat kommunal ödənişlər etməsi nəticəsində ümumilikdə 31 800 manat faktiki yaşayış xərci yaranmışdır. Bu səbəbdən, cavabdeh X7 31 800 manat məbləğində kirayə və yaşayış xərclərinin onun xeyrinə tutulmasına və vurulmuş maddi zərərin tam həcmdə ödənilməlidir. Bu səbəbdən, cavabdeh X7 31 800 manat məbləğində kirayə və yaşayış xərclərinin onun xeyrinə tutulması tələb olunur. Üçüncüsü, cavabdeh tərəfindən mənzilə zorakı və icazəsiz müdaxilə nəticəsində mənzil qapısına, kilidlərinə və giriş hissəsindəki konstruksiyalara maddi zərər dəymişdir. 09 fevral 2024-cü il tarixdə baş vermiş hadisə zamanı cavabdeh fiziki güc tətbiq etməklə, “Laqonda” adlı dəmir kəsən alət vasitəsilə mənzil qapısının menteşələrini kəsmiş, nəticədə “Laguna” markalı metal giriş qapısı deformasiyaya uğramış, kilid mexanizmi sıradan çıxmış və mənzilin təhlükəsizlik sistemi tamamilə zədələnmişdir. Bu hal Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis kapitanı Ayxan Təhməzli tərəfindən aparılmış araşdırmanın nəticələrində və xx.xx.2024 tarixli qərarda təsdiqini tapır. Qərarda göstərilir ki, cavabdeh Natalya Çebotaryeva loqanda ilə qapını kəsərək mənzilə daxil olmuş, bu hərəkət nəticəsində mənzilə maddi zərər dəymişdir. Prokurorluq qərarında zərərçəkmiş tərəflərə İddiaçı və ailə üzvlərinə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi xüsusi qeyd edilmişdir. Araşdırma materialları, hadisə yerinə baxış protokolu, fotoşəkillər və ekspert qiymətləndirilmələri göstərir ki, “Laguna” markalı qapının tam dəyişdirilməsi, kilid sisteminin yenilənməsi, dəmir çərçivənin bərpası və montaj işləri üzrə bazar qiymətləri ümumilikdə 2 000 manat məbləğində zərərin mövcudluğunu göstərir. Bu zərər birbaşa cavabdehin zorakı və qanunsuz hərəkətləri nəticəsində yaranmış, həm mənzilin fiziki bütövlüyünü, həm də onun və ailəsinin təhlükəsizliyini pozmuşdur. Bu hal mülkiyyət hüququna və şəxsi mülkiyyətin toxunulmazlığına yönəlmiş açıq hüquq pozuntusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, əmlaka qəsdən zərər vurmuş şəxs həmin zərəri tam həcmdə ödəməyə borcludur. Buna görə də cavabdeh X7 mənzilə vurulmuş zərərin əvəzinin 2 000 manat məbləğində iddiaçının xeyrinə tutulması tələb olunur. Dördüncüsü, cavabdeh tərəfindən ona və ailə üzvlərinə qarşı uzunmüddətli təhdid, böhtan, təhqir və sistemli psixoloji təzyiq göstərilmiş, bu hərəkətlər nəticəsində onun ailə həyatını, şəxsi nüfuzunu və psixoloji sabitliyini ciddi şəkildə pozulmuşdur. Cavabdeh müxtəlif dövlət orqanlarına, o cümlədən polis və məhkəmə instansiyalarına əsassız şikayətlər təqdim etməklə məqsədli şəkildə onun və ailəsinin ictimai nüfuzuna xələl gətirməyə, ailə münasibətlərini dağıtmağa və psixoloji sabitliklərini sarsıtmağa çalışmışdır. Bu hallar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-304-2024 nömrəli işi üzrə xx.xx.2024-cü il tarixli Qərarında, həmçinin 1(007)-411- 2024 və 1(007)-305-2024 nömrəli işlər üzrə xx.xx.2024 və xx.xx.2024 tarixli qərarlarda, eləcə də 2(007)-1410-2025 nömrəli iş üzrə xx.xx.2025 tarixli qərarda rəsmi qaydada öz əksini tapmışdır. Həmin qərarlarda cavabdehin zorakı, aqressiv və böhtan xarakterli davranışları, mənzilə zorla daxil olması, təkrar psixoloji təzyiq və ailədaxili konfliktlərin qızışdırılması halları qeyd olunmuşdur. Bundan əlavə, Nizami RPİ-nin xx.xx.2024 tarixli raportu və xx.xx.2024 tarixli istintaq qərarı da cavabdehin zorakı və qeyri-qanuni davranışlarını təsdiq edir. Bu sənədlərdə mənzilə laqonda ilə zorla daxilolma, qapının qırılması və mülkiyyət hüququnun kobud pozulması faktları rəsmi şəkildə qeyd olunmuşdur. Eyni zamanda, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2551/2024 nömrəli işi üzrə xx.xx.2024 tarixli qərarında cavabdehin yaxın ailə üzvü Cavabdeh2 ona qarşı fiziki zorakılıq göstərdiyi, boğazdan tutaraq xəsarət yetirdiyi faktı müəyyən edilmiş və həmin şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4383/2025 nömrəli işi üzrə xx.xx.2025 tarixli qətnaməsində cavabdehin özbaşına şəkildə mənzildə məskunlaşdığı, ailə üzvlərini oradan kənarlaşdırdığı və mülki hüquqlardan sui-istifadə etdiyi açıq şəkildə təsdiqlənmişdir. Əlavə etmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 01 mart 2024-cü il tarixli, №04 saylı “Məişət zorakılığı haqqında iş üzrə” qərarı ilə müəyyən edilmişdir ki, cavabdeh X16 tərəfindən onun həyat yoldaşı X19 və ailə üzvlərinə qarşı fiziki, mənəvi və psixoloji zorakılıq halları baş vermişdir. Hadisə ünvan 2 ünvanında yəni onun rəsmi mülkiyyətində olan yaşayış sahəsində baş vermişdir. Həmin qərarla zərərçəkmiş tərəfin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 30 günlük qısamüddətli mühafizə orderi verilmiş, cavabdeh isə profilaktik qeydiyyata götürülmüş və təkrarlanan zorakılıq hallarına yol verməməsi barədə rəsmi xəbərdarlıqla təmin edilmişdir. Qərar, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 5.2 və 9-cu maddələrinə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli, 537 nömrəli Fərmanına və Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli, 46 nömrəli Qərarına əsasən qəbul edilmişdir. Bu rəsmi sənəd dövlət orqanı tərəfindən qəbul edilmiş inzibati-hüquqi akt olmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77 və 78-ci maddələrinə uyğun olaraq iş üzrə tam hüquqi sübut qüvvəsinə malikdir. Qərarın məzmunu təsdiq edir ki, cavabdehin zorakı və aqressiv davranışları ailədaxili zorakılıq xarakteri daşıyır, zərərçəkmiş tərəf və azyaşlı uşaqların psixoloji və fiziki təhlükəsizliyi real şəkildə pozulmuşdur, cavabdehin hərəkətləri nəticəsində ailədaxili münasibətlər və sosial mühit dağılmış, nəticədə mənəvi zərər və psixoloji travma yaranmışdır. Eyni zamanda, cavabdehin profilaktik nəzarət altına alınması onun davranışının ictimai təhlükəlilik dərəcəsini və mütəmadi zorakılıq meyllərini təsdiq edən hüquqi fakt kimi qiymətləndirilməlidir. Bu akt yalnız inzibati tədbir deyil, həm də məhkəmə baxımından dövlət tərəfindən zorakılıq faktının rəsmi tanınması mənasına gəlir və cavabdehin qanunsuz hərəkətlərinin sübutu kimi xüsusi əhəmiyyət daşıyır. Cavabdehin zorakı və təxribat xarakterli hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının bir sıra əsas müddəalarını kobud şəkildə pozmuşdur. Belə ki, bu hərəkətlər 29-cu maddədə təsbit olunmuş mülkiyyət hüququna, 47-ci maddədə nəzərdə tutulan şəxsi həyatın və mənzil toxunulmazlığı hüququna, eləcə də 48-ci maddədə qorunan ləyaqət və nüfuzun müdafiəsi hüququna birbaşa ziddir. Bundan əlavə, cavabdehin davranışları Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun, həmçinin 1 nömrəli Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətin müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, dövlət orqanı səviyyəsində zorakılıq faktının təsdiqi təkcə daxili qanunvericiliyə deyil, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinə əsaslanan insan hüquqlarının pozulması faktını hüquqi cəhətdən təsdiqləyir. Nəticədə onun ailə münasibətlərini zədələnmiş, şəxsi və peşəkar nüfuzu sarsılmış, mənəvi sarsıntı, psixoloji yorğunluq və sosial təcrid halları baş vermişdir. Uzunmüddətli emosional gərginlik, əsassız təhdidlər və sosial mühitdə yaranmış mənfi təsəvvür onun normal həyat keyfiyyətinə və iş qabiliyyətinə ciddi zərbə vurmuşdur. Bu hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 və 1097.2-ci maddələrinə əsasən mənəvi zərərin klassik əlamətlərini təşkil edir. Qanunvericiliyə görə, şəxsiyyətin ləyaqətinə, nüfuzuna, ailə həyatına və psixoloji vəziyyətinə vurulmuş bu cür zərər ədalət və münasiblik prinsipləri əsasında qiymətləndirilməlidir. Bundan əlavə, cavabdehin davranışları Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun, həmçinin 1 nömrəli Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətin müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, dövlət orqanı səviyyəsində zorakılıq faktının təsdiqi təkcə daxili qanunvericiliyə deyil, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinə əsaslanan insan hüquqlarının pozulması faktını hüquqi cəhətdən təsdiqləyir. Nəticədə onun ailə münasibətləri zədələnmiş, şəxsi və peşəkar nüfuzu sarsılmış, mənəvi sarsıntı, psixoloji yorğunluq və sosial təcrid halları baş vermişdir. Uzunmüddətli emosional gərginlik, əsassız təhdidlər və sosial mühitdə yaranmış mənfi təsəvvür onun normal həyat keyfiyyətinə və iş qabiliyyətinə ciddi zərbə vurmuşdur. Bu hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 və 1097.2-ci maddələrinə əsasən mənəvi zərərin klassik əlamətlərini təşkil edir. Qanunvericiliyə görə, şəxsiyyətin ləyaqətinə, nüfuzuna, ailə həyatına və psixoloji vəziyyətinə vurulmuş bu cür zərər ədalət və münasiblik prinsipləri əsasında qiymətləndirilməlidir. Yuxarıda göstərilən sübutlara və məhkəmə qərarlarına əsaslanaraq, mənəvi zərərin məbləği 10 000 manat olaraq müəyyən edilir və bu məbləğin cavabdeh X3 xeyrinə tutulması tələb olunur. Bundan əlavə, cavabdeh X16 və onun yaxın ailə üzvlərinin zorakı davranışları tək hadisə ilə məhdudlaşmamış, qrup halında və təkrarlanan şəkildə davam etmişdir. Müxtəlif dövrlərdə, o cümlədən mənzilə zorakı müdaxilə hadisəsindən əvvəl və sonra, cavabdeh və onun ailə üzvləri İddiaçı üzvlərinə, xüsusilə həyat yoldaşına və azyaşlı övladlarına qarşı açıq aqressiya nümayiş etdirmişlər. Bir neçə dəfə ictimai yerdə, o cümlədən ailəsinin parklarda istirahəti zamanı cavabdeh və onun yaxınları tərəfindən təhdid xarakterli hərəkətlər, o cümlədən soyuq silah tətbiqi ilə fiziki təcavüzə cəhdlər baş vermişdir. Bu hallar barədə polisə və Nizami Rayon Polis İdarəsinə müraciətlər olunmuş, hadisələrin sistemli zorakılıq və ailə üzvlərinə qarşı təhlükə xarakteri daşıdığı sübut olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci, 155-ci və 221-ci maddələrində nəzərdə tutulan hüquqi tərkib əlamətləri cavabdehin hərəkətlərində aydın şəkildə özünü göstərir. Bu maddələrə əsasən, şəxsin bədəninə qəsdən xəsarət yetirilməsi, yaşayış sahəsinə icazəsiz daxilolma və ictimai qaydanın kobud şəkildə pozulması halları cinayət xarakterli əməllər hesab olunur. Məhz bu əməllər cavabdeh tərəfindən sistemli və məqsədyönlü formada törədilmiş, nəticədə ona və ailə üzvlərinə fiziki, psixoloji və mənəvi zərər vurulmuşdur. Göstərilən hallar cavabdehin davranışlarında qanunla qadağan edilmiş zorakılıq və aqressiya elementlərinin mövcudluğunu sübut edir və bu hərəkətlərin hüquqi qiymətinin verilməsini zəruri edir. Cavabdehin X1suz hərəkətləri nəticəsində yaranmış maddi və mənəvi zərərin ödənilməsi tələbi isə Mülki Məcəllənin 1096-cı maddəsində və 1097-ci maddəsində nəzərdə tutulan hüquqi əsaslara söykənir. Eyni zamanda, Mülki Məcəllənin 151 və 152-ci maddələrində təsbit edilmiş mülkiyyət hüququnun tərkibi və müdafiəsi prinsiplərinə əsasən, hər bir şəxs öz əmlakına qanunsuz müdaxilələrə qarşı hüquqi müdafiə tələb etmək hüququna malikdir. Bu baxımdan, onun davamlı ödənişləri, mülkiyyətə və ailə rifahına qarşı göstərilən təzyiqlərə baxmayaraq, vicdanlı və məsuliyyətli davranışını sübut edir və zərərin tam həcmdə ödənilməsini hüquqi baxımdan əsaslandırır. Bu hərəkətlər nəticəsində mənzilə qanunsuz daxilolma və əmlakın zədələnməsi ilə onun mülkiyyət hüququnu kobud şəkildə pozulmuşdur. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit edilmiş mülkiyyət hüququnun açıq şəkildə pozulması hesab edilir. Konstitusiyanın bu maddəsinə əsasən, “hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququna dövlət tərəfindən təminat verilir.” Cavabdehin Çebotaryova Nataliya Borisovnanın davranışları isə bu təminatın faktiki şəkildə pozulması, yəni dövlətin müdafiə etdiyi hüquqa birbaşa zidd hərəkət kimi qiymətləndirilməlidir. Qeyd edilən hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində və 127-ci maddəsində nəzərdə tutulan əlamətləri özündə birbaşa ehtiva edir və cavabdehin davranışlarının davamlı zorakılıq, təhdid və psixoloji təzyiq sistemi yaratdığını açıq şəkildə təsdiq edir. Cavabdehin yuxarıda sadalanan qanunsuz və zorakı hərəkətləri nəticəsində onun və ailə üzvlərinin şəxsi həyatına, ailə münasibətlərinə və mülkiyyət hüququna ciddi müdaxilə edilmişdir. Bu hallar təkcə milli qanunvericiliyin deyil, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun, habelə 1 nömrəli Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətin qorunması hüququnun pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, cavabdehin hərəkətləri həm milli, həm də beynəlxalq hüquq normaları baxımından qanunsuz və əsasız müdaxilə xarakteri daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 16-cı maddəsinə əsasən, məhkəmə işə baxarkən tərəflərin bərabər hüquqluluğu və obyektiv araşdırma prinsiplərinə əməl edilməlidir. Cavabdeh1 etirazı: Cavabdeh1 xx.xx.2025-ci il tarixdə iddia tələbinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma, və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilindən çıxarılmaqla istifadə hüququna xitam verilməsi və onun ailə üzvləri ilə birlikdə mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X33 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 və X20 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzildən çıxarılması, Cavabdeh1 vurduğu maddi ziyana görə 10000 manat məbləğin İddiaçı xeyrinə tutulması, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 cavabdeh X14rşı “mənzilin özəlləşdirməsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən mənzilin X21 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(007)-597/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları - 16 avqust 2020-ci il təvəllüdlü X30 və 02 avqust 2022-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-597/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilin özəlləşdirməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbi üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə əsası ilə xitam verilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və hal-hazırda apellyasiya məhkəməsinin icraatında iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1621/2024 saylı qətnaməsi ilə məişət zorakılığından zərər çəkmiş şəxs ərizəçi Cavabdeh1 məişət zorakılığı törətmiş şəxs İddiaçı və X9 hərəkətlərindən mühafizə olunması üçün 180 (yüz səksən) gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi uzunmüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxs İddiaçı və X13 məişət zorakılığından zərər çəkmiş şəxs Cavabdeh1 qarşı aşağıdakı hərəkətlərin edilməsi qadağan edilmişdir: Məişət zorakılığının təkrar törədilməsi; zərər çəkmiş şəxs Cavabdeh1 narahatlıq gətirən digər hərəkətləri etməsi – ona yaxınlaşması, onunla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onu hər hansı formada təqib etməsi, ona zəng etməsi, sms və sair yazması qadağan edilmiş, İddiaçı və X13 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş və borclu İddiaçı Borisovnaya və X13 məişət zorakılığını törətməməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56ü0.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui istifadəyə yol verilmiş, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-cü maddəsinə əsasən qeyri-qanuni və müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui istifadə hesab edilir. Hesab edir ki, İddiaçı Nizami rayon Məhkəməsində işə baxılarkən Cavabdeh1 vurduğu maddi ziyana görə 10000 manat məbləğin İddiaçı xeyrinə tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və həmin hissədə iddia tələbinə hüquqi qiymət verilmiş və iddia həmin hissədə təmin edilməmişdir. Bu səbəbdən, İddiaçı Cavabdeh1 ona vurduğu maddi ziyana görə 24.900 (iyirmi dörd min doqquz yüz) manat pulun, mülkiyyətində olan mənzili yararsız hala salmaqla əmlakına vurduğu ziyana görə 2900 (iki min doqquz yüz) manat pulun, cavabdehin təqsiri nəticəsində çəkdiyi mənəvi zərərə görə 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunun cəmi 31.440 (otuz bir min dörd yüz qırx) manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh1 ona vurduğu maddi ziyana görə 24.900 (iyirmi dörd min doqquz yüz) manat pulun, mülkiyyətində olan mənzili yararsız hala salmaqla əmlakına vurduğu ziyana görə 2900 (iki min doqquz yüz) manat pulun, cavabdehin təqsiri nəticəsində çəkdiyi mənəvi zərərə görə 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunun cəmi 31.440 (otuz bir min dörd yüz qırx) manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan başqa Cavabdeh1 xx.xx.2025-ci il tarixdə iddia tələbinə etirazla təkrarən məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ondan 2900 manat məbləğində maddi ziyanın, 3500 manat məbləğində mənəvi ziyanın və 100 manat dövlət rüsumunun, cəmi 6500 manat vəsaitin tutulmasını tələb edir. İddiaçı ərizəsində göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən mənzil guya onun şəxsi mülkiyyətidir; guya cavabdeh həmin mənzili qanunsuz zəbt etmişdir; cavabdehin və qohumlarının guya dövlət orqanlarına çoxsaylı şikayətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Əksini sübut edən məhkəmə aktları: 2(007)-3642/2023 saylı iş üzrə (xx.xx.2023 tarixli) məhkəmə qərarı ilə onun həmin mənzildən qanuni istifadə hüququ təsdiq edilmişdir. 2(103)-333/2025 saylı iş üzrə (xx.xx.2025) iddiaçının mənzilə köçürülməsi barədə işin icrası dayandırılmışdır. 2- 1(103)- 2865/2025 saylı iş üzrə (xx.xx.2025) çıxarışın etibarlılığının mübahisələndirilməsi prosesi davam edir, iddiaçının mülkiyyət hüququ təsdiq edilməmişdir. 2(007)-597/2024 saylı iş üzrə məhkəmə (hakim Yülkər Yusifova, xx.xx.2024 tarixli qərardad) artıq digər mənzilin icarəsinə görə 10 000 manat məbləğində zərərin ödənilməsi məsələsini araşdırmış və əsassız olduğuna görə rədd etmişdir. Beləliklə, iddiaçı əvvəl məhkəmə tərəfindən rədd olunmuş tələbi təkrarən irəli sürür. Beləliklə onun mənzildən istifadə etməyi qanunidir. İddiaçının mülkiyyət hüququ şübhə altındadır. İddianın əsası yoxdur. Prosessual hüquqlardan sui-istifadə 2024-cü ildən xx.xx.2025-ci ilə qədər iddiaçı ona qarşı məhkəmədə 18 iddia qaldırmışdır. Bu iddiaların çoxu eyni mövzuda olmuşdur (istifadə hüququ, köçürmə, çıxarılma, kupça ilə bağlı mübahisə). Bu hal prosessual hüquqlardan sui-istifadədir (AR MPM-in 8.2-ci maddəsi) və iddiaçı tərəfindən hüquqların müdafiəsi yox, ona və ailəsinə təzyiq məqsədi daşıyır. İddiaçının mülkiyyət hüququ təsdiqlənməmişdir (iş № 2-1(103)-2865/2025 davam edir). Onun istifadə hüququ məhkəmə ilə təsdiq edilmişdir (iş № 2(007)-3642/2023). Şikayətlər barədə iddialar əsassızdır, çünki dövlət orqanlarına müraciət hər bir vətəndaşın konstitusion hüququdur. Əksinə, çoxsaylı əsassız şikayətləri məhz iddiaçı özü verir. Maddi ziyanın (2900 manat) sübutu yoxdur, əməkhaqqı barədə rəsmi arayış təqdim edilməmişdir, işə gəlməmənin onunla əlaqəsi sübut edilməmişdir. Mənəvi ziyan (3500 manat) təsdiqlənməmişdir– tibbi sənədlər, ekspert rəyləri təqdim edilməmişdir. AR Mülki Məcəlləsinin 1096–1098-ci maddələrinə əsasən, mənəvi ziyanın əvəzi yalnız qanunsuz hərəkətlər sübuta yetirildikdə və real təsdiq edilmiş ziyan olduqda ödənilə bilər. Bu işdə sübut yoxdur. AR MPM-in 8.2-ci maddəsinə əsasən, tərəflər prosessual hüquqlardan vicdanla istifadə etməlidir. 18 iddianın verilməsi açıq-aşkar suiistifadədir. AR MPM-in 77-ci maddəsinə əsasən, hər tərəf öz iddiasını sübut etməlidir. İddiaçı heç bir sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq, İddiaçı e- 2(007)-819/2025 saylı iş üzrə maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinin tamamilə rədd edilməsini xahiş etmişdir. Bundan başqa Cavabdeh1 xx.xx.2025-ci il tarixdə iddia tələbinə etirazla təkrarən məhkəməyə müraciət edərək göstərmişdir ki, mübahisəli mənzil üzrə istifadə hüququ və istifadəçilərin dairəsi barədə mübahisəli mənzil ailəyə sosial kirayə müqaviləsi əsasında verilmişdir. Sosial kirayə müqaviləsinə və məhkəməyə təqdim edilmiş sənədlərə əsasən, mübahisəli mənzildən istifadə hüququna aşağıdakı ailə üzvləri malikdir: X22, X31, X16, X25. Bununla yanaşı, göstərilən şəxslərdən heç birinin mənzildən istifadə hüququna qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə xitam verilməmişdir. Faktiki olaraq Qalina və Boris həmin mənzildə yaşamağa davam edirlər ki, bu da iş materialları və əvvəllər baxılmış məhkəmə aktları ilə təsdiqlənir. Məhkəmə tərəfindən artıq müəyyən edilmiş hüquqi mövqe barədə məhkəmənin diqqətinə xx.xx.2024-cü il tarixli, 2(007)-597/2024 iş üzrə qətnaməni təqdim edir. Həmin məhkəmə aktı ilə aşağıdakı hallar müəyyən edilmişdir: X16 və X20 mübahisəli mənzildən istifadə hüquqları 01 oktyabr 2009-cu il tarixədək yarandığı üçün, bu hüquqlara xitam verilməsi məsələsi müvafiq hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə qiymətləndirilməlidir (bənd 46); X16 və X20 istifadə hüquqlarına xitam verilməsi, habelə X6 mənzildən çıxarılması tələbləri əsassız hesab edilmiş və təmin edilməməli sayılmışdır (bənd 51); Məhkəmə müəyyən etmişdir ki, ünvan 6 ünvanında kirayəçi ailəsinin üzvləri aşağıdakı şəxslər olmuşdur: X22, X18, X16, İddiaçı, X31, X25 (bənd 52). Beləliklə, məhkəmə artıq mübahisəli mənzil üzrə bir neçə ailə üzvünün qüvvədə olan istifadə hüququnun mövcudluğunu təsdiq etmiş və iddiaçının bu hüquqlardan məhrum etmə tələblərini rədd etmişdir. Məhz cavabdehin iddiaçının mənzildən istifadəsinə mane olması faktının müəyyən edilməsinin mümkün olmaması barədə iddiaçı iddia edir ki, guya o – cavabdeh onun mənzilə daxil olmasına və yaşayış sahəsindən istifadə etməsinə mane olmuşdur. Lakin bu iddialar heç bir müvafiq və yol verilən sübutlarla təsdiqlənmir. Nəzərə alınmaqla ki, mübahisəli mənzilin bir neçə qanuni istifadəçisi vardır, Qalina Borisovna və Boris Borisoviç həmin mənzildə faktiki yaşayırlar, göstərilən şəxslərin istifadə hüququna məhkəmə tərəfindən xitam verilməmişdir. Məhz cavabdehin iddiaçının mənzildən istifadəsinə mane olan şəxs kimi göstərilməsi üçün obyektiv əsaslar yoxdur. Məhkəməyə cavabdehin guya iddiaçını buraxmaması barədə aşağıdakıları təsdiqləyən sübutlar təqdim edilməmişdir: cavabdehin iddiaçını buraxmaması ilə bağlı konkret hərəkətləri; belə halların tarixi, şəraiti və üsulu; iddiaçının mənzilə daxil ola bilməməsinin səbəblərinin məhz cavabdehdən asılı olması və bunun digər istifadəçilərdən asılı olmaması. Bu səbəbdən, iddiaçının iddiaları ehtimal xarakterlidir və məhz cavabdehin qanunazidd davranışının mövcudluğunu təsdiqləmir. Bu isə zərərin və mənəvi zərərin ödənilməsi üçün zəruri olan səbəbli əlaqənin müəyyən edilməsini istisna edir. Digər ailə üzvlərinin hüquqlarına istinad barədə bu baxımdan vurğulayır: “O, Qalina və Borisin adından tələb irəli sürmür. O, məhkəmə tərəfindən artıq müəyyən edilmiş hüquqi faktı göstərir, mənzil üzrə bir neçə istifadəçi mövcuddur və iddiaçının istifadə hüququ müstəsna deyil.” Bu fakt iddiaçının guya “qanunsuz şəkildə mənzildən məhrum edilməsi” barədə dəlillərinin qiymətləndirilməsi üçün prinsipial əhəmiyyətə malikdir. İddiaçının hüquqdan suiistifadəsi barədə əvvəllər iddiaçı onun istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmağı barədə məhkəməyə müraciət etmiş, lakin həmin tələblər məhkəmə tərəfindən rədd edilmişdir. Bundan sonra iddiaçı bu işi — pul məbləğlərinin tutulması barədə iddianı qaldırmışdır ki, bu da digər istifadəçilərin hüquqlarının nəzərə alınmaması ilə birlikdə, məhkəmə müdafiəsindən təyinatı üzrə deyil, təzyiq vasitəsi kimi istifadə etməyə cəhd olduğunu göstərir. Belə davranış Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsi ilə qadağan olunmuş hüquqdan sui-istifadə əlamətlərini daşıyır. Mülki Məcəllənin 6.4-cü maddəsinə əsasən, hüquqdan sui-istifadə hallarında məhkəmə şəxsə məhkəmə müdafiəsindən imtina etmək hüququna malikdir. İddiaçı tərəfindən məhz cavabdehin onun mənzildən istifadəsinə mane olması faktının sübut edilmədiyini nəzərə alınmalı, iddiaçının davranışına Mülki Məcəllənin 6.3 və 6.4-cü maddələri baxımından hüquqi qiymət verilməli, xx.xx.2024-cü il tarixli, İş № 2(007)-597/2024 üzrə qətnamə ilə müəyyən edilmiş hüquqi mövqeyi nəzərə alınmalıdır. Cavabdeh2 etirazı: Cavabdeh2 iddia tələbinə etirazla xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, e-2(007)-819/2025 saylı mülki iş üzrə cavabdeh qismində prosesə işin icraatına başlanıldığı andan deyil, yalnız daha gec mərhələdə, İddiaçı vəsatəti əsasında, bir neçə aylıq məhkəmə baxışından sonra cəlb edilmişdir. Eyni zamanda nə ilkin iddia ərizəsindən, nə də sonradan verilmiş “dəqiqləşdirmə” və əlavələrdən, o cümlədən iddiaçının 2025-ci ildə təqdim etdiyi həcmli sənəddən məhz onun barəsində hansı konkret iddia tələblərinin irəli sürüldüyü, həmçinin ümumiyyətlə cavabdehlərə münasibətdə iddianın predmeti nədən ibarət olduğu aydın şəkildə başa düşülmür. Xüsusilə, onun – X26 barəsində: ayrıca, dəqiq və konkret şəkildə formalaşdırılmış tələblər göstərilməmişdir; məhz onun üzərinə yönəldilmiş konkret məbləğlər və ya digər öhdəliklər qeyd olunmamışdır; iddiaçının iddia etdiyi zərərin guya məhz onun hərəkətlərindən yarandığını göstərən, konkret faktiki epizodlar təsvir edilməmişdir; onun guya mülki məsuliyyətini əsaslandıran konkret hüquqi normalar göstərilməmişdir. Eyni zamanda iddia ərizəsinin və onun “genişləndirilməsi”nin ümumi mətni belə qurulmuşdur ki: bir neçə il ərzində baş vermiş müxtəlif hadisələr bir-birinə qarışdırılır; digər mübahisələrə aid çoxsaylı işlərə və məhkəmə qərarlarına istinad edilir; “zərər” kimi göstərilən böyük məbləğlər tələb olunur, lakin hesablamalar ziddiyyətlidir və bir iddiadan digərinə dəyişir; iddiaçı faktiki olaraq eyni daşınmaz əmlak üzərində hüququ təsdiq edən “kupçaya” (xx.xx.2018-ci il tarixli, № ********** saylı çıxarışa) istinad edir və onu müxtəlif tələblər üçün “universal” əsas kimi təqdim edir. Bu şəraitdə təqdim olunmuş iddia aydın şəkildə müəyyən edilmiş iddia predmetini ehtiva etmir; hər bir cavabdehin barəsində tələbləri dəqiq fərqləndirmir; nə onun, nə də digər cavabdehlərin ünvanına konkret məbləğ və məsuliyyət həcmi göstərilməmiş ümumi ittihamlar şəklində formalaşdırılmışdır. Bundan başqa, iddiaçı uzun müddət ərzində eyni motiv və eyni daşınmaz əmlak obyekti ilə bağlı müxtəlif məhkəmələrə müxtəlif iddia ərizələri ilə müraciət etmiş, tələb etdiyi məbləğləri əsassız şəkildə dəyişdirmiş (5000 manatdan 40000 manata qədər, həmçinin müxtəlif “aylıq” və digər ödəniş formaları tələb etmiş), cavabdehlərin dairəsini genişləndirmiş, o cümlədən onu prosesə gec mərhələdə cəlb etmişdir, bu isə məhkəməyə müraciət hüququndan və prosessual hüquqlardan sui-istifadə əlamətləri daşıyır və məhkəmə prosesindən müdafiə vasitəsi kimi deyil, təzyiq aləti kimi istifadə cəhdini göstərir. Beləliklə, hazırkı mərhələdə İddiaçı tərəfindən irəli sürülən iddia: ümumilikdə naməlum (anlaşılmayan) və qeyrimüəyyən iddia xarakteri daşıyır; iddianın predmeti və əsasları baxımından qanunun tələb etdiyi dəqiqliyə cavab vermir; nə onun, nə də digər cavabdehlərin barəsində dəqiq hüquqi və faktiki mövqe ilə əsaslandırılmamışdır. Bu halda onun özünü müdafiə etmək hüququnun normal icrası ciddi şəkildə çətinləşir, işin mahiyyəti üzrə ədalətli və obyektiv qaydada baxılması isə mümkün olmur, çünki məhkəməyə də, cavabdehlərə də aydın deyil ki, konkret olaraq hansı tələblərdən və hansı epizodlar üzrə müdafiə olunmaq tələb olunur. Vicdanlılıq, prosessual hüquqlardan sui-istifadəyə yol verilməməsi və iddianın predmeti ilə əsaslarının müəyyən olunması barədə qanun tələblərini nəzərə alaraq, İddiaçı tərəfindən e-2(007)-819/2025 saylı iş üzrə verilmiş iddia ərizəsinin ümumilikdə naməlum, qeyrimüəyyən və hüquqi cəhətdən əsaslandırılmamış xarakter daşıdığını, iddianın dəqiq formalaşdırılmış predmetini və cavabdehlərə yönəlmiş konkret tələbləri ehtiva etmədiyini, həmçinin prosessual hüquqlardan sui-istifadə əlamətləri ilə təqdim olunduğu tanınmalıdır. İddianın naməlum və qeyri-müəyyən olması, habelə irəli sürülmüş tələblərin aydın və sübut olunmuş hüquqi və faktiki əsaslarının mövcud olmaması səbəbindən İddiaçı iddiasının tam həcmdə təmin edilməsindən imtina edilməlidir. Bundan başqa Cavabdeh2 iddia tələbinə etirazla xx.xx.2025-ci il tarixdə təkrarən müraciət edərək göstərmişdir ki, onunla mübahisənin predmeti arasında hüquqi əlaqənin olmaması barədə iddiaçı tərəfindən irəli sürülmüş tələblər yaşayış sahəsindən istifadə, ailə üzvləri arasında əmlak münasibətləri, habelə maddi və mənəvi zərərin ödənilməsi məsələləri ilə bağlıdır. O, mübahisəli mənzilin mülkiyyətçisi deyil, kirayəçisi deyil, istifadə hüququna malik deyil və bu mənzil üzrə yaranmış yaşayış hüquq münasibətlərinin tərəfi deyil. Beləliklə, iddiaçının tələblərinin əsaslandığı mübahisəli hüquq münasibətlərinin subyekti deyil. Onun tərəfindən guya törədilmiş qanunazidd hərəkətlərin konkretləşdirilməməsi və sübut edilməməsi barədə iddia ərizəsində iddiaçı tərəfindən: onun tərəfindən guya hansı konkret qanunazidd hərəkətlərin törədildiyi, həmin hərəkətlərin nə vaxt, hansı şəraitdə və kimə qarşı edildiyi göstərilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən aşağıdakı halları təsdiq edən heç bir sübut təqdim edilməmişdir: onun tərəfindən qanunazidd hərəkətlərin törədilməsi faktı; onun günahının mövcudluğu; guya törədilmiş hərəkətlərlə iddiaçının çəkdiyi zərər arasında səbəbli əlaqə. Ümumi və qiymətləndirici xarakterli iddialar mülki-hüquqi məsuliyyətin tətbiqi üçün əsas ola bilməz. Mülki-hüquqi məsuliyyətin şəxsi xarakter daşıması barədə Mülki qanunvericiliyin əsas prinsiplərinə görə, mülki-hüquqi məsuliyyət şəxsi xarakter daşıyır və yalnız şəxsin öz hərəkətlərinə görə, günahı və səbəbli əlaqə sübuta yetirildiyi halda yarana bilər. İddiaçı tərəfindən mənim hər hansı hərəkətimin ona maddi və ya mənəvi zərər vurduğunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Solidаr məsuliyyətin olmaması barədə iddiaçı tərəfindən cavabdehlər arasında solidar məsuliyyət tələbi irəli sürülməmiş və bu məsuliyyət əsaslandırılmamışdır. İş materiallarında birgə qanunazidd hərəkətlərin; qabaqcadan əlbirliyin; cavabdehlərin hərəkətlərinin əlaqələndirilməsi və ya idarə olunmasının mövcudluğunu təsdiq edən sübutlar yoxdur. Bu səbəbdən, qanuna əsasən, hər bir cavabdeh yalnız öz hərəkətlərinə görə məsuliyyət daşıya bilər, belə hərəkətlər sübuta yetirildiyi halda. Cavabdehlərin dairəsinin əsassız şəkildə genişləndirilməsinin yolverilməzliyi barədə onu bu iş üzrə cavabdeh qismində cəlb etmək üçün hüquqi və faktiki əsaslar olmadığı halda, iddiaçının belə bir addımı cavabdehlərin dairəsinin əsassız şəkildə genişləndirilməsinə yönəlmişdir və bu, mülki hüquqların vicdanlı və məqsədəuyğun həyata keçirilməsi prinsiplərinə ziddir. Buna görə də onun tərəfindən qanunazidd hərəkətlərin törədilməsinə dair sübutların olmadığını nəzərə alınmaqla, ona qarşı irəli sürülmüş iddia tələblərinin tam həcmdə rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uğyun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, Natalyanın həmin mənzildə ancaq istifadə hüququ var, bu o demək deyil ki, mülkiyyətçini evə buraxmamalıdır. O bununla Konstitusiyada olan mülkiyyət hüquqlarını pozur. O heç bir barışığa getmək istəmir, baxmayaraq ki, Natalya barışıq təklif etmişdir. O, qanuni məhkəmə qərarı çıxarılmasını, hüquqlarının müdafiə olunmasını istəyir. Natalya deyir ki, guya polis orqanları tərəfindən onlara mənzilə girişə qadağa qoyulmuşdur. Polisin onu öz mülkiyyətindən istifadə etməyə qadağa qoymaq səlahiyyəti yoxdur. Qarşı tərəf keçən dəfə barışıq təklif etmişdir, lakin onun həbs edilməyi üçün 180 ədədə yaxın ərizə vermişdir. Cavabdeh2 o mənzildə qanunsuz yaşayır və o ona orada yaşamağı üçün icazə verməmişdir. Bu səbəbdən artıq barışığa getməyəcəklər. X34 anası da orda yaşayır və bu ona onu da cavabdeh kimi qoymağa əsas verir. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X23 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, sübutlar tam olaraq məhkəməyə təqdim edilmişdir. Bütün xırda detallarına qədər iş materiallarına daxil etmişlər. Hələ ki, heç bir məhkəmə mübahisəli mənzilin Çebotarev Davidə məxsus olmadığını sübut etməmişdir. Əksinə bir neçə işdə mənzilin Çebotarev Davidin mülkiyyətində olduğunu sübut etmişdir. X40 icraatında olan işdə cavabdehlər Cavabdeh1 və Boris Çebotarevlər mənzilə çıxarışın ləğv edilməsi tələbini irəli sürdükdə hakim onlardan nə ilə bağlı müraciət etdiklərini anlayıb-anlamadıqlarını soruşmuşdur. Bu o deməkdir ki, Çebotarev David mənzilin yeganə mülkiyyətçisidir. 2012-ci ildə Cavabdeh1 Çebotarevnanın bu mənzilə istifadə hüquqları yaranmışdır. Bütün kommunal xidmətlər 2013-cü ildə iddiaçının adına keçirilmişdir. 2013-cü ildə Cavabdeh1 və Boris bütün sənədlərin iddiaçının adına keçməsi barədə sənəd imzalamışlar və bu barədə sərəncam da var. 2018-ci ildə isə fərqli günlərdə Cavabdeh1 və Boris Asam Xidmətə getmişlər və onlar çıxarışın iddiaçının adına olmasına da etiraz etməmişlər. Ülkər Yusifovanın qərarından apellyasiyaya şikayət verilmiş və hazırda hakim Rafael Eyvazovun icraatındadır. Onlar həmin sənədi imzaladıqda bütün səlahiyyətləri Çebotarev Davidə vermiş və sadəcə qeydiyyatda qalmışlar. Bundan özləri də məlumatlıdır. 2018-ci ildən mənzil iddiaçı Çebotarev Davidin adına keçdiyinə görə işıq, su və qazdan istifadə ödənişləri də ona məxsus olmuşdur. Bu vəziyyətdə əgər qapı sındırılmışdırsa, deməli mülkiyyətçinin mülkünə ziyan vurulmuşdur. Ona görə də bunun iki yolu var. Ya Cavabdeh1 yeni qapı alıb yerinə qoymalıdır, ya da qapıya dəymiş ziyanı ödəməlidir. Kommunallar barəsində isə deyilənlərlə tamamilə razı deyil. Əgər orada yaşasa idilər, kommunal borcları ödəməli olduğunu qeyd etmişlər. Amma vətəndaş ancaq öz mənzilində istədiyi dəyişikliyi edə bilər. Ancaq ev kirayəyə verildikdə kirayəçi evə ziyan vurarsa, o, zərəri ödəməlidir. Cavabdeh1 ev sahibini və uşaqlarını evə buraxmır. Bu da özbaşınalıqdır. O, evdə sadəcə qeydiyyatdadır və mülkiyyətçiləri evə buraxmalıdır. Cavabdeh1 öz evini kiməsə kirayəyə verərək o evdən kirayə haqqı alır və onları öz evlərinə buraxmır. Onlar isə başqa evdə kirayədə yaşayırlar. Buradan sual yaranır ki, niyə onlar öz evləri olduğu halda başqa evdə qalmalıdırlar, üstəlik bütün evin daşınma xərclərini, daşıyan insanların xərclərini ödəməlidirlər? Məhkəmədə bir neçə proseslər getmişdir və başqa işlər olmuşdur, həmin işlərin qətnaməsini gözləyirlər. Qətnamə qanuni qüvvəyə mindikdə o mənzilə girəcəklər. Cavabdehlərdən fərqli olaraq onlar işləyirlər. İşə gedəndə uşaqlara ya anası baxır, ya da dayə tutmalı olur. O, bu faktları iş materiallarına əlavə etməmişdir. Cavabdehlər o evdə yaşadığı üçün o bu xərcləri çəkməlidir?! Cavabdeh1 iddiaçının evinə yerləşməsi barədə hansısa icra vərəqəsi yoxdur. Onlar dəfələrlə icra vərəqəsi varsa, təqdim edilməsini xahiş etmişlər. Çünki cavabdeh də onları evə buraxmaq üçün icra vərəqəsi istəyir. Onlar iddiaçının evində qanunsuz yaşayır. Daha sonra cavabdeh Ruslan o mənzildə yaşamadığını qeyd edir. Orada yaşamasını icra hakimiyyəti təsdiq etmişdir. X32 da bu faktı təsdiqləmişdir. Məhkəmə fakt və sübutlara əsaslanır. O da bütün sübutları təqdim etmişdr. Ev iddiaçıya məxsus olduğu üçün cavabdeh Ruslanın orada yaşamasına narazı olmuşdur. Cavabdeh Ruslan qonşularla dava etmiş, onlara Cavabdeh1 həyat yoldaşı, evin sahibi olduğunu demişdir. Hesab edir ki, artıq 13 ay ərzində yetərli qədər sübut toplanmışdır. Cavabdeh1 işi uzatmaq məqsədilə dəfələrlə şikayətlər, etirazlar və ərizələr vermişdir. Bugünkü iclasda 500 dəfə sui-istifadə sözünü eşitmişdir. Əgər onlar öz evlərində yaşaya bilmirlərsə, ancaq cavabdeh yaşaya bilirsə, sui-istifadə edən tərəf kimdir? Mülkiyyət hüququnu pozaraq özbaşınalıq edir. Onun öz ayrıca evi var. Məhkəmə evin mülkiyyətçisinin Davd olmasını çoxdan təsdiqləmişdir. Lakin Cavabdeh1 fikirləri yayındırır. Boris tərəfindən mülkiyyətə verilmənin razılığının rəddi barədə tələb qaldırmışdır, Lakin o iddia rədd edilmişdir. Cavabdeh1 məhkəməni yanlışlığa doğru yönəldir. X36 da prosesində qarşı tərəfin dediyi şeylər olmamışdır. O qətnamədə də evin çıxarışının iddiaçı Çebotarev Davidin adına olduğu yazılmışdır. Onlar onu mülkiyyətindən məhrum edə bilməzlər. Amma o onların mənzildən istifadə hüququna öz hüququ ilə xitam verə bilər. İddiaçı Çebotarev David övladları ilə birlikdə onun o mənzilə köçürülmələri barədə iddia da qaldırmışdır. Heç bir qərarda bu təkzib edilməmişdir. Polis idarəsində də dəfələrlə Cavabdeh1 onlara böhtanları ortaya çıxmışdır. Polisin qərarında görünmüşdür ki, Cavabdeh1 2023-cü ildə bilərəkdən mübahisələr yaratmışdır. Çünki o onların həmin mənzilə olan hüquqlarını məhdudlaşdırmağa çalışmışdır. O onlara qarşı cinayət işi açılmasını tələb etmişdir, lakin polis bu müraciəti rədd etmişdir. Qanunda vətəndaş öz mülkiyyət hüququndan digərinin xeyrinə imtina edərsə, öz mülkiyyət hüququndan imtina etmiş sayıldığı göstərimişdir. Əgər Cavabdeh1 razı deyil idisə, niyə evin iddiaçının adına keçməsinə şərait yaratmış və imza çəkmişdir? Onun məcburi iş buraxmağına görə cavabdehin tələb etdiyi o sənədləri heç bir şirkət təqdim edə bilməz, çünki onun istədiyi kimi sənədlər heç mövcud olmur. Cavabdehin qeyd etdiyi eyni predmetlə bağlı eyni tərəflər arasında olan iddialara baxılmır. Lakin onlar icraatdaolan işdə keçmişdə olan kommunal borcları ödəməyini tələb etmişlər. X38 xanımın icraatında olan işdə isə gələcək kommunal borcların ödənilməsi barədə iddia qaldırılmışlar. Onlar qanuni yolla gələcəkdə öz evlərinə girəcəklərini bilirlər. Ömürlük istifadə hüququ ilə bağlı hər hansısa bir məsələ eşitməmişdir. Qanunvericilikdə mənzildən istifadə hüququ olan birinin başqa mənzili olduğu halda ona kompensassiya ödəmədən həmin mənzildən çıxarıla biləcəyi göstərilmişdir. Cavabdehin bacısı Qalina Çebotarevanın isə bu işə aidiyyatı yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, bu iddianı qətiyyən qəbul etmir. Nə üçün cavabdeh qoyulduğunu da bilmir. İddiaçı demişdir ki, guya hansısa kommunal xərclər və kirayə haqqı vermişlər. Bu iddiaçı yox, onun yoldaşı tərəfindən ödənilmişdir. Ümumiyyətlə onların ailə xərclərinin ona nə aidiyyatı var? 2024-cü ildə Davidin özünün evə köçürülməsi barədə iddiası olmuşdur. Qalina ilə Mixail evin iddiaçının adına keçməsinə razılıq verməmişdirlər. Evin mülkiyyətçisinin kim olması barədə iş apellyasiya məhkəməsindədir. İddiaçı onların onları mənzilə buraxmadıqlarını bildirmiş və əlavə etmişdir ki, Cavabdeh1 orada qanunsuz yaşayır. Ülkər Yusifovanın qətnaməsi var ki, məhkəmə araşdırmasında müzakirə edilə bilməz. Həmçinin iddiaçı bildirmişdir ki, onlar prosesi uzadırlar. O, iddia ərizəsinə özü dəfələrlə dəyişiklik etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı mənzilə yerləşməsi ilə bağlı iddia tələbi qaldırmışdır. Onlar çıxarışın qanuni olduğuna əsaslanırlar. Bu bardə qanuni məhkəmə qərarı təqdim etsinlər. 2012-ci ildə mənzildən istifadə hüquqları üzrə iddia tələbi üzrə qərar qanuni qüvvəyə minmişdir. Mənzil atalarında qaldığı üçün ömürlük istifadə hüquqları var. Mənzil 2009-cu ilə kimi dövlətin mülkiyyətində olmuşdur. Hamısının bu evdə hüququ var. Həmçinin, iddiaçının nümayəndəsi Çebotarevanın izahatlarından nə tələb etdiklərini anlaya bilmir. Çünki bu 13 ay ərzində tələblərində çox dəyişikliklər etmişlər. İddiaçının tələb etdiyi maddi və mənəvi zərər nəyə əsaslanır? Çebotarev Davidin onlara 180 metrdən çox yaxınlaşa bilməməsi barədə də qərar olmuşdur. Ev özəlləşdirilən vaxt ev sahibinin hüquqları qorunur və istənilən vaxt ona xitam verilə bilməz. Onun evin özəlləşməsinə razılıq verməyi hüququmdan imtina etmək demək deyil. Özəlləşmə vaxtı evdə yaşayan şəxslərin hüquqlar qorunmalıdır və onu o evdən çıxartmağı Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına ziddir. O mənzildən Boris, Çebotarev David və onun istifadə hüquqları 2000-ci ilin əvvəllərindən yaranmışdır. İddiaçı onun orada qanunsuz yaşadığını bildirmişdir. Lakin o evin qapısı 2005-ci ildə onun bacısı tərəfindən qoyulmuş və onun həyat yoldaşı tərəfindən bərpa edilmişdir. İddiaçı nə qapı qoymuş, nə də onu düzəltdirmişdir. O, uzun illərdir ki, mənzilin kommunal xərclərini ödəyir. Dəfələrlə ona qarşı bu tipli iddialar qaldırmışdır və bu məsələlər Nizami Rayon Məhkəməsinin qətnamələrində də öz əksini tapmışdır. Qarşı tərəf dəfələrlə onun o evdə qanunsuz yaşamağı ilə bağlı müraciətlər etsə də, heç biri təsdiqlənməmişdir. Eyni mənzil üzrə oxşar iddialarla ərizə vermişdirlər və bu da özünü göstərir ki, hər biri suni uzatmalardır. İddiaçının bu hərəkətləri öz hüquqlarının müdafiəsi deyil, təzyiq və pul ala bilməsidir. 2(007)-597/2024 saylı qətnamədə ayda 450 manat kirayə ödənişinin alınmasını istəmişdir. Bu tələb 2(007)- 819/2025 saylı qətnamədə də mövcuddur. Mülki Məcəllənin 6-cı maddəsinə istinadən hüquqdan sui istifadəyə yol verilmir. Mülki Prosessual Məcəllənin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında eyni predmet üzrə mübahisə varsa, işə baxıla bilməz. Buna görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materialları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən 49 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-304/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Cavabdeh1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-305/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, X27 İddiaçı barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-306/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X10 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 X23 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-314/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş İddiaçı, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X27 və Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə və digər maddələrlə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-316/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, X20 Əmirova (Çebotoryava) Cəmilə İspatovna və İddiaçı barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1621/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, məişət zorakılığından zərər çəkmiş şəxs ərizəçi Cavabdeh1 məişət zorakılığı törətmiş şəxs İddiaçı və X9 hərəkətlərindən mühafizə olunması üçün 180 (yüz səksən) gün müddətinə uzunmüddətli mühafizə orderi verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-597/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçi İddiaçı cavabdehlər Cavabdeh1 və X15rşı “mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma, maddi ziyan və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları - 16 avqust 2020-ci il təvəllüdlü X30 və 02 avqust 2022-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülmüş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2549/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2550/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2551/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2553/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, X23 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 20 may 2024-cü il tarixli arayışın surətindən görünür ki, "xxxx" MMC-də (VÖEN **********) xx.xx.2024-cü i tarixdən elektrik təsərrüfatı üzrə məsləhətçi vəzifəsində işləyən Azarbaycan Respublikasının vətandaşı İddiaçı 15.04.24-cü il, 16.04.24-cü il, 17.04.24-cü il, 22.04.24-cü il, 23.04.24-cü il, 25.04.24-cü il, 26.04.24-cü il, 01.05.24-cü il, 02.05.24-cü il, 03.05.24-cü il tarixlərdə işdə olmamışdır. İddiaçı ilə Sevda Əliyeva arasında bağlanmış xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, elşən Süleymanov 157 ünvanında yerləşən 47 saylı mənzil aylıq 270 manat kirayə haqqı ödənilməklə xx.xx.2020-ci il tarixdən kirayəyə verilmişdir. İddiaçı ilə Fətiyev Aftandil arasında bağlanmış 15 yanvar 2023-cü il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, R.Rüstəmov küçəsi, ev 21, ünvanında yerləşən 23 saylı mənzil aylıq 360 manat kirayə haqqı ödənilməklə kirayəyə verilmişdir. İddiaçı ilə X37 arasında bağlanmış 07 fevral 2025-ci il tarixli kirayə müqaviləsinin sürətindən görünür ki, ünvan 8 ünvanında yerləşən 59 saylı mənzil aylıq 380 manat kirayə haqqı ödənilməklə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək kirayəyə verilmişdir. İş materiallarına X23 tərəfindən edilən ödəniş qəbzləri əlavə olunmuşdur. İddia ərizəsinin dövlət rüsumun ödənilməsi hissəsindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 224 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən normalar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.” “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh X2suz, zorakı və təxribat xarakterli hərəkətləri nəticəsində ona dəymiş ümumi maddi və mənəvi zərərin tam həcmdə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq göstərmişdir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində 159 (yüz əlli doqquz) manat məbləğində əmək haqqı, 31 800 (otuz bir min səkkiz yüz) manat məbləğində kirayə və kommunal xərclər, 2000 (iki min) manat məbləğində əmlaka dəymiş zərər və uzunmüddətli psixoloji təzyiq, böhtan və fiziki zorakılıq nəticəsində 10000 manat məbləğində mənəvi zərər dəymişdir. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh2 yönələn hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbində “cavabdeh X2suz, zorakı və təxribat xarakterli hərəkətləri nəticəsində ona dəymiş ümumi maddi və mənəvi zərərin tam həcmdə cavabdehdən tutulmasını” tələb etsə də, Cavabdeh2 yönələn tələbini dəqiq ifadə etməmiş, sonuncunun konkret hansı tələb üzrə cavab verməli şəxs olmasını əsaslandırmamışdır. Belə ki, iddiaçının tələbində açıq şəkildə cavabdeh X11 yönələn tələblər ifadə edilmiş, lakin Cavabdeh2 yönələn tələb və ya tələblər ümumiyyətlə göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə cavabdeh X5rşı yönələn iddia tələbinin 2000 (iki min) manat məbləğində əmlaka dəymiş zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu iddiasını onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan mənzilin “Laguna” markalı qapısına cavabdeh tərəfindən ziyan vurulmuş, qapının tam dəyişdirilməsi, kilid sisteminin yenilənməsi, dəmir çərçivənin bərpası və montaj işləri üzrə bazar qiymətləri ümumilikdə 2 000 manat məbləğində olmuşdur, buna görə də həmin məbləği cavabdehdən tələb edir. Məhkəmə bu yerdə qeyd edir ki, iddiaçı sözügedən əmlakına dəymiş zərərin dəyərini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, o, həqiqətən qapının dəyişdirildiyini, qapının dəyişdirilməsinə hansı xərclərin sərf edildiyini və s. təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdehin qanunsuz əməlləri nəticəsində 159 manat məbləğində əmək haqqı itkisinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbini bu hissəsə əsaslandıraraq və iş yerindən arayış təqdim edərək göstərmişdir ki, o, çoxsaylı məhkəmə iclaslarında iştirak etdiyindən iş yerinə gedə bilməmiş və iş buraxdığı günlər üçün onun əmək haqqı ödənilməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan çoxsaylı məhkəmə işləri üzrə məhkəmə iclasları təyin edilmiş, həmin işlər üzrə tərəflərin məhkəmə iclasında iştirakı təmin edilmişdir. Lakin həmin məhkəmə iclaslarında iştirak etməsi, qanunla qorunan hüquqlarını məhkəmə iclasında müdafiə etməsi, özünü proses iştirakçısı qismində təmsil etməsi baxımından iddiaçının işə getmədiyi, hansı ki, məhkəmənin rəsmi bildirişi əsasında məhkəmə iclaslarına gəldiyi günlər və ya digər dövlət orqanının rəsmi çağırışına getdiyi günlər üçün ona ödənilməyən əmək haqqının cavabdehdən tutulması üçün əsaslar mövcud deyil. Bundan başqa məhkəmə onu da qeyd edir ki, qanunun tələblərinə uyğun olaraq hüquq norması ilə müəyyən edilmiş, işə baxılması ilə əlaqədar məsrəflər, məhkəmə xərcləri ödənilmiş tələblərə uyğun olaraq tərəflər arasında bölüşdürülür. Lakin hər hansı proses iştirakçısının məhkəmə iclasında iştirak etməsilə əlaqədar onun əmək haqqının ödənilməyən hissəsi məhkəmə xərci qismində qəbul edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdehdən 31 800 manat məbləğində kirayə və kommunal xərclərin tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı ərizəsində göstərmişdir ki, o, 2019-cu ildən başlayaraq 2025-ci ilə qədər, 84 ay ərzində hər ay orta hesabla 300 manat kirayə və 100 manat kommunal ödəniş etmiş, onun ümumilikdə 31 800 manat faktiki yaşayış xərci yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehin onun öz mənzilində yaşamasına maneələr yaratdığını qeyd etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, tərəflər arasında olan mənzil mübahisəsi məhkəmənin predmeti olmaqla araşdırılır. Həmçinin iddiaçı bu hissədə tələbinin əsası kimi bir neçə kirayə müqaviləsini məhkəməyə təqdim etsə də, həmin müqavilələr üzrə onun həmin mənzillərdə hansı müddətlər üçün yaşaması məhkəmə tərəfindən müəyyən edilə bilməmişdir. Bundan başqa məhkəmə iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-597/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini tədqiq edərkən müəyyən etmişdir ki, iddiaçı daha əvvəl də 5 il ərzində mənzilə buraxılmaması nəticəsində kirayə qalması ilə bağlı cavabdehdən 10000 manat pul vəsaiti tələb etmiş, lakin bu tələb məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən təmin edilməmişdir. Bundan başqa həmin mülki iş üzrə məhkəmə qeyd etmişdir ki, “...iddiaçı pozulmuş hüquqlarının bərpası üçün vaxtında məhkəməyə müraciət etməmiş.....”, “....kirayədə yaşamaqla bağlı seçim hüququ iddiaçının özünün könüllü seçimi olmuşdur...”, “...iddiaçı kirayədə yaşamasının məhz cavabdehlərin qanunsuz hərəkətləri ilə bağlı olmasını da, təsdiq edə bilməmiş və bunula bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.....” Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “maddi ziyan” tələbinə dаir iddiası rədd edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddia tələbindən aydın olur ki, iddiaçı çoxsaylı məhkəmə mübahisələrini sadalayaraq, cavabdehin ona, ailəsinə və əmlakına zərər vurması, uzunmüddətli psixoloji təzyiq, böhtan və fiziki zorakılıq göstərməsi nəticəsində mənəvi ziyan çəkdiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, insanların qanuni maraqlarını məhkəmədə müdafiə etmək hüquqları konstitusion hüquqdur və iş materiallarından da aydın olmuşdur ki, həm iddiaçı cavabdehə qarşı, həm də cavabdeh iddiaçıya qarşı cinayət, inzibati və mülki icraat qaydasında öz hüquqlarını müdafiə etmək məqsədilə məhkəmə işlərində iştirak etmişlər. Belə olan halda iddiaçının məhz bu fakta istinad etməklə cavabdehdən mənəvi ziyan tələb etməsi məhkəmə tərəfindən əsaslı hesab edilmir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dаir iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin həcmi 43959 manat təşkil etmiş, lakin iddiaçı tərəfindən 100 manat və 224 manat olmaqla ümumilikdə 324 manat dövlət rüsumu ödənilmişdir. Halbuki iddiaçının iddia tələbinin qiymətinə uyğun olaraq ödəməli olduğu məbləğ 221.88 manat olmuşdur. Belə olan halda, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməli, lakin onun tərəfindən ödənilmiş dövlət rüsumunun artıq olan hissəsi, yəni 102.12 manat pul vəsaiti dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dаir iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş dövlət rüsumunun 102.12 manat hissəsi (qəbz nömrəsi: **********, tarix:xx.xx.2025, saat: 20:42) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Dövlət rüsumunun dövlət büdcəsindən qaytarılması Bakı şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar