Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-872/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında zərərin ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında zərərin ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 600 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq “Xalq Sığorta" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Opel Astra” markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobil 17.04.2019-cu il tarixdən 17.04.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 17.04.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 23.04.2019-cu ildə cavabdeh idarə etdiyi “Opel Astra” markalı **-DD-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində “Mazda 3“ markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Xətai DYPŞ-i tərəfindən 24.04.2019-cu il tarixində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Xətai DYPŞ-in 24.04.2019-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 26.04.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Mazda 3“ markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobilə 830 manat məbləğində zərər dəymişdir. İddiaçı 20.05.2019-cu il tarixində həmin məbləği zərərçəkmiş şəxs Əzimli Şakir Şahid oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. 03.06.2019-cu il tarixində "xxxx" ASC ilə Cavabdeh arasında borcun etirafı və onun ödənilməsi haqqında razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh etiraf etmişdir ki, baş vermiş hadisəyə görə 830 manat borcu vardır. Borclu 830 manat məbləğindən 230 manat məbləğini 03.06.2019-cu il tarixində ödəmiş və qalan məbləği isə hər ay 50 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh 230 manat məbləğindən başqa heç bir ödəniş aparmamışdır. Hazırda cavabdeh tərəfindən 600 manat məbləğinə borcu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 19.01.2022-ci il tarixdə göndərilmişdir. Həmin Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İddia ərizəsinə əlavə edilmiş və tədqiq edilmiş: - AD 375022 nömrəl nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 1998-ci il buraxılışlı, **-DD-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 20L71225, ban nömrəsi WOLOTGF48X5048889 olan "Opel Astra" minik markalı avtomobil X2 mülkiyyətindədir. - ƏN-İV seriyalı 846072 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X4 mülkiyyətində olan “Opel Astra” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etməyi etibar etmişdir. - icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Opel Astra” markalı, **-DD- *** dövlət nömrə nişanlı avtomobil 17.04.2019-cu il tarixdən 17.04.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. - PXA47517 nömrəli sığorta aktının surətindən görünür ki, zərər dəymiş əmlaka “Mazda-3” markalı 99MU263 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün sığorta ödənişi olan 830 manat ödəniləcək məbləğ qeyd olunmuşdur.. - X1 təqdim etdiyi 26.04.2019-cu il tarixli qüsur aktına əsasən “Mazda-3” markalı 99MU263 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 830 manat təşkil edir -13 may 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişi almaq üçün ********** nömrəli kart Əzimli Şakir Şahid oğluna təhvil verildi. - 20 may 2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən 830 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs Əzimli Şakir Şahid oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. - 03 iyun 2019-cu il tarixli borcun etirafı və onun ödənilməsi haqqında razılaşmadan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında borcun etirafı və onun ödənilməsi haqqında razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh etiraf etmişdir ki, baş vermiş hadisəyə görə 830 manat borcu vardır. -03 iyun 2019-cu il tarixli ******* saylı qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən subroqasiya ödənişi üzrə 230 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin hesabına köçürülmüşdür. -"xxxx" ASC-nin 12.03.2020-ci il tarixli 05/01-358 saylı Pretenziya məktubundan görünür ki, Cavabdeh 830 manat sığorta ödənişinin 7 gün müddətində ödənilməsi tələb edilmiş, ödəmədiyi təqdirdə "xxxx" ASC tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. - AP ******* saylı 24.04.2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı, 24.04.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, Cavabdeh 23.04.2019-cu il tarixində saat 14:00-da X.Məmmədov küçəsi ilə arxaya doğru hərəkət edən zaman yol-nəqliyyat hadisəsi törətmiş və AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. - Bakı Şəhəri Xətai DYPŞ-nin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, 23.04.2019-cu il tarixdə saat 14:00-da X.Məmmədov küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. X2 mülkiyyətində olan ** DD *** dövlət qeydiyyat nişanlı, "Opel Astra" minik markalı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yolnəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. - Dövlət rüsumu haqqında 17.01.2022-ci il tarixli elektron ödəmə məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 23.04.2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi X3 məxsus “Opel Astra” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Mazda 3" markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Xətai DYPŞ-nin əməkdaşı Xəlilov Polad tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında Protokolda öz əksini tapmışdır. Qüsur aktına əsasən “Mazda 3” markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə 830 manat ziyan dəymişdir. 20 may 2019-cu il tarixli hesabdan çıxarışa əsasən "xxxx" ASC 830 manat sığorta ödənişini həyata keçirmişdir. 03.06.2019-cu il tarixində "xxxx" ASC ilə Cavabdeh arasında borcun etirafı və onun ödənilməsi haqqında razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh etiraf etmişdir ki, baş vermiş hadisəyə görə ASC-yə 830 manat borcu vardır. Qeyd olunan borcdan cavabdeh 230 manat məbləğində ödəniş etmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-yə dəymiş və ödənilməmiş 600 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun: 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Hazırkı işdə Cavabdeh iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh ** DD *** dövlət qeydiyyat nişanlı, "OPEL ASTRA” minik markalı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq ** MU *** dövlət qeydiyyat nişanlı, “MAZDA 3" markalı avtomobillə zərər vurması və iddiaçının Əzimli Şakir Şahid oğluna 830 manat məbləğində ödəniş etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçının Cavabdeh qarşı subroqasiya tələbi əsaslıdır və subroqasiya tələbi ona qarşı da yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 600 (altı yüz) manat sığorta ödənişi, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat sığorta ödənişi, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-872/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-872/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver