Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-879/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Cavabdeh iştirakı ilə , İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı subroaqsiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı subroaqsiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki,16.12.2020-ci il tarixdə saat 15:55 radələrində Bakı şəhəri, H.Əliyev küçəsində Dövlət Sığorta Kommersiya Şirkətitərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh məxsus “Chevrolet Aveo” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Chevrolet Aveo” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilə maddi zərər vurmuşdur. Nərimanov rayon DYPŞ-nin 18.12.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Chevrolet Aveo” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə 465 manat məbləğində zərər dəymişdir.Bununla əlaqədar olaraq 8100 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulan qaydada sığorta hesablaşması həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkmiş X1 hesabına 465 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 465 manat məbləğində sığorta ödənişinin və 30.40 manat dövlət rüsumunun Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək bildirdi ki, həqiqətən də onun təqsiri üzndən yol-nəqliyyqt hadisəsi baş vermişdir. Amma dəymiş zərər bu qədər ola bilməzdi. Xahiş edir ki, nəzərə alınsın. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan sığorta aktından görünür ki, 16.12.2020-ci il tarixdə saat 15:55 radələrində Bakı şəhəri,H.Əliyev küçəsində Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış,Cavabdeh ona məxsus “Chevrolet Aveo” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Chevrolet Aveo” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilə maddi zərər vurmuşdur. Nərimanov rayon DYPŞ-nin 18.12.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Qiymətləndirmə aktından görünür ki, “Chevrolet Aveo” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə 465 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkmiş X1 hesabına 465 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələblərinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddi hüquq normasının mənasına görə, sığorta məbləğini sığortalıya ödəmiş sığortaçı "xxxx" Sığorta Şirkəti ASC sığorta hadisəsinin törədilməsində təqsirli şəxsdən ödənilmiş məbləğini tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin hallarından görünür ki,16.12.2020-ci il tarixdə saat 15:55 radələrində Bakı şəhəri,H.Əliyev küçəsində Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış,Cavabdeh məxsus “Chevrolet Aveo” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Chevrolet Aveo” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilə maddi zərər vurmuşdur. Nərimanov rayon DYPŞ-nin 18.12.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. “Chevrolet Aveo” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə 465 manat məbləğində zərər dəymişdir. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkmiş X1 hesabına 465 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.Hadisə ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları qiymətləndirib,cavabdehin iddianı qismən etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətitinin xeyrinə 465 manat subroqasiya qaydasında sığorta ödənişi və 30.40 manat dovlət rüsumu tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətitinin xeyrinə 465 manat subroqasiya qaydasında sığorta ödənişi və 30.40 manat dovlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-879/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-879/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver