Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-899/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil firusin oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs Qusar şəhərində kommersiya fəaliyyəti ilə, o cümlədən tikinti materiallarının satışı ilə məşğul olur.2017-ci ilin dekabr ayında Cavabdeh Qusar şəhərində Qusar-Xudat yolunun sol tərəfində yerləşən, iddiaçıya məxsus olan tikinti materiallarının satışı mağazasının həmin vaxt mağazanın müdiri işləyən, əvvəlcədən tanıdığı Şahid müraciət edərək, Qusarda inşa etdiyi yaşayış evinin tikintisi üçün, tikinti başa çatana kimi, tikinti materiallarını ondan almaq istədiyini, tikinti materiallarını aparandan sonra vaxtaşırı uyğun olaraq onun dəyərini ödəyəcəyini bildirib. Şahid iddiaçının razılığı ilə 13 dekabr 2017-ci il tarixindən başlayaraq cavabdehə tikinti materiallarını borca verib, cavabdeh də vaxtaşırı ona apardığı malların dəyərini ödəyib. Cavabdeh 13 dekabr 2017-ci il tarixindən başlayaraq 21 sentyabr 2020-ci il tarixinə kimi 71862.27 manat dəyərində tikinti materallarını borca almış, onun 55304,27 manat dəyərini ödəmiş,16558,0 manat borcu qalmışdır.Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən qeyd edilən qalıq borc qaytarılmamışdır.Cavabdeh,iddiaçıya məxsus mağazadan tikinti materiallarının apardığını və göstərilən miqdarda borcun qaldığını,etiraf edir.Həmçinin cavabdehin həmin mağazadan yuxarıda göstərildiyi dəyərdə tikinti materiallarını alması və onun 16558,00 manat borcun qalması iddia ərizəsinə əlavə edilən “Kontragentlər üzrə hesablaşmalar” sənədi ilə təsdiq olunur. Qeyd edilənlərə əsasən Cavabdeh 16558,00 manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəməyə ünvanladığı ərizədə cavabdehin vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkili Vəkil2 izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: “Kontragentlər üzrə hesablaşmalar” adlı sənəddə qeyd olunur ki, kontragent “İlham B.Muruq Bakı”adlı müştəri vöen nömrəsi ********** olan sahibkar İddiaçıxx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək müxtəlif inşaat materialları almış və onun həmin tarixə 16558 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 qeyd etmişdir ki, o, Mübarizin tikini materialları mağazasında satıcı işləyirdi.İlham 2017-ci ildən 2020-ci il tarixlərədək həmin mağazadan nisyə olaraq 7862.27 manat məbləğində tikinti malları alıb, həmin malların dəyərinin 55304,27 manatını qaytarıb, qalan 16558 manatını isə qaytarmayıb. Dəfələrlə borcun ödənilməsini tələb etmişlər, lakin İlham borcunu qaytarmayıb. Malların təhvil verilməsi qaimələri yoxdur.Aralarında inam və etibar oluduğuna görə qaimə almamışdır. Kompyuter bazasında borc barədə məlumalar var.Satış elektron qaydada kompyterdə olub. O, şəxsən həmin materialları müşahidə altında cavabdehin evinə təhvil vermişəm.Tikinti materillarını aparıb. Qusarın “Zelonnıy Buqar” qəsəbəsində yerləşən evinə təhvil vermişlər, dəmir profillər üçün kran lazım olanda özü şəxsən həmin kranı gətirdib,profilləri boşaltdırmışdır. Nabran qəsəbəsində ev tikirdi onun prorabı Ənvərlə birlikdə getmişlər və malları təhvil vermişlər. İlhamın cəmi 16558 manat borcu qalıb.Sonuncu dəfə İlhamla danışdı və o, qaynı ilə müəyyən məbləğdə pul göndərdi.Deyirdi pulu yoxdur, narahat olma qaytaracam. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Onun təqdim etdiyi sübutlar əsaslı şübhədən kənar sübutlar deyil, iddianın tam və ya qismən təmin olunması üçn kifayət etmir. Ona görə də iddia təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün dövlət rüsumu da iddiaçıya aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-899/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-899/2023
01.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver