Məhkəmə qərarları › İş №e-2(007)-91/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-91/2022

24.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-91/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı2 İT texnlogiyaları sahəsində işləyir, İddiaçı1 onun şirkətində mühasib vəzifəsində işləyib, İddiaçı3 isə onun ailəvi ev təmiri ustasıdır. Cavabdeh İddiaçı2 qardaşı və partnyoru Aslan Hacıyevin sürücüsü işləyib. Bu minvalla cavabdehin həm İddiaçı2, həm İddiaçı1, həm də İddiaçı3 ilə münasibətləri olub.Cavabdeh 2018-ci ilin mart ayından etibarən sürücü kimi işləməyə başlayıb. O həmçinin ehtiyac olanda şirkətdə işləyə-işləyə demək olar ki, hamının etimad və inamını qazanıb. İddiaçı2 və qardaşı Aslan Hacıyev öz ailə üzvlərini ona etibar ediblər, o həm şirkətin, həm də ailənin işlərini həll edirdi. İddiaçı2 16 noyabr 2018-ci il tarixdə İddiaçı1 1200 manat məbləğində pul verir və ona tapşırır ki, bu vəsaiti atası Namiq Hacıyevin evinə apararaq ona çatdırması üçün cavabdehə versin.Həmin gün Zeybə xanım Bridge Plazanın yaxınlığında cavabdehin sahibliyində olan və həmin gün idarə etdiyi “Daewoo Gentra” minik markalı, 90PX873 dövlət qeydiyyat nişanlı avtomaşında 1200 manatı pul vəsaitini zərfdə cavabdehə verir və gün ərzində iddiaçının atası Namiq Hacıyevin Bakı şəhəri, "Ağ şəhərdə" yerləşən evinə çatdırmasını xahiş edir. O isə mütləq həmin gün çatdıracağına söz verir, lakin 1-2 gün sonra iddiaçının atası Zeybə xanıma zəng edərək, niyə görə pulu göndərmədiyini soruşur, Zeybə xanım isə 16 noyabrda onu Turala verdiyini deyir. Göründüyü kimi, cavabdeh ona etibar edilən 1200 manat pulu iddiaçının atasına çatdırmır. Həmçinin, cavabdeh 18 noyabr 2018-ci il tarixdə "Whatsapp" proqramında saat 00:20-də İddiaçı2 yazaraq, anasının dünyasını dəyişdiyini və ona 2500-3000 manat dəfn və s. üçün pul lazım olduğunu deyib. İddiaçı da ona etibar etdiyindən və çətin vəziyyətdə olduğunu gördüyündən cavabdehə 2000 manat məbləğində pulu verib. Daha sonra isə cavabdehin qohumu Qalib Həsənovdan bütün dəfn və mərasim xərclərinin cavabdehin qohumları tərəfindən qarşılandığı, cavabdehin 1 manat belə xərcləmədiyini, onun verdiyi bütün pulları qumarda uduzduğu öyrənirlər. Cavabdeh “Babək Plaza”dakı ofisdə xx.xx.2018-ci il tarixli görüşdə öz əməlini etiraf etmiş və bu barədə iltizam da yazmışdır. Onun əsli hazırda Xətai Rayon Polis İdarəsindədir. İddiaçı1 isə 1200 manat pul məbləğinin İddiaçı2 tərəfindən cavabdehə verilməsinə şahidlik edib. Cavabdeh İddiaçı3 də hadisədən 6-7 ay əvvəl 300 manat borc istəmişdi, o da ona inanıb həmin məbləği vermişdir.Cavabdeh isə bir az gec olsa da, borcu geri qaytarmışdır. 16 noyabr 2018-ci il tarixdə cavabdeh Vladimirə zəng edərək, həm də “Watsapp” proqramında yazaraq 2000 ABŞ dolları pul lazım olduğunu, xeyir bir iş görəcəyini, onu da həmin işə qoşacağını və həm də 200-250 manat əlavə pul verəcəyini demişdir. Amma Vladimirdə həmin vaxtı cəmi 950 ABŞ dolları pul olmuşdur.Cavabdeh ona 051 *** ** ** və 050 *** ** ** saylı telefon nömrələrindən zəng edib, “sms“göndərmişdir. Vladimir cavabdehə 950 ABŞ dollarını həmin gün yaşadığı evin yanında axşam vaxtı vermişdir. Cavabdehə 9 ədəd 100 dollarlıq, bir ədəd 50 dollarlıq əskinaslar vermişdir. Cavabdeh pulu almağa "X10" markalı, ağ rəngli öz maşını ilə gəlmişdir. O, 3 gün sonra pulu və gəliri qaytaracağını demişdir. Lakin həmin pulları da qumarda uduzduğundan qaytarmışdır. Cavabdeh Aslan Hacıyevə də müraciət edərək, şəxsi avtomobilinin kreditdə olduğunu və gecikmələrinə görə avtomobili onun əlindən alacaqlarını demişdir, həm də avtomobilin təmirə ehtiyacı olduğunu da qeyd etmişdir. Daha sonra Aslan Hacıyevdən borca pul istəmişdir. Aslan Hacıyev isə həmin an istənilən məbləğə malik olmadığı üçün bunu İddiaçı1 xahiş etmiş və cavabdehlə razılaşmışlar ki, borcu vaxtında qaytara bilməsə, avtomobilini satıb bu məsələni həll edəcəkdir. Zeybə isə bununla razılaşaraq cavabdehlə 12 noyabr 2018-ci il tarixdə kredit müqaviləsi bağlamışdır və 9782 manat məbləğində pulu ona borc vermişdir. Cavabdeh borcun 4891 manat hissəsini xx.xx.2019 tarixinə və 4891 manat hissəsini isə xx.xx.2020 tarixinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh hazırki tarixə kimi 1 manat belə olsa, geri qaytarmayıb. İddiaçılar İddiaçı2 və İddiaçı3 ərizə ilə Xətai Rayon Polis İdarəsinə müraciət etsə də, cavabdehə qarşı cinayət işi başlanmamış və mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıların etimadından sui-istifadə edərək, onlardan müxtəlif vaxtlarda pul vəsaitləri alsa da, heç birini geri qaytarmamışdır. Hazırda o, iddiaçılara cəmi 12 982 AZN və 950 ABŞ dolları qaytarmalıdır. Belə ki, 3200 AZN İddiaçı2, 9782 AZN İddiaçı1, 950 ABŞ dolları isə İddiaçı3 qaytarmalıdır. Pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi və qanunsuz istifadə müddəti 26 ay təşkil edir. İddiaçı2 münasibətdə qanunvericiliyə görə hesablanmış faiz məbləği 815 manat, İddiaçı3 münasibətdə 242 ABŞ dolları, İddiaçı1 münasibətdə isə 2490 manat təşkil edir. Digər tərəfdən iddiaçılara mənəvi zərər də vurulub. İddiaçılar artıq 2 ildir ki, cavabdehdən pullarını almaq üçün çalışırlar, onlar dəfələrlə Xətai Rayon Polis İdarəsində olublar, izahatlar veriblər, üzləşmələr keçiriblər. Cavabdeh İddiaçı2 xx.xx.2018-ci il gecə saat 00:20-də “Whatsapp” üzərindən yazaraq anasının öldüyünü və təcili 2500-3000 pul lazım olduğunu deyib. Bu vaxtı yuxuda olan Anarı evdə ailə üzvləri oyadıb və xəbəri ona deyiblər. İddiaçı2 gecə də olsa, cavabdehə pulu vermək üçün “Əjdərbəy” məscidinə gedib və 2000 AZN-i ona verib. Təsəvvür edin ki, bir insanı yuxudan oyadırlar və bir ölüm xəbəri verirlər,üstəlik gecə vaxtı evdən çıxıb oraya getməli olur. İddiaçı2 cavabdehin anasının ölümündən keçirdiyi sarsıntı az deyilmiş kimi, sonradan öyrənib ki, gecə vaxtı tələsik şəkildə o qədər həyəcan və stresslə evdən çıxaraq cavabdehə min bir əziyyətlə verdiyi pul da anasının dəfn xərclərinə deyil, qumarda uduzduqlarının qaytarılmasına sərf edilib. Bu ona daha çox pis təsir edib. Cavabdeh İddiaçı2 pul əldə etmək üçün insana ən əziz varlıq olan anasının ölüm faktından suiistifadə edib. İddiaçı3 usta fəaliyyətini bir kənara qoyub, dəfələrlə işlədiyi Quba rayonundan Bakı şəhərinə izahat vermək və sair üçün gəlib. Cavabdehə verdiyi pulla da təmir işləri üçün avadanlıq almalı idi, lakin cavabdehin hərəkətləri nəticəsində iş sahibinin qarşısında çətin vəziyyətə düşüb. Vurulan mənəvi zərərin əvəzinin ödənilməsi qanunvericilikdə birbaşa olaraq göstərilməsə də əsaslı olduğu halda iddiaçı belə bir iddia ilə məhkəmədə çıxış etməyə haqlıdır. İddiaçı2 konkret halda ona dəyən mənəvi zərərin miqdarını 10 000 manat, İddiaçı3 1000 manat məbləğində qiymətləndirir. Göründüyü kimi, iddia tələbi üzrə iddiaçılar bir-biri ilə əlaqəlidir. Bir iddiaçı digər iddiaçıya münasibətdə şahid qismində çıxış edə bilər. Cavabdeh hər 3 iddiaçını Aslan Hacıyevə görə tanıyıb. Ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırki ərizə üzrə iddia tələblərinə bir icraatda baxılmalıdır.Beləliklə, iddiaçılar həm cavabdehə verdikləri pul vəsaitlərini, həm həmin vəsaitlərin gecikdirilməsindən yaranan faiz borclarını, həm də vurulan mənəvi zərərin əvəzini tələb edirlər. Qeyd olunanlara əsasən Cavabdeh 3200 manat məbləğində pul vəsaitinin,815 manat faiz borcunun 10000 manat mənəvi zərərin əvəzinin, cəmi 14015 manat pul vəsaitinin, İddiaçı2, 9782 manat məbləğində borcun, 2490 manat faiz borcunun cəmi 12272 manat pul vəsaitinin İddiaçı1, 950 ABŞ dolları pul vəsaitinin 242 ABŞ dolları faiz borcunun, 1000 manat mənəvi zərərin əvəzinin, cəmi 1192 ABŞ dolları və 1000 manat pulun İddiaçı3, iddiaçıların hər birinin ayrı-ayrılıqda ödədiyi 30 manat dövlət rüsumunun iddiaçıların xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, cavabdehin Anara 3200 manat, Vladimirə isə 100 manat borcu vardır, həmin borcu da, ödəməyə razıdır, lakin Zeybəyə hər hansı bir borcu yoxdur,cavabdeh ondan pul almayıb, onunla razılığı olmayıb. Qeyd olunanlara əsasən,iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı1 ilə X5 arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş 12 noyabr 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı1 tərəfindən X2 xx.xx.2020-ci il tarixinədək qaytarmaq şərti ilə 9782 manat borc pul verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. "xxxx" ASC-nin 12 noyabr 2018-ci il tarixli xəzinə mədaxil qəbzindən görünür ki,həmin tarixdə İddiaçı1 tərəfindən ödənilmiş 9782 manat pul bankın depozit hesabına qəbul olunmuşdur. "xxxx" ASC-nin 12 noyabr 2018-ci il tarixli,401099 saylı məxaric qəbzində qeyd olunur ki,həmin gün İddiaçı1 tərəfindən ödənilmiş 9782 manat pul X2 nəğd olaraq ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, məxaric qəbzinin yoxlanıldı hissəsində olan imza ona məxsusdur. Tərəflər arasında müqavilə bağlanır, sonra notarius tərəfindən məxaric orderi yazılır, həmin məxaric orderi dörd yoxlamadan keçib imzalanaraq kassaya yönəldilir.Müştəri ona yaxınlaşır,o qəbzdə yoxlamanı aparıb müştərini kassaya yönəldir. Bank filialı ilə notarius eyni binadadır.Demək olar ki, hamı bir sırada əyləşir. Kassa müqavilə bağlanan yerin yanındadır. 7 ildir ki, orada işləyir, bu günə kimi belə bir hadisə baş verməyib. Məxaric qəbzi dörd əməkdaşın nəzarətində olur, buna görə də, səhv ola bilməz. Səhv olanda və ya imzalar uyğun gəlməyəndə, onlar sənədin yenidən tərtib olunmasını tələb edirlər.Qəbzdə imza atan digər şəxslər işdən çıxıblar. O,qəbzi yoxladıqdan sonra müştəri xəzinəyə yaxınlaşıb pulunu götürür.Müştəri əməliyyat zamanı qəbzi imzalayır, sonra digər əməkdaşlar yoxlayıb imzaladıqdan sonra kassadan pul təhvil verilir. Videoçəkilişlər 1 aydan artıq saxlanılmır.İş üzrə tərəfləri görsə bəlkə də, tanıyar.Vəkili hal-hazırda burada görüb xatırlladı, tərəfləri görsə bəlkə də xatırlayar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 avqust 2022-ci il tarixli ekspert rəyində qeyd olunur ki,ekspertizaya təqdim olunmuş,mülki işin 142-ci səhifəsində İddiaçı1 ilə X5 arasında bağlanmış kredit müqaviləsinin “borcalan”qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim olunmuş,mülki işin 169-cu vərəqində olan 12 noyabr 2018-ci il tarixli, "xxxx" ASC-yə aid olan MUĞ seriyalı, 401099 saylı çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım” qrafasındakı imza Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru M.A. Cəbrayılovun qəbul etdiyi 27 mart 2019-cu il tarixli, polis mayoru İ.İ.Məmmədovun qəbul etdiyi 18 may 2019-cu il tarixli və 18 avqust 2019-cu il tarixli qərarların məzmunundan görünür ki,İddiaçı3 və İddiaçı2 şikayət ərizələri üzrə araşdırma aparılmış və cinayət işinin başlanması rədd olunmuşdur.Həmin araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçı2 borcunun olduğunu etiraf etsə də digər iddiaçılardan borc aldığını etiraf etməmişdir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər biri ayrıayrılıqda 30.40 manat dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı3lə Cavabdeh arasında şifahi, İddiaçı1 ilə Cavabdeh arasında isə notarial qaydasında təsdiqlənmiş yazılı borc müqavilələri bağlanmış, İddiaçı2 Cavabdeh hissə-hissə 3200 manat borc pul vermişdir. Cavabdeh həmin hissədə iddia tələbini etiraf edir. İddiaçı3 cavabdehə 950 ABŞ dolları məbləğində borc verdiyini bildirsə də cavabdeh ondan cəmi 100 manat aldığını etiraf edir. İddiaçı3 cavabdehə 950 ABŞ dolları məbləğində borc verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı1 ilə Cavabdeh arasında 9782 manat notarial qaydasında borc müqaviləsi bağlansa da həmin məbləğdə pulun nəticə etibarı ilə cavabdehə verilməsi öz təsdiqini tapmır. Belə ki, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh pulun verilməsinə dəlalət edən və 12 noyabr 2018-ci il tarixli, "xxxx" ASC-yə aid olan MUĞ seriyalı, 401099 saylı çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım”qrafasındakı imza Cavabdeh tərəfindən deyil,başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirirək hesab edir ki,iddia qismən təmin edilməli,Cavabdeh İddiaçı2 xeyrinə 3200 manat, İddiaçı3 xeyrinə 100 manat tutulmalıdır. İddiaçı1 iddia tələbi təmin olunmamalıdır. Məhkəmə faizlərin, eləcə də mənəvi ziyanın tələb olunması hissəsində də iddianı əsaslı hesab etmir. Belə ki,iddiaçılar İddiaçı2 və İddiaçı3 borcun faizlə verdildiyi barədə, eləcə də onlara mənəvi ziyan dəyməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə İddiaçı2 iddiasını tam, İddiaçı3 iddiasının qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, onların hər birinin ödədiyi 30.40 manat dövlət rüsumu cavabdehdən İddiaçı2 və İddiaçı3 xeyrinə tutulmalıdır. İddiaçı1 iddiası təmin olunmadığından onun ödədiyi 30.40 manat dövlət rüsumu onun özünə aid olunmalıdır. Xətşünaslıq ekspertizası cavabdehin vəkili-nümayəndəsinin vəsatətinə əsasən təyin olunduğundan ekspertiza tədqiqatının dəyəri 125 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı2 xeyrinə 3200 manat, İddiaçı3 xeyrinə 100 manat tutulsun. Cavabdeh İddiaçı2 və İddiaçı3 xeyrinə dövlət rüsumuna görə ödənilmiş 30.40 manat tutulsun. Qalan hissədə İddiaçı2 və İddiaçı3 iddiaları təmin olunmasın. İddiaçı1 Cavabdeh qarşı bocun qaytarılması tələbinə dair iddiası təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri 125 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar