Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-948/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” haqqında ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsindəki ümumi sahəsi 33.33 kv.m, yaşayış sahəsi 20.45 kv m, yar/sahə 12.88 kv m olan bir otaqlı 641 saylı bağ evi mərhum qardaşı oğlu X3 mülkiyyətində olub. Belə ki, o bu əmlakı qardaşı X7 vəfat etdikdən sonra miras qismində qəbul edərək 05 aprel 2012-ci il tarixli Şəhadətnamə almışdır. Qardaşının vəfatından sonra da onun oğlu yəni X12 onlara gəlib-getmiş, sonuncu dəfə ölməmişdən qabaq yəni, 2022-ci ilin may ayında əlaqələri olmuşdur. Daha sonra məlum olmuşdur ki, o vəfat etmiş və bu barədə Binəqədi Rayon Prokurorluğunda iş olmuşdur. Qardaşı oğlu Teymur Cəfərovun ölümü Goradil bağ evində şahidsiz ölüm kimi qeydə alınmış və onun meyidi çürümüş halda tapılmış, müəyyən edilmişdir ki, aşkar olunduğu gündən 21 gün əvvəl ölüm baş vermiş, bu səbəbdən də cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi Rayon Prokrurorluğunun müstəntiqi tərəfindən 19 sentyabr 2022-ci il tarixində qərar qəbul edilmişdir. İş materiallarının əldə olunması və ölüm faktının qeydə alınması üçün müraciət edərək çoxsaylı xahişlərdən sonra xx.xx.2023-cü il tarixində ölüm haqqında tibbi şəhadətnaməni əldə etmiş və daha sonra ölümü qeydə aldırmaq üçün Binəqədi qeydiyyat orqanına müraciət etdikdə ölümü elektron sistemə yerləşdirəcəklərini lakin bu barədə yaxın qohum olmadığından şəhadətnamə verilməyəcəyi, yalnız məhkəmənin və notariat ofisinin tələbi üzrə rəsmi sənəd veriləcəyi bildirilmişdir. O da aidiyyəti qaydada qardaşı oğlunun qeydiyyat yeri üzrə mirasın açılması üçün müddəti buraxmadan 43 saylı notariat ofisinə müraciət etmiş və bildirmişdir ki, ölüm haqqında şəhadətnamə üçün aidiyyəti qaydada qeydiyyat orqanına sorğu verilməli olduğu bildirilir. Odur ki, 2023-cü ilin aprel ayında müraciəti üzrə 43 saylı notariat ofisində sistemə baxış keçirəndə məlum oldu ki, onun əmlakı saxta yollarla başqası tərəfindən əldə edilmişdir. Dərhal aidiyyəti qaydada sorğu verərək müəyyənləşdirmişdir ki, onun adından verilmiş vəsiyyətnamə saxta olmuş, yəni əmlak qanunsuz yolla əldən çıxmışdır. Bu səbəbdən məhkəməyə müraciət üçün subyektiv hüququnu, yəni qohumluğunu, mirasa hüququnun olduğunu təsdiq edən arayışı və digər sənədləri iddia ərizəsinə əlavə edərək cavabdeh X8 qarşı (Bakı Şəhəri 31 saylı Notariat Ofisi, X28, X25 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vəsiyyətnamənin, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005) 2922/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qanuni və əsaslı iddia tam təmin edilmiş, sözügedən qətnamə 23 oktyabr 2023-cü il tarixində qanuni qüvvəsini aldığından 24 oktyabr 2023-cü il tarixində icra vərəqəsi verilmiş və tam şəkildə icra olunmuşdur. Bundan sonra qanun üzrə vərəsə qismində mirası qəbul üçün notariat ofisinə müraciət etdikdə qohumluq münasibətlərinin təsdiqi olaraq xx.xx.1960-cı il təvəllüdlü X3 atası yəni qardaşı xx.xx.1936-cı il təvəllüdlü X1 doğum haqqında şəhadətnaməsi, bununla əlaqədar rəsmi qaydada arayış, əks halda qohumluq faktının təsdiqi barədə məhkəmə qətnaməsinin təqdim edilməsi zərurəti bildirilmişdir. Notariusa Nərimanov Rayon Məhkəməsinin e-2(005)2922/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini, eləcə də Azərbaycan Respublikası Dövlət X15 müraciəti əsasında verdiyi xx.xx.2023-cü il tarixli arxiv arayışını təqdim edərək əgər qohumluğu, yəni mirasa hər hansı hüququ çatmasaydı, o zaman məhkəmə onun subyektiv hüququnu qəbul edərək iddianı təmiz etməzdi dedikdə bildirildi ki, həmin sənədlər əsasında qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək lazımdır. Sözügedən arxiv arayışının məzmunundan da göründüyü kimi Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu X2 Soveti İcraiyyə Komitəsinin 1954-1956-cı illərə dair təsərrüfatbaşına kitabının 77-ci səhifəsinin 376 saylı qeydində onun X13 təsərrüfatında yazıldığı, sənəddə onun X7 ilə bacı-qardaş olduğu qeyd edilmişdir. O cümlədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən qətnaməsinin 4-cü səhifəsində qeyd olunur ki, “İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mərhum X3 bibisidir.” Göründüyü kimi, qanuni qüvvəsini alaraq icra edilmiş məhkəmə qətnaməsində onun X3 bibisi olmağı, yəni onun atası X1 bacısı olduğu faktı məhkəmə tərəfindən müəyyən edilərək qəbul edilmişdir. Bu mötəbər sənədlərlə yanaşı onu da bildirir ki, X1 onun doğma qardaşı olduğunu təsdiq edən kifayət qədər şahidlər var. Qardaşı oğlu X3 ölümü barədə tibbi arayışı qeyd etdiyi kimi, məhz o aidiyyəti qaydada əldə edərək qeydiyyata alınması üçün Binəqədi rayon Qeydiyyat Şöbəsinə təqdim etmişdir, əmlakının müdafiəsi üçün o aidiyyəti qurumlara sorğu vermişdir, məhkəməyə müraciət edərək əmlak barədə verilmiş saxta vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə, çıxarışın ləğv edilməsinə nail olmuşdur. O cümlədən, nəzərə alınmalıdır ki, onun hər hansı digər vəsərəsi yoxdur və faktiki olaraq mirası qəbul edərək o idarə edir. Miras əmlak hal-hazırda sahibliyində, idarəsi altında olsa da, qanun (dərəcə) üzrə yeganə vərəsə o olsa da qardaşı X1 doğumunu təsdiq edən şəhadətnamə, arayışı əldə edə bilmədiyi, Ermənistanda doğulması səbəbindən, yəni qardaşı xx.xx.1936-cı ildə ildə orada doğulduğundan həmin vaxt verilmiş doğum haqqında sənədin hazırda dövlət arxivindən, qeydiyyat orqanından tapılması mümkün olmadığından, qanun üzrə vərəsə qismində mirasın rəsmi qaydada qəbulu, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariat ofisi tərəfindən qohumluq əlaqəni təsdiq edən sənəd, məhkəmə qətnaməsi tələb edildiyindən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün aidiyyəti qaydada məhkəməyə müraciət etmək məcburiyyətindədir. Təsərrüfatbaşına kitabındakı qeydlərə müvafiq olaraq verilmiş arxiv arayışına, Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən qohumluq faktının, yəni onunla X1 bacı-qardaş olduğu faktının məhkəmə qaydasında tanınması zəruridir. Əks yanaşma onun qanunvericiliklə birbaşa təsbitini tapmış hüquqlarının pozulması deməkdir. Göstərilənlərə əsasən, ərizəni təmin edərək, onunla X1 bacı-qardaş olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edib, ərizədə göstərilənlərə uyğun, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat Ofisinin nümayəndəsi 03 may 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X31 izahatında göstərdi ki, o, Aynanın həyat yoldaşıdır. Eyni zamanda o, Ayna və Xansuvarın əmisinin oğludur. Xansuvar həm də, onun qaynıdır. Onlar bacı-qardaşdırlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı xx.xx.2023-cü il tarixli, 3-48-2/2-193/2023 nömrəli arxiv arayışından görünür ki, Yevlax rayonu Malbinəsi kənd X11 İcraiyyə Komitəsinin 1954-1956-cı illərə dair təsərrüfatbaşına kitabının 77-ci səhifəsinin 376 saylı qeydində İddiaçı Fərzəli qızı X13 təsərrüfatında yazılmışdır. Bu təsərrüfatın ailə üzvləri, X22- ailə başçısı, X9- oğlu, X7-oğlu, İddiaçı Fərzəli qızı-qızı, X4-qızı, X17-oğlu kimi qeyd edilmişdir. Həmin qeyddə İddiaçı Fərzəli qızı ilə X1 bacı qardaş olması qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ evində vəfat etmişdir. - X16 izahatından və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 ölməsi faktına dair toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsi olmaması əsası ilə rədd edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2922/2023 saylı qətnaməsindən görünür ki, “İddiaçı mərhum X3 bibisidir”. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, x/o 89/24 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və ona qohumluq faktını təsdiq etmək üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -008649 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 6 iyul 1953-cü ildə Ermənistan Respublikası, Gorus rayonu, Şamsız kəndində 6 iyul 1953-cü ildə Ermənistan Respublikası, Gorus rayonu, Şamsız kəndində doğulmuş, ana qrafasında X26, ata qrafasında X18 qeyd edilmişdir. - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1940-cı ildə Ermənistan Respublikası, Gorus rayonu, Şamsız kəndində doğulmuşdur. -15 nömrəli təvəllüd şəhadətnaməsindən görünür ki, İddiaçı adı, soyadı və ata adı “X19” kimi göstərilmişdir. -AZ-İ seriyalı, 502200 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 28 sentyabr 2011-ci ildə Bakı şəhərində vəfat etmiş, ölüm səbəbi “kaxasiya” kimi göstərilmişdir. -X5 məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ata qrafasında X7 qeyd edilmişdir. -X6 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onun qayınatası İddiaçı bibisi oğludur. O, 40 ildən çoxdur ki, onların ailəsin tanıyır. Cəfərov Xansuvar vəfat etməmişdən əvvəl daima bacısıgil ilə əlaqə saxlamış, onun müalicəsini, dəfn mərasimini bacısı İddiaçı özü qarşılamışdır. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X26 ilə X10 birgə nikahından xx xxxxxx 1940-cı ildə Ermənistan Respublikası, Gorus rayonu, Şamsız kəndində İddiaçı və 6 iyul 1953-cü ildə Ermənistan Respublikası, Gorus rayonu, Şamsız kəndində X7 doğulmuşdur. X7 28 sentyabr 2011-ci ildə Bakı şəhərində vəfat etmişdir. X12 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ evində vəfat etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2922/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı mərhum X3 bibisidir. Hazırda ərizəçi qardaşı oğlundan miras qalmış əmlak üzrə vərəslik hüququ şəhadətnamənin alınması üçün notariat orqanına müraicət etmiş, lakin notariat orqanında onların qohumluq əlaqələri müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın, qohumluq münasibətlərinin müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə iclasında dindirilən şahidlərin ifadələrini, o cümlədən digər sənədləri mötəbər sübut növü, məlumat kimi qəbul edir və hesab edir ki, bu məlumatlar işin faktiki halları ilə uyğun gəlir və təsdiq olunur, qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. Ərizəçinin ərizəsindən, məhkəmədə verilən izahatlardan görünür ki, İddiaçı X7 ilə bacı-qardaş olmaları faktınının müəyyən edilməsi İddiaçı qardaşı oğlundan qalmış mirası qəbul etməsi ilə bağlı notariat hərəkətinin həyata keçirilməsi üçün lazımdır. İş materiallarının tədqiqi zamanı ərizəçinin X3 bibisi olması, həmçinin X7 ilə ərizəçinin bacı-qardaş olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, xx xxxxxx 1940-cı il tarixdə Ermənistan Respublikası, Gorus rayonu, Şamsız kəndində doğulmuş İddiaçı ilə 6 iyul 1953-cü ildə Ermənistan Respublikası, Gorus rayonu, Şamsız kəndində 6 iyul 1953-cü ildə Ermənistan Respublikası, Gorus rayonu, Şamsız kəndində doğulmuş, 28 sentyabr 2011-ci ildə Bakı şəhərində vəfat etmiş X1 bacı-qardaş olmaları faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1940-cı il tarixdə Ermənistan Respublikası, Gorus rayonu, Şamsız kəndində doğulmuş İddiaçı ilə 6 iyul 1953-cü ildə Ermənistan Respublikası, Gorus rayonu, Şamsız kəndində doğulmuş, 28 sentyabr 2011-ci ildə Bakı şəhərində vəfat etmiş X1 bacıqardaş olmaları faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçi İddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-948/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-948/2024
26.04.2024 · Sair mülki iş - Digər - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver