Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1506/2025 04.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi doğum və ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.1938-ci ildə anadan olması və X3, anası X9 olması faktı, bacısı xx.xx.1972-ci il təvəllüdlü X6 1972-ci ilin avqust ayında ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X7 xx.xx.2024-cü il tarixində Bakı şəhərində rəhmətə getmişdir. Ondan Bakı və Şəki şəhərində fərdi yaşayış evləri miras qalmışdır. Hal-hazırda onun yaşadığı Şəki şəhərində yerləşən yaşayış evi də ondan qalmış mirasdır. Vərəsəlik miras qoyanın öldüyü yer üzrə açılmalıdır. Məhz buna görə də atasının öldüyü yer üzrə Bakı şəhəri 46 saylı Notariat ofisinə müraciət etmişdir. Burada vərəsəlik açılarkən bir sıra sənədlərdə çatışmalıqlar aşkarlanmışdır. Belə ki, atası X2 doğumu barədə məlumatların və körpə yaşlarında (5 aylığında) rəhmətə getmiş bacısı X6 ölümü barədə məlumatlar aşkarlanmamışdır. Bu barədə Notarius müvafiq sorğular versədə Qeydiyyat şöbəsində və arxivdə bu barədə məlumatlar aşkar edilməmişdir. Məhz buna görə Notarius xx.xx.2025-ci il tarixli məktubla müvafiq məlumatların əldə edilməsi üçün aidiyyəti orqana müraciət etməyi tövsiyə etmişdir. Qeyd edilən faktların müəyyən edilməsi üçün doğumun və ölümün qeyd alınmalı olan orqana, Şəki rayon Qeydiyat şöbəsinə müraciət etmişdir. Lakin Şəki rayon Qeydiyat şöbəsi məhkəməyə müraciət etməyini tövsiyyə etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materialarına əlavə etdiyi sənədlərdən göründüyü kimi, atası X7 xx.xx.1938ci ildə anadan olmuşdur. Bunu ərizəsinə əlavə etdiyi onlarla sənədlər təsdiq edir. Atası Şəki rayonu üzrə çox tanınmış şəxsiyyət olmuşdur. İnternetdə adı axtarışa vurulan kimi onun haqqında məlumatlar asanlıqla tapılır. Şəki Ensklopediyasın internet resusunda həyatı barədə məlumatlar mövcuddur. Onun şəxsiyyət vəsiqəsi, diplomları, Keçmiş SSRİ Azərbaycan pasportu, Xarici Pasportu iş materialarına əlavə edilmişdir. Burada onun doğum tarixi dəqiq göstərilib. Bundan başqa atası X2 müxtəlif vəzifələrdə işlədiyi zamanlar bir neçə dəfə “kadrların şəxsi uçot vərəqəsi”ni və “tərcümeyi- halı” öz xətti ilə doldurmuşdur. Həmin sənədlərdə də onun doğum tarixi dəqiq göstərilmişdir. İş materialarına əlavə etdiyi xx.xx.1978-ci il tarixli Orderdən göründüyü kimi, burada atasının ailə üzvüləri barədə məlumatlar öz əksini tapmışdır. Həmin sənəddə onun anası Mustafayeva (Yusifova) Dürdanə Abdurahman qızının adı da öz əksini tapmışdır. X3 olmuşdur. İş materialarına əlavə etdiyi əmilərinin və bibilərinin doğum sənədlərindən göründüyü kimi ata adı kimi X12, ana adı isə X9 qeyd edilmişdir. Bundan başqa işdə olan və nənəsi X1 verilmiş xx.xx.1950-ci 6012 nömrəli arayışdan göründüyü kimi onun uşaqları siyahısında atası X2 adı qeyd edilmişdir. Bütün sənədlərlə sübut olunur ki, atası X7 xx.xx.1938-ci ildə anadan olub və X3, anası X5r. Onun xx.xx.1972-ci il təvəllüdlü X13 adlı bacısı olmuşdur. O körpə yaşında, 1972-ci ilin avqust ayında rəhmətə getmişdir. O vaxt nədənsə valideyinləri onun ölümü barədə sənəd əldə etməyiblər. Onun bu günə kimi, Şəki şəhərində “Narlı” adlanan qəbirstanlığında qəbri mövcuddur. Doğum haqqında şəhadətnamənin surətindən göründüyü kimi, X13 xx.xx.1972-ci ildə anadan olmuşdur. Məhəllə nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli arayışından göründüyü kimi, xx.xx.1972-ci il ildə anadan olmuş X13 “Narlı” adlanan qəbirstanlığında dəfn olunub. Qeyd edilən faktları şahidlər X16, X16, X19 təsdiq edir. Foto şəkillər ərizəyə əlavə edilmişdir. Hər iki fakt üzrə Şəki Rayon Qeydiyyat şöbəsi məhkəməyə müraciət etməyini tövsiyyə etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İbrahim Mustafayev onun əmisidir. Onun həyat yoldaşı Əqidə Mustafayevadır, o, sağdır. Kəmalə, Gülmirə və Elmira adlı üç qız övladı var. Onun Aytən adlı bir qızı da olmuşdur. Aytən doğulduğu il xəstəlikdən vəfat etmişdir. Lakin o, uşaq olduğuna görə əmisi qızı olan Aytənin dəfnində iştirak etməmişdir. Əvvəlki məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, X25 rayonunda anadan olub, Şəki rayonunda tanınmış şəxslərdən biri olmuşdur. Onun Aytən adlı qızı körpə olarkən xəstəlikdən vəfat etmişdir, onu “Narlı” adlanan qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, İbrahim Mustafayev onun əmisinin və xalasının birgə nikahlarından olan oğludur. O, 10 may 1938-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. Onlar 6 qardaş bir bacı olmuşlar. Yaşca ən böyük qardaşı Məmmədemin olmuşdur. İbrahim Mustafayev uzun müddət Bakı şəhərində yaşamış, həmin şəhərdə də vəfat etmişdir. Onun digər qardaşları və bacısı da vəfat etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, İbrahim Mustafayev onun əmisinin oğludur. 10 may 1938-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. Onda olan məlumata görə ev şəraitində dünyaya göz açmışdır. Onlar birlikdə bir evdə böyümüşlər. Aralarında mehriban münasibət olmuşdur. İbrahim Mustafayev Bakı şəhərinə köçmüş, orada işləmiş, vəfat etmişdir. Sədrlik edənin sualına cavab olaraq şahid bildirmişdir ki, İbrahim Mustafayevin yas mərasimində iştirak etmişdir, o, Bakı şəhərində dəfn edilmişdir. İşin halları Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 471333 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Nuxa rayon ZAQS bürosundan verilmiş evlənmək haqqında şəhadətnamədən görünür ki, Nurməmməd Mustafa oğlu və Durdanə Əbdürrəman qızının nikahı xx.xx.1921-ci il tarixdə akt qeydlər kitabında 366 nömrə ilə qeydiyyata alınmışlar. Şəki şəhər İcra Hakimiyyəti yanında Topqarağac məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 126 nömrəli arayışdan görünür ki, X13 xx.xx.1972-ci il tarixdə Şəki şəhərində anadan olmuş, və 1972-ci ilin avqust ayında vəfat etmiş və Şəki şəhəri Narlı qəbirstanlığında dəfn edilmişdir. Şəki şəhər İcra Hakimiyyəti yanında Topqarağac məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 221 nömrəli arayışdan görünür ki, X7 həqiqətən də xx.xx.1938-ci il tarixdə ünvan 1 ünvanda yaşamış, sonra Bakı şəhərinə getmiş və orada yaşamışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Kadrların şəxsi uçot vərəqəsi, SSR Vətəndaş Pasportu, əmək kita və tərcümeyihaldan görünür ki, X7 xx.xx.1938-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Azərbaycan SSR Maarif Nazirliyinin 11 nömrəli orta məktəb tərəfindən verilmiş atestatdan görünür ki, X7 1938-ci il tarixdə Azərbaycan SSR Nuxa şəhərində doğulmuş və 1954-cü ildə Nuxa şəhər 11 nömrəli orta məktəbinə daxil olaraq 1957-ci il tarixdə həmin məktəbi bitirmişdir. Şəki şəhəri VVAQ tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli 345070 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18- 1-71/2-M-217-42-122/2025 saylı məktubdan görünür ki, X6 adına ölüm aktının verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ona doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır və təmin edilməlidir. Göründüyü kimi Ərizəçi atası X2 doğulmasına dair, bacısı X6 ölümünə sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.1938-ci ildə Şəki rayonunda anadan olması və X8 onun atası, X4 onun anası olması faktı, həmçinin xx.xx.1972-ci il təvəllüdlü X6 1972-ci ilin avqust ayında Şəki rayonunda ölməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. X2 xx.xx.1938-ci ildə Şəki rayonunda anadan olması və X8 onun atası, X4 onun anası olması faktı müəyyən edilsin. xx.xx.1972-ci il təvəllüdlü X6 1972-ci ilin avqust ayında Şəki rayonunda ölməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-1506/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1506/2025
04.07.2025 · Sair mülki iş - Digər - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver