Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-953/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşınalığa son qoyulması, sökülmüş qəbir daşlarının bərpa olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşınalığa son qoyulması, sökülmüş qəbir daşlarının bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli MAPS arayışının surətindən görünür ki, Cavabdeh2 rəsmi qeydə alındığı yer Gəncə şəhəri, Kəpəz rayonu, X14 küçəsi, ev 4, mənzil 69 ünvanı göstərilmişdir. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, digər Cavabdeh1 rəsmi qeydə alındığı yer ünvan 2 ünvanıdır. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(011)-1612/2023 nömrəli qərardadından görünür ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qərardad onunla əsslandırılmışdır ki, “iddia tələbi, iddiaçının qohumlarının dəfn olunduğu ərazinin girişinin əvvəlki vəziyyətə gətirilməsi, qoyulmuş ümumi baş daşının, çəkilmiş arakəsmələrin sökülməsi, açılmış girişin bağlanması və s. barədədir, iddiaçı öz poçt ünvanı kimi Bakı şəhəri, Nizami rayonu, Ş.Mİrzəyev ev 76A, mənzil 1 ünvanını, Cavabdeh1 rəsmi qeydiyyat ünvanı kimi Bakı şəhəri, ev 26, mənzil 52 ünvanını, Cavabdeh2 rəsmi qeydiyyat ünvanı kimi ünvan 6şdir, iddia ərizəsi Cavabdeh1 qeydiyyat ünvanı üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə verilmişdir, mübahisə predmeti olan qəbirlər Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşir. Məhkəmə qeyd edir ki, qanunvericiliklə, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir və daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəmənin öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır.” Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nizami Bələdiyyəsinin 15 noyabr 2022-ci il tarixli, 02/S-210-211 nömrəli vəkil sorğusuna cavabından görünür ki, ünvan 8 ünvanda yerləşən “Beynəlmiləl Qəbiristanlıq” Nizami Bələdiyyəsinin 20 aprel 2022-ci il tarixli, 10 saylı iclasının qərarına əsasən balansa qəbul eilmişdir. Bundan öncə sözügedən qəbiristanlıq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansında olmuşdur. Göründüyü kimi qəbiristanlıq Nizami Bələdiyyəsinin balansındadır. Belə olan halda iddiaçının Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində sadalanan hüquqları pozulmamışdır. İddia tələbindən də görünür ki, atası X2, anası X8, qohumları X11, X13, X9, X4 qoyulmuş ümumi baş daşının sökülməsinin; - X3, X5, X6, X10, X12, X7 dəfn yerlərinin əvvəlki qaydada olmuş vəziyyətə gətirilməsinin, yəni həyat yoldaşı Şaforost Vladimirin qəbrindən sola tərəf X5, Boyeva Proskovyevnanın- Şaforost Vladimirin qəbrindən sağa tərəf X6, X10, X7, X12 qəbrlər yerlərinin müəyyən edilməsinin; - atası X1 qoyulmuş ağ mərmərdən baş daşının təqdim etdiyi sxemə uyğun olaraq, digər qohumlarının qəbri üzərində olmuş xaçların dəfn olunanın hər birinin adı, doğulduğu və öldüyü tarixlər qeyd olunmaqla əvvəlki olduqları yerlərdə qoyulmasının; - qohumlarının dəfn olunan ərazinin içərisində olan mişar daşı ilə çəkilmiş arakəsmələrin sökülməsinin; - qohumlarının dəfn olunan ərazinin girişi əvvəlki vəziyyətə gətirilməsinin, əraziyə böyürdən açılmış girişin bağlanılmasının cavabdehlərin üzərinə vəzifə olaraq qoyulması xahiş olunub. Belə olan halda məhkəmə hesab edir ki, hazırki tələb Mülki Prosesual Məcəlləsinin 39-cu maddəsinin təsiri altına düşmür. Ona görə də cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Beləliklə, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində deyil, Bakı Şəhəri Xətai Rayon Məhkəməsində və yaxud Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya, cavabdehlərin olduğu yer üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə və yaxud Gəncə Şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən (“AsanPay” vasitəsilə, xx.xx.2023, saat: 18:08:10) görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «özbaşınalığa son qoyulması, sökülmüş qəbir daşlarının bərpa olunması» tələbinə dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”özbaşınalığa son qoyulması, sökülmüş qəbir daşlarının bərpa olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə və yaxud Gəncə Şəhər Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat (“AsanPay” vasitəsilə, xx.xx.2023, saat: 18:08:10) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-953/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-953/2023
08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver